H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

Kristi  Danilet;  Koreya  Respublikasından  hakim  Hyonq-Von  Be;  Serbiya  Ədliyyə  Nazirliyindən  Yovan 
Kosiç;  Ġspaniyadan  Barselona  Apellyasiya  Məhkəməsinin  kommersiya  mübahisələri  üzrə  bölməsinin 
sədri, hakim Ġqnasio Sanço Qaraqalyo; ġri-Lanka Ədliyyə və Hüquq Ġslahatları Nazirliyinin daimi katibi 
Suhada  Qamlat;  Suriya  Ərəb  Respublikasının  Daimi  Missiyasından  BaĢar  Safiey;  Uqandadan  Genri 
Haduli; və Amerika BirləĢmiĢ ġtatlarının Ədliyyə Nazirliyindən baĢ məsləhətçi Kevin Driskoll. 
Digər  iĢtirakçılar  arasında  Amerika  HüquqĢünaslar  Assosiasiyasının  Qanunvericilik  TəĢəbbüsü 
Qaydası  layihəsindən  Olqa  Ruda  və  Saymon  Konte;  Avropa  ġurası  Avropa  Hakimlərinin  MəĢvərətçi 
ġurasından  lord  Conatan  Mens;  Alman  Texniki ƏməkdaĢlıq  Cəmiyyətindən  (Deutsche  Gesellschaft  für 
Technische  Zusammenarbeit)  doktor  Dedo  Geynits,  Yohanna  Beate  Vislyux  və  Georq  Xuber-
Brabenvarter;  Ġtaliyanın  Bolonya  Ģəhərinin  Hüquq  sistemlərinin  öyrənilməsi  Ġnstitutundan  professor 
Cuzeppe  di  Federiko  və  doktor  Françesko  Kontini;  Ġtaliyanın  Sirakuz  Ģəhərinin  Beynəlxalq 
Kriminologiya  Ġnstitutundan  Covanni  Pasqua  və  hakim  Xaled  Axmed;  BMT-nin  ĠnkiĢaf  Proqramından 
Arkan  El  Seblani;  BMT-nin  Narkotiklər  və  cinayətkarlıq  üzrə  Ġdarəsindən  Kit  Volts,  doktor  Styuart 
Gilman,  doktor  Oliver  Stolpe,  Fil  MatĢeza,  Aleksandra  Suza  Martins  və  Uqonnaya  Qreys  Ezekvem; 
Tanzaniya  BirləĢmiĢ  Respublikasından  baĢ  hakimin  Ģəxsi  katibi  Ferdinand  L.K.Vambali,  ġri-Lankadan 
vəkil NeĢan Qunasekera olmuĢlar. 
MüĢavirə  iĢtirakçıları  ġərhin  layihəsinə,  hər  bir  paraqrafını  ayrıca  müzakirə  etməklə,  təfsilatı  ilə 
baxmıĢlar. MəsləhətləĢmələr əsasında ġərhin layihəsinə müvafiq düzəliĢlər edilmiĢdir. AĢağıdakı ġərhin 
məqsədi “Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri”nin düzgün anlaĢılmasının təmin edilməsindən 
ibarətdir. 
 
XII. Mənbələr 
ġərhin hazırlanmasında bir çox mənbələrdən istifadə olunmuĢldur. Onlara beynəlxalq hüquqi aktlar, 
hakimlərin  davranıĢını  tənzimləyən  milli  məcəllələr  və  onların  Ģərhləri,  beynəlxalq,  regional  və  milli 
məhkəmələr  tərəfindən  qəbul  edilmiĢ  qərarlar,  məhkəmə  etikası  üzrə  komitələrin  rəyləri  və  elmi  əsərlər 
daxildir.  
ġərhdə istifadə edilən ifadələrin mənbələri haĢiyələrdə göstərilmiĢdir. Müxtəlif hüquq sistemlərində 
istifadəsinin mümkün olması üçün adaptasiya olunmuĢ regional və ya milli mənbələrdən götürülmüĢ rəy 
və  Ģərhlərin  mənbəyi  mətndə  göstərilmir.  Lakin  istifadə  edilmiĢ  bütün  mənbələr  kitabın  III  bölməsinə, 
həmçinin  “SeçilmiĢ  ədəbiyyat”  bölməsinə  daxil  edilmiĢdir.  Üç  mənbəni  xüsusi  qeyd  etmək  lazımdır: 
Kanada  Məhkəmə  ġurası  tərəfindən  hazırlanmıĢ  Hakimlər  üçün  peĢə  etikası  Prinsipləri  (1998);  Avropa 
Hakimlərinin  MəĢvərətçi  ġurasının  Rəyi  (2001-2006-cı  illər),  Avropa  ġurası;  və  Hakimlərin  DavranıĢı 
üzrə Qaydalar  (2004), Çin Xalq Respublikasının Honq Konq xüsusi inzibati regionu. 
 
 


H
AKĠMLƏRĠN 
D
AVRANIġI ÜZRƏ 
B
ANQALOR 
P
RĠNSĠPLƏRĠ 
 
P
REAMBULA 
 
Hər  bir  Ģəxsə  onun  hüquq  və  vəzifələrinin  müəyyən  edilməsi,  həmçinin  cinayətin  törədilməsində 
təqsirliliyi  məsələsi  ilə  bağlı  iĢinə  müstəqil  məhkəmə  tərəfindən  ədalətlilik  və  qərəzsizlik  rəhbər 
tutulmaqla  açıq  məhkəmə  iclası  Ģəraitində  baxılması  hüququnun  bərabər  əsaslarla  təqdim 
edilməsini  baĢlıca  prinsip  kimi  tanıyan  Ġnsan  Hüquqları  üzrə  Ümumi  Bəyannaməni  NƏZƏRƏ 
ALARAQ, 
ġərh 
Ġnsan Hüquqları üzrə Ümumi Bəyannamə 
1.  10  dekabr  1948-ci  ildə  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  BaĢ  Assambleyası  tərəfindən  qəbul  və 
bəyan edilmiĢ Ġnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 10-cu maddəsində göstərilir ki: 
Hər  bir  Ģəxs  onun  hüquq  və  vəzifələrinin  və  ona  qarĢı  irəli  sürülmüĢ  cinayət  ittihamının 
əsaslılığının  müəyyən  edilməsi  üçün  tam  bərabərlik  əsasında  onun  iĢinə  müstəqil  və  qərəzsiz  məhkəmə 
tərəfindən açıq Ģəkildə və ədalətliliyin bütün tələblərinə riayət olunmaqla baxılması hüququna malikdir. 
2.  BMT-nin  üzv-dövlətlərinin  yekdilliklə  qəbul  etdikləri  Ġnsan  Hüquqları  üzrə  Ümumi 
Bəyannamədə onların BMT-nin Nizamnaməsinə əsasən hörmətlə  yanaĢmağı və riayət etməyi öhdələrinə 
götürdükləri hüquqların xarakterinin “ümumi anlayıĢı” öz əksini tapmıĢdır. Ġnsan Hüquqları üzrə Ümumi 
Bəyannamə insan hüquqlarına aid müddəaların hərtərəfli ifadə olunduğu və qlobal miqyasda tətbiq edilə 
bilən ilk sənəd olmuĢdur. Ümumi Bəyannamə özü-özlüyündə hüquqi baxımdan məcburi hüquqi akt kimi 
düĢünülməmiĢdir:  bu,  məhz  bəyannamədir,  müqavilə  deyil.  Lakin  həmin  sənəd  BMT-nin 
Nizamnaməsində  əks  olunan  “əsas  hüquq  və  azadlıqlar”  ifadəsinin  anlaĢılması  və  təfsir  edilməsi  üçün 
əsaslandırılmıĢ  rəhbər  müddəalar  kimi  qiymətləndirilir.  Həqiqətən  də,  artıq  1971-ci  ildə  məhkəmə 
qaydasında  tanınmıĢdır  ki,  “Bəyannamənin  müddəalarının  beynəlxalq  müqavilədə  olan  məcburedici 
qüvvəyə  malik  olmamasına  baxmayaraq,  onlar  adət  əsasında...  və  ya  adət  hüququnun 
məcəllələĢdirilməsinin  nəticəsi  olduğundan...  və  yaxud  qanun  qismində  qəbul  edilməklə  təĢəkkül  tapan 
təcrübə vasitəsilə adət qüvvəsi aldığından,  dövlətlər üçün öhdəliklər yarada bilər”.
18
 
 
 
                                                 
18
 Legal Consequences for States of the Continued Presence of South Africa in Namibia (South-West Africa) Notwithstanding 
Security Council Resolution 276 (1970), ICJ Reports 1971, separate opinion of Vice-President Ammoun, at p.76. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə