H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50731
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

Banqalor  layihəsinin  yenidən  iĢlənmiĢ  versiyası  25-26  noyabr  2002-ci  ildə  BMT-nin  Beynəlxalq 
Məhkəməsinin  mənzil-qərargahının  yerləĢdiyi  Niderlandın  Haaqa  Ģəhərindəki  Sülh  Sarayının  Yapon 
zalında  kontinental  (roman-german)  hüquq  sistemli  ölkələrin  baĢ  hakimlərinin  (və  ya  onların 
nümayəndələrinin)  iĢtirakı  ilə  keçirilən  “dəyirmi  masa”nın  müzakirəsinə  çıxarılmıĢdır.  GörüĢ  Böyük 
Britaniya  və  ġimali  Ġrlandiya  BirləĢmiĢ  Krallığının  Beynəlxalq  inkiĢaf  Departamentinin  köməkliyi  və 
BMT-nin  Beynəlxalq cinayətkarlığın qarĢısının alınması Mərkəzi və BMT-nin  Ġnsan Hüquqları üzrə Ali 
Komissarı  Ġdarəsinin  maliyyə  dəstəyi  ilə  keçirilmiĢ  və  Haaqadakı  Karnegi  Fondunun  baĢ  direktorunun 
köməyi ilə təĢkil edilmiĢdir. 
GörüĢ BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq Ad-Hoc hakimi və vitse-prezidenti hakim 
Veeramantrinin  sədrliyi  ilə  keçirilmiĢdir.  ĠĢtirakçıların  arasında  Braziliyanın  Federal  Apellyasiya 
Məhkəməsinin hakimi Vladimir de Freytas, Çex Respublikası Ali Məhkəməsinin baĢ hakimi Ġva Brozova, 
Misir Ali Konstitusiya Məhkəməsinin ali hakimi Mohammad Fətxi Naqib (hakim Dr Adel Ömər ġərifin 
köməkliyi  ilə),  Fransa  Kassasiya  Məhkəməsinin  məsləhətçisi  Kristin  ġane,  Meksika  Milli  Ali 
Məhkəməsinin  sədri  Cenaro  David  Qonqora  Pimentel,  Mozambik  Ali  Məhkəməsinin  sədri  Mario 
Manqaze, Niderland Ali ġurasının prezidenti Pim Haak, Norveç Ali Məhkəməsinin hakimi Trond Dolva 
və  Filippin  Ali  Məhkəməsinin  ali  hakimi  Hilario  David  (hakim  Reynato  S.  Punonun  köməkliyi  ilə) 
olmuĢlar.  Bundan  baĢqa,  iclasların  birində  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Beynəlxalq  Ədalət 
Məhkəməsinin  hakimləri  Raymond  Ranceva  (Madaqaskar),  Geza  Herçeq  (Macarıstan),  Karl-Avqust 
FleyĢhauer  (Almaniya),  Abdul  G.  Koroma  (Syerra-Leone),  Rozalin  Xiqqins  (BirləĢmiĢ  Krallıq), 
Fransisko  Rezek  (Braziliya),  Nabil  Elarabi  (Misir),  habelə  Ad-Hoc  hakim  Tomas  Frank  (ABġ)  iĢtirak 
etmiĢlər.  GörüĢdə,  həmçinin  BMT-nin  hakimlər  və  vəkillərin  müstəqilliyi  məsələləri  üzrə  Xüsusi 
məruzəçisi Dato Param Kumarasvami iĢtirak etmiĢdir.  
Ümumi  (anqlo-sakson)  və  kontinental  (roman-german)  hüquq  sistemlərinin  hakimləri  Banqalor 
layihəsinə  daxil  edilmiĢ  əsas  dəyər  və  prinsiplərə  münasibətdə  əsasən  vahid  fikir  birliyinə  gəlsələr  də, 
həmin sənəddə onların əks etdirilməsi sistemi və ardıcıllığına dair fikir ayrılığı yaranmıĢdır. Məsələn,  
 
a)
 
belə  bir  fikir  səslənmiĢdir  ki,  müstəqillik,  qərəzsizlik,  həmçinin  vicdanlılıq  və  ələalınmazlıq 
(bu qaydada) kimi göstəricilərə aid olan prinsiplər etik normalara riayət edilməsi və bərabərlik 
(hansılar ki Banqalor layihəsində ön planda olmuĢdur) prinsiplərindən qabaqda olmalıdır.  
b)
 
Kontinental  (roman-german)  hüquq  sistemlərinin  hakimləri  “məcəllə”  termininin  (hansı  ki 
kontinental Avropa ölkələrində hüquq peĢəsinin nümayəndələri adətən tam və qənaətbəxĢ bir 
hüquqi  sənəd  kimi  baĢa  düĢürlər)  istifadəsi  ilə  əlaqədar  öz  narahatlıqlarını  bildirmiĢlər, 
xüsusən ona görə ki, peĢəkar davranıĢ standartları statut hüququ və ya intizam normalarından 
fərqlənir. 
c)
 
Banqalor layihəsinin preambulasında öz əksini tapan “məhkəmə hakimiyyətinin real mənbəyi 
ictimaiyyət tərəfindən hakimlərin mənəvi nüfuzunun, habelə vicdanlılığı və ələalınmazlığının 
qəbul  edilməsi  sayılır”  tezisi  Ģübhə  altına  alınmıĢdır.  Belə  bir  fikir  səslənmiĢdir  ki,  “real 
mənbə”  konstitusiyadır  və  müəyyən  hallarda  məhkəmə  hakimiyyətinin  son  nəticədə 
ictimaiyyət  tərəfindən  qəbul  edilməsindən  asılı  olduğunu  həddindən  artıq  vurğulamaq  hətta 
təhlükəli də ola bilər. 
 
Müəyyən  edilmiĢ  göstərici  və  prinsiplərin  tətbiq  edilməsi  ilə  bağlı  kontinental  (roman-german) 
hüquq sisteminin hakimləri tərəfindən:  
a)
 
Hakimlərin  qərəzsizliyinə  hər  hansı  mümkün  -  real  və  ya  ehtimal  olunan  -  təhlükədən  asılı 
olmayaraq,  onların  ailə  üzvlərinin  maddi  maraqları  haqda  məlumatlı  olmaq  (Banqalor 
layihəsinin tələb etdiyi kimi) vəzifəsini əks etdirən tezisin əsaslılığı Ģübhə altına alınmıĢdır;  
b)
 
BaĢqa  Ģəraitdə  iĢə  baxılmasında  iĢtirakdan  kənarlaĢdırılmalı  olduğu  halda,  tərəflərin  razılığı 
ilə hakimin özü-özünə etiraz etmək əvəzinə araĢdırmada iĢtirak etməyə davam etməsi (ümumi 
(anqlo-sakson) hüquq sisteminin hakimləri bunu yol verilə bilən hal hesab etmiĢlər) tezisinin 
hüquqauyğun olmaması barədə fikir bildirilmiĢdir; 
c)
 
Banqalor  layihəsində  bəyan  edilmiĢ  vəkillərlə  nikah  və  ya  digər  yaxın  Ģəxsi  münasibətlərin 
olması  kimi  kifayət  qədər  geniĢ  yayılmıĢ  hallara  yanaĢma  tərzinin  hüquqauyğunluğu  Ģübhə 
altına  alınmıĢ  və  təklif  edilmiĢdir  ki,  bu  hallarda  diqqətin  belə  münasibətlərin  qadağan 


edilməsinə  yox,  hakimin  həmin  münasibətlərin  digər  tərəfinin  iĢtirak  etdiyi  istənilən  iĢə 
baxılması zamanı özü-özünə etiraz etmək vəzifəsinə yönəldilməsi məqsədəmüvafiqdir; 
d)
 
Sənədə  “icazə  verilən”  məhkəmədənkənar  fəaliyyət  növlərinin  siyahısının  daxil  edilməsinin 
əsaslılığı, habelə xeyriyyə təĢkilatları adından maddi vəsaitlərin yığılması tədbirlərində iĢtirak 
etməyə,  öz  üzərinə  vəsiyyətnamə  icraçısının,  etibarnamə  əsasında  idarə  edənin  və  ya 
mülkiyyətçinin,  qəyyumun  və  ya  digər  fidusiarinin  vəzifələrini  götürməyə,  hər  hansı  bir 
Ģəxsin  nüfuz  və  ya  davranıĢına  dair  araĢdırma  komissiyasına  daxil  olmağı  və  yaxud  Ģahid 
qismində ifadə verməyi qəbul etməyə dair qadağaların beynəlxalq norma kimi qəbul edilməli 
olması Ģübhə altına alınmıĢdır. 
 
Lakin  əsas  fikir  ayrılıqları  siyasi  fəaliyyətdə  iĢtirak  etmənin  mümkünlüyü  ilə  bağlı  yaranmıĢdır. 
Avropa  ölkələrinin  birində  hakimlər  onların  partiya  mənsubiyyəti  nəzərə  alınmaqla  seçilirlər.  Bəzi 
Avropa  ölkələrində  hakimlər  siyasətlə  məĢğul  olmaq  və  yerli  Ģuralara  (hətta  bu  zaman  hakim  kimi 
qalmaqla) və ya parlamentə (belə olan halda onların hakim statusu dayandırılmalıdır) seçilmək hüququna 
malikdirlər. Buna görə, kontinental (roman-german) hüquq sisteminin hakimləri indiki dövrdə hakimlərə 
siyasi  fəaliyyətdə  iĢtirak  hüququnun  verilib-verilməməsinə  dair  geniĢ  beynəlxalq  konsensusun  mövcud 
olmamasını qeyd etmiĢlər. Belə bir fikir bildirilmiĢdir ki, hər bir ölkə hakimlərin bitərəf olması tələbi ilə 
onların cəmiyyət üçün əhəmiyyətli məsələlərə dair öz fikrini ifadə etmək azadlığına malik olmaq hüququ 
arasında  ağlabatan  tarazlığı  öz  mülahizəsinə  əsasən  müəyyən  etməlidir.  Ona  görə  də,  siyasi  partiyalara 
üzvlük  və  ya  ciddi  ictimai  məsələlərin  siyasi  müzakirələrində  iĢtirak  qanunsuz  hesab  edilə  bilməsə  də, 
hakimlər  onların  müstəqilliyini  sarsıda  və  ya  qərəzsizliyini  Ģübhə  altına  qoya  biləcək  belə  siyasi 
fəaliyyətdən mümkün qədər çəkinməlidirlər.  
“Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”  bu  müĢavirənin  nəticəsi  olmuĢdur.  Sənəddə 
müstəqillik, qərəzsizlik, vicdanlılıq və ələalınmazlıq, etik normalara riayət edilməsi, bərabərlik, həmçinin 
səriĢtəlilik  və  çalıĢqanlıq  kimi  əsas  göstəricilər  öz  əksini  tapmıĢdır.  Hər  bir  göstəricidən  sonra  müvafiq 
prinsiplərin xülasəsi və onların tətbiq edilməsinə dair ətraflı göstəriĢlər verilmiĢdir. 
 
VII. Ġnsan hüquqları üzrə Komissiya 
“Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”  2003-cü  ilin  aprel  ayında  BMT-nin  Ġnsan 
hüquqları üzrə Komissiyasının əlli doqquzuncu sessiyasında BMT-nin hakimlər və vəkillərin müstəqilliyi 
məsələləri  üzrə  Xüsusi  məruzəçisi  Dato  Param  Kumarasvaminin  təqdim  etdiyi  məruzəsinə  əlavə 
edilmiĢdir.  29  aprel  2003-cü  il  tarixdə  yekdilliklə  qəbul  etdiyi  2003/43  saylı  qətnaməsində  Komissiya 
“Hakimlərin  davranıĢı  üzrə  Banqalor  prinsipləri”ni  nəzərə  alaraq,  bu  prinsipləri  “baxılması  üçün 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  sisteminin  müvafiq  orqanlarının,  üzv-dövlətlərinin,  habelə  hökumətlərarası 
və qeyri-hökumət təĢkilatlarının diqqətinə çatdırmıĢdır”.  
2004-cü  ilin  aprel  ayında  Ġnsan  hüquqları  üzrə  Komissiyanın  altmıĢıncı  sessiyasında  BMT-nin 
hakimlər və  vəkillərin müstəqilliyi  məsələləri üzrə  yeni  Xüsusi məruzəçisi  doktor Leandro Despui qeyd 
etmiĢdir:  
Komissiya  məhkəmə  hakimiyyəti  sistemində  olan  korrupsiya  təzahürünün  dünya  miqyasında 
yayılması ilə əlaqədar narahatlığını bildirmiĢdir. Bu təzahür parlamentlər tərəfindən məhkəmə sisteminə 
ayrılan  pul  vəsaitlərinin  məqsədli  olmayan  istifadəsi  qismində  olan  iqtisadi  korrupsiyadan  və  ya 
“Ģirinlik”  Ģəklində  hakimlərə  verilən  maddi  vəsaitlərdən  (buna,  o  cümlədən  hakimlərin  məvaciblərinin 
aĢağı  olması  da  uyğun  zəmin  yaradır)  xeyli  kənara  çıxır.  Bu,  həmçinin  məhkəmə  hakimiyyətinin  daxili 
inzibati  problemləri  (aĢkarlığın  olmaması,  gəlirli  yerlərin  sistemi)  ilə  də  bağlı  ola  və  məhkəmə 
hakimiyyətinin  siyasiləĢdirilməsi,  hakimlərin  hər  hansı  qruplardan  asılı  olması,  eləcə  də  məhkəmə 
himayədarlığının  hər  hansı  formalarının  mövcudluğu  nəticəsində  məhkəmə  prosesinə  və  qərarların 
çıxarılmasına  da  təsir  göstərə  bilər.  Bu,  xüsusilə  ona  görə  ciddi  məsələdir  ki,  cəmiyyətin  hüquqları 
pozulduğu  halda  onların  etibarlı  və  qərəzsiz  hüquqi  müdafiəsinin  təmin  edilməsi  və  mənəvi  nüfuzun 
qorunması hakimlərin və məhkəmə orqanları iĢçilərinin əsas vəzifələrindən biridir.  
Belə  əməllərin  ciddi  olması  ilə  yanaĢı,  bəzi  ölkələrdə  ictimaiyyət  tərəfindən  məhkəmə 
hakimiyyətinin  korrupsiyalaĢmıĢ kimi  qəbul  edilməsi  faktı  aĢağıdakı xüsusilə  ağır  nəticələrə səbəb olur: 
ədalət  mühakiməsinə  qarĢı  inamsızlıq  demokratiyanı  və  inkiĢaf  prosesini  zəhərləyir  və  korrupsiyanın 
artmasına  gətirib  çıxarır.  Bununla  əlaqədar  məhkəmə  etikası  normaları  mühüm  əhəmiyyət  kəsb  edir. 
Ġnsan  hüquqları  üzrə  Avropa  məhkəməsinin  təcrübəsində  vurğulandığı    kimi,  hakimlər  qərəzsizliyin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə