H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

Hakimlərin  cəmiyyət  tərəfindən  onlara  göstərilən  inamın  dərəcəsini  anlamaqla  fərdi  və  kollektiv 
qaydada  öz  vəzifələrinə  hörmət  və  Ģərəflə  yanaĢmalarının  və  cəmiyyətin  məhkəmə  sisteminə  olan 
inamının  saxlanması  və  artırılması  üçün  lazımi  səy  göstərmələrinin  zəruriliyini  NƏZƏRƏ 
ALARAQ, 
ġərh 
 
Kollektiv məsuliyyət 
14.  Hakim  yüksək  davranıĢ  standartlarına  əməl  edilməsi  ilə  yanaĢı,  həmin  standartların  müəyyən 
edilməsi, dəstəklənməsi və onlara riayət olunması üzrə kollektiv iĢdə iĢtirakını da özünə borc bilməlidir. 
Hakimin  hətta  yalnız bir gərəksiz  davranıĢı  məhkəmənin  mənəvi  nüfuzuna düzələ  bilməyən zərər  yetirə 
bilər.  
 
Məhkəmənin vəzifəsi 
15.  Bir  baĢ  hakim  onun  məhkəmə  dairəsinə  yenidən  təyin  edilmiĢ  hakimlərə  aĢağıdakı  nitqlə 
müraciət etmiĢdir:   
Hakimin  vəzifəsi  qanuna  tam  müvafiq  olaraq  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  qismində 
olan ən mühüm iĢdə cəmiyyətə xidmət etməkdən ibarətdir. Sizin vəzifəniz sizə belə bir imkan verir və bu, 
sizə bağıĢlanmıĢ bir imtiyazdır. Sizin vəzifəniz xidmət tələb edir və bu sizin borcunuzdur. ġübhəsizdir ki, 
sizin  bu  vəzifəni  qəbul  etmək  üçün  kifayət  qədər  həm  Ģəxsi,  həm  də  peĢəkar  xarakterli  səbəbləriniz 
olmuĢdur,  lakin  hakim  yalnız  xidmət  etdiyi  borcun  cəmiyyət  üçün  olan  əhəmiyyətini  dərk  etdiyi  halda 
müvəffəqiyyətə nail olmaqla yanaĢı, ona həvalə olunmuĢ vəzifələrin icrasından məmnun qalacaqdır. Sülh, 
azadlıq, hüquq qaydası və lazımi idarəetmə - yəni, cəmiyyətin qiymətləndirdiyimiz dəyərləri son nəticədə 
hakimin öz vəzifəsini nə dərəcədə düzgün yerinə yetirməsindən asılıdır. Qanun cəmiyyətdə yalnız o halda 
hökmranlıq edir ki, həmin cəmiyyət hakimlərin vicdanlılığına, ələalınmazlığına və onlara həvalə olunmuĢ 
vəzifələrin  onlar  tərəfindən  lazımi  qaydada  icra  edilməsi    qabiliyyətinə  əmindir.  Bunu  bilməklə,  siz 
vəzifənizin  nə  dərəcədə  əhəmiyyətli  olduğu  qənaətinə  gələ  bilərsiniz.  ĠĢiniz  öz  yeniliyini  itirdikdə,  sizi 
gözləyən  saysız-hesabsız  iĢlər  Sizif  yükünü  xatırlatdıqda  və  təxirə  salınmıĢ  qurtarmayan  qərarların 
çoxluğu təngə gətirməyə baĢladıqda, sizi irəliyə doğru həvəsləndirən yeganə motiv xidmətinizin cəmiyyət 
üçün necə vacib olduğunu dərk etməyiniz olacaqdır. 
Siz  vəzifənizdən  irəli  gələn  səlahiyyətlərin  həyata  keçirilməsində  xüsusi  hüquqa  malik  olmaqla 
yanaĢı,  həmin  vəzifə  səlahiyyətləri  üzərinizdən  götürülən  zaman  onu  ləkəsiz  tərk  etməyə  borclusunuz. 
Hərəkətləriniz və ya söylədikləriniz – istər cəmiyyətdə, istərsə də Ģəxsi həyatınızda – cəmiyyət tərəfindən 
xidmətinizin  qəbul  edilməsinə  və  bu  xidmətə  cəmiyyətin  göstərməli  olduğu  hörmətə  təsir  edəcəkdir. 
Ziyafətdən  sonra  evinizə  maĢınla  qayıdarkən  polis  tərəfindən  saxlanılma  və  ya  vergi  bəyannaməsində 
gəlirlərin  miqdarını  azaldılmıĢ  Ģəkildə  göstərmə  riski  geniĢ  ictimai  rezonansa  səbəb  ola  bilər.  Sizin 
dedikləriniz və etdikləriniz məlum olduğu kimi “Ģübhələrdən kənar olmalı olan” Sezarın arvadına tətbiq 
edilən standartlarla ölçüləcəkdir, siz öz vəzifəniz barədə həqiqətən yüksək fikrin tərəfdarı olduğunuz üçün 
isə,  bu  həm  də  sizin  rəhbər  tutacağınız  standartlardır.  Bu  standartlar  həm  böyük,  həm  də  kiçik 
əhəmiyyətli məsələlərə aiddir. Müəyyən məsələlərdə xırda nağd pul və ya hakimin əvəzinə bəzi xərclərin 
ödənilməsi əslində böyük məna daĢıya bilər.  
Sizdə hakim vəzifəsi ilə yaranan fəxarət hissi ciddiliklə uyğunlaĢmalıdır: siz sələfləriniz tərəfindən 
müəyyən  edilmiĢ  və  cəmiyyətin  sizdən  gözlədiyi  standartlara  həqiqətən  uyğun  olmağa  qadir  ola 
bilməyinizdən  əmin  olmalısınız.  Elə  hakimlər  var  ki,  özlərinə  o  dərəcədə  əmindirlər  ki,  cəmiyyətin 
onlardan gözlədiyi iĢ səviyyəsi və keyfiyyətinə nail olmaq qabiliyyətlərinə Ģübhə ilə yanaĢmaq ağıllarına 
belə gəlmir. Bildiyimə görə, özünə bu cür arxayın olan hakimlərdən heç biri sonda bunu edə bilməmiĢdir. 
Təbii  ki,  siz  təcrübə  toplamaqla  üzərinizə  vəzifənizlə  qoyulan  öhdəlikləri  nə  dərəcədə  layiqli  yerinə 
yetirməyiniz  barədə  az  narahatlıq  hissi  keçirəcəksiniz.  Lakin  bu,  nailiyyətlərinizlə  razı  qalmağınızdan 
daha  çox  bacarıqlarınızın  real  dərk  edilməsi  ilə  bağlıdır.  Əgər  insan  hər  iĢi  həqiqətən  ən  yüksək 
səviyyədə görməyə cəhd edirsə, özünün hansısa Ģəxsi çatıĢmazlıqlarına görə  narahatlıq keçirməsi buna 
yalnız zərər yetirəcəkdir. Əqli təvazökarlıq (kənardan görünməyən olsa da), mənəvi borc və Ģəxsi ləyaqət 
hissləri,  məhkəmə  prosesi  zamanı  sənin  hər  bir  addımının  cəmiyyət  və  həmkarların  tərəfindən 


izlənilməsinin  dərk  edilməsi  hakimləri  özlərinin  maksimal  bacarıqlarını  nümayiĢ  etdirməyə  vadar  edən 
amillər hesab olunur.  
... Siz bu gün var-dövləti ilə yox, cəmiyyətə xidmət etməklə fəxr edən elitanın bir hissəsi oldunuz və 
ya  olmaqdasınız;  bu  elitaya  aid  olmağınız  böyük  Ģəxsi  razılığınızın  və  fəxrinizin  mənbəyi  ola  bilər. 
Gördüyünüz  iĢə  görə  alacağınız  haqq  sizi  varlı  etməyəcəkdir;  siz  özləri  üçün  baĢqa  yol  seçmiĢ 
dostlarınızdan  daha  gərgin  və  daha  çox  iĢləyəcəksiniz;  məhkəmədə  dediyiniz  hər  bir  sözünüz  və  ya 
məhkəmə  ilə  bağlı  olan  istənilən  hərəkətiniz,  digər  söz  və  hərəkətləriniz  kimi  eyni  dərəcədə  cəmiyyət 
tərəfindən  tənqid  obyekti  ola  bilər;  çox  vaxt  əsassız  olan  və  cavabsız  qalan  danlaqlar  cəmiyyətin 
hakimlərə  hörmətini  sarsıda  bilər.  Əgər  sizdə  qanuna  uyğun  olaraq  həyata  keçirdiyiniz  ədalət 
mühakiməsi sayəsində cəmiyyətə xidmət etmək niyyəti vardırsa, bu halda sizi iĢinizdən məmnunluq hissi 
ilə dolu həyat gözləyir. Vicdanlı və alicənab olun və hər Ģey yaxĢı olacaqdır”.
23
 
 
 
                                                 
23
  Sir  Gerard  Brennan,  Chief  Justice  of  Australia,  addressing  the  National  Judicial  Orientation  Programme,  Wollongong, 
Australia, 13 October 1996. Nitqin tam mətni üçün bax, www.hcourt.gov.au/speeches/brennanj/brennanj_wollong.htm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə