H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

Hakimlərin yüksək davranıĢ standartlarının dəstəklənməsi və həvəsləndirilməsinin hər bir dövlətin 
məhkəmə orqanlarının bilavasitə vəzifəsi hesab olunduğunu NƏZƏRƏ ALARAQ,            
                                                                 ġərh  
 
Hakimlərin davranıĢ məcəlləsinin layihəsinin hazırlanması 
16. Arzuolunandır ki, istənilən davranıĢ məcəlləsi və ya hakimlərin peĢəkar davranıĢı prinsiplərinin 
ona  bənzər  izahı  hakimlər  korpusunun  öz  nümayəndələri  tərəfindən  iĢlənib  hazırlansın.  Bu,  məhkəmə 
orqanlarının  müstəqilliyi  və  hakimiyyətlərin  bölgüsü  prinsiplərinə  uyğun  olardı.  Bir  çox  ölkələrdə 
qanunverici  və  icra  orqanları  tərəfindən  bu  orqanların  üzvlərinin  davranıĢını  tənzimləyən  qaydalar  və 
onların  riayət  etməli  olduqları  etik  normalar  müəyyən  edilmiĢdir.  Ona  görə  də,  məhkəmələrdə  iĢləyən 
Ģəxslər  üçün  də  analoji  qaydaların  hazırlanması  məqsədəmüvafiq  görünür.  Əgər  məhkəmə  orqanları 
hakimlərin  onlardan  gözlənilən  yüksək  standartlara  uyğun  davranıĢını  təmin  etmək  məsuliyyətini  öz 
üzərinə götürə bilməzsə və ya bundan imtina edərsə, ictimai rəy və siyasi məqsədyönlülük hakimiyyətin 
digər  iki  budağını  bu  iĢə  müdaxilə  etməyə  vadar  edə  bilər.  ĠĢlərin  bu  cür  vəziyyəti  üzərində  məhkəmə 
hakimiyyəti  sisteminin  qurulduğu  və  həmin  sistem  tərəfindən  dəstəklənən  hakimlərin  müstəqilliyi 
prinsipini ciddi surətdə sarsıda bilər.  
 
 


Məhkəmə  orqanlarının  müstəqilliyinə  dair  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Əsas  prinsiplərinin 
məhkəmə  orqanlarının  müstəqilliyini  təmin  etməyə  və  dəstəkləməyə  yönəldiyini  və  baĢlıca  olaraq 
dövlətlərə ünvanlandığını NƏZƏRƏ ALARAQ, 
ġərh 
 
Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri  
17.  Məhkəmə  orqanlarının  müstəqilliyinə  dair  BMT-nin  Əsas  prinsipləri  BirləĢmiĢ  Millətlər 
TəĢkilatının  Cinayətkarlığın  qarĢısının  alınması  və  qanunu  pozanlarla  rəftar  üzrə  yeddinci  Konqresi 
tərəfindən  1985-ci  ilin  sentyabr  ayında  Ġtaliyanın  Milan  Ģəhərində  qəbul  edilmiĢ  və  BMT-nin  BaĢ 
Assambleyasının  40/32  saylı  29  noyabr  1985-ci  il  tarixli  Qətnaməsi  ilə  bəyənilmiĢdir.  Tezliklə  bundan 
sonra  40/46  saylı  13  dekabr  1985-ci  il  tarixli  Qətnaməsində  BaĢ  Assambleya  göstərilən  Prinsipləri 
“salamlayaraq”, hökumətləri “onları nəzərə almağa və öz milli qanunvericilik və təcrübələri çərçivəsində 
hörmətlə yanaĢmağa” çağırmıĢdır. “Üzv-dövlətlərə məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi 
və  möhkəmləndirilməsi  məsələlərinin  həll  edilməsində  kömək  etmək  məqsədilə  hazırlanmıĢ”  Əsas 
prinsiplər aĢağıdakı müddəaları nəzərdə tutur: 
     
MƏHKƏMƏ ORQANLARININ MÜSTƏQĠLLĠYĠ 
1.  Məhkəmə  orqanlarının  müstəqilliyinə  dövlət  tərəfindən  təminat  verilir  və  ölkənin 
konstitusiyasında  və  ya  digər  qanunlarında  təsbit  edilir.  Bütün  dövlət  və  digər  təĢkilatlar  məhkəmə 
orqanlarının müstəqilliyinə hörmətlə yanaĢmalı və ona əməl etməlidir. 
2.  Məhkəmə  orqanları  baxılması  üçün  onlara  verilmiĢ  iĢləri  qərəzsiz,  faktlar  əsasında  və  qanuna 
müvafiq olaraq, hər hansı Ģəxs tərəfindən hər hansı səbəbdən birbaĢa və ya dolayısıyla edilən hər hansı 
məhdudiyyət, qanunsuz təsir, niyyət, təzyiq, hədə və ya müdaxilə olmadan həll edirlər. 
3.  Məhkəmə  orqanları  məhkəməyə  aid  olan  bütün  məsələlərə  dair  səlahiyyətə  və  baxılması  üçün 
onlara  verilmiĢ  iĢlərin  qanunla  müəyyən  edilmiĢ  yurisdiksiyasına  aid  olub-olmamasını  həll  etmək 
müstəsna hüququna malikdir.    
4. Ədalət mühakiməsi prosesinin həyata keçirilməsinə heç bir qanunsuz və ya icazəsiz müdaxiləyə 
yol verilməməlidir və məhkəmələr tərəfindən çıxarılmıĢ məhkəmə qərarlarına yenidən baxıla bilməz. Bu 
prinsip məhkəmə qərarlarına yuxarı məhkəmələr tərəfindən qanuna uyğun olaraq yenidən baxılmasına və 
ya çıxarılmıĢ hökmlər üzrə cəzaların yüngülləĢdirilməsinə maneçilik törətmir. 
5.  Hər  kəs  qanunla  müəyyən  edilmiĢ  hüquqi  prosedurları  tətbiq  edən  adi  məhkəmələrdə  və  ya 
tribunallarda məhkəmə araĢdırılması hüququna malikdir. Adi məhkəmələrin və ya məhkəmə orqanlarının 
səlahiyyətlərini əvəzləmək məqsədilə qanunla lazımi qaydada müəyyən edilmiĢ hüquqi prosedurları tətbiq 
etməyən tribunallar təĢkil edilməməlidir. 
6.  Məhkəmə  orqanlarının  müstəqilliyi  prinsipi  məhkəmə  orqanlarına  hüquq  verməklə  yanaĢı, 
onlardan məhkəmə araĢdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin 
edilməsini tələb edir.  
7. Hər bir üzv-dövlət  məhkəmə  orqanlarının  öz  funksiyalarını  lazımınca yerinə  yetirməsinə imkan 
verən müvafiq vasitələri təqdim etməyə borcludur. 
 
BĠRLƏġMƏK VƏ SÖZ AZADLIĞI 
8.  Ġnsan  Hüquqları  üzrə  Ümumi  Bəyannaməyə  uyğun  olaraq  məhkəmə  orqanlarının  üzvləri  digər 
vətəndaĢlar  kimi  birləĢmək,  toplaĢmaq,  söz  və  vicdan  azadlıqlarından  istifadə  edirlər;  lakin  belə 
hüquqlardan istifadə edərək, hakimlər məhkəmə orqanlarının qərəzsizliyi və müstəqilliyinin saxlanılması 
və öz vəzifəsinə ətrafdakılarda hörmət hissinin təmin olunması üçün müvafiq tərzdə davranmalıdırlar.   


9.  Hakimlər  özlərinin  assosiasiyalarını  və  ya  digər  təĢkilatlarını  yaratmaq  və  öz  maraqlarının 
müdafiə edilməsi, peĢə hazırlıqlarının təkmilləĢdirilməsi və özünün məhkəmə müstəqilliyinin qorunması 
üçün onlara daxil olmaq azadlığına malikdirlər. 
 
ĠXTĠSASLAġDIRILMA, SEÇĠM VƏ HAZIRLIQ 
10.  Hakim  vəzifəsinə  seçilmiĢ  Ģəxslər  yüksək  əxlaqi  keyfiyyətlərə  və  bacarıqlara,  habelə  hüquq 
sahəsində  müvafiq  hazırlığa  və  ixtisasa  malik  olmalıdırlar.  Hakimlərin  seçilməsinin  istənilən  metodu 
onların  qanunsuz  motivlərə  görə  təyin  olunmasını  istisna  etməlidir.  Hakimlərin  seçimi  zamanı  onların 
irqindən,  dərisinin  rəngindən,  cinsindən,  dinindən,  siyasi  və  sair  baxıĢlarından,  milli  və  ya  sosial 
mənĢəyindən,  əmlak  və  ya  digər  vəziyyətindən  asılı  olmayaraq  ayrı-seçkiliyə  yol  verilməməlidir;  lakin 
hakim  vəzifəsinə  namizədin  müvafiq  dövlətin  vətəndaĢı  olması  tələbi  ayrı-seçkilik  kimi  qəbul 
edilməməlidir. 
11. Hakimlərin səlahiyyət müddəti, qərəzsizliyi, təhlükəsizliyi, müvafiq məvacib alması, iĢ Ģəraiti, 
pensiyaları və pensiyaya çıxma yaĢına qanunla lazımi qaydada təminat verilməlidir. 
12.  Təyin  olunan  və  ya  seçilən  hakimlərin  səlahiyyət  müddətinin  bitməsinə  və  ya  pensiyaya 
məcburi çıxma yaĢına qədər təminat verilmiĢ səlahiyyət müddəti vardır. 
13.  Hakimlərin  vəzifədə  yüksəliĢinə  imkan  verən  sistemdə  yüksəliĢ  obyektiv  –  xüsusilə,  bacarıq, 
təcrübə, əxlaqi keyfiyyətlər - amillərə görə həyata keçirilməlidir. 
14.  Aid  olduqları  məhkəmələrdə  hakimlər  arasında  iĢlərin  bölüĢdürülməsi  məhkəmə  aparatının 
daxili iĢi sayılır. 
 
PEġƏ SĠRRĠ VƏ ĠMMUNĠTET 
15.  Hakimlər  öz  iĢinə  və  açıq  məhkəmə  araĢdırılması  halları  istisna  olmaqla,  vəzifələrinin  yerinə 
yetirilməsi  zamanı  aldıqları  məxfi  məlumatlara  dair  peĢə  sirrini  qorumağa  borcludurlar  və  belə 
məsələlərlə əlaqədar ifadə verməyə məcbur edilməməlidirlər.  
16.  Dövlətdaxili  hüquqa  əsasən  hər  hansı  intizam  proseduru,  Ģikayət  etmək  hüququ  və  ya  dövlət 
tərəfindən  kompensasiya  ödənilməsi  məhdudlaĢdırılmadan,  hakimlər  öz  məhkəmə  funksiyalarının  icrası 
zamanı yol verdikləri qeyri-düzgün hərəkət və ya hərəkətsizliklər nəticəsində dəyən maddi zərərlə bağlı 
onlara qarĢı mülki iddialardan Ģəxsi immunitetə malik olmalıdırlar. 
 
TƏNBEHETMƏ, VƏZĠFƏDƏN KƏNARLAġDIRMA VƏ AZAD ETMƏ 
17.  Xidməti  və  peĢə  vəzifələrinin  icrası  zamanı  hakimdən  Ģikayət  verildikdə,  həmin  Ģikayətə 
müvafiq  prosedura  əməl  edilərək  qərəzsiz  və  təxirəsalınmadan  baxılmalıdır.  Hakim,  barəsində  ədalətli 
araĢdırmanın  aparılması  hüququna  malikdir.  Hakim  baĢqa  xahiĢlə  müraciət  etməzsə,  ilkin  mərhələdə 
Ģikayətə baxılması məxfi olmalıdır. 
18. Hakimlər yalnız xidməti vəzifələrini yerinə yetirə bilmək qabiliyyətinə malik olmadıqda və  ya 
tutduqları  vəzifəyə uyğun olmayan davranıĢlarına  görə həmin vəzifədən  kənarlaĢdırıla və  ya  azad edilə 
bilərlər. 
19.  Bütün  tənbeh  tədbirləri,  vəzifədən  kənarlaĢdırma  və  ya  azad  etmə  prosedurları  məhkəmə 
davranıĢının mövcud qaydalarına uyğun olaraq müəyyən edilməlidir.  
20. Ġntizam tənbehinin tətbiq edilməsi, vəzifədən kənarlaĢdırılma və ya azad edilmə barədə qərarlar 
müstəqil yoxlamanın predmeti olmalıdır. Həmin prinsip ali məhkəmələrin qərarlarına və ya qanunverici 
orqanlar  tərəfindən  iĢlərə  impiçment  qaydasında  və  ya  analoji  prosedurlara  riayət  etməklə  baxılması 
zamanı  qəbul edilən qərarlara tətbiq edilməyə bilər. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə