H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   2   3   4   5   6   7   8   9   ...   60

H
AKĠMLƏRĠN 
D
AVRANIġI ÜZRƏ  
B
ANQALOR 
P
RĠNSĠPLƏRĠ 
 
Hər  bir  Ģəxsə  onun  hüquq  və  vəzifələrinin  müəyyən  edilməsi,  həmçinin  cinayətin  törədilməsində 
təqsirliliyi  məsələsi  ilə  bağlı  iĢinə  müstəqil  məhkəmə  tərəfindən  ədalətlilik  və  qərəzsizlik  rəhbər 
tutulmaqla  açıq  məhkəmə  iclası  Ģəraitində  baxılması  hüququnun  bərabər  əsaslarla  təqdim  edilməsini 
baĢlıca prinsip kimi tanıyan Ġnsan Hüquqları üzrə Ümumi Bəyannaməni NƏZƏRƏ ALARAQ
Bütün  vətəndaĢların  məhkəmə  qarĢısında  bərabərliyinə,  həmçinin  hər  bir  Ģəxsin  onun  hüquq  və 
vəzifələrinin  müəyyən  edilməsi,  habelə  cinayətin  törədilməsində  təqsirliliyi  məsələsi  ilə  bağlı  iĢinə 
qanunla müəyyən edilmiĢ qaydada səlahiyyətli və müstəqil məhkəmə tərəfindən ədalətlilik və qərəzsizlik 
rəhbər tutulmaqla açıq məhkəmə iclasında ağlabatan müddətdə baxılması hüququna təminat verən Mülki 
və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı
16
 NƏZƏRƏ ALARAQ,  
Yuxarıda göstərilən  əsas prinsiplərin  və hüquqların,  həmçinin  insan hüquqları  üzrə  yerli aktlarda, 
milli konstitusiyalarda, statut və ümumi hüquqda, məhkəmə adət və ənənələrində tanınmasını və öz əksini 
tapmasını NƏZƏRƏ ALARAQ,  
Bütün  digər  hüquqların  həyata  keçirilməsi  bütövlükdə  ədalət  mühakiməsinin  düzgün  həyata 
keçirilməsindən  asılı  olduğu  üçün  insan  hüquqlarının  qorunması  məsələsində  məhkəmə  orqanlarının 
səlahiyyətli, müstəqil və qərəzsiz olmasının böyük əhəmiyyət kəsb etdiyini NƏZƏRƏ ALARAQ,  
Məhkəmələrin  konstitusionalizm  və  hüquq  qaydasının  müdafiəsi  üzrə  öz  vəzifələrinin  yerinə 
yetirilməsi  üçün  məhkəmə  orqanlarının  səlahiyyətli,  müstəqil  və  qərəzsiz  olmasının  böyük  əhəmiyyət 
kəsb etdiyini NƏZƏRƏ ALARAQ
Cəmiyyətin  məhkəmə  sisteminə,  həmçinin  məhkəmə  orqanlarının  əxlaqı,  vicdanlılığı  və 
ələalınmazlığı məsələlərində məhkəmə sisteminin nüfuzuna olan inamının demokratik cəmiyyətdə birinci 
dərəcəli rol oynadığını NƏZƏRƏ ALARAQ,  
Hakimlərin  cəmiyyət  tərəfindən  onlara  göstərilən  inamın  dərəcəsini  anlamaqla  fərdi  və  kollektiv 
qaydada  öz  vəzifələrinə  hörmət  və  Ģərəflə  yanaĢmalarının  və  cəmiyyətin  məhkəmə  sisteminə  olan 
inamının saxlanması və artırılması üçün lazımi səy göstərmələrinin zəruriliyini NƏZƏRƏ ALARAQ
Hakimlərin yüksək davranıĢ standartlarının dəstəklənməsi və həvəsləndirilməsinin hər bir dövlətin 
məhkəmə orqanlarının bilavasitə vəzifəsi hesab olunduğunu NƏZƏRƏ ALARAQ,   
Məhkəmə orqanlarının müstəqilliyinə dair Əsas prinsiplərin
17
 məhkəmə orqanlarının müstəqilliyini 
təmin  etməyə  və  dəstəkləməyə  yönəldiyini  və  baĢlıca  olaraq  dövlətlərə  ünvanlandığını  NƏZƏRƏ 
ALARAQ, 
AġAĞIDAKI PRĠNSĠPLƏR hakimlərin etik davranıĢ standartlarının müəyyən edilməsi məqsədini 
daĢıyır.  Onlar  rəhbər  müddəalar  kimi  istifadə  edilməsi  üçün  hakimlərə  və  hakimlərin  davranıĢının 
tənzimlənməsinin əsas prinsipləri qismində istifadə olunması üçün məhkəmə orqanlarına ünvanlanmıĢdır. 
Bundan  baĢqa,  həmin  prinsiplər  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  prosesinin  icra  və 
qanunvericilik hakimiyyətləri, vəkillər və ümumilikdə cəmiyyət tərəfindən daha yaxĢı baĢa düĢülməsinə 
və dəstəklənməsinə kömək etməyə yönəlmiĢdir. Hazırkı prinsiplər hakimlərin öz
 
davranıĢında məhkəmə 
standartlarının  dəstəklənməsi  və
 
onların  davranıĢını  tənzimləyən  mövcud  norma  və  qaydaların 
əhəmiyyətinin  artırılması  məqsədini  güdən,
 
müstəqil  və  qərəzsiz  Ģəkildə  fəaliyyət  göstərən  müvafiq 
orqanlara hesabat verməli olduqlarını nəzərdə tutur. 
 
 
                                                 
16
 BaĢ Assambleyanın 2200 A (XXI)) saylı Qətnaməsi, əlavə. 
17
  Bax:  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  cinayətkarlığın  qarĢısının  alınması  və  qanunu  pozanlarla  rəftar  məsələləri  üzrə 
yeddinci  Konqresi,  Milan,  26  avqust-6  sentyabr  1985-ci  il:  Katiblik  tərəfindən  hazırlanmıĢ  məruzə  (BirləĢmiĢ  Millətlər 
TəĢkilatının nəĢri, № R.86.IV.1 ilə satıĢda), fəsil I, bölmə D.2, əlavə. 


Birinci göstərici 
M
ÜSTƏQĠLLĠK 
Prinsipi: 
Məhkəmə  orqanlarının  müstəqilliyi  hüquq  qaydasının  təmin  olunmasının  ilkin  Ģərti  və  iĢin 
məhkəmədə  ədalətli  həll  edilməsinin  əsas  təminatı  sayılır.  Müvafiq  olaraq,  hakim  məhkəmə 
orqanlarının müstəqilliyi prinsipini həm fərdi, həm də institusional aspektlərdə həyata keçirməli və 
müdafiə etməlidir. 
Tətbiqi: 
1.1. Hakim öz məhkəmə funksiyasını faktların müstəsna olaraq hüququn Ģüurlu surətdə dərk edilməsinə 
uyğun  qiymətləndirilməsindən,  istənilən  tərəfin  istənilən  məqsədlərlə  etdiyi  hər  hansı  kənar  təsir, 
niyyət, təzyiq, birbaĢa və ya dolayı hədə və ya müdaxilələrdən asılı olmayaraq həyata keçirməlidir.  
1.2.  Hakim  qərar  çıxarmalı  olduğu  iĢdə  ümumilikdə  cəmiyyətə  və  məhkəmə  iĢinin  konkret  tərəflərinə 
münasibətdə müstəqil mövqedən çıxıĢ etməlidir. 
1.3.  Hakim  nəinki  istənilən  qeyri-müvafiq  qarĢılıqlı  münasibət  vəzifələrini  və  ya  hakimiyyətin  icra  və 
qanunverici qolları tərəfindən edilən təsiri istisna edir, həm də bunu elə etməlidir ki, bu, hətta kənar 
müĢahidəçiyə belə aĢkar olsun. 
1.4. Hakim tərəfindən iĢ üzrə qərar müstəqil qəbul edilməli olduğu hallarda, o, məhkəmə tərkibinə daxil 
olan digər həmkarlarının rəyindən asılı olmadan fəaliyyət göstərir. 
1.5.  Hakimlərin  təĢkilati  və  fəaliyyət  müstəqilliyinin  saxlanılması  və  artırılması  məqsədilə  hakim  öz 
vəzifələrinin icrası təminatlarını müdafiə edir və dəstəkləyir. 
1.6.  Hakim  məhkəmə  orqanlarının  müstəqilliyinin  saxlanması  üçün  baĢlıca  əhəmiyyət  kəsb  edən 
cəmiyyətin  məhkəmə  orqanlarına  inamının  möhkəmləndirilməsi  məqsədilə  hakimlərin  davranıĢının 
yüksək standartlarını nümayiĢ və təbliğ edir. 
 
2-ci göstərici 
O
BYEKTĠVLĠK VƏ 
Q
ƏRƏZSĠZLĠK 
Prinsipi: 
Hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri Ģərti sayılır. O, 
təkcə  çıxarılan  qərarın  məzmununda  deyil,  həm  də  onun  çıxarılmasını  müĢayiət  edən  bütün 
prosessual hərəkətlərdə təzahür edir. 
Tətbiqi: 
2.1.  Hakim  öz  vəzifələrinin  icrası  zamanı  hər  hansı  üstüntutma  hallarından,  qabaqcadan  formalaĢmıĢ 
yanlıĢ fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. 
2.2.  Hakimin  məhkəmə  iclasının  gediĢində  və  məhkəmədən  kənarda  davranıĢı  onun  və  məhkəmə 
orqanlarının  obyektivliyinə  cəmiyyətin,  hüquq  peĢəsi  nümayəndələrinin  və  məhkəmə  prosesi 
tərəflərinin inamının saxlanmasına və artırılmasına kömək etməlidir. 
2.3. Hakim onu məhkəmə iclaslarında iĢtirak etmək və iĢ üzrə qərar çıxarmaq hüququndan məhrum etmək 
üçün əsas sayıla biləcək hərəkətlərdən imkan daxilində çəkinməlidir. 
2.4.  Hakim  məhkəmədə  baxılmalı  olan  və  ya  baxıla  biləcək  iĢlə  bağlı  vəziyyətin  ağlabatan 
qiymətləndirilməsinə əsasən həmin iĢin nəticəsinə hər hansı formada təsir edə və ya prosesin ədalətli 
həyata  keçirilməsini  Ģübhə  altına  qoya  biləcək  istənilən  Ģərhlərdən  çəkinməlidir.  Hakim  açıq  və  ya 
digər  formada  Ģərhlərdən  çəkinməlidir,  əks  təqdirdə  bu,  iĢə  hər  hansı  Ģəxsə  və  ya  məsələyə 
münasibətdə qərəzsiz baxılmasına mane ola bilər. 
2.5. Əgər iĢ üzrə obyektiv qərarın çıxarılması onun üçün mümkün görünmürsə və ya kənar müĢahidəçidə 
hakimin qərəzsizliyinə Ģübhələr yarana bilərsə, hakim özü-özünə etiraz etməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə