H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ


BirləĢmiĢ Millətlər TəĢkilatının



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   2   3   4   5   6   7   8   9   ...   60

BirləĢmiĢ Millətlər TəĢkilatının 
Ġqtisadi və Sosial ġurası 
(ECOSOC) 
2006/23 saylı Qətnamə* 
Hakimlərin davranıĢının əsas prinsiplərinin möhkəmləndirilməsi 
Ġqtisadi və Sosial ġura, 
üzv-dövlətlərin,  xüsusilə  hər  hansı  ayrı-seçkilik  olmadan  insan  hüquqlarına  və  əsas  azadlıqlara 
hörmətin təĢviqi və inkiĢafında beynəlxalq əməkdaĢlığın həyata keçirilməsi üçün ədalətliliyə riayət edilə 
biləcəyi  Ģəraiti  yaratmaq  qətiyyətini  təsdiq  etdikləri  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Nizamnaməsinə 
istinad edərək, 
həmçinin,  xüsusilə  qanun  qarĢısında  bərabərlik,  təqsirsizlik  prezumpsiyası  və  iĢin  qanun  əsasında 
yaradılmıĢ  səlahiyyətli,  müstəqil  və  qərəzsiz  məhkəmə  tərəfindən  ədalətli  və  açıq  araĢdırılması  hüququ 
prinsiplərinin elan edildiyi Ġnsan hüquqlarının Ümumi Bəyannaməsinə istinad edərək,  
daha  sonra,  hər  biri  bu  hüquqlara  riayət  olunmasına  təminat  verən  Ġqtisadi,  sosial  və  mədəni 
hüquqlar  haqqında  Beynəlxalq  Pakta,  həmçinin  Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakta
1
 
istinad edərək və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın əlavə olaraq əsassız ləngimələrə 
yol verilmədən mühakimə edilmək hüququna təminat verdiyini qeyd edərək, 
11-ci maddəsində hər bir iĢtirakçı-dövlətin öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq və 
məhkəmə  orqanlarının  müstəqilliyinə  ziyan  vurmadan  hakimlərin  və  məhkəmə  orqanları  iĢçilərinin 
vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  və  onlar  arasında  korrupsiya  üçün  hər  hansı 
imkanlara  yol  verilməməsi  üzrə  tədbirlər  görmək,  o  cümlədən  hakimlərin  və  məhkəmə  orqanları 
iĢçilərinin  hərəkətlərinə  aid  qaydalar  da  daxil  olmaqla,  öhdəliyinin  əks  olunduğu    BirləĢmiĢ  Millətlər 
TəĢkilatının Korrupsiyaya  qarĢı Konvensiyasına
2
 istinad edərək,  
hakimlər  və  məhkəmə  orqanlarının  iĢçiləri  arasında  korrupsiyanın  qanunçuluğu  sarsıtmasına  və 
cəmiyyətdə məhkəmə sisteminə olan inamın dərəcəsini aĢağı salmasına əmin olaraq, 
həmçinin,  məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının,  müstəqilliyi  və  qərəzsizliyinin 
insan  hüquqlarının  səmərəli  müdafiəsi  və  iqtisadi  inkiĢafın  təmini  üçün  zəruri  Ģərt  sayılmasına  əmin 
olaraq
BaĢ  Assambleyanın  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  26  avqust  -  6  sentyabr  1985-ci  ildə  Milanda 
keçirilmiĢ,  cinayətkarlığın  qarĢısının  alınması  və  qanunu  pozanlarla  rəftar  məsələləri  üzrə  yeddinci 
Konqresi tərəfindən qəbul edilmiĢ Məhkəmə orqanlarının müstəqilliyinin Əsas prinsiplərini bəyəndiyi 29 
noyabr  1985-ci  il  tarixli  40/32  saylı  və  13  dekabr  1985-ci  il  tarixli  40/146  saylı  qətnamələrinə
3
 
istinad 
edərək
həmçinin,  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  29  aprel  -  8  may  1995-ci  ildə  Qahirədə  keçirilmiĢ, 
cinayətkarlığın  qarĢısının  alınması  və  qanunu  pozanlarla  rəftar  məsələləri  üzrə  doqquzuncu  Konqresi 
tərəfindən  qəbul  edilmiĢ  məhkəmə  orqanlarının  müstəqilliyi  və  qərəzsizliyi  və  prokurorluq  və  vəkillik 
xidmətlərinin cinayət ədalət mühakiməsi sahəsində lazımi fəaliyyətinə dair tövsiyələrə
4
 
istinad edərək
2000-ci  ildə  Katibliyin  Beynəlxalq  cinayətkarlığın  qarĢısının  alınması  üzrə  Mərkəzi  tərəfindən 
ümumi  (anqlo-sakson)  hüquq  sisteminin  baĢ  hakimləri  qrupuna  məhkəmə  orqanlarının  müstəqilliyi 
prinsipinə  uyğun  olaraq,  hakimlərin  davranıĢ  standartlarına  müsbət  təsir  göstərə  və  hüquq  qaydasının 
təmini sisteminə ictimaiyyətin etimad səviyyəsini yüksəldə biləcək məhkəmə orqanlarının vicdanlılığı və 
                                                 
* Rəsmi tərcümə. Mətn UNODC veb-səhifəsindən götürülmüĢdür. 
1
 BaĢ Assambleyanın 2200 A (XXI)) saylı Qətnaməsi, əlavə. 
2
 BaĢ Assambleyanın 58/4 saylı Qətnaməsi, əlavə.
 
3
 Bax: BirləĢmiĢ Millətlər TəĢkilatının cinayətkarlığın qarĢısının alınması və qanunu pozanlarla rəftar məsələləri üzrə yeddinci 
Konqresi,  Milan,  26  avqust-6  sentyabr  1985-ci  il:  Katiblik  tərəfindən  hazırlanmıĢ  məruzə  (BirləĢmiĢ  Millətlər  TəĢkilatının 
nəĢri, № R.86.IV.1 ilə satıĢda), fəsil I, bölmə D.2, əlavə. 
4
 Bax: A/CONF.169/16/Rev.1, fəsil I, qətnamə 1, bölmə III. 


ələalınmazlığının təmin edilməsi konsepsiyasını iĢləyib hazırlamağın təklif edilməsini xatırladaraq
həmçinin, baĢ hakimlərin məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının münasib universal 
standartlarını  müəyyən  etməyin  zəruri  olduğunu  etiraf  etdikləri  və  Hakimlərin  davranıĢı  üzrə  Banqalor 
prinsiplərini
5
 
iĢləyib  hazırladıqları  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının 
möhkəmləndirilməsi  məsələsi  üzrə  Hakimlər  Qrupunun  2001-ci  ildə  Hindistanın  Banqalor  Ģəhərində 
keçirilmiĢ ikinci müĢavirəsini xatırladaraq
daha sonra, Məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi 
üzrə  Hakimlər  Qrupu  tərəfindən  sonradan  bütün  hüquq  sistemlərinə  aid  olan  80-dən  çox  ölkənin 
məhkəmə  orqanları  ilə  ətraflı  məsləhətləĢmələr  aparılması  nəticəsində  müxtəlif  məhkəmə  forumları,  o 
cümlədən  baĢ  hakimlərin  2002-ci  il  noyabrın  25-də  və  26-da  Haaqada  keçirilmiĢ,  iĢində  kontinental 
(roman-german)  hüquq  sisteminin  böyük  hakimlərinin,  həmçinin  Beynəlxalq  Məhkəmənin  hakimlərinin 
iĢtirak  etdiyi  dəyirmi  masa  arxasında  müĢavirə  də  daxil  olmaqla,  tərəfindən  Hakimlərin  davranıĢı  üzrə 
Banqalor prinsiplərinin bəyənilməsini xatırladaraq,  
Ġnsan hüquqları üzrə Komissiya tərəfindən Hakimlərin davranıĢı üzrə Banqalor prinsiplərinin nəzərə 
alındığı  və  bu  prinsiplərin  müzakirə  edilməsi  məqsədilə  üzv-dövlətlərin,  BirləĢmiĢ  Millətlər  TəĢkilatı 
sisteminin  müvafiq  orqanlarının,  həmçinin  hökumətlərarası  və  qeyri-hökumət  təĢkilatlarının  nəzərinə 
çatdırıldığı həmin Komissiyanın hakimlərin, andlı iclasçıların və asessorların müstəqilliyi və qərəzsizliyi 
və vəkillərin müstəqilliyi haqqında 2003/43 saylı qətnaməsinə istinad edərək, 
həmçinin,  Ġnsan  hüquqları  üzrə  Komissiyanın  məhkəmə  sisteminin  bütövlüyünün  insan 
hüquqlarının müdafiəsi  və ədalət  mühakiməsinin həyata keçirilməsi  zamanı hər hansı  ayrı-seçkiliyə  yol 
verilməməsinin  təmini  üçün  vacib  Ģərt  olmasını  vurğuladığı  həmin  Komissiyanın  məhkəmə  sisteminin 
bütövlüyü haqqında 2003/39 saylı qətnaməsinə istinad edərək, 
1. Üzv-dövlətlərə onların daxili hüquq sistemlərinə uyğun olaraq, hakimlərin və məhkəmə orqanları 
iĢçilərinin peĢə məcəlləsi və davranıĢ etikası normalarının icmalı və ya iĢlənib hazırlanması prosesində öz 
məhkəmə orqanlarına bu qətnaməyə əlavə edilən Hakimlərin davranıĢı üzrə Banqalor prinsiplərini nəzərə 
almağı tövsiyə etməyi təklif edir
2.  Vurğulayır  ki,  Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri  BaĢ  Assambleya  tərəfindən  onun 
40/32  və  40/146  saylı  qətnamələrində  bəyənilmiĢ  Məhkəmə  orqanlarının  müstəqilliyinin  Əsas 
prinsiplərinin daha da inkiĢaf etdirilməsi deməkdir və bu prinsipləri tamamlayır; 
3.  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər  Qrupu  tərəfindən  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Narkotiklər  və  cinayətkarlıq  üzrə  Ġdarəsinin 
himayəsi  altında,  həmçinin  digər  beynəlxalq  və  regional  məhkəmə  forumlarında  aparılan  və  məhkəmə 
orqanlarının  müstəqilliyi,  qərəzsizliyi,  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  üzrə 
standartların və tədbirlərin inkiĢafına və yayılmasına töhfə verən mühüm iĢi qəbul edir
4.  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Narkotiklər  və  cinayətkarlıq  üzrə  Ġdarəsindən  mövcud 
büdcədənkənar resurslar çərçivəsində, o cümlədən Ġdarənin müntəzəm büdcəsinin mövcud resurslarından 
istifadə  olunması  da  istisna  edilmədən
6
  və  xüsusilə,  onun  korrupsiyaya  qarĢı  mübarizəyə  dair  Qlobal 
proqramı vasitəsilə Məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi 
üzrə Hakimlər Qrupunun iĢinə bundan sonra da kömək göstərməyi xahiĢ edir
5.  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər Qrupunun iĢinə dəstək üçün könüllü ödəniĢlər edən üzv-dövlətlərə minnətdarlığını bildirir; 
6.  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər  Qrupunun  dəstəklənməsi  üçün  üzv-dövlətlərə  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  cinayətkarlığın 
qarĢısının alınması və cinayət ədalət mühakiməsi üzrə Fonduna lazımi qaydada könüllü ödəniĢlər etməyi 
və sonra korrupsiyaya qarĢı mübarizəyə dair Qlobal proqram vasitəsilə inkiĢaf etməkdə olan ölkələrin və 
keçid iqtisadiyyatı ölkələrinin xahiĢinə əsasən onların məhkəmə orqanlarının potensialının, vicdanlılığı və 
ələalınmazlığının möhkəmləndirilməsi üçün onlara texniki yardım göstərməyi təklif edir
                                                 
5
 E/CN.4/2003/65, əlavə.
 
6
 Bu ifadə müntəzəm büdcənin həcminin artırılması və ya əlavə vəsait tələb edilməsi üçün əsas yaratmır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə