H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

obyektiv  meyarlarına  uyğun  qaydada  hərəkət  etməklə  yanaĢı,  onlara  riayət  edilməsini  də  nümayiĢ 
etdirməlidirlər;  demokratik  cəmiyyətdə  məhkumların  məhkəməyə  olan  inamının  baĢlıca  əhəmiyyəti 
vardır. Bununla bağlı, müəllifləri tərəfindən iki əsas ənənəvi hüquq sistemlərinə (ümumi (anqlo-sakson) 
və  kontinental  (roman-german))  əsas  diqqət  yetirilərək,  Komissiyanın  əlli  doqquzuncu  sessiyasında 
nəzərə  alınmıĢ  “Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”nin  yayılması  və  praktiki  tətbiq 
edilməsinin mühümlüyünə qiymət verilir.  
Xüsusi məruzəçi “Banqalor prinsipləri”nin (yaxĢı olardı ki dövlət dillərində) bütün ali hüquq təhsil 
müəssisələrinə və hakimlərin və vəkillərin peĢəkar assosiasiyalarına təqdim edilməsini tövsiyə etmiĢdir. 
 
VIII. “Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri”nin ġərhi 
Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər Qrupunun üzvləri 2005-ci ilin oktyabr ayında Vyanada keçirilmiĢ dördüncü müĢavirəsində qeyd 
etmiĢlər  ki,  hakimlər,  vəkillər  və  hüquq  islahatçıları  “Banqalor  prinsipləri”nin  praktiki  tətbiq  edilməsi 
məsələsi  üzrə  Ģərhin  və  ya  rəhbər  müddəalar  kimi  izahlı  memorandumun  iĢlənib  hazırlanmasının 
zəruriliyini dəfələrlə bildirmiĢlər. Qrup razılaĢmıĢdır ki, bu cür Ģərh və  ya memorandum hakimlər və  ya 
hakimlərin peĢəkar etikasını tədris edən müəllimlər tərəfindən təkcə “Banqalor prinsipləri”nin məntiqini 
və orada əks olunan müxtəlif mədəniyyətlərin qəbul etdiyi standartların baĢa düĢülməsinə deyil, həm də 
rast  gəlinə  biləcək  müxtəlif  problem  və  məsələlərə  həmin  prinsip  və  göstəricilərin  tətbiq  edilməsi 
mümkünlüyünün  daha  dərindən  dərk  edilməsinə  kömək  edə  bilər.  Bu  səbəbdən,  Qrup  koordinatora 
sonradan  baxılması  və  bəyənilməsi  üçün  Qrupa  təqdim  ediləcək  Ģərhin  iĢçi  variantının  hazırlanmasını 
həvalə etməyi qərara almıĢdır. 
 
IX. Cinayətkarlığın qarĢısının alınması və Cinayət ədalət mühakiməsi Komissiyası 
2006-cı ilin aprel ayında Vyanada keçirilmiĢ Cinayətkarlığın qarĢısının alınması və Cinayət ədalət 
mühakiməsi  Komissiyasının  əllinci  sessiyasının  iĢtirakçıları  Ġqtisadi  və  Sosial  ġuraya  Misir,  Fransa, 
Almaniya, Nigeriya və Filippin hökumətlərinin iĢtirakı ilə hazırlanmıĢ və “Hakimlərin davranıĢının əsas 
prinsiplərinin  möhkəmləndirilməsi”  adlanan  qətnamə  layihəsinin  qəbul  edilməsini  yekdilliklə  tövsiyə 
etmiĢlər. Layihədə göstərilmiĢdir ki, Ġqtisadi və Sosial ġura: 
 
a)
 
Üzv-dövlətlərə  təklif  edir  ki,  öz  daxili  hüquq  sistemlərinə  uyğun  olaraq  hakimlərin  və 
məhkəmə  orqanları  iĢçilərinin  peĢəkarlıq  məcəlləsi  və  etik  davranıĢ  normalarının  iĢlənib 
hazırlanması  və  ya  baxılması  prosesində  məhkəmə  orqanlarına  “Hakimlərin  davranıĢı  üzrə 
Banqalor prinsipləri”ni (qətnaməyə əlavə edilən) nəzərə almağı tövsiyə etsinlər;  
b)
 
Qeyd  edir  ki,  “Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”  özündə  BMT-nin  BaĢ 
Assambleyası  tərəfindən  onun  40/32  və  40/146  saylı  qətnamələrində  bəyənilmiĢ  Məhkəmə 
orqanlarının müstəqilliyinin Əsas prinsiplərinin sonrakı inkiĢafını əks etdirir və bu prinsipləri 
tamamlayır; 
c)
 
Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər Qrupu tərəfindən BirləĢmiĢ Millətlər TəĢkilatının Narkotiklər və cinayətkarlıq üzrə 
Ġdarəsinin  himayəsi  altında,  habelə  digər  beynəlxalq  və  regional  məhkəmə  forumlarında 
məhkəmə  orqanlarının  müstəqilliyi,  qərəzsizliyi,  vicdanlılığı  və  ələalınmazlığının 
möhkəmləndirilməsi üzrə görülmüĢ mühüm iĢləri tanıyır; 
d)
 
BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Narkotiklər  və  cinayətkarlıq  üzrə  Ġdarəsindən  Məhkəmə 
orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə  Hakimlər 
Qrupuna iĢində bundan sonra da köməklik göstərilməsini xahiĢ edir; 
e)
 
Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər  Qrupunun  iĢinin  dəstəklənməsi  üçün  könüllü  ödəniĢlər  edən  üzv-dövlətlərə 
təĢəkkürünü bildirir; 
f)
 
Üzv-dövlətlərə  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi 
məsələsi  üzrə  Hakimlər  Qrupunun  dəstəklənməsi  üçün  BirləĢmiĢ  Millətlər  TəĢkilatının 
Cinayətkarlığın  qarĢısının  alınması  və  Cinayət  ədalət  mühakiməsi  Komissiyasının  Fonduna 
lazımi  qaydada  könüllü  ödəniĢlərin  edilməsini  və  Korrupsiyaya  qarĢı  mübarizə  üzrə  Qlobal 
proqram  çərçivəsində  inkiĢaf  edən  və  keçid  iqtisadiyyatı  olan  ölkələrə  onların  xahiĢi  ilə 


məhkəmə  orqanlarının  potensialı,  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi 
məqsədilə texniki yardımın göstərilməsini təklif edir
g)
 
Üzv-dövlətlərdən “Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri”nə dair öz rəylərini, zərurət 
olarsa, yenidən baxılmıĢ müddəaları əlavə etməklə, BMT-nin BaĢ Katibinə göndərməyi xahiĢ 
edir; 
h)
 
BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Narkotiklər  və  cinayətkarlıq  üzrə  Ġdarəsindən  Məhkəmə 
orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə  Hakimlər 
Qrupunun  və  digər  beynəlxalq  və  regional  məhkəmə  forumlarının  əməkdaĢlığı  ilə,  üzv-
dövlətlər  tərəfindən  verilmiĢ  rəylər  və  yenidən  baxılmıĢ  müddəalar  nəzərə  alınmaqla, 
“Hakimlərin davranıĢı üzrə Banqalor prinsipləri”nə dair Ģərhin iĢlənib hazırlanması məqsədilə 
açıq tərkibli hökumətlərarası ekspertlər qrupunun müĢavirəsini təĢkil etməyi xahiĢ edir; 
i)
 
BMT-nin BaĢ Katibindən BirləĢmiĢ Millətlər TəĢkilatının Cinayətkarlığın qarĢısının alınması 
və  Cinayət  ədalət  mühakiməsi  Komissiyasının  on  altıncı  sessiyasında  qətnamənin  icrası 
barədə məruzə etməyi xahiĢ edir. 
  
X. Ġqtisadi və Sosial ġura 
27 iyul 2006-cı ildə BirləĢmiĢ Millətlər TəĢkilatının Ġqtisadi və Sosial ġurası səsvermə keçirmədən 
“Hakimlərin  davranıĢının  əsas  prinsiplərinin  möhkəmləndirilməsi”  adlanan  2006/23  saylı  qətnaməni 
qəbul etmiĢdir. 
 
XI. Hökumətlərarası ekspert Qrupunun müĢavirəsi 
2006-cı 
ilin  mart  ayında  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının 
möhkəmləndirilməsi  məsələsi  üzrə  Hakimlər  Qrupunun  koordinatoru,  doktor  Nihal  Cayavikrama 
tərəfindən hazırlanmıĢ “Hakimlərin davranıĢı üzrə Banqalor Prinsipləri”nə dair ġərhin layihəsi adı çəkilən 
Qrupun və açıq tərkibli hökumətlərarası ekspertlər qrupunun BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə 
Ġdarəsinin  təĢəbbüsü  ilə  çağırılmıĢ  birgə  müĢavirəsinin  müzakirəsinə  verilmiĢdir.  MüĢavirə  hakim 
Veeramantrinin və Cənubi Afrikadan olan baĢ hakim Pius Lanqanın sədrliyi ilə keçirilmiĢdir. MüĢavirədə 
iĢtirak  edən  Məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığının  möhkəmləndirilməsi  məsələsi  üzrə 
Hakimlər  Qrupunun  üzvləri  arasında  Uqandadan  baĢ  hakim  B.C.Odoki,  Tanzaniya  BirləĢmiĢ 
Respublikasından  baĢ  hakim  B.A.Samatta,  Misirdən  baĢ  hakimin  müavini  doktor  Adel  Ömər  ġərif  və 
Nigeriyadan sabiq  baĢ  hakim M.L.Uvais  olmuĢlar.  Avstraliya Yüksək Məhkəməsinin hakimi  M.D.Kirbi 
müĢavirədə iĢtirak etmək imkanına malik olmamıĢ və öz yazılı Ģərhlərini təqdim etmiĢdir. 
Hökumətlərarası  ekspert  qrupunun  müĢavirəsində,  o  cümlədən  aĢağıdakı  hakimlər,  hökumət 
strukturlarının  nümayəndələri  və  ekspertlər  iĢtirak  etmiĢlər:  Əlcəzairdən  magistrat  Noura  Xaçani; 
Argentina  Ali  Məhkəməsinin  vitse-prezidenti,  hakim  Yelena  Hayton  de  Nolasko;  Azərbaycandan 
hakimlər  Nazim  Tağıyev,  Rauf  Quliyev  və  Gülmirzə  Cavadov;  Dominikan  Respublikasından  doktor 
Oktavio  Lister;  Misir  Ali  Konstitusiya  Məhkəməsinin  hakimləri  Mohammed  Ali  Seif  və  Elxam  Nquib 
Navar;  Finlandiyadan  dairə  məhkəməsinin  hakimi  Riita  Kiiski;  Fransa  Kassasiya  Məhkəməsinin 
məsləhətçisi  və  BMT-nin  Ġnsan  Hüquqları  üzrə  Komitəsinin  sədri,  hakim  Kristin  ġane;  Almaniya  dairə 
məhkəməsinin  hakimi  Xansyorq  ġerer;  Macarıstan  Ali  Məhkəməsinin  hakimi  Ursula  Vezekenyi; 
Ġndoneziyanın  baĢ  hakiminin  müavini  professor  Doktor  Paulus  Efendi  Lotulunq;  Ġran  Ġslam 
Respublikasından  hakim  Mohammadali  ġaxheydaripur;  Latviya  Ədliyyə  Nazirliyində  dövlət  katibinin 
müavini Kaspars Berkis; Liviya Ərəb Cümhuriyyətindən doktor Muftah Mohamed Kazit, Abdel-Hakim 
Alfituri  Al-Hamruni,  Naqi  Abdel-Salam  Burkan  və  Ahmed  El  Halam;  Moldovadan  Briy  Prikop; 
Kasablanka  Apellyasiya  Məhkəməsi  Palatasının  sədri,  hakim  Abdellətif  Çerkaui;  MərakeĢ  Ali 
Məhkəməsi  Palatasının  sədri,  hakim  Xədicə  Uazzani  Touhami  və  məsləhətçi  Butayna  Benmussa; 
Namibiya Ali Məhkəməsinin hakimi Kollins Parker; Nepal Ali Məhkəməsinin hakimi Ram Kumar Prasad 
ġax; Niderland Xarici ĠĢlər Nazirliyindən Ġnsan hüquqları və sülhün möhkəmləndirilməsi məsələləri üzrə 
məsləhətçi  Dennis  de  Yonq;  Nigeriyadan  Milli  Məhkəmə  Ġnstitutunun  administratoru,  hakim  Adepoju 
Oyeyipo, Federal Ədliyyə Nazirliyindən BaĢ Dövlət MüĢavirinin köməkçisi Filomena Çinve Uvandu və 
Milli Məhkəmə Ġnstitutunun doktorantı Hadiza Ġbrahim Said; Pakistan Xarici ĠĢlər Nazirliyindən direktor 
Syed  Hayder  ġax;  Panamadan  Hiomara  Bulgin  de  Vilson;  Rumıniya  Ədliyyə  Nazirliyindən  məsləhətçi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə