H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə21/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

__________________________________________________ 
 
63 
ildə qoyulmuşdur. İkinci dünya müharibəsindən sonra 1945-1951, 
1964-1970, 1974-1979 və 1997-ci ildən hakimiyyətdədirlər. C.1-
437; C.9-272;
 
255. Leyla Vəkilova, Leyla Məhəd qızı  Vəkilova (1927-
1999)- Azərbaycanın balet artisti. Azərbaycan və SSRİ Xalq 
artisti. 1943-1971-ci illərdə M.F.Axundov adına Azərbaycan 
Akademik Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 
L.Vəkilova milli baletlərdə klassik rəqs texnikası  və Azərbaycan 
xalq rəqslərinə xas elementlərdən məharətlə istifadə etmişdir. C.8-
349, 395, 396; 
256. Lənkəran- 1930-cu ildə yaranıb. Respublikanın cənub-
şərq hissəsindədir. Şərqdə Xəzər dənizi ilə əhatələnir. Sahəsi 661 
km
2
. Mərkəzi Lənkəran  şəhəridir.  C.1-58, 63-69, 74, 77-79, 91-
97, 99, 102-108, 110, 116, 231, 285, 591; C.2-135, 282, 497, 499, 
550; C.3-276; C.4-154, 155, 158, 182, 185, 496; C.6-55, 56, 70, 
483; C.8-194, 203, 216; C.9-8, 131, 176; 
257. “Literaturnaya qazeta” - Rüsiya Federasiyasında ədəbi, 
ictimai, siyasi qəzet. 1929-cu ildən Moskvada (fasilələrlə) nəşr 
edilir. C.2-208; C.9-100; 
258. London (Böyük Britaniya)- Böyük Britaniyanın paytaxtı. 
Dünyanın ən böyük şəhərlərindən və limanlarından biri. Əhalisi 7 
milyon nəfərdir.  İdarəçilik funksiyalarının çoxunu Böyük 
Londonun Bələdiyyə  Şurası  və dairə  şuraları  həyata keçirir. XI 
əsrin sonu XII əsrin  əvvəllərində London rəsmən  İngiltərənin 
paytaxtı oldu. C.1-406, 409, 414, 416, 418, 421, 430, 431, 436; 
C.2-203, 227, 291; C.3-103, 310, 317, 449; C.5-18, 19, 21, 24, 
31-33, 35, 41-43, 46-52, 59, 63, 65, 70, 72, 77, 82, 85-88, 104, 
111, 114, 115, 117, 120, 122, 123, 186, 187, 246, 247; C.6-266, 
267, 269; C.7-24, 30, 31, 122, 235, 361; C.8-450; 
259. Lujkov Yuri Mixayloviç (1936)- Rusiyanın dövlət 
xadimi. 1987-ci ildə Moskva Soveti İcraiyyə Komitəsinin 1-ci 
müavini, 1990-cı ildə  sədri olmuşdur. 1991-ci ildə Moskva 
şəhərinin vitse-meri, 1992-ci ildən isə Meri və Moskva 
hökumətinin Baş naziridir. SSRİ  və Rusiya Federasiyasının 
Dövlət mükafatları laureatıdır. C.1-68; C.2-135; 


__________________________________________________ 
 
64 
260. LUKOYL – “LUKOYL” neft şirkəti 1993-cü ildə Rusiya 
Federasiyası hökumətinin qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-
maliyyə kompleksinə malik olan “LUKOYL” şirkəti Rusiya, 
MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, 
emalı, satışı  və  kəşfiyyatı ilə  məşğul olur. Şirkət 1993-cü ildən 
Azərbaycanda fəaliyyət göstərir.  C.2-204, 228, 255, 263, 294, 
299, 302; C.3-156; C.4-407, 411, 499; C.5-27, 28, 39, 62, 73, 74, 
86, 88, 281, 337; C.6-23, 142, 273, 274, 414, 416; C.7-43, 122, 
255, 417-419, 421, 423, 424; C.9-6, 88, 108, 128, 129, 252; 
261. Lütfəli Abdullayev, Lütfəli  Əmir oğlu Abdullayev 
(1914-1973) – görkəmli gülüş ustası  və aktyor. Azərbaycanın 
Xalq artisti. SSRİ Dövlət mükafatı laureatı. Abdullayevin 
yaradıcılığı Musiqili Komediya Teatrı ilə  sıx bağlı olmuşdur. 
L.Abdullayev fitri komediya istedadına, milli kaloritə, ifadəli 
yumora və  zəngin səhnə nüanslarına malik aktyor idi. Bir sıra 
filmlərə də çəkilmişdir. C.4-256; 
262. Lyudmila Zıkina, Zıkina Lyudmila Georgiyevna (1929)- 
görkəmli rus müğənnisi. Repertuarının əsasını rus xalq mahnıları 
təşkil edir. SSRİ  və Azərbaycanın Xalq artisti, Lenin mükafatı 
laureatı, Sosialist Əməyi Qəhrəmanıdır. C.9-228, 249; 
 

 
263. Madlen Olbryat- ABŞ-ın tanınmış diplomatı  və dövlət 
xadimi. 1937-ci ildə Çexoslavakiyanın Praqa şəhərində diplomat 
ailəsində anadan olmuşdur. 1959-cu ildə Uelsi kollecini bitirmiş, 
politologiya sahəsində bakalavr dərəcəsi almışdır. 1968-ci ildə 
magistr dərəcəsinə, 1976-cı ildə isə Kolumbiya Universitetində 
fəlsəfə doktoru adına layiq görülmüşdür. 1978-ci ildən ABŞ 
Prezidenti C.Karterin hökuməti dövründə Milli Təhlükəsizlik 
Şurasının üzvü seçilmiş, 1984 və 1988-ci illərdə xarici siyasət 
məsələləri üzrə əlaqələndirici işləmişdir. 1982-ci ildən beynəlxalq 
münasibətlər üzrə professordur və Corctaun Universitetinin Xarici 
Siyasət Məktəbindəki “Qadınlar xarici siyasət xidmətində” 
proqramının direktorudur. 1989-cu ildən Milli Siyasət Mərkəzinin 
prezidentidir.  


__________________________________________________ 
 
65 
M.Olbryat 1993-cü ilin fevralında Kabinetin üzvü statusunu 
almış və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilmişdir. 
1997-2000-ci illərdə ABŞ-ın Dövlət katibi olmuşdur. Çex, polyak, 
rus və fransız dillərində  sərbəst danışır.  C.2-276, 290, 330, 332; 
C.4-404, 409; 
264. Mahaçqala (1857-1922-ci illərdə Petrovsk-Port)- 
Dağıstanın paytaxtı, Xəzər dəniz sahilində liman. Əsası 1844-cü 
ildə hərbi istehkam kimi qoyulmuşdur. 1922-ci ildə Şəhər Mahaç 
Dahadayevin  şərəfinə Mahaçqala adlandırılmışdır.  C.8-23, 63; 
C.9-443; 
265. Mahmud Əbilov, Mahmud Əbdülrza oğlu Əbilov (1898-
1972)- hərbi xadim, general-mayor. Böyük Vətən müharibəsi 
zamanı Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən 
döyüşlərdə  rəşadət göstərmişdir. Müharibədən sonrakı illərdə 
diviziya komandirinin müavini, atıcı diviziya komandiri, həmçinin 
SSRİ Ali Sovetinin deputatı olmuşdur. C.5-315; 
266. MakDermott– neft  şirkəti. 1923-cü ildə yaradılmışdır. 
Dünyanın strateji cəhətdən mühüm neft-qaz ərazilərində yerləşən 
şelf yataqlarının işlənməsində  ən qocaman podratçılardan biridir. 
Şirkətin ABŞ-da, Böyük Britaniyada, BƏƏ-də,  İndoneziyada, 
Misirdə və Nigeriyada yerləşən istehsal sahələri dünyada neft-qaz 
sənayesinin inkişafına xidmət edir. C.2-228, 255, 294, 299; C.3-
155; C.4-305, 388, 407, 411; C.5-27, 47; C.7-43; C.8-170; 
267. Maqsud Şeyxzadə, Maqsud Məsum oğlu  Şeyxzadə 
(1908-1967)- Özbək yazıçısı, alim və pedaqoq. Özbəkistanın 
Əməkdar İncəsənət xadimi. Milliyyətcə azərbaycanlıdır. C.6-339; 
 268. 
“Manas”- qədim qırğız qəhrəmanlıq eposu. Eposun 
manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə 
alınmışdır. Nə vaxt yarandığı  hələlik dəqiqləşdirilməmişdir.  C.8-
6, 10; 
269. Marti Ahtisaari (1937)- Finlandiyanın siyasi və dövlət 
xadimi. 1965-ci ildən 1994-cü ilə kimi Finlandiyanın Xarici İşlər 
Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1965-1994-cü ilə 
kimi Finlandiya Sosial-Demokrat Partiyasının üzvü olmuşdur. 
1994-cü ildən Finlandiya Respublikasının Prezidentidir. C.8-100, 
114, 125, 129; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə