H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

q.
 
Cənubi  Afrikanın  hakimləri  üçün  BaĢ  hakim,  Konstitusiya  Məhkəməsinin  sədri,  Yüksək 
məhkəmələrin,  əmək  mübahisələri  üzrə  Apellyasiya  Məhkəməsi  və  torpaq  iddiaları  üzrə 
Məhkəmənin sədrləri tərəfindən dərc edilmiĢ Təlimat, mart 2000-ci il; 
r.
 
Hakimlər  və  Magistratlar  Konfransı  tərəfindən  qəbul  edilmiĢ  Tanzaniya  məhkəmə  vəzifəli 
Ģəxslərinin DavranıĢ Məcəlləsi, 1984-cü il; 
s.
 
ABġ-ın Texas Ģtatı Hakimlərinin DavranıĢ Məcəlləsi; 
t.
 
Ali Məhkəmə və Yüksək Məhkəmənin hakimləri tərəfindən qəbul edilmiĢ Uqanda hakimləri, 
magistratları və məhkəmə vəzifəli Ģəxslərinin DavranıĢ Məcəlləsi, iyul 1989-cu il; 
u.
 
Amerika BirləĢmiĢ ġtatlarının Hakimlər Konfransı tərəfindən hazırlanmıĢ DavranıĢ Məcəlləsi; 
v.
 
Virginiya  Ģtatının  Ali  Məhkəməsi  tərəfindən  qəbul  edilərək  yayılmıĢ  Virginiya  Ģtatı 
Hakimlərinin DavranıĢ Qaydaları; 
w.
 
ABġ-ın  VaĢinqton  Ģtatının  Ali  Məhkəməsi  tərəfindən  qəbul  edilmiĢ  Hakimlərin  DavranıĢ 
Məcəlləsi, oktyabr 1995-ci il; 
x.
 
Zambiya Parlamenti tərəfindən qəbul edilmiĢ “Məhkəmə sistemi haqqında” Qanun (DavranıĢ 
Məcəlləsi), dekabr 1999-cu il. 
 
Regional və Beynəlxalq hüquqi aktlar  
a.
 
Beynəlxalq  cinayət  hüququ  Assosiasiyası,  Beynəlxalq  HüquqĢünaslar  Komissiyası, 
Hakimlərin  və  vəkillərin  müstəqilliyi  Mərkəzi  tərəfindən  çağırılmıĢ  ekspertlər  komitəsinin 
hazırladığı Məhkəmə orqanlarının müstəqilliyi Prinsiplərinin layihəsi (“Sirakuz prinsipləri”), 
1981-ci il; 
b.
 
Beynəlxalq HüquqĢünaslar Assosiasiyası tərəfindən qəbul edilmiĢ Hakimlərin müstəqilliyinin 
minimal Standartları, 1982-ci il; 
c.
 
BMT-nin BaĢ Assambleyası tərəfindən bəyənilmiĢ məhkəmə orqanlarının müstəqilliyinə dair 
BirləĢmiĢ Millətlər TəĢkilatının Əsas prinsipləri, 1985-ci il; 
d.
 
BMT-nin  məhkəmə  orqanlarının  müstəqilliyinin  araĢdırılması  üzrə  Xüsusi  məruzəçisi  Dr 
L.V.Sinqxvi  tərəfindən  hazırlanmıĢ  Ədalət  mühakiməsinin  müstəqilliyi  üzrə  Ümumi 
Bəyannamənin layihəsi (“Sinqxvi Bəyannaməsi”), 1989-cu il;  
e.
 
BaĢ  hakimlərin  6-cı  Konfransı  tərəfindən  qəbul  edilmiĢ  Lavasia  regionundakı  (Lavasia  – 
Asiya  və  Sakit  okean  ölkələri  hüquqĢünaslarının  Assosiasiyası)  məhkəmə  orqanlarının 
müstəqilliyi prinsipləri barədə Pekin Bəyanatı, avqust 1997-ci il;  
f.
 
Harare Prinsiplərinin əməli tətbiqinin təmin edilməsi məqsədilə hüququn aliliyi prinsipinə və 
insan  hüquqlarına  riayət  olunması,  səmərəli  idarəetmənin  inkiĢafı  üçün  icra,  qanunverici  və 
məhkəmə  orqanları  arasındakı  münasibətləri  müəyyən  edən  optimal  təcrübəyə  dair  Birlik 
ölkələri üçün Latimer Haus Təlimatı, 1998-ci il; 
g.
 
Hakimlərin statusu haqqında Avropa Xartiyası, Avropa ġurası, iyul 1998-ci il;  
h.
 
Hakimlərin  və  vəkillərin  müstəqilliyi  Mərkəzi  tərəfindən  yaradılmıĢ  ekspertlər  qrupunun 
qəbul etdiyi korrupsiyanın qarĢısının alınması və aradan qaldırılması və məhkəmə sisteminin 
qərəzsizliyinin təmin edilməsi üzrə Çərçivə Siyasəti, fevral 2000-ci il. 
 
IV. Hakimlərin DavranıĢı Kodeksinin Banqalor layihəsi 
Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər  Qrupunun  ikinci  müĢavirəsi  24-26  fevral  2001-ci  ildə  Hindistanın  Banqalor  Ģəhərində  baĢ 
tutmuĢdur.  MüĢavirə  Böyük  Britaniya  və  ġimali  Ġrlandiya  BirləĢmiĢ  Krallığının  Beynəlxalq  inkiĢaf 
Departamentinin köməkliyi və BMT-nin Ġnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin maliyyə dəstəyi 
ilə  keçirilmiĢdir.  Qəbul  edən  tərəf  Hindistanın  Karnataka  Ģtatının  hökuməti  və  Yüksək  Məhkəməsi 


olmuĢdur.  Həmin  müĢavirənin  gediĢində  Qrup  təqdim  edilmiĢ  layihəni  təhlil  edərək  əsas  göstəriciləri 
müəyyən  etmiĢ,  mühüm  prinsipləri  formalaĢdırmıĢ  və  Hakimlərin  DavranıĢı  Məcəlləsinin  Banqalor 
Layihəsinə  (Banqalor  Layihəsi) dair razılığa  gəlmiĢdir. Bununla belə,  Qrup  Banqalor  layihəsinin  əsasən 
ümumi (anqlo-sakson) hüquq sistemi olan dövlətlərin hakimləri tərəfindən iĢlənib hazırlanmasını nəzərə 
alaraq,  həmin  layihəyə  müvafiq  qaydada  təsdiqlənmiĢ  hakimlərin  davranıĢı  üzrə  beynəlxalq  məcəllə 
statusunun  verilməsi  üçün  onun  digər  hüquq  sistemlərindən  olan  hakimlər  tərəfindən  öyrənilməsinin 
əhəmiyyətini vurğulamıĢdır.  
MüĢavirədə BanqladeĢdən baĢ hakim Maynur Reza Çoudxuri, Hindistanın Karnataka Ģtatından baĢ 
hakim  P.V.Reddi,  Nepaldan  baĢ  hakim  KeĢav  Prasad  Upadhyay,  Nigeriyadan  baĢ  hakim  M.L.Uvais, 
Cənubi  Afrikadan  baĢ  hakimin  müavini  Pius  Lanqa,  ġri-Lankadan  baĢ  hakim  S.N.Silva,  Tanzaniya 
BirləĢmiĢ Respublikasından baĢ hakim B.A.Samatta və Uqandadan baĢ hakim B.C.Odoki iĢtirak etmiĢlər. 
Beynəlxalq  HüquqĢünaslar  Komissiyasının  Prezidenti,  Kanada  Ali  Məhkəməsinin  hakimi  Kler  Lero 
Dyub  müĢavirənin  xüsusi qonağı  olmuĢdur. Hakim Veeramantri  müĢavirədə  sədrliyi  etmiĢ,  hakim Kirbi 
isə  məruzəçi  olmuĢdur.  BMT-nin  hakimlər  və  vəkillərin  müstəqilliyi  məsələləri  üzrə  Xüsusi  məruzəçisi 
Dato Param Kumarasvami və BMT-nin Ġnsan Hüquqları üzrə Ali Komissarını təmsil edən BMT-nin Ġnsan 
Hüquqları  üzrə  Komitəsinin  sədri,  hakim  P.N.Bxaqvati  həmin  müĢavirədə  müĢahidəçi  qismində  iĢtirak 
etmiĢlər. 
 
V. MüĢavirə prosesi 
Növbəti  iyirmi  ay  müddətində  Banqalor  layihəsi  ümumi  (anqlo-sakson)  və  kontinental  (roman-
german)  hüquq  sistemlərindən  olan  ölkələrin  hakimləri  arasında  geniĢ  yayılmıĢ  və  hakimlərin  bütün 
hüquq  sistemlərini  əhatə  edən  75-dən  çox  ölkədən  olan  baĢ  və  ali  hakimlərin  iĢtirak  etdiyi  bir  neçə 
konfrans  və  müĢavirələrində  müzakirə  edilmiĢdir.  Amerika  Vəkillər  Assosiasiyasının  təĢəbbüsü  ilə 
Banqalor  layihəsi  Mərkəzi  və  ġərqi  Avropa  ölkələrinin,  xüsusilə  Bosniya  və  Herseqovina,  Bolqarıstan, 
Xorvatiya,  Kosovo,  Rumıniya,  Serbiya  və  Slovakiyanın  dövlət  dillərinə  tərcümə  edilərək,  həmin 
dövlətlərin  hakimləri,  hakimlər  assosiasiyaları,  Konstitusiya  və  Ali  məhkəmələri  tərəfindən  nəzərdən 
keçirilmiĢdir.  Banqalor  layihəsinin  mətninə  əldə  olunmuĢ  Ģərhlərə  uyğun  olaraq  düzəliĢlər  daxil 
edilmiĢdir. 
2002-ci  ilin  iyun  ayında  Fransanın  Strasburq  Ģəhərindəki  müĢavirədə  Banqalor  layihəsi  Avropa 
Hakimlərinin  MəĢvərət  ġurasının  ĠĢçi  Qrupu  (CCJE-GT)  tərəfindən  kontinental  (roman-german)  hüquq 
sistemi  hakimlərinin  nöqteyi-nəzərindən  hərtərəfli  öyrənilmiĢdir.  Həmin  müĢavirədə  ətraflı  və  açıq  fikir 
mübadiləsi  aparılmıĢdır.  MüĢavirədə  Avstriya  Hakimlər  Assosiasiyasının  vitse-prezidenti  Gerxard 
Raysner,  Çex  Respublikası  Ali  Məhkəməsinin  hakimi  Robert  Fremr,  Fransanın  Paris  Apellyasiya 
Məhkəməsinin  sədri  Alen  Lakabarat,  Almaniyanın  Federal  Administrativ  Məhkəməsinin  hakimi  Otto 
Malmann,  Ġtaliyadan  magistrat  Rafael  Sabato,  Litva  Apellyasiya  Məhkəməsinin  hakimi  Virqilius, 
Lüksemburq  Apellyasiya  Məhkəməsindən  baĢ  məsləhətçi  Jan-Klod  Vivinius,  Portuqaliya  Apellyasiya 
Məhkəməsindən məsləhətçi Orlando Afonso, Sloveniya Ali Məhkəməsinin hakimi Duzan Oqrizek, Ġsveç 
Apellyasiya Məhkəməsinin sədri Yoxan HirĢfeld və BirləĢmiĢ Krallıqdan lord-hakim Mens (sədr) iĢtirak 
etmiĢlər.  
Avropa Hakimlərinin MəĢvərət ġurasının ĠĢçi Qrupu tərəfindən dərc edilmiĢ Ģərhlərin ġuranın qeyd 
olunan  məsələlərə  dair  digər  rəyləri  ilə  yanaĢı  (xüsusən,  “Hakimlərin  dəyiĢilməzliyi  və  məhkəmə 
orqanlarının müstəqilliyinin standartları barədə” 1 №-li Rəy) Banqalor layihəsi üzərində aparılmıĢ sonrakı 
iĢ üçün böyük əhəmiyyəti olmuĢdur.   
Banqalor  layihəsinə  düzəliĢlər  edilərkən,  Avropa  Hakimlərinin  MəĢvərət  ġurası  tərəfindən 
hakimlərin peĢəkar davranıĢını tənzimləyən prinsiplər və qaydalar, xüsusən, etik normalar, qərəzsizlik və 
hakim  vəzifəsinə  uyğun  olmayan  davranıĢ  barədə  hazırlanmıĢ  rəy,  2002-ci  ildə  Avstraliya  BaĢ 
hakimlərinin  ġurası  tərəfindən  dərc  edilmiĢ  Hakimlərin  DavranıĢ  Qaydaları,  Baltikyanı  ölkələrdə 
hakimlərin davranıĢına dair Tipik Normalar, Çin Xalq Respublikasının hakimləri üçün Məhkəmə Etikası 
üzrə  Məcəllə,  Makedoniya  Hakimlər  Assosiasiyası  tərəfindən  hazırlanmıĢ  Məhkəmə  Etik  Məcəlləsi  və 
hakimlərin davranıĢına dair digər məcəllələrin müddəaları nəzərə alınmıĢdır.   
 
VI. “Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə