H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

Bütün  digər  hüquqların  həyata  keçirilməsi  bütövlükdə  ədalət  mühakiməsinin  düzgün  həyata 
keçirilməsindən  asılı  olduğu  üçün  insan  hüquqlarının  qorunması  məsələsində  məhkəmə 
orqanlarının səlahiyyətli, müstəqil və qərəzsiz olmasının böyük əhəmiyyət kəsb etdiyini NƏZƏRƏ 
ALARAQ, 
Məhkəmələrin  konstitusionalizm  və  hüquq  qaydasının  müdafiəsi  üzrə  öz  vəzifələrinin  yerinə 
yetirilməsi  üçün  məhkəmə  orqanlarının  səlahiyyətli,  müstəqil  və  qərəzsiz  olmasının  böyük 
əhəmiyyət kəsb etdiyini NƏZƏRƏ ALARAQ
 
ġərh 
Konstitusionalizm 
10. Konstitusionalizm anlayıĢı aĢağıdakı kimi izah edilir: 
Konstitusionalizm  ideyası  ictimai  hakimiyyətin  həyata  keçirilməsinin  qanunvericilik  və  icra 
hakimiyyəti  aktlarının  həyata  keçirilməli  olduğu  proseduru  nəzərdə  tutan  və  onların  məzmununun 
yolverilən  hədlərini  müəyyən  edən  qaydalarla  məhdudlaĢmalı  olduğu  qaydaları  nəzərdə  tutur. 
Konstitusionalizm reallığının dərəcəsi bu qaydaların özbaĢınalığı və Ģəxsi mülahizəni məhdudlaĢdırması, 
siyasi  hakimiyyətə  malik  olanlar  tərəfindən  həmin  qaydalara  real  əməl  edilməsi  dərəcəsindən,  habelə 
hakimiyyətin  müdaxiləsindən  azad  olan  “qadağa  zonalarında”  Ģəxsi  azadlığın  həyata  keçirilməsi  üçün 
kifayət qədər Ģəraitin olması dərəcəsindən asılıdır”.
19
 
 
Hüququn aliliyi prinsipi 
11.  Məhkəmə  orqanlarının  müstəqilliyi  və  qərəzsizliyinin  hüquq  qaydası  və  qanunun 
hakimiyyətinin təmin edilməsində əhəmiyyəti aĢağıdakı kimi izah olunur: 
“Məhkəmə orqanlarının müstəqilliyinin cəmiyyət üçün əhəmiyyəti ondan ibarətdir ki, yalnız hüquq 
və  qanunun  hökm  sürdüyü  cəmiyyət  azad  sayılır...  o  qanunun  ki  həm  hökmdarların,  həm  də  təbəələrin 
hərəkətlərini məhdudlaĢdırır, qərəzsiz surətdə tətbiq edilir və qarĢısında bütün Ģəxslər - müəyyən edilən 
müdafiə vasitələrinə ehtiyacı olanlar və əleyhinə bu vasitələr tətbiq olunanlar - bərabərdirlər. Hüququn 
aliliyinin tərifi nə qədər mücərrəd və qanunun hökmranlığı haqqında fikirlər nə qədər qeyri-müəyyən olsa 
da,  insanların  –  həm  kiĢilərin,  həm  də  qadınların  qəlbində  bu  prinsipə  doğru  həmiĢə  müsbət  meyl 
olmuĢdur.  Onun  icrası  hakimlər  tərəfindən  qanunun  nə  dərəcədə  bacarıqlı  və  qərəzsiz  tətbiq 
edilməsindən asılıdır.  Bu məsuliyyətli  vəzifənin  yerinə  yetirilməsi  hakimlərin  müstəqil olması ilə yanaĢı, 
onların  ətrafdakılar  tərəfindən  də  belə  qəbul  olunmalarını  tələb  edir.  Bizlərdə  elə  təsəvvür 
formalaĢmıĢdır ki, məhkəmələrin müstəqilliyi onların icra hakimiyyətinin göstəriĢindən asılı olmamaları 
kimi  baĢa  düĢülür...  Lakin  bu  gün  qəbul  edilən  qərarlar  o  qədər  müxtəlif  və  əhəmiyyətlidir  ki,  həmin 
qərarların qəbul edilməsi zamanı qərəzliliyə səbəb olan və ya səbəb ola biləcək istənilən kənar təsirdən 
asılı olmamağın təmin edilməsi zərurəti barədə danıĢmaq lazımdır. Ġcra hakimiyyətindən asılı olmamaq 
baxılan məsələnin əsas elementi sayılır, lakin o, artıq müstəqilliyin yeganə əhəmiyyətli göstəricisi hesab 
olunmur”.
20
 
 
Məhkəmə orqanlarının müstəqilliyi və qərəzsizliyi 
12.  Ġndiki  dövrdə  məhkəmə  orqanlarının  müstəqilliyi  və  qərəzsizliyi  konsepsiyasına  daha  geniĢ 
çərçivədən baxılır. 
“Məhkəmə orqanlarının müstəqilliyi barədə istənilən məsələ qalxdıqda, son nəticədə növbəti suala 
cavab  verilməlidir:“nədən  müstəqillik”?  Əlbəttə  ki  bu  suala  ən  aĢkar  cavab  belə  səslənəcək: 
“hakimiyyətdən  olan  müstəqillik”.  Zənnimcə,  qərar  qəbul  etmək  vəzifəsi  daĢıyan  hakimlərin  icra 
hakimiyyətindən  asılı  olmamasını  mümkün  edən  hər  hansı  bir  halı  təsəvvür  etmək  çox  çətindir.  Lakin 
məhkəmələr  qanunvericilik  hakimiyyətinin  yaratdığı  qanunlardan  söhbət  getdiyi  hallar  istisna  olmaqla, 
həmçinin həmin hakimiyyətdən də asılı  olmamalıdır.  Hakimlər  parlamentdə  səsləndirilmiĢ  fikirlərə  tabe 
olmamalı,  habelə  baxdıqları  iĢlər  üzrə  qərarları  yalnız  parlament  tərəfindən  bəyənilmək  və  ya  tənqidə 
məruz  qalmamaq  məqsədilə  qəbul  etməməlidirlər.  Həmçinin,  hakimlər  unutmamalıdırlar  ki,  onların 
qərəzsizliyinə  olan  etibar  hər  hansı  peĢəkar,  kommersiya,  Ģəxsi  və  ya  hər  hansı  digər  assosiativ 
təsəvvürlərə görə sarsılmamalıdır”.
21
  
                                                 
19
 S.A. de Smith, The New Commonwealth and its Constitutions (London, Stevens, 1964), p.106. 
20
 Sir Gerard Brennan, Chief Justice of Australia, “Judicial Independence”, The Australian Judicial Conference, 2 November 
1996, Canberra, available from www.hcourt.gov.au. 
21
 Lord Bingham of Cornhill, Lord Chief Justice of England, “Judicial Independence”,  Judicial Studies Board Annual Lecture 
1996, available from 
www.jsboard.co.uk



Cəmiyyətin  məhkəmə  sisteminə,  həmçinin  məhkəmə  orqanlarının  əxlaqı,  vicdanlılığı  və 
ələalınmazlığı  məsələlərində məhkəmə sisteminin nüfuzuna olan inamının demokratik cəmiyyətdə 
birinci dərəcəli rol oynadığını NƏZƏRƏ ALARAQ,  
 
ġərh 
 
Cəmiyyətin məhkəmə sisteminə olan inamı 
13.  Məhz  cəmiyyətin  məhkəmələrin  müstəqilliyinə,  hakimlərin  vicdanlılığı  və  ələalınmazlığına, 
məhkəmə  proseslərinin  qərəzsizliyinə  və  kəsərliliyinə  olan  inamı  dövlətin  məhkəmə  sisteminin 
mövcudluğuna dəstək verir. Bir hakimin qeyd etdiyi kimi:  
“Məhkəmənin nüfuzu nə pul kisəsinə, nə də qılınca deyil, son nəticədə cəmiyyətin onun qərar qəbul 
etməyə  mənəvi  haqqının  olmasına  dair  inamına  əsaslanır.  Cəmiyyətin  məhkəməyə  bəslədiyi  bu  cür 
münasibət  onun  istənilən  siyasi  proseslərdən  tam  –  faktiki  və  kənardan  görünən  –  kənarlaĢması  ilə 
dəstəklənməlidir; məhkəmə özünün hər  hansı siyasi  qüvvələrin  toqquĢmasına  və  ya siyasi saziĢlərə  cəlb 
olunmasına imkan verməməlidir”.
22
 
 
 
                                                 
22
 Baker v. Carr, Supreme Court of the United States of America, (1962) 369 US 186, per Justice Frankfurter. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə