H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə32/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

__________________________________________________ 
 
96 
şairi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı. Müharibə 
dövrü (1941-1945) yaradıcılığında Cənubi Azərbaycanda xalqın 
həyat və milli azadlıq uğrunda mübarizəsinə həsr olunmuş əsərlər 
xüsusi yer tutur. C.2-96; C.3-369; C.4-10; C.6-310; C.8-339; 
 
  396. “Sülh naminə  tərəfdaşlıq” proqramı- NATO ilə 
Şərqi Avropa və keçmiş SSRİ ölkələri arasında siyasi və  hərbi 
sahələrdə əməkdaşlıq sənədi, 1994-cü il yanvarın 10-11-də NATO 
Şurasının dövlət və hökumət başçıları  səviyyəsində Brüsseldə 
keçirilən görüşündə ABŞ tərəfindən təklif edilmişdir. 
 Azərbaycan prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-
də NATO-nun Brüsseldəki Mənzil-qərargahında Azərbaycanın 
“Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması haqqında sənədi 
imzalamışdır. NATO-nun Baş katibi Xavyer Solana ilə görüşündə 
Azərbaycan Respublikasının təqdimat sənədini ona vermişdir. 
Həmin sənəd  əsasında Azərbaycanın NATO ilə  tərəfdaşlığının 
fərdi proqramı hazırlanmışdır. C.1-550, 552, 553, 555, 556, 558, 
561, 585; C.2-17, 291, 313, 573; C.3-153;  C.6-140, 161, 174, 
206, 216; C.8-403, 405; 
 
Ş 
 
397. Şahbuz rayonu- Naxçıvanda inzibati rayon. 1930-cu ildə 
yaranıb. 1963-cü ildə  ləğv edilərək  ərazisi Babək rayonuna 
verilmiş, 1965-ci ildən yenidən müstəqil olub. Sahəsi 813 km
2

Rayonda bir şəhər tipli qəsəbə, 24 kənd və b. yaşayış tipli 
məntəqələri var. C.2-492; C.6-474, 475; 
398.  Şahin  Əliyev,  Şahin Məhərrəm oğlu  Əliyev (1960)- 
hüquq elmləri namizədi. 1991-ci ildən Prezidentin İcra Aparatının 
“Qanunvericilik və hüquq ekspertizası  məsələləri”  şöbəsinin 
müdiri. C.3-65; C.4-128, 436, 472, 487; C.5-384; C.7-81, 396; 
399. Şaxtaxtinski Behbud Ağa (1881-1924)- diplomat. 1917-
1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı XKS 
Fövqəladə komissiyasının üzvü, “Hümmət” təşkilatı  Mərkəzi 
Komitəsinin sədri olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti 
qurulandan sonra (1920) Xalq Ədliyyə komissarı, eyni zamanda 


__________________________________________________ 
 
97 
Azərbaycan SSR-in RSFSR-də Fövqəladə nümayəndəsi idi. 
Naxçıvan diyarının Azərbaycanın tərkibində “muxtariyyət” 
statusu qazanmasında mühüm mərhələ- Moskva və Qars 
müqavilələrinin (1921) bağlanmasında  Şaxtaxtinskinin böyük 
xidməti olmuşdur. C.1-156; 
400. Şekspir, Uilyam (1564-1616)- dahi ingilis dramaturqu və 
şairi.  Şekspir 37 pyesin – komediyaların, tarixi dramların, 
faciələrin, poemaların, çoxlu sonetlərin müəllifidir. Dünya 
dramaturgiyasında faciənəvisliyin inkişafında  Şekspirin  əsərləri 
yeni mərhələdir. “Hamlet”, “Otello”, “Makbet”, “Kral Lir”, 
“Antoni və Kleopatra” faciələri dünya mədəniyyəti xəzinəsinə 
daxil olmuş, bütün xalqların sərvətinə çevrilmiş, müxtəlif dillərə 
tərcümə olunmuş, milli səhnələrdə  təkrar-təkrar tamaşaya 
qoyulmuş, ekranlaşdırılmışdır. C.1-160; C.5-321, 442; 
401.  Şevarnadze Eduard (1928)- Gürcüstanın və SSRİ-nin 
siyasi və dövlət xadimi. 1972-1985- ci illərdə Gürcüstan KP MK-
nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ Xarici İşlər naziri, 
1994-2003-cü illərdə Gürcüstanın Prezidenti olmuşdur.  C.1-133, 
315, 316; C.2-25, 580; C.3-269; C.4-398, 401, 404, 464; C.5-403-
408, 412, 416-421, 424, 425, 427-430, 432, 434-436, 441, 444-
446, 448-450, 454, 462, 467, 468; C.6-29, 30, 149-155, 207, 299, 
300, 405, 448; C.7-52, 283; C.8-56, 125, 415, 416, 418-425, 427, 
429, 430, 432, 433, 435-438, 440, 441, 443, 449; C.9-30, 254, 
280, 450-452, 449
402. “Şevron” korporasiyası- dünyanın  ən iri beynəlxalq 
enerji və kimya şirkətlərindən biri. Baş ofisi Kaliforniyanın San-
Fransisko  şəhərində yerləşir. Neft və kimya sənayesinin bütün 
sahələrində iş görən “Şevron”un dünyanın 100-ə qədər ölkəsində 
450 filialı  və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın 
müxtəlif ölkələrində 41 000 işçisi var. 1879-cu ildə “Pasifik Kost 
Oyl Kompani” adı ilə  fəaliyyətə başlamışdı.  C.7-395;  C.9-22, 
325; 
403. “Şevron-Tengiz”-  Qazaxıstanın və bir sıra məşhur neft 
şirkətlərinin təşkil etdiyi neft konsorsiumu (“Şevron-Teksako”, 
“Eksson-Mobil”, “Likarko”) 1995-ci ildə  təşkil olunmuşdur. 


__________________________________________________ 
 
98 
Qazaxıstanın “Tengiz” neft yatağında neftin kəşfiyyatı  və emalı 
ilə məşğul olur. C.7-395; C.8-266; C.9-22, 325, 444; 
404.  Şeyx  Şamil (1797-1871)- Dağıstan və Çeçenistanda çar 
müstəmləkəçilərinə qarşı mübarizənin rəhbəri, imamlığın başçısı. 
1835-ci ilin yayında imam seçilmiş və o vaxtdan dağlıların azadlıq 
mübarizəsinə başçılıq etmişdi. 
Təşkilatçılıq bacarığı  və iradəsi sayəsində  Şamil dağlıları 
birləşdirə, yerli feodalları özünə tabe edə bilmiş və hərbi teokratik 
dövlət-imamlıq yaratmışdı. 
1870-ci ildə Məkkəyə ziyarətə gedərkən o, Məkkəyə çatmamış 
Mədinədə vəfat etmişdi. C.9-14; 
405.  Şeyxülislam, Paşazadə Allahşükür Hümmət oğlu 
(1949)- 1980-cı ildən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, 
1990-cı ildən Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. 
Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir. 
C.1-64-67, 340, 388; C.2-85, 147; C.3-14, 123, 124; 
406.  Şəfiqə  Məmmədova,  Şəfiqə Haşım qızı  Məmmədova 
(1945)- aktrisa. Azərbaycan Respublikasının xalq artisti. SSRİ və 
Azərbaycan Respublikası Dövlət mükafatları laureatı. 1995-2000-
ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı 
olmuşdur. C.5-190; 
407. Şəhidlər Xiyabanı- Azərbaycanın azadlığı, müstəqilliyi, 
ərazi bütövlüyü uğrunda  şəhid olmuş  mərd oğul və  qızların 
uyuduğu müqəddəs ziyarətgah. 1990-cı il yanvarın 20-də Sovet 
ordusunun hücumu zamanı  həlak olmuş onlarla adam “Dağüstü 
park”ın qərb hissəsində dəfn edilmişdir. Bura o vaxtdan “Şəhidlər 
Xiyabanı” adlanır. Xiyabanda eyni zamanda Ermənistan 
işğalçılarına qarşı Azərbaycan torpaqlarının müdafiəsi uğrunda 
qəhrəmancasına həlak olanlar da dəfn edilmişdir. 1998-ci ildə 
burada hündürlüyü 22 m olan əbədi məşəl-abidə qoyulmuşdur. 
C.2-185, 219; C.3-135, 137, 138, 148; C.6-388, 389; C.8-342; 
C.9-207, 215, 216, 425; 
408.  Şəhriyar,  Məhəmmədhüseyn Hacı Mirağa oğlu (1906-
1988) – görkəmli Azərbaycan şairi, XX əsr Cənubi Azərbaycan və 
İran poeziyasının  ən böyük nümayəndələrindən biri. Azərbaycan 
və fars dillərində yazmışdır.  Şairin “Heydərbabaya salam” 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə