H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

AġAĞIDAKI PRĠNSĠPLƏR hakimlərin etik davranıĢ standartlarının müəyyən edilməsi məqsədini 
daĢıyır. Onlar rəhbər müddəalar kimi istifadə edilməsi üçün hakimlərə və hakimlərin davranıĢının 
tənzimlənməsinin  əsas  prinsipləri  qismində  istifadə  olunması  üçün  məhkəmə  orqanlarına 
ünvanlanmıĢdır.  Bundan  baĢqa,  həmin  prinsiplər  ədalət  mühakiməsinin  həyata  keçirilməsi 
prosesinin icra və qanunvericilik hakimiyyətləri, vəkillər və ümumilikdə cəmiyyət tərəfindən daha 
yaxĢı  baĢa  düĢülməsinə  və  dəstəklənməsinə  kömək  etməyə  yönəlmiĢdir.  Hazırkı  prinsiplər 
hakimlərin  öz
 
davranıĢında  məhkəmə  standartlarının  dəstəklənməsi  və
 
onların  davranıĢını 
tənzimləyən mövcud norma və qaydaların əhəmiyyətinin artırılması məqsədini güdən,
 
müstəqil və 
qərəzsiz Ģəkildə fəaliyyət göstərən müvafiq orqanlara hesabat verməli olduqlarını nəzərdə tutur. 
ġərh 
 
Əsas və ümumtanınmıĢ dəyərlər 
18.  Altı  əsas  və  ümumtanınmıĢ  dəyərlərə  əsaslanan  prinsiplər  haqda  aĢağıdakı  bəyanat,  həmçinin 
hər  bir  prinsipin  tətbiqinə  dair  göstəriĢlər  rəhbər  müddəalar  kimi  istifadə  edilməsi  üçün  hakimlərə  və 
hakimlərin  davranıĢının  milli  davranıĢ  məcəlləsi  və  ya  digər  mexanizmlə  tənzimlənməsinin  baza 
prinsipləri  qismində  istifadə  olunması  üçün  məhkəmə  orqanlarına  ünvanlanmıĢdır.  Rəhbər  müddəa 
qismində az əhəmiyyətli edə bildiyi üçün bu prinsiplərdən hər birinin tətbiqi ilə bağlı göstəriĢlər çox da 
ümumi  xarakter  daĢımır;  bununla  belə,  onlar  həddindən  artıq  konkret  də  olmamalıdır,  çünki  bu,  həmin 
prinsipləri hakimlərin gündəlik həyatlarında rastlaĢdıqları müxtəlif məsələlərin əksəriyyətinə münasibətdə 
qeyri-mütənasib edə bilər. Lakin qeyd olunan göstəriĢlər müəyyən adaptasiyaya məruz qalmağı tələb edə 
bilər ki, onların ayrı-ayrı yurisdiksiyalar kontekstində tətbiqi mümkün olsun.        
 
Heç də hər bir pozuntuya görə intizam tədbiri tətbiq edilməməlidir. 
19.  Hakimlərin  davranıĢ  prinsipləri  hakimlər  tərəfindən  riayət  edilməli  olan  normaları  müəyyən 
etmək  məqsədi  daĢımasına  baxmayaraq,  onlar  bu  prinsiplərdən  hər  hansı  birinin  ehtimal  olunan 
pozuntusuna  görə  intizam  icraatının  baĢlanılmasını  nəzərdə  tutmur.  Göstərilən  prinsiplərə  hakim 
tərəfindən əməl edilməməsinin heç də hər bir halı pozuntu (və ya qeyri-qanuni davranıĢ) kimi çıxıĢ etmir. 
Ġntizam  tədbirlərinin  tətbiqinin  zəruruliyi  məsələsi  pozuntunun  ağırlıq  dərəcəsi,  qanunsuz  hərəkətlərin 
təkrarlığı və onların baĢqa Ģəxslərə və ümumilikdə məhkəmə sisteminə olan təsiri kimi amillərdən asılıdır.   
 
Məhkəmə orqanlarının rolunun anlaĢılması 
20. Demokratik dövlətlərdə məhkəmə orqanlarının rolunun anlaĢılma dərəcəsi, xüsusən də hakimin 
mümkün  sosial  və  siyasi  təzyiqin  təsiri  altına  düĢmədən  qanunu  qərəzsiz  tətbiq  etmək  vəzifəsinin 
anlaĢılması  ölkədən  ölkəyə  fərqlidir.  Müvafiq  olaraq,  cəmiyyətin  məhkəmələrin  fəaliyyətinə  olan 
inamının  səviyyəsi  də  ölkələrə  görə  fərqlənir.  Ona  görə  də,  məhkəmə  orqanlarının  funksiyaları  və 
hakimlərin rolu barədə adekvat məlumat məhkəmələrin demokratik konstitusional sistemin təməli kimi və 
onların  fəaliyyəti  ilə  bağlı  olan  məhdudlaĢmaların  daha  yaxĢı  anlaĢılması  üçün  real  kömək  edə  bilər. 
Hazırkı  prinsiplər  qanunvericilik  və  icra  hakimiyyətlərinin  nümayəndələri,  habelə  vəkillər,  məhkəmə 
araĢdırmasının  tərəfləri  və  ictimaiyyətin  nümayəndələri  tərəfindən  hakim  vəzifəsinin  təbiətinin, 
hakimlərin həm məhkəmə iclasında, həm də məhkəmədən kənarda əməl etməli olduqları yüksək davranıĢ 
standartlarının,  həmçinin  onların  üzərlərinə  düĢən  vəzifələri  həmin  çərçivədə  icra  etməli  olduqları 
məhdudiyyətlərin daha yaxĢı anlaĢılmasına kömək etməyə yönəlmiĢdir. 
 
DavranıĢ standartlarının zəruriliyi 
21.  Hakim  vəzifəsinin  yüksək  statusuna  uyğun  davranıĢ  standartlarının  müəyyən  edilməsi  zərurəti 
hakimlərdən biri tərəfindən aĢağıdakı kimi əsaslandırılmıĢdır:  
ġübhə  doğurmayan  haldır  ki,  hakimlərdən  istər  məhkəmə  iclasında,  istərsə  də  ondan  kənarda 
müəyyən  davranıĢ  standartlarına  riayət  etmələri  gözlənilir.  Bu  ümidlər  nə  ilə  bağlıdır?  Onlar  yalnız 


ayrıca götürülmüĢ bir hakimin müvafiq davranıĢını və ya konkret peĢəkar qrup tərəfindən həm özünün, 
həm  də  cəmiyyətin  maraqları  naminə  müəyyən  davranıĢ  standartlarına  riayət  edilməsini  nəzərdə  tutur? 
Göstərilən məsələ prinsipial olduğuna görə bununla bağlı bir sıra mülahizələr bildirilməlidir. 
Biz  cəmiyyətdə  müəyyən  qrupu  təĢkil edirik.  Biz  hörmətli  bir  peĢənin  elitasıyıq. Bizə  kifayət  qədər 
böyük  hakimiyyət  verilib  və  biz  etibar  edilmiĢ  səlahiyyətləri  günbəgün  həyata  keçiririk.  Həmin 
səlahiyyətlərin  həyata  keçirilməsinin  iĢlərini  həll  etməli  olduğumuz  insanların  həyat  və  talelərinə  son 
dərəcə  böyük  təsiri  vardır.  VətəndaĢlar  öz  talelərinin  nə  vaxtsa  bizdən  asılı  olmayacağına  əmin  ola 
bilməzlər. Onlar düzgünlüyü, peĢə səriĢtəliliyi və ya Ģəxsi keyfiyyətləri Ģübhə altında olan bir Ģəxsə bu cür 
hakimiyyət və səlahiyyətlərin verilməsinə çətin ki razı olarlar. Ona görə də, hüquq sisteminin bildiyimiz 
formada  olan  bütövlük  və  ayrılmazlığının  təmin  edilməsi  üçün  bu  gözləntilərə  inamın  dəstəklənməsinə 
yönələn  müvafiq  davranıĢ  -  həm  peĢəkar  fəaliyyətdə,  həm  də  məhkəmədən  kənarda  –  standartlarının 
olması zəruridir”.
24
 
 
 
                                                 
24
 J.B. Thomas, Judicial Ethics in Australia (Sydney, Law Book Company, 1988), p.7
.      
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə