H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

1.4. Hakim tərəfindən iĢ üzrə qərar müstəqil qəbul edilməli olduğu hallarda, o, məhkəmə tərkibinə 
daxil olan digər həmkarlarının rəyindən asılı olmadan fəaliyyət göstərir. 
 
ġərh 
 
Hakim digər hakimlərdən asılı olmadan fəaliyyət göstərir. 
39. ĠĢə baxılması və həll edilməsi məsələsi öz vicdanı ilə baĢ-baĢa qalan  hakimin müəyyən muxtariyyət 
dərəcəsini  nəzərdə  tutur
45
.  Buna  görə  də,  məhkəmənin  müstəqilliyi  məhkəmə  hakimiyyətinin 
hakimiyyətin  digər  qollarından  yalnız  bir  institut  kimi  müstəqil  olmasını  deyil,  həm  də  hakimlərin  bir-
birindən asılı olmamasını tələb edir. BaĢqa sözlə, hakimlərin müstəqilliyi təkcə qanunsuz xarici təsirlərin 
deyil, həm də digər hakimlərin hərəkət və ya mövqelərindən irəli gələn qanunsuz təsirlərin olmamasından 
asılıdır. Bəzən hakimin nəzəri məsələlərlə bağlı həmkarlarından məlumat ala bilməsinə baxmayaraq, hər 
bir  hakim,  apellyasiya  məhkəmələri  kollegiyalarının  tərkibindəki  hakimlər  də  daxil  olmaqla,  çıxardığı 
məhkəmə qərarlarına görə Ģəxsən özü məsuliyyət daĢıyır.   
 
Məhkəmə hakimiyyətinin ierarxik təĢkili əhəmiyyətsizdir. 
40.  Ona  həvalə  olunmiĢ  funksiyaların  icrası  zamanı  hakim  heç  kimə  xidmət  etmir.  O,  yalnız  qanuna 
tabedir  və  qanunun  və  daim  müraciət  etməli  olduğu  vicdanının  qarĢısında  cavabdehdir.  Təbii  ki, 
məhkəmə  qərarlarından  mövcud  Ģikayətvermə  sistemindən  əlavə,  iĢ  üzrə  qərar  çıxaran  hakim  həm 
məhkəmə  sistemi  daxilində,  həm  də  ondan  kənarda  hər  hansı  üçüncü  Ģəxsin  göstəriĢi  və  ya  təlimatı 
əsasında fəaliyyət göstərə bilməz. Məhkəmə hakimiyyəti sisteminin heç bir ierarxik təĢkili və rütbə və ya 
dərəcə üzrə fərqlər hakimin məhkəmə qərarlarını hər hansı kənar mülahizə və ya amillərin təsiri olmadan 
qəbul etməsi hüququna hansısa formada təsir etməməlidir. 
 
Hakim iĢin konkret halları barədə hesabat verməyə borclu deyil. 
41.  Kiminsə,  xüsusilə  məhkəmə  qərarından  narazı  qalan  tərəfin  qarĢısında  hesabat  vermək  öhdəliyi 
məhkəmə  orqanlarının  müstəqilliyi  prinsipi  ilə  uzlaĢmır.  Məhkəmə  xarakterli  səbəblərlə  və  ya  qanunla 
nəzərdə tutulan prosedurlarla Ģərtlənən hallar istisna olmaqla, hakim iĢin konkret halları ilə bağlı, hətta öz 
həmkarları  qarĢısında  belə  hesabat  verməyə  borclu  deyil.  Əgər  hakimin  çıxardığı  qərar  onun  barəsində 
intizam icraatının baĢlanılması üçün əsas ola bilsə belə, hakim buna görə “hesabat” deyil, qanuna uyğun 
olaraq aparılan intizam icraatı zamanı verilən ittiham və ya suallara cavab verməlidir. 
 
ĠĢə lazımınca baxılması baxılmıĢ iĢlərin sayından önəmlidir.  
42.  Mövcud  olduğu  ölkələrdə  məhkəmələrin  təftiĢi  sistemləri  konkret  qərarların  əsaslılığı  və  ya 
qanuniliyinin  yoxlanılması  ilə  məĢğul  olmamalıdır;  hakimləri  ona  sövq  etməməlidir  ki,  onlar 
məhkəmənin səmərəli iĢinin təmin olunması bəhanəsi ilə öz diqqətlərini qərarların qanun əsasında və iĢin 
bütün hallarını nəzərə almaqla çıxarılmasında ifadə olunan məhkəmə funksiyalarını lazımınca icra etməyə 
deyil, çıxarılan qərarların miqdarına yönəltsinlər. 
 
 
                                                 
45
 Roger Perrot, “The role of the Supreme Court in guaranteeing the uniform interpretation of the law”, Avropa ölkələrinin Ali 
məhkəmələri sədrlərinin Altıncı iclası, VarĢava, oktyabr 2006-cı il. 


1.5. Hakimlərin təĢkilati və fəaliyyət müstəqilliyinin saxlanılması və artırılması məqsədilə hakim öz 
vəzifələrinin icrası təminatlarını müdafiə edir və dəstəkləyir. 
 
ġərh 
 
Hakimlərin müstəqilliyinə istənilən müdaxilə cəhdlərinə qarĢı durmaq zəruridir. 
43.  Hakimlər  onların  təĢkilati  və  ya  fəaliyyət  müstəqilliyinə  xələl  gətirə  biləcək  istənilən  cəhdlərə  qarĢı 
sayıq  olmalıdırlar.  Hakimlər  öz  müstəqillikləri  məsələsinə  ehtiyatla  yanaĢmalı  və  bu  mühüm  prinsipi 
bayağılaĢdırmağa risk etməklə, məhkəmə sisteminə aidiyyəti olan təĢkilati münasibətlərin istənilən təklif 
edilən  dəyiĢdirilməsinə  cavab  olaraq  məhkəmənin  müstəqilliyinə  yersiz  istinad  etməməli  olduqlarına 
baxmayaraq, hər bir hakim təkidlə öz müstəqilliyinin müdafiəsində dayanmalıdır.  
 
Cəmiyyətin  məhkəmə  orqanlarının  müstəqilliyi  barədə  məlumatlılığının  artırılmasına  kömək 
etmək zəruridir. 
44. Hakim heç də hamının bu prinsiplərlə və onların məhkəmə vəzifələrinin həyata keçirilməsinə təsiri ilə 
tanıĢ  olmadığını  anlamalıdır.  Ona  görə  də,  cəmiyyətin  məhkəmə  sisteminin  fəaliyyəti  və  məhkəmə 
orqanlarının  müstəqilliyi  məsələləri  üzrə  maarifləndirilməsi  həm  icra  hakimiyyətinin  və  onun 
institutlarının, həm də məhkəmə hakimiyyətinin özünün vacib funksiyasına çevrilir, çünki bu məsələlərin 
düzgün  anlaĢılmaması  cəmiyyətin  məhkəməyə  olan  inamını  sarsıda  bilər.  Ġctimaiyyət  məhkəmə 
orqanlarının  müstəqilliyi  barədə  onu  düzgün  olmayaraq  hakimləri  qəbul  etdikləri  qərarlara  yenidən 
baxılmasından  və  fəaliyyətləri  ilə  bağlı  ictimai  müzakirələrdən  müdafiə  edən  kimi  təqdim  edə  bilən 
kütləvi  informasiya vasitələrindən kifayət  qədər balanslaĢdırılmamıĢ təsəvvür əldə edə bilər. Buna görə 
də,  cəmiyyətin  maraqlarını  nəzərə  alaraq,  hakimlər  müvafiq  imkanlardan  ictimaiyyətin  məhkəmə 
sisteminin müstəqilliyinin baĢlıca əhəmiyyətini anlamasına kömək etmək üçün istifadə etməlidirlər. 
 
 


1.6.  Hakim  məhkəmə  orqanlarının  müstəqilliyinin  saxlanması  üçün  baĢlıca  əhəmiyyət  kəsb  edən 
cəmiyyətin  məhkəmə  orqanlarına  inamının  möhkəmləndirilməsi  məqsədilə  hakimlərin 
davranıĢının yüksək standartlarını nümayiĢ və təbliğ edir. 
 
ġərh 
 
Hakimlərin davranıĢının yüksək standartları cəmiyyətin inamının saxlanması üçün zəruridir. 
45.  Məhkəmə  qərarlarının  cəmiyyət  tərəfindən  qəbul  edilməsi  və  dəstəklənməsi  onun  hakimlərin 
vicdanlılığına  və  müstəqilliyinə  inamından  asılıdır.  Bu  isə  öz  növbəsində  hakimlərin  məhkəmədə 
davranıĢın  yüksək  standartlarını  dəstəkləməsindən  asılıdır.  Buna  görə  də,  hakim  məhkəmə  orqanlarının 
müstəqilliyinin  təmin  edilməsi  amillərindən  biri  kimi  hakimlərin  davranıĢının  yüksək  standartlarını 
nümayiĢ etməli və dəstəkləməlidir. 
 
Ədalətli məhkəmə araĢdırmasına aid minimal tələblər 
46.  Hakimlərin  davranıĢının  yüksək  standartları  ədalətli  məhkəmə  araĢdırmasının  minimal  təminatlarına 
riayət olunmasını tələb edir. Hakim tərəfin, məsələn, aĢağıdakı təminatlara olan hüququnu tanımalıdır:
46
 
(a) məhkəmə araĢdırmasının xarakteri və məqsədləri barədə dolğun məlumata malik olmaq
(b) öz müdafiəsinin təĢkili üçün kifayət qədər imkanlara malik olmaq
(c) yazılı və ya Ģifahi, yaxud hər iki üsulla dəlil və sübutlar təqdim etmək və digər tərəfin dəlil və 
sübutları ilə tanıĢlıq imkanına malik olmaq
(d) məhkəmə icraatının bütün mərhələlərində özünün seçdiyi müdafiəçi ilə və ya digər ixtisaslaĢmıĢ 
Ģəxslə məsləhətləĢmək və təmsil olunmaq imkanına malik olmaq; 
(e)  əgər  məhkəmədə  istifadə  olunan  dili  baĢa  düĢmürsə  və  yə  bu  dildə  danıĢa  bilmirsə,  məhkəmə 
icraatının bütün mərhələlərində tərcüməçi ilə məsləhətləĢmək imkanına malik olmaq; 
(f)  yalnız  açıq  məhkəmə  araĢdırmasında  tərəflərə  məlum  olan  sübutlar  əsasında  çıxarılmıĢ  qərarın 
onun hüquq və vəzifələrinə toxuna bilməsi təminatına malik olmaq; 
(g)  məhkəmə  tərəfindən  çıxarılmıĢ  qərarı  qanunsuz  gecikmə  olmadan  almaq.  Məhkəmə 
araĢdırmasında iĢtirak edən tərəflər qərar və həmçinin onun hüquqi əsaslandırılması barədə dolğun 
Ģəkildə məlumatlandırılmalıdırlar; və 
(h)  son  instansiya  kimi  apellyasiya  məhkəmələri  tərəfindən  çıxarılmıĢ  qərarlar  istisna  olmaqla, 
qəbul edilən qərarlardan yuxarı məhkəməyə Ģikayət etmək və ya buna icazə almaq imkanına malik 
olmaq. 
 
Azadlıqdan məhrumetmə qanuna əsaslanmalıdır. 
47.  Azadlıqdan  məhrumetmə  barədə  qərarın  qanunla  müəyyən  edilən  əsaslarla  və  prosedurlara  uyğun 
olaraq  çıxarıldığı  hallar  istisna  olmaqla,  hakim  heç  bir  Ģəxsi  azadlıqdan  məhrum  edə  bilməz.  Müvafiq 
olaraq,  Ģəxsin  azadlıqdan  məhrum  edilməsi  barədə  məhkəmə  qərarı  belə  tədbirin  zəruriliyinin  və 
əsaslılığının obyektiv qiymətləndirilməsi olmadan çıxarıla bilməz. Qanunun müvafiq normasına riayət və 
onu düzgün tətbiq etmədən həbs barədə çıxarılmıĢ məhkəmə qərarı, məhkəməyə iĢə aid bütün sübutları 
obyektiv qiymətləndirməməklə edilən xəyanətə bərabər özbaĢınalıq hesab olunur.  
 
Təqsirləndirilən Ģəxslərin hüquqları 
48.  Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  14-cü  maddəsinin  1-ci  bəndində  ədalətli 
məhkəmə araĢdırması hüququnun anlayıĢı verilir. Göstərilən maddəyə  əsasən, “bütün Ģəxslər” məhkəmə 
qarĢısında “bərabərdirlər”  və  “istənilən  “cinayət  ittihamına” baxılması və  ya  “hər hansı  mülki  prosesdə 
                                                 
46
 Bax: BMT-nin ədalətli məhkəmə araĢdırması və hüquqi müdafiə hüququ barədə Prinsiplər Toplusunun Layihəsi, BMT-nin 
sənədi E/CN.4/Sub.2/1994/24 3 iyun 1994-cü il. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə