H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ


Banqalor prinsiplərinə dair Kommentariyanın



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

Banqalor prinsiplərinə dair Kommentariyanın 
hazırlanması üzərində iĢ prosesi 
 
I. Məsələnin tarixinə dair  
2000-ci  ilin  aprel  ayında  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Cinayətkarlığın  beynəlxalq  səviyyədə 
qarĢısının  alınması  üzrə  Mərkəzinin  təĢəbbüsü  ilə  və  Cinayətkarlıqla  mübarizə  üzrə  qlobal  Proqram 
çərçivəsində,  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Cinayətkarlığın  qarĢısının  alınması  və  qanunu  pozanlarla 
rəftar  üzrə  onuncu  Konqresinin  əməkdaĢlığı  ilə,  Vyanada  baĢ  hakimlər  qrupunun  hazırlıq  müĢavirəsi 
olmuĢdur.  GörüĢün  məqsədi  əldə  olunmuĢ  dəlillərə  uyğun  olaraq  bir  çox  ölkələrdə,  bütün  qitələrdə 
korrupsiyalaĢmıĢ  və  ya  baĢqa  səbəblərdən  qərəzli  kimi  görünən  təsiri  bağıĢladığı  üçün  insanların 
məhkəmə  sisteminə  olan  inamını  itirməyə  baĢlaması  problemini  müzakirə  etmək  olmuĢdur.  Bu  dəlillər 
göstərilən  xidmətlərin  keyfiyyətinin  öyrənilməsi  və  məhkəmə  orqanlarının  ictimaiyyət  tərəfindən 
qavranılması  üzrə  aparılmıĢ  sorğuların  nəticələrinin  təhlili,  habelə  bir  sıra  ölkələrin  hökumətləri 
tərəfindən  təsis  edilmiĢ  araĢdırma  komissiyalarının  topladığı  məlumatlar  əsasında  əldə  edilmiĢdir. 
Problemin  müxtəlif  həlli  yolları  təklif  olunsa  və  məhkəmə  orqanlarının  islahatı  istiqamətində  tədbirlər 
görülsə  də,  problem  qalmaqda  davam  etmiĢdir.  MüĢavirə  yeni  yanaĢma  tərzinin  tapılması  imkanlarını 
müzakirə  etmək  üçün  çağırılmıĢdır.  Ġlk  dəfə  olaraq  BMT-nin  himayəsi  altında  hakimlərə  məhkəmə 
sistemini  özləri  tərəfindən  qaydaya  salmaq;  hakimlərin  müstəqilliyi  prinsipini  tamamlaya  biləcək 
hakimlərin  məsuliyyəti  və  hesabat  verməsi  konsepsiyasını  iĢləyib  hazırlamaq  və  bununla,  cəmiyyətin 
hüquq qaydasının təmin olunması sisteminə olan inamının səviyyəsinin artırılmasına kömək etmək təklif 
olunmuĢdur. Dünyada müxtəlif hüquq ənənələrinin mövcudluğunu nəzərə alaraq, ilkin mərhələdə ümumi 
(anqlo-sakson)  hüquq  sistemləri  ilə  kifayətlənmək  qərara  alınmıĢdır.  Buna  uyğun  olaraq,  iĢdə  ilk  əvvəl 
qanunvericiliklər arasında böyük fərqliliklərə baxmayaraq, hüquq ənənələrinin eyniliyi ilə seçilən Asiya, 
Afrika və Sakit okean regionundan doqquz ölkənin nümayəndələri iĢtirak etmiĢlər.  
 
II. Məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi üzrə 
     Hakimlər Qrupu 
Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər Qrupunun birinci müĢavirəsi 15-16 aprel 2000-ci ildə BMT-nin Xidmətinin Vyanadakı mənzil-
qərargahında  baĢ  tutmuĢdur.  MüĢavirədə  BanqladeĢdən  baĢ  hakim  Latifur  Rahman,  Hindistanın 
Karnataka Ģtatından baĢ  hakim Bhaskar Rao, Nepaldan baĢ hakimi  təmsil  edən hakim  Qovind Bahadur 
ġrestha, Nigeriyadan baĢ hakim M.L.Uvais, Cənubi Afrikanın Konstitusiya Məhkəməsi sədrinin müavini 
Pius Lanqa, Tanzaniya BirləĢmiĢ Respublikasından sabiq baĢ hakim F.L.Nyalali və Uqandanın Məhkəmə 
Xidməti  Komissiyasının  sədri  hakim  B.C.Odoki  iĢtirak  etmiĢlər.  BMT-nin  Beynəlxalq  Ədalət 
Məhkəməsinin  vitse-prezidenti  cənab  Kristofer  Qreqori  Veeramantri  qeyd  olunan  müĢavirədə  sədrlik, 
Avstraliyanın  Yüksək  Məhkəməsinin  hakimi  Maykl  Kirbi  isə  məruzəçi  kimi  çıxıĢ  etmiĢdir.  BMT-nin 
hakimlər  və  vəkillərin  müstəqilliyi  məsələləri  üzrə  Xüsusi  məruzəçisi  Dato  Param  Kumarasvami, 
Beynəlxalq  Hakimlər  Assosiasiyasının  vitse-prezidenti,  hakim  (Dr)  Ernst  Markel  və  doktor  Cuzeppe  di 
Cenaro həmin müĢavirədə müĢahidəçi qismində iĢtirak etmiĢlər.  
Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər  Qrupunun  müĢavirəsində  iki  qərar  qəbul  edilmiĢdir.  Birincisi,  Qrup  məsələ  ilə  bağlı  belə 
razılığa  gəlmiĢdir  ki,  hakimlərin  məsuliyyəti  və  hesabat  verməsi  prinsipi  tələb  edir  ki,  milli  məhkəmə 
orqanları  hakimlərin  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  naminə  görülən  iĢlərə  fəal 
qatılmalı və bu istiqamətdə öz səlahiyyətləri və imkanları  hüdudlarında sistem islahatların aparılmasına 
baĢlamalıdırlar.  Ġkincisi,  Qrup  hakimlərin  müstəqilliyi  prinsipinə  uyğun  olan  hakimlərin  davranıĢ 
standartları üzrə universal qəbul edilə biləcək, hakimlər icması tərəfindən hörmətlə istifadə olunacaq və 
son  nəticədə  icra  və  ya  qanunvericilik  hakimiyyətlərinin  hər  hansı  müdaxiləsi  olmadan  məhkəmə 
orqanlarının  özləri  tərəfindən  milli  səviyyədə  həyata  keçiriləcək  hesabatların  iĢlənib  hazırlanmasının 
zəruri  olduğunu  qəbul  etmiĢdir.  MüĢavirədə  iĢtirak  edən  hakimlər  xüsusilə  vurğulamıĢlar  ki,  hakimlərin 
müvafiq  davranıĢ  standartlarının  qəbul  edilməsi  və  onlara  riayət  olunmasının  təmin  edilməsi  hakimlər 
korpusuna  ictimaiyyətin  məhkəmə  sisteminə  olan  hörmətinin  möhkəmləndirilməsi  və  saxlanılması 


istiqamətində  irəliyə  doğru  ciddi  addımın  atılmasına  imkan  verəcəkdir.  Onlar  Məhkəmə  orqanlarının 
vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə  Hakimlər  Qrupunun  koordinatoru, 
doktor  Nihal  Cayavikramaya  bir  neçə  yurisdiksiyalarda  qəbul  olunmuĢ  hakimlərin  davranıĢ 
məcəllələrinin  təhlilinin  aparılması  və  aĢağıdakılar  barədə  hesabatın  hazırlanmasını  təklif  etmiĢlər:  a) 
bütün bu növ məcəllələrdə rast gəlinən əsas müddəalar; və b) bəzi məcəllələrdə rast gəlinən və konkret 
ölkələrdə qəbul edilə bilən və ya bilməyən əlavə və ya qeyri-məcburi müddəalar. 
 
III. Ġstifadə edilmiĢ materiallar 
Yuxarıda  qeyd  olunan  prinsiplərə  müvafiq  olaraq  hakimlərin  davranıĢ  məcəlləsinin  layihəsinin 
hazırlanması  zamanı  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi 
məsələsi  üzrə  Hakimlər  Qrupu  tərəfindən  aĢağıdakılar  daxil  olmaqla,  bir  çox  mövcud  məcəllələr  və 
beynəlxalq normativ aktlardan istifadə olunmuĢdur: 
 
Milli məcəllələr 
a.
 
Amerika  Vəkillər  Assosiasiyasının  Nümayəndələr  Palatası  tərəfindən  qəbul  olunmuĢ 
Hakimlərin DavranıĢ Məcəlləsi, avqust 1972-ci il; 
b.
 
Avstraliyanın  baĢ  hakimləri  tərəfindən  dərc  olunmuĢ  Hakimlərin  müstəqillik  prinsipləri 
barədə Bəyannamə, aprel 1997-ci il; 
c.
 
BanqladeĢ Xalq Respublikası Konstitusiyasının 96(4)(a) maddəsinə uyğun olaraq Hakimlərin 
Ali ġurası tərəfindən səlahiyyətlərin həyata keçirilməsi ilə əlaqədar qəbul olunmuĢ BanqladeĢ 
Ali Məhkəməsi Hakimlərinin DavranıĢ Məcəlləsi, may 2000-ci il; 
d.
 
Kanada Hakimlərinin  Konfransı  ilə  birgə  hazırlanmıĢ  və Kanada Hakimlər ġurası  tərəfindən 
1998-ci ildə təsdiq edilmiĢ Hakimlər üçün Etik Prinsiplər
e.
 
ABġ-ın Aydaxo Ģtatı Hakimlərinin DavranıĢ Məcəlləsi, 1976-cı il; 
f.
 
Hindistan  BaĢ  Hakimlərinin  Konfransı  tərəfindən  qəbul  olunmuĢ  Hakimlərin  DavranıĢ 
Normalarının Toplusu, 1999-cu il;  
g.
 
ABġ-ın Ayova Ģtatı Hakimlərinin DavranıĢ Məcəlləsi, 1976-cı il; 
h.
 
Keniya məhkəmələrinin vəzifəli Ģəxslərinin DavranıĢ Məcəlləsi, iyul 1999-cu il;   
i.
 
Malayziya  Federal  Konstitusiyasının  125(3A)  maddəsi  ilə  müəyyən  edilən  səlahiyyətlərin 
həyata  keçirilməsi  ilə  əlaqədar  BaĢ  Hakim,  Apellyasiya  Məhkəməsinin  sədri  və  Yüksək 
məhkəmələrin BaĢ hakimlərinin tövsiyəsi ilə Yanq di-Pertuan Aqonq tərəfindən daxil edilmiĢ 
Malayziya Hakimlərinin DavranıĢ Normaları Məcəlləsi, 1994-cü il; 
j.
 
Namibiyada Hakimlərin DavranıĢ Məcəlləsi; 
k.
 
ABġ-ın Nyu-York Ģtatı Hakimlərinin DavranıĢını tənzimləyən Qaydalar
l.
 
Nigeriya Federativ Respublikası məhkəmələrinin vəzifəli Ģəxslərinin DavranıĢ Məcəlləsi; 
m.
 
Pakistanın  Ali  Məhkəməsi  və  Yüksək  Məhkəmələrinin  hakimləri  tərəfindən  riayət  edilməli 
olan DavranıĢ Məcəlləsi; 
n.
 
Filippin Hakimlərinin DavranıĢ Məcəlləsi, sentyabr 1989-cu il; 
o.
 
Filippin Vəkillər Assosiasiyasının təklif etdiyi, Manila birinci instansiya hakimləri tərəfindən 
təsdiq  olunan və  Ali  Məhkəmənin  inzibati  nəzarətində olan hakimlər, o  cümlədən bələdiyyə 
və  Ģəhər  hakimləri  üçün  rəhbər  müddəa  kimi  nəzərdə  tutulan  və  onlar  tərəfindən  riayət 
olunması məqsədilə qəbul edilən Filippin Məhkəmə Etikası Qaydaları; 
p.
 
Yandina bəyanatı: Solomon adalarında məhkəmə orqanlarının müstəqillik Prinsipləri, noyabr 
2000-ci il; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə