H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

Bütün  vətəndaĢların  məhkəmə  qarĢısında  bərabərliyinə,  həmçinin  hər  bir  Ģəxsin  onun  hüquq  və 
vəzifələrinin  müəyyən  edilməsi,  habelə  cinayətin  törədilməsində  təqsirliliyi  məsələsi  ilə  bağlı  iĢinə 
qanunla  müəyyən  edilmiĢ  qaydada  səlahiyyətli  və  müstəqil  məhkəmə  tərəfindən  ədalətlilik  və 
qərəzsizlik  rəhbər  tutulmaqla  açıq  məhkəmə  iclasında  ağlabatan  müddətdə  baxılması  hüququna 
təminat verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı NƏZƏRƏ ALARAQ,  
 
ġərh 
 
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt 
3.  Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  14-cü  maddəsinin  1-ci  bəndində,  o 
cümlədən qeyd edilir ki: 
Bütün Ģəxslər məhkəmələr və tribunallar qarĢısında bərabərdirlər. Hər kəs ona qarĢı irəli sürülmüĢ 
istənilən cinayət ittihamına baxılarkən və ya hər hansı mülki prosesdə onun hüquq və vəzifələri müəyyən 
edilərkən, qanun əsasında yaradılmıĢ səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən iĢinin ədalətli 
və açıq araĢdırılması hüququna malikdir. 
4.    Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakt  16  dekabr  1966-cı  ildə  BMT-nin  BaĢ 
Assambleyası  tərəfindən  yekdilliklə  qəbul  edilmiĢ  və  BMT-nin  BaĢ  Katibinin  depozitinə  otuz  beĢinci 
ratifikasiya sənədi qoyulduqdan üç ay sonra, 23 mart 1976-cı ildə qüvvəyə minmiĢdir. 20 iyul 2007-ci il 
tarixinə 160 dövlət Paktı ratifikasiya etmiĢ və ya həmin sənəddə nəzərdə tutulan müddəaları beynəlxalq 
hüquq çərçivəsində öhdəlik kimi üzərinə götürərək ona qoĢulmuĢdur. 
 
Dövlətlərin öhdəlikləri 
5.  Hər hansı bir dövlət Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı ratifikasiya etdikdə və 
ya  ona  qoĢulduqda,  dövlətdaxili  hüquq  çərçivəsində  üç  öhdəliyi  öz  üzərinə  götürür.  Birincisi,  həmin 
dövlət “irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidələrindən, milli və 
sosial mənĢəyindən, əmlak vəziyyətindən və ya digər hallardan asılı olmayaraq” “onun ərazi hüdudlarında 
və yurisdiksiyası altında olan bütün Ģəxslərin” göstərilən Paktda tanınan hüquqlarına “hörmətlə yanaĢmaq 
və onları təmin etmək” öhdəliyini üzərinə götürür. Ġkincisi, Paktın iĢtirakçısı olan hər bir dövlət özünün 
daxili konstitusion prosedurlarına və bu Paktın müddəalarına müvafiq olaraq həmin hüquq və azadlıqların 
həyata keçirilməsinin təmin edilməsi üçün zəruri ola biləcək qanunverici və digər tədbirlərin görülməsini 
öhdəsinə götürür. Üçüncüsü, Paktın iĢtirakçısı olan hər bir dövlət hüquq və ya azadlığı pozulmuĢ istənilən 
Ģəxsə, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən Ģəxslər tərəfindən törədilmiĢ olsa belə, səmərəli hüquqi 
müdafiə  vasitəsini  təmin  etməyi;  belə  müdafiəni  tələb  edən  istənilən  Ģəxs  üçün  hüquqi  müdafiə 
hüququnun  səlahiyyətli  məhkəmə,  inzibati  və  ya  qanunvericilik  hakimiyyətləri,  yaxud  dövlətin  hüquq 
sistemi  ilə  nəzərdə  tutulmuĢ  digər  səlahiyyətli  orqanlar  tərəfindən  müəyyən  edilməsini  və  məhkəmə 
müdafiəsi  imkanlarının  geniĢləndirilməsini  təmin  etməyi;  və  təqdim  edildiyi  təqdirdə,  hüquqi  müdafiə 
vasitələrinin səlahiyyətli orqanlar tərəfindən tətbiqini təmin etməyi öhdəsinə götürür. 
 
Beynəlxalq hüququn statusu 
6.  Beynəlxalq  hüququn  statusu,  bir  qayda  olaraq,  dövlətdaxili  hüquq  sistemi  çərçivəsində  milli 
hüquqla  müəyyən  olunur.  Buna  uyğun  olaraq,  müxtəlif  yurisdiksiyalar  çərçivəsində  müxtəlif  qaydalar 
tətbiq  edilir.  Monistik  nəzəriyyəni  dəstəkləyən  ölkələrdə  beynəlxalq  və  daxili  hüquq  eyni  məsələyə 
paralel  Ģəkildə  tətbiq  edilir  və  onlar  arasında  kolliziya  olduqda  beynəlxalq  hüquq  üstünlüyə  malik  olur. 
Dualistik  nəzəriyyəyə  önəm  verən  ölkələrdə  isə,  beynəlxalq  və  daxili  hüquqa  müxtəlif  sahələri 
tənzimləyən  iki  fərqli  hüquq  sistemi  kimi  baxılır.  Onlar  bir-birini  istisna  edir  və  heç  biri  digərinə 
beynəlxalq hüquq milli hüquqa inkorporasiya edilənə qədər təsir etmir. Bu cür yanaĢmanın səbəblərindən 
biri odur ki, müqavilənin bağlanması icra hakimiyyətinin aktıdır, lakin həmin müqavilədə nəzərdə tutulan 
müddəaların  icrası  özü-özlüyündə  qüvvədə  olan  dövlətdaxili  qanunvericiliyin  dəyiĢdirilməsinə  təsir 
edirsə, bu artıq qanunvericilik aktının qəbul edilməsi zərurətini ortaya çıxarır. Lakin hal-hazırda dualizm 
nəzəriyyəsinə üstünlük  verən  dövlətlərin  bir çoxu tərəfindən insan hüquq və azadlıqlarının tanınması  və 
onlara  riayət  edilməsinə  məcburi  tələb  kimi  və  yaxud  dövlətdaxili  hüquq  normalarının  müəyyən 
edilməsinə təsir göstərən və həmin normalarda öz əksini tapan bir məfhum kimi baxılır. 


Yuxarıda göstərilən əsas prinsiplərin və hüquqların, həmçinin insan hüquqları üzrə yerli aktlarda, 
milli konstitusiyalarda, statut və ümumi hüquqda, məhkəmə adət və ənənələrində tanınmasını və öz 
əksini tapmasını NƏZƏRƏ ALARAQ,  
 
ġərh 
 
Ġnsan Hüquqları üzrə Avropa Konvensiyası 
7. 1950-ci ildə qəbul edilmiĢ Ġnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 
6-cı maddəsində, o cümlədən göstərilir ki:  
Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarĢı irəli sürülmüĢ hər hansı 
cinayət  ittihamına  baxılarkən,  qanun  əsasında  yaradılmıĢ  müstəqil  və  qərəzsiz  məhkəmə  vasitəsilə 
ağlabatan müddətdə iĢinin ədalətli və açıq araĢdırılması hüququna  malikdir. 
  
Ġnsan Hüquqları üzrə Amerika Konvensiyası  
8.  Ġnsan  hüquq  və  azadlıqlarının  müdafiəsi  üzrə  Amerika  Konvensiyasının  8-ci  maddəsinin  1-ci 
bəndində, o cümlədən göstərilir ki: 
Hər kəs ona qarĢı irəli sürülmüĢ hər hansı cinayət xarakterli ittihamın əsaslandırılması və ya mülki, 
əmək, maliyyə və ya istənilən digər xarakterli hüquq və vəzifələrinin müəyyən edilməsi ilə əlaqədar qanun 
əsasında  əvvəlcədən  yaradılmıĢ  səlahiyyətli,  müstəqil  və  qərəzsiz  məhkəmə  tərəfindən  müvafiq 
təminatlarla və ağlabatan müddətdə iĢinə baxılması hüququna malikdir. 
 
Ġnsan və xalqların hüquqlarına dair Afrika Xartiyası 
9.  1981-ci  il  tarixli  Ġnsan  və  xalqların  hüquqlarına  dair  Afrika  Xartiyasının  7-ci  maddəsinin  1-ci 
bəndində göstərilir ki: 
Hər kəs onun iĢinə baxılması hüququna malikdir. Buna aiddir: 
(e) ĠĢə qərəzsiz məhkəmə tərəfindən ağlabatan müddətdə baxılması hüququ.    
Xartiyanın 26-cı maddəsi ilə bəyan edilir ki: 
Hazırkı Xartiyanın iĢtirakçı-dövlətləri məhkəmələrin müstəqilliyini təmin etməyə borcludurlar... 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə