H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

M
ÜNDƏRĠCAT
 
 
Ön söz……………………………………………………………………………………..19 
Banqalor prinsiplərinə dair Kommentariyanın hazırlanması üzərində iĢ prosesi.……...…20 
Preambula…………………………………………………………………………………29 
1-ci göstərici: Müstəqillik………………………………………………………...………41 
2-ci göstərici: Obyektivlik və qərəzsizlik…………………………………………………53 
3-cü göstərici: Vicdanlılıq və ələalınmazlıq………………………………………………71 
4-cü göstərici: Etik normalara riayət edilməsi…………………………...……………….75 
5-ci göstərici: Bərabərlik………………………………………………………………...102 
6-cı göstərici: SəriĢtəlilik və çalıĢqanlıq…………………………………………...……108 
Prinsiplərin tətbiqi………..………………………………………………………...……118 
AnlayıĢlar………………………………………………………………………………...119 
Əlavə: Mədəni və dini ənənələr………………………………………………………….120 
SeçilmiĢ ədəbiyyat……………………………………………………………………….128 
 
 


Ö

S
ÖZ 
Cəmiyyət  arasında  inkaredilməz  nüfuza  malik  olan  məhkəmə  hakimiyyəti  sistemi  demokratik 
sistemin  və  hüququn  aliliyinin  əsas  təməllərindən  sayılır.  Hətta,  digər  bütün  müdafiə  vasitələri  nəticə 
vermədikdə  belə,  məhkəmə  hakimiyyəti  vətəndaĢları  onların  qanunla  təminat  verilən  hüquq  və 
azadlıqlarına  istənilən  müdaxilələrdən  qorumağa  xidmət  edən  dayaq  kimi  çıxıĢ  edir.  Bu,  həm  hər  bir 
ayrıca  ölkə  kontekstində,  həm  də  qlobal  kontekstdə  ədalətlidir,  çünki  məhkəmə  hakimiyyəti  bütün 
dünyada hüququn aliliyinin təmini üçün əsas dayaq hesab edilir. Nəticə etibarilə, bütün dünya miqyasında 
məhkəmə  hakimiyyətinin  yüksək  nüfuzunun  təmin  olunması  xeyli  enerji,  güc  və  təcrübə  tələb  edən  bir 
məsələdir. 
2000-ci  ildən  fəaliyyət  göstərən  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının 
möhkəmləndirilməsi məsələsi üzrə Hakimlər Qrupu qarĢısına məhz bu vəzifəni qoymuĢdur. Həmin Qrup 
bu  nəcib  məqsədə  sədaqətlə  xidmət  etmək  üçün  öz  təcrübə  və  biliklərini  birləĢdirmək  qərarına  gəlmiĢ, 
dünyanın  müxtəlif  ölkələrindən  olan  baĢ  və  böyük  hakimlərin  qeyri-rəsmi  qrupu  kimi  fəaliyyətə 
baĢlamıĢdır.  Yarandığı  andan  keçən  müddət  ərzində  Qrup,  nəticələri  dünyanın  bir  çox  ölkələrində 
məhkəmə hakimiyyətinə əhəmiyyətli təsir göstərən böyük iĢlər görmüĢdür. 
“Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri” dünyanın bir çox yerlərində hakimlər və məhkəmə 
orqanları,  həmçinin  ədalət  mühakiməsinin  yüksək  standartlarının  təminində  maraqlı  olan  beynəlxalq 
təĢkilatlar  tərəfindən  layiqincə  tanınmıĢdır.  Bunun  nəticəsi  olaraq,  “Banqalor  prinsipləri”nə  bütün 
məhkəmə  orqanları  və  hüquq  sistemləri  tərəfindən  qeyd-Ģərtsiz  qəbul  edilə  bilən  sənəd  kimi  baxılır.  Bu 
prinsiplərdə  ədalət  mühakiməsinin  həyata  keçirilməsinə  aid  olan  müxtəlif  mədəniyyət  və  hüquq 
sistemlərinin  ən  dəyərli  ənənələri  öz  əksini  tapmıĢdır.  Əsas  dəyər  və  prinsiplər  üzrə  qarĢılıqlı  razılığa 
gəlmək  heç  də  həmiĢə  asan  olmamıĢ,  lakin  onların  hamı  tərəfindən  qəbul  edilməsi  üçün  Məhkəmə 
orqanlarının vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi üzrə Hakimlər Qrupunun qəti 
niyyəti bu yolda qarĢısına çıxan bütün maneələri aĢmağa imkan vermiĢdir.  
Banqalor  prinsipləri  bir  sıra  ölkələrdə  rəsmi  qəbul  olunmuĢ,  digər  ölkələrdə  isə  onların  əsasında 
hakimlərin  davranıĢına  dair  öz  prinsipləri  iĢlənib  hazırlanmıĢdır.  Həmçinin,  beynəlxalq  təĢkilatlar  da 
Banqalor  prinsiplərini  bəyənmiĢ  və  onların  tam  dəstəklənməsini  bəyan  etmiĢlər.  BirləĢmiĢ  Millətlər 
TəĢkilatının Ġqtisadi və Sosial ġurası 27 iyul 2006-cı il tarixli 2006/23 saylı qətnaməsində üzv-dövlətlərə 
öz  daxili  hüquq  sistemlərinə  uyğun  olaraq  hakimlərin  və  məhkəmə  orqanları  iĢçilərinin  peĢəkarlıq 
məcəlləsinin  və  etik  davranıĢ  qaydalarının  iĢlənib  hazırlanması  və  ya  nəzərdən  keçirilməsi  prosesində 
məhkəmə  orqanlarına  “Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”nin  nəzərə  alınmasını  tövsiyə 
etməyi  təklif  etmiĢdir.  “Banqalor  prinsipləri”,  həmçinin  Amerika  HüquqĢünaslar  Assosiasiyası  və 
Beynəlxalq HüquqĢünaslar Komissiyası tərəfindən də qəbul olunmuĢ və Avropa ġurası üzv-dövlətlərinin 
hakimləri tərəfindən yüksək qiymətləndirilmiĢdir.  
“Banqalor  prinsipləri”nin  hər  biri  üzrə  1-2  mart  2007-ci  ildə  Vyanada  keçirilmiĢ  Hakimlərin 
davranıĢı  üzrə  əsas  prinsiplərin  möhkəmləndirilməsinə  dair  Hökumətlərarası  açıq  tərkibli  ekspertlər 
Qrupunun müĢavirəsində prinsiplərlə birlikdə müfəssəl Ģəkildə müzakirə olunmuĢ Ģərhlər hazırlanmıĢdır. 
MüĢavirədə  35  ölkədən  olan  ekspertlər  iĢtirak  etmiĢlər.  ġərhin  layihəsi  və  təklif  edilən  düzəliĢlər, 
həmçinin  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər Qrupunun beĢinci müĢavirəsində ətraflı müzakirə olunmuĢ və müĢavirə iĢtirakçıları tərəfindən 
qəbul  edilmiĢdir.  Həmin  ġərh  sənəddə  olan  hər  bir  prinsipi  təfərrüatı  ilə  izah  edir  və  “Banqalor 
prinsipləri”nin  hakimlərin davranıĢı üzrə  etik normaların ümumi  bəyannaməsi  qismində  geniĢ  miqyasda 
qəbul edilməsi üçün imkan yaradır.  
Qeyd  edilməlidir  ki,  hakimlərin  vicdanlılığı  və  əxlaqi  keyfiyyətlərinin  yüksək  standartları  baĢlıca 
dəyərlər kimi təkcə bütün mövcud ənənəvi hüquq sistemlərində deyil, böyük dinlərin hamısında da bəyan 
edilir. Bunu nəzərə alaraq, ġərhə hakimlərin vicdanlılığı və ələalınmazlığına aid ayrı-ayrı dinlərlə  təbliğ 
olunan qaydaların qısa icmalını əks etdirən əlavə daxil edilmiĢdir.  
“Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”  təkcə  bütün  ölkələrin  məhkəmə  orqanları  üçün 
deyil,  həm  də  geniĢ  ictimaiyyət,  habelə  qüsursuz  Ģəkildə  yüksək  əxlaqi  prinsiplərə  əsaslanan  məhkəmə 
hakimiyyəti  sisteminin  mövcudluğu  üçün  möhkəm  bünövrənin  qurulması  məsələsi  barədə  düĢünənlər 
üçün potensial olaraq böyük dəyər təĢkil edən vasitə kimi çıxıĢ edir. 
 
K.Q.Veeramantri, 
Məhkəmə orqanlarının vicdanlılığı və ələalınmazlığının  
möhkəmləndirilməsi məsələsi üzrə Hakimlər Qrupunun Sədri  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə