H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə24/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

__________________________________________________ 
 
72 
Sabir Azərbaycan ədəbiyyatı, ictimai və bədii fikrinin ən qabaqcıl 
simalarındandır. O, Azərbaycan  ədəbiyyatında tənqidi realizmin
satirik poeziyanın qüdrətli nümayəndəsidir. C.1-175; C.2-7; C.5-
201, 320; C.4-435, 452, 460; C.8-339;  
299. Mirzə  Şəfi Vazeh (1794-1852) – Azərbaycan  şairi, 
mütəfəkkir, maarifçi. Əlyazması halında olan şeir məcmuəsini 
F.Bodenştedə hədiyyə vermişdir. Almaniyaya qayıdan Bodenşted 
həmin şeirləri almancaya çevirərək, “Şərqdə min bir gün”, “Mirzə 
Şəfinin şərqiləri” kitablarında nəşr etdirmişdir. Vazehin şeirlərinin 
Avropada şöhrət qazandığını görən Bodenşted 1875-ci ildə özünü 
onların müəllifi elan etmişdir.  Ədəbi irsinin cüzi hissəsi bizə 
çatmışdır. C.5-421, 423-425, 430, 442, 444; C.8-441; 
300. Mistislav Rostropoviç, Rostropoviç Mistislav 
Leopoldoviç- Bakıda doğulmuş böyük rus musiqiçisi, violençelist, 
dirijor. Lenin mükafatı laureatı, SSRİ Xalq artisti. Bakı Musiqi 
Akademiyasının fəxri professoru. Azərbaycan Respublikasının 
“İstiqlal”, “Şöhrət” və “Heydər  Əliyev” ordenləri ilə  təltif 
olunmuşdur.  C.9-79-84, 235, 237, 243-245, 247, 250, 253, 254, 
257, 264, 265, 269, 270; 
301. “Mitsubisi”- yapon şirkəti. Dünyanın 87 ölkəsində 
filialları olan bu şirkət  əsasən elektrotexnika sənayesi, tikinti, 
maşın avadanlığı istehsalı ilə məşğul olur və özünün sərbəst bankı 
vardır. Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.  C.9-142, 
143; 
302. “Mitsui”- Yaponiyanın qabaqcıl  şirkətlərindən biri. 
1947-ci ildə  təşkil olunmuşdur. Dünyanın 79 ölkəsində 
nümayəndəliyi var. Əsasən, neftayırma sənayesi ilə  məşğul olur. 
C.9-142; 
303.  “Molla Nəsrəddin”-  həftəlik, illüstrasiyalı ilk 
Azərbaycan jurnalı. Birinci nömrəsi 1906-cı il aprelin 7-də 
Tiflisdə çapdan çıxmışdır. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci 
ildə  Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunmuşdur. 
Redaktoru və naşiri Cəlil Məmmədquluzadə idi. 25 il ərzində 748 
nömrəsi çıxmışdır. Mütərəqqi ideyaların carçısı olan “Molla 
Nəsrəddin” - xalq və demokratiya cəbhəsində duraraq azadlıq 
düşmənlərini- çar mütləqiyyətini, müstəmləkəçilik siyasətini, 


__________________________________________________ 
 
73 
geriliyi, mövhumatı, millətçiliyi amansız satira atəşinə tuturdu. 
Bütün təqib və təzyiqlərə baxmayaraq “Molla Nəsrəddin”in haqq 
səsi Qafqazın hüdudlarını  aşıb Rusiyada, bütün Yaxın və Orta 
Şərqdə  eşidilmişdi. “Molla Nəsrəddin”in yalnız Azərbaycanın 
deyil, eləcə də Yaxın Şərq ölkələrinin ictimai və ədəbi-bədii fikir 
tarixində müstəsna rolu olmuşdur.  C.3-77, 78, 80, 82; C.5-444, 
480; 
304. Molla Pənah Vaqif (1717-1797)- Görkəmli Azərbaycan 
şairi, dövlət xadimi. Vaqif qəzəl, müxəmməs, müstəzad və s. 
formalarda  şerlər yazmışdır. Gözəllərin vəsfi Vaqif lirikasının 
əsas qayəsidir. Vaqif şerindəki realizmə meyl Azərbaycan 
poeziyasının inkişafına güclü təsir göstərmişdir. Qarabağ hakimi 
İbrahim xanın (1769-cu il) baş  vəziri olmuşdur.  C.1-380, 580; 
C.4-10, 11, 13, 276, 459; C.5-187, 320; C.6-241; C.9-17, 18, 19; 
305. Moskva Energetika İnstitutu- 1905-ci ildə yaranıb. 
Rusiyada  ən böyük elmi-tədqiqat, təhsil ocağıdır. Burada 
mühəndis-elektrotexniklər hazırlanır. C.6-35; 
306. Moskva müqaviləsi  (1921) – RSFSR ilə Türkiyə 
arasında bağlanmış müqavilə. Moskva müqaviləsinin 3-cü 
maddəsi bütünlüklə Naxçıvan məsələsinə  həsr edilmiş  və orada 
aydın  şəkildə göstərilmişdir ki, danışıqlarda iştirak edən hər iki 
tərəfin razılığı ilə hazırkı müqavilənin I maddəsinin (V 
əlavəsində) göstərilən sərhədlərdə Naxçıvan vilayəti 
Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın 
heç bir üçüncü dövlətə güzəştə getməməsi  şərti ilə muxtar ərazi 
təşkil edir. C.5-173; 
 307. 
Moskva 
şəhəri  – Rusiya Federasiyasının paytaxtı. 
Ölkənin siyasi, inzibati və  mədəni mərkəzi, mühüm nəqliyyat 
qovşağıdır.  Əsası 1147-ci ildə Suzdal knyazı Yuri Dolqoruki 
tərəfindən qoyulmuşdur. C.1-36, 49, 51, 52, 55, 58, 61, 68, 71, 74, 
75, 77, 86, 111, 131, 133, 136, 137, 152, 157, 163, 171-174, 180, 
184, 188, 189, 196, 254, 255, 293, 331, 332, 340, 341, 407, 410, 
427, 464, 465, 514, 521, 524-526, 531, 586; C.2-24, 52, 59, 62, 
94, 96, 100, 109, 110, 122, 124, 135, 142, 163, 166, 198, 201, 
202, 206, 231, 234, 244, 250, 276, 277, 293, 333, 367, 391, 417, 
422, 423, 457, 472, 474, 481, 483, 496, 498, 512, 514, 515, 522, 


__________________________________________________ 
 
74 
530, 534, 535, 551, 561, 562, 564, 567, 578; C.3-40, 50, 73, 90, 
98, 123, 124, 130-132, 147, 150, 151, 152, 159-161, 172, 179, 
180, 185, 193, 204, 209, 210, 246, 262, 266, 280, 284, 285, 289, 
291, 297, 298, 310, 317, 322, 343, 355, 366, 367, 375-377, 379, 
409, 419, 431, 435; C.4-3, 14, 26, 33, 35, 41, 67, 109, 113, 157, 
182, 183, 192, 229, 241, 249, 263, 266, 280, 282, 290, 391, 399, 
400, 427, 442, 443, 460, 491, 512; C.5-39, 56, 73, 74, 78, 94, 120, 
127, 147, 173, 186, 188-192, 198-200, 212-215, 219, 246, 261, 
262, 272, 277, 279, 282-286, 287, 289, 293, 295, 317, 337, 365, 
373, 374, 403, 412, 415, 418, 439, 443, 448, 449, 457, 459; C.6-
28, 35, 67, 81, 88, 89, 141, 142, 149, 163, 179, 180, 225, 227, 
247, 268, 270, 285, 287, 288, 290, 302, 304, 325, 326, 330, 332, 
333, 346, 359, 362, 374, 434, 450, 454, 456, 457, 459, 464, 465, 
467, 483, 491; C.7-9, 60, 62, 69, 72, 77, 120, 128, 138, 140, 167, 
198, 199, 224, 278, 293, 295, 296, 298, 336, 337, 339, 421, 422, 
434, 445-447, 458, 459, 469, 473, 475, 478-481, 499; C.8-23, 41, 
43-50, 52, 62, 83, 138, 213, 216, 245, 279, 280, 293-295, 297, 
301, 307, 310, 314, 319, 333, 334, 338, 340, 374, 375, 377-379, 
450, 452; C.9-73, 79, 81, 83, 85, 87, 88, 92, 93, 97, 98, 100, 106, 
107, 115, 119, 120, 124, 136, 154, 155, 157, 169, 172, 173, 203, 
205, 235, 236, 240, 241, 246, 249, 253, 256, 257, 265, 267, 284, 
290, 295, 298, 318-321, 347, 371, 378, 386, 387, 400, 401
 308. 
Murtuz 
Ələsgərov, Murtuz Nəcəf oğlu  Ələsgərov 
(1928)- Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, hüquq 
elmləri doktoru, professor. Respublikanın 
Əməkdar 
hüquqşünasıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini və 
partiyanın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət 
Universitetinin rektoru olub. 1995-ci ildə Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı, 1996-cı ildən isə  Sədri 
seçilib. C.2-544; C.4-256; C.9-45, 245;
 
309. Mustafa Kamal Atatürk, Qazi Mustafa Kamal (1881-
1938)- Türkiyə dövlət, siyasi və  hərbi xadimi, Türkiyə 
Respublikasının banisi və ilk Prezidenti (1923-38). Birinci dünya 
müharibəsi zamanı Dardanel boğazının müdafiəsində (1915) 
şücaət göstərmişdir. Atatürk 1919-cu ildə “kamalçılar hərəkatına” 
– milli azadlıq hərəkatına başçılıq etmişdir. 1920-ci ildə Atatürk 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə