H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə28/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

__________________________________________________ 
 
84 
Əvvəllər yəhudi və xristian pasxaları eyni vaxta təsadüf edirdi. 
Ümumdünya Xristian Yığıncağı xristian pasxasını yəhudi pasxası 
qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı. Bu tarix 
aprelin 4-dən mayın 8-dək olan dövrə düşür.  C.1-545;  C.3-388; 
C.6-134; C.9-227; 
343. Pennzoyl – neft və  təbii qaz ehtiyatlarının kəşfiyyatı, 
istismarı, sürtkü yağlarının istehsalı  və satışı ilə  məşğul olan 
şirkət. 1989-cu ildə yaradılmışdır. Mərkəzi ofisi ABŞ-ın Hyüston 
şəhərindədir. 10 min işçisi var. Şirkətin sədri və baş icraçı 
direktoru Ceyms Peyt, prezidenti isə Stiv Cizbrodur. “Pennzoyl” 
şirkəti Azərbaycanda 1992-ci ilin əvvəllərindən fəaliyyət göstərir. 
C.1-407, 409, 440; C.2-228, 255, 294, 299, 567; C.3-155;  C.4-
295, 299, 388, 403, 407, 411, 499, 502; C.5-27, 28, 73, 86, 88; 
C.6-23; C.7-43, 122, 134, 418; C.8-154, 155, 170; C.9-128, 129; 
344. Pənah Hüseynov, Pənah  Çodar oğlu Hüseynov (1957)- 
1992-ci il 20 may tarixdə Azərbaycan Respublikasının Dövlət 
katibi təyin edilmişdir. 1993-cü il aprelin 28-də Azərbaycan 
Respublikası Milli Məclisinin qərarı ilə Baş nazir vəzifəsinə 
təsdiq edilmişdir. 1993-cü il iyunun 3-də Azərbaycan 
Respublikasının Prezidenti H.Əliyevin Fərmanı ilə  vəzifəsindən 
azad edilmişdir. C.1-23, 50, 60, 238, 275, 590, 591; C.3-234, 396, 
399; C.4-39, 180; C.6-46, 184, 470, 471; 
345. Pəncab, (farscadan tərcümədə “beş su”)- Cənubi 
Asiyada, Hindistan və Pakistanda tarixi vilayət. Hind-Qanq 
ovalığının  şimal hissəsini tutur. Orta hündürlüyü 150-350 m. 
Böyük şəhərləri: Lahor (Pakistan), Amritsar (Hindistan). C.6-109, 
110; 
346. Pikasso Pablo (1881-1973) – dahi fransız rəssamı. 
Mənşəcə ispandır. Pikassonun yaradıcılığı mürəkkəb, ziddiyyətli 
və çoxcəhətlidir. Pikassonun müxtəlif dövrlərdə yaratdığı 
əsərlərdə ekspressionizm, neaklassizim, kubizm, sürrealizm və s. 
cərəyanlarının yaradıcılıq prinsiplərinə  əsaslanmışdır. Erkən 
yaradıcılığı “mavi” və “çəhrayı” dövrlərə ayrılır. Pikassonun 
üslub xüsusiyyətləri tez-tez dəyişirdi. 1910-cu illərin ortalarından 
başlayaraq neoklassizim və realizm ruhunda əsərlər yaradır. 


__________________________________________________ 
 
85 
Pikasso müxtəlif boyakarlıq  əsərləri ilə yanaşı heykəltəraşlıq, 
keramika və qrafika əsərləri yaratmışdır. C.3-47; C.5-96; 
347. Ployeşti- Rumıniyanın cənubunda  şəhər,  əsas 
neftçıxarma mərkəzi. C.6-34; 
348. Polad Bülbüloğlu (1945)- bəstəkar, müğənni, ictimai və 
dövlət xadimi. Azərbaycan Respublikasının Xalq artisti. 
TÜRKSOY Beynəlxalq Təşkilatının baş direktorudur. Mahnıları 
1960-1970-ci illərdə SSRİ  məkanında məşhur estrada 
müğənnilərinin ifasında səslənmişdir. 1988-ci ildən Azərbaycan 
Respublikasının Mədəniyyət naziri olmuşdur. 
Polad Bülbüloğlu 2002-ci ildə MDB ölkələri Mədəniyyət 
nazirlərinin mədəni  əməkdaşlıq üzrə  Şurasının sədri seçilmiş, 
“2001-ci ildə Türk dünyasına xidmətlərinə görə” TÜRKSAV 
mükafatı laureatı olmuşdur. C.2-101; C.3-164; C.7-165, 167, 169, 
337; C.9-249; 
349. Polşa, Polşa Respublikası- Mərkəzi Avropada dövlət. 
Sahəsi 312,7 min km
2
,  əhalisi 38,7 milyon nəfərdir.  İnzabati 
cəhətdən 49 voyevodalığa bölünür. Ali və yeganə Qanunverici 
orqanı ikipalatalı Seymdir. Paytaxtı Varşava  şəhəridir.  C.6-295, 
296; C.9-71;
 
350. “Pravda”- gündəlik ictimai-siyasi qəzet. 1912-ci ildən 
çıxır.  İlk sayı Peterburqda, 1918-ci ilin martından isə Moskva 
şəhərində nəşr olunur. C.1-441; 
351. Primakov, Yevgeni Maksimoviç (1929)-  Rusiya 
Federasiyasının siyasi və dövlət xadimi, diplomat. Rusiya EA-nın 
akademiki. 1990-cı illərdə Rusiya Federasiyasının Xarici İşlər 
naziri, Nazirlər Sovetinin Sədri vəzifələrində çalışmışdır. Hazırda 
Rusiya Federasiyası Sənaye-Ticarət Palatasının prezidentidir. C.5-
287, 373; C.8-125, 138, 139, 306; 
 
 

 


__________________________________________________ 
 
86 
352. Ramil Usubov (1948)- general-polkovnik. 1994-cü ildən 
Azərbaycan Respublikasının Daxili İşlər naziridir. C.1-543;  C.3-
265, 274, 302; C.4-154, 155, 157; 
353. Ramiz MehdiyevRamiz Ənvər oğlu Mehdiyev (1938)- 
Azərbaycanın siyasi və dövlət xadimi, fəlsəfə elmləri doktoru, 
professor. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin 
İcra Aparatının rəhbəridir. 1995-2000-ci illərdə Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı olmuşdur.  C.1-543;  C.3-
65, 191, 205, 206, 209; C.4-13, 190, 223, 432, 447, 449, 455; C.5-
359, 366; C.6-64, 65, 68; C.7-153; 
354. Rasim  Balayev, Rasim Əhməd oğlu  Balayev (1948)- 
Azərbaycan kino artisti. Azərbaycan Respublikasının Xalq artisti, 
Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan 
Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.2-99; 
355. Artur Rasizadə, Artur Tahir oğlu  Rasizadə (1935)- 
Azərbaycanın dövlət xadimi. 1986-1992-ci illərdə Azərbaycan 
Respublikası Baş nazirinin birinci müavini işləyib. 1996-cı ildən 
Azərbaycan Respublikasının Baş naziridir. C.6-230-232;  C.7-50, 
54, 390, 396; C.8-62, 75-78, 85; C.9-9, 131, 180; 
356. Rauf Abdullayev, Rauf Canbaxış  oğlu Abdullayev 
(1937)- Azərbaycan dirijoru. Rauf Abdullayev Ü.Hacıbəyov adına 
Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş 
direktorudur. Azərbaycan Respublikasının Xalq artistidir. 
Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif edilmişdir. 
C.7-338; 
357. Rauf Hacıyev,  Rauf Soltan oğlu Hacıyev (1922-1995)- 
Azərbaycan bəstəkarı. Rauf Hacıyevin operettaları Azərbaycan 
operettasının inkişafında  əhəmiyyətli yer tutur. 1965-1971-ci 
illərdə Azərbaycan SSR Mədəniyyət naziri olmuşdur. SSRİ  və 
Azərbaycanın Xalq artisti idi. C.1-381; 
358. “Respublika”  qəzeti- Azərbaycanda gündəlik, siyasi, 
ictimai, sosial-iqtisadi qəzet. 1996-cı ildən nəşrə başlamışdır. 
Qəzetin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər 
İdarəsi və qəzetin redaksiya heyətidir. C.8-332; 
359. Rəfael Allahverdiyev, Allahverdiyev Rəfael Xanəli oğlu 
(1945)- 1993-2001-ci illərdə Bakı  Şəhər  İcra Hakimiyyətinin 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə