H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   2   3   4   5   6   7   8   9   ...   60

AĢağıda belə halların yalnız bir neçə nümunələri sadalanmıĢdır: 
2.5.1.  hakimdə  tərəflərdən  hər  hansı  birinə  qarĢı  real  olaraq  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikir  və  ya 
qabaqcadan hasil olan qənaət münasibəti formalaĢmıĢdırsa, yaxud hakimə onun Ģəxsi mənbələrindən 
baxılan iĢə aidiyyəti olan hər hansı sübutedici faktlar məlum olmuĢdursa; 
2.5.2.  eyni  mübahisə  predmetinə  əvvəllər  baxılması  zamanı  hakim  vəkil  qismində  çıxıĢ  etmiĢsə  və  ya 
mühüm Ģahid qismində cəlb edilmiĢsə; 
2.5.3. hakim və ya onun ailə üzvləri baxılan iĢin nəticəsində maraqlıdırsa. 
Həmin iĢə baxılması üçün heç bir digər məhkəmə təyin edilə bilmədikdə və ya həllinin ləngidilməsi 
ciddi məhkəmə səhvlərinə gətirib çıxara bilən iĢin təcili xarakterini nəzərə alaraq, hakim iĢə baxılmasında 
iĢtirak etməkdən kənarlaĢdırıla bilməz. 
 
3-cü göstərici 
V
ĠCDANLILIQ VƏ 
Ə
LƏALINMAZLIQ 
Prinsipi: 
Vicdanlılıq  və  ələalınmazlıq  hakimin  öz  vəzifələrini  lazımi  qaydada  icra  etməsinin  zəruri 
Ģərtləridir. 
Tətbiqi: 
3.1. Hakim hətta kənar müĢahidəçinin nəzərində belə qüsursuz davranıĢ nümayiĢ etdirməlidir.  
3.2.  Hakimin  hərəkət  və  davranıĢ  forması  cəmiyyətin  məhkəmə  orqanlarının  vicdanlılığına  və 
ələalınmazlığına inamını saxlamalıdır. Ədalət mühakiməsini sadəcə həyata keçirmək kifayət deyil, bunu 
cəmiyyət üçün açıq etmək lazımdır. 
 
4-cü göstərici 
E
TĠK 
N
ORMALARA 
R
ĠAYƏT 
O
LUNMASI 
Prinsipi: 
Etik normalara riayət olunması və bunun nümayiĢ etdirilməsi hakimin fəaliyyətinin 
ayrılmaz hissəsidir. 
Tətbiqi: 
4.1.  Hakim  etik  normalara  onun  vəzifəsi  ilə  bağlı  istənilən  hərəkətlərin  həyata  keçirilməsi  zamanı 
nəzakətsiz davranıĢ hallarına yol vermədən riayət edir.  
4.2. Ġctimaiyyət tərəfindən daimi diqqət hakimin üzərinə bir sıra məhdudiyyətləri qəbul etmək vəzifəsini 
qoyur;  və  sıravi  vətəndaĢa  bu  məhdudiyyətlər  ağır  görünə  bilməsinə  baxmayaraq,  hakim  onları 
könüllü və həvəslə qəbul edir. Xüsusilə, hakimin davranıĢı onun vəzifəsinin yüksək statusuna uyğun 
olmalıdır.  
4.3.  Hakim  iĢə  onun  baxdığı  məhkəmədə  daimi  təcrübəyə  malik  olan  vəkillərlə  öz  Ģəxsi  qarĢılıqlı 
münasibətlərində əsaslı Ģübhələr doğura və ya hakimdə hər hansı üstün tutma və ya qabaqcadan hasil 
olan qənaət münasibətinin mövcudluğu görüntüsünü yarada bilən vəziyyətlərdən çəkinməlidir. 
4.4. Hakim onun ailə üzvlərindən kiminsə tərəflərdən birinin nümayəndəsi qismində çıxıĢ etdiyi və ya iĢə 
baĢqa formada aidiyyəti olduğu iĢə baxılmasında iĢtirak etməməlidir. 
4.5. Hakim öz yaĢadığı yeri müĢtərilərini qəbul etmək və ya həmkarları ilə görüĢmək üçün digər vəkillərə 
verməməlidir. 
4.6. Digər vətəndaĢlar kimi hakimin də ifadə, dini etiqad, toplantı və assosiasiyalarda iĢtirak azadlıqlarına 
təminat  verilir, lakin bu hüquqların  reallaĢdırılması  zamanı hakim öz vəzifəsinin  yüksək statusunun 


saxlanmasına çalıĢmalı və məhkəmə orqanlarının qərəzsizliyi və müstəqilliyi ilə bir araya sığmayan 
hərəkətlərə yol verməməlidir. 
4.7.  Hakim  özünün  məxfi  xarakterli  Ģəxsi  və  maddi  maraqları  barədə  məlumatlı  olmalı  və  öz  ailə 
üzvlərinin maddi maraqları barədə məlumat almaq məqsədilə ağlabatan tədbirlər görməlidir. 
4.8.  Hakim  öz  ailə  üzvlərinin,  sosial  və  digər  qarĢılıqlı  münasibətlərinin  onun  öz  funksiyalarını  həyata 
keçirməsi  ilə  bağlı  hərəkətlərinə,  həmçinin  məhkəmə  qərarlarının  qəbul  edilməsinə  lazım  olmayan 
Ģəkildə təsir etməsinə imkan verməməlidir. 
4.9.  Hakim  öz  vəzifəsinin  nüfuzundan  özünün,  ailə  üzvlərinin  və  ya  istənilən  digər  Ģəxslərin  Ģəxsi 
maraqlarına  nail  olmaq  üçün  istifadə  edə  və  ya  istifadə  edilməsinə  imkan  verə  bilməz.  Hakim 
kiminsə onun öz səlahiyyətlərini həyata keçirməsinə lazım olmayan təsiri etməsi nəticəsinə gəlməyə 
imkan  verən  tərzdə  fəaliyyət  göstərməməli  və  ya  digər  Ģəxslərin  də  belə  fəaliyyətinə  yol 
verməməlidir. 
4.10.  Hakimə  qulluq  mövqeyi  ilə  əlaqədar  məlum  olan  məxfi  məlumat  hakim  tərəfindən  onun 
vəzifələrinin  icrası  ilə  bağlı  olmayan  hər  hansı  digər  məqsədlər  üçün  istifadə  edilə  və  ya  kiməsə 
açıqlana bilməz. 
4.11. Öz vəzifələrini lazımi qaydada icra etmək Ģərtilə hakim aĢağıdakı hüquqlara malikdir: 
4.11.1.  Ədəbi  və  pedaqoji  fəaliyyətlə  məĢğul  olmaq,  mühazirə  demək  və  hüquq,  qanunvericilik,  ədalət 
mühakiməsinin həyata keçirilməsi və digər oxĢar məsələlərlə bağlı fəaliyyətdə iĢtirak etmək; 
4.11.2. Hüquq, qanunvericilik, ədalət mühakiməsinin həyata keçirilməsi və digər oxĢar məsələlərlə bağlı 
rəsmi orqanlar qarĢısında iĢlərin ictimai dinləmələrində çıxıĢ etmək; 
4.11.3. Əgər belə üzvlük hakimin öz qərəzsizliyini və siyasi bitərəf mövqeyini saxlamasına imkan verirsə
hər hansı rəsmi orqanın, hökumət komissiyasının, komitəsinin, məĢvərətçi orqanın üzvü olmaq,; 
4.11.4. Hakim vəzifəsinin  yüksək statusu  ilə  uzlaĢan və  ya onun tərəfindən öz vəzifələrinin  icrasına hər 
hansı dərəcədə mane olmayan digər fəaliyyətlə məĢğul olmaq. 
4.12. Hakim bu vəzifədə olduğu müddət ərzində digər hüquq fəaliyyəti ilə məĢğul olmamalıdır. 
4.13. Hakim hakimlərin assosiasiyasını yarada, onların üzvü ola və ya hakimlərin maraqlarını təmsil edən 
digər təĢkilatlarda iĢtirak edə bilər. 
4.14.  Hakim  və  onun  ailə  üzvləri  hakimin  etdiyi  və  ya  etmək  niyyətində  olduğu  hərəkətlərə,  yaxud  öz 
xidməti vəzifələrinin icrası ilə bağlı hərəkətsizliyə görə hər hansı hədiyyə, ssuda, miras və ya baĢqa 
formada yardım tələb və ya qəbul etməməlidir.  
4.15. Hakim məhkəmə iĢçilərinin, həmçinin onun təsiri altında və ya tabeçiliyində olan, yaxud rəhbərliyi 
altında  iĢləyən  digər  Ģəxslərin,  əgər  bunun  hakimin  funksiyalarına,  yaxud  etdiyi  və  ya  etmək 
niyyətində  olduğu  hərəkətlərə  və  ya  öz  xidməti  vəzifələrinin  icrası  ilə  bağlı  hərəkətsizliyə  görə 
olduğunu qabaqcadan bilirsə, hər hansı hədiyyə, ssuda, miras və ya baĢqa formada yardım tələb və 
ya qəbul etmələrinə imkan verməməlidir. 
4.16.  Qanunda  əks  olunan  qadağaların  olmadığı  təqdirdə  və  zəruri  məlumatın  dərc  edilməsinə  dair 
qanunla nəzərdə tutulan tələblərə uyğun olaraq, hakim müvafiq halda xatirə hədiyyələri, mükafatlar 
və imtiyazlar qəbul edə bilər, bu Ģərtlə ki onlar hakimin öz xidməti vəzifələrinin icrasına hər hansı 
formada təsir göstərmək niyyəti güdməsin və digər tamah məqsədləri daĢımasın. 
 
 
 
5-ci göstərici 
B
ƏRABƏRLĠK 
Prinsipi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə