H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə19/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

__________________________________________________ 
 
57 
222. Kalitski Yan (1948)- ABŞ hökumətinin yeni müstəqillik 
qazanmış ölkələr üzrə energetika və ticarət məsələlərinə dair 
əlaqələndiricisi, ticarət nazirliyinin xüsusi müşaviri. C.8-173, 178, 
179; 
223. Kazimirov Vladimir Nikolayeviç- Rusiyanın Xarici 
İşlər naziri. C.1-20, 29, 111, 131, 212, 214, 218, 251, 347, 349, 
440, 515, 524; C.2-52, 578; 
224. Kəlbəcər- Azərbaycanın işğal olunmuş rayonu (1993-cü 
il, 3-4 aprel). Sahəsi 1936 km
2
C.1-28, 33, 35, 36, 38, 41, 44, 89, 
129, 130, 180, 202, 213, 231, 239, 284, 285, 297, 315, 316, 324, 
344, 348, 349, 401, 402, 424, 433, 462, 512, 529; C.2-291, 309, 
437, 442, 443, 574; C.3-374; C.4-115, 208, 346, 347; C.6-40-42, 
44-51, 99, 213, 217, 244, 249; C.7-191;  C.8-220;  C.9-110-117, 
121, 124, 125; 
225. Kəşmir- Asiyada tarixi vilayət. Qədimdə və orta əsrlərdə 
Hindistan  ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin 
tərkibinə daxil olmuşdur.  C.2-429;  C.3-23, 28, 32; C.4-340-342, 
344; C.6-97, 100, 103, 106; 
226. “Kitabi- Dədə Qorqud”- Azərbaycan xalq ədəbiyyatının 
ən qədim yazılı abidəsi. “Kitabi-Dədə Qorqud” dastanının 
yaranmasından 1300 ildən çox vaxt keçir. Elm aləminə XIX 
əsrdən məlum olan bu qəhrəmanlıq dastanlarının hələlik XV-XVI 
əsrlərdə köçürülmüş iki əlyazma nüsxəsi (Drezden və Vatikan) 
tapılmışdır. C.5-185, 186; C.8-6, 168; 
227. Konqres, Amerika Birləşmiş  Ştatları Konqresi- Ali 
Qanunverici hakimiyyət orqanı.  İki palatadan- Senatdan və 
Nümayəndələr Palatasından ibarətdir. ABŞ-ın ictimai-siyasi 
həyatında mühüm rol oynayır.  
Senatın 100 nəfər üzvü var. Ölkənin hər  ştatından Senata iki 
senator seçilir. Nümayəndələr Palatasının 435 üzvü var. Bu 
Palatanın üzvləri hər seçki dairəsində yaşayan  əhalinin sayına 
görə seçilir. Qanun layihələri hər iki palatada müzakirə olunur. 
Konqres tərəfindən qəbul olunan qanunları ABŞ Prezidenti təsdiq 
edir. Hər ilin yanvar ayında ABŞ Prezidenti Senata gələrək 
ölkənin vəziyyəti barədə hesabat verir. C.2-303, 304; C.6-440, 
441; C.8-155; C.9-392, 398, 403; 


__________________________________________________ 
 
58 
228. “Koroğlu”-  Azərbaycan, Yaxın  Şərq və Orta Asiyada 
geniş yayılmış qəhrəmanlıq eposu. XVII əsr tarixçilərinin verdiyi 
məlumatda Koroğlunun və onun silahdaşlarının adı çəkilir. Zaman 
keçdikcə Koroğlu mərdliyinə,  şücaətinə görə türk xalqlarının 
əfsanəvi qəhrəmanına çevrilmişdir. C.8-6; 
229. Kozlariç Deyl Riçard (1945)- Amerika diplomatı, 1994-
1997-ci illərdə Amerika Birləşmiş  Ştatlarının Azərbaycanda 
Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. C.4-81, 204; C.9-149; 
230.
 
Kraliça Yelizaveta (1926) – Böyük Britaniya Kraliçası. 
Vindzor sülaləsindəndir. 1952-ci ildə VI Georqun ölümündən 
sonra taxt-taca sahib olmuşdur. C.5-46; C.6-444; 
231. Krım (Krım Respublikası)- Ukraynanın tərkibində 
respublika. Sahəsi 27 min km
2
, əhalisi 2205,6 min nəfərdir. 1783-
cü ildə Rusiyanın tərkibinə daxil edilmişdir. 1954-cü ildən isə 
Ukrayna Respublikasının tərkibindədir. C.1-447; C.3-423; 
232. Krım dağı- Krımın cənubunda dağ. Uzunluğu 150 km, 
eni 50 km-ə qədərdir. Cənubda Qara dəniz sahili boyunca uzanan 
cənub, yaxud Baş tirədən (yayladan) və  şimalda iki ön tirədən 
(orta və ya daxili, hündürlüyü 723 m-dək;  Şimal və ya xarici, 
hündürlüyü 342 m-dək) ibarətdir. C.6-270, 271;
 
233. Kuçma Leonid Daniloviç (1938)- Ukraynanın siyasi və 
dövlət xadimi. 1994-cü ildən Ukrayna Respublikasının 
Prezidentidir. C.2-78; C.4-129, 131, 132, 134-151, 400; C.7-339; 
C.8-52, 125; C.9-47, 49-60, 63-70, 73-75, 77; 
 

 
234. Qabil, Qabil Allahverdi oğlu  İmamverdiyev (1926-
2007)- Azərbaycan şairi. Azərbaycan Respublikasının Xalq şairi. 
Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan 
Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur.  C.2-562; 
C.3-323; C.8-236-238;
 
235. Qafan- 13-14-cü əsrlərdə Naxçıvan tüməninə daxil 
olmuş  ərazi, Fəzlullah Rəşidəddinin “Azar və  əhya”  əsərində 
Qafanın Naxçıvana aid olduğu göstərilir. C.8-212-214; 


__________________________________________________ 
 
59 
236. Qafur Qulam- (1903-1966)- Özbəkistanın Xalq şairi. 
Özbək sovet ədəbiyyatının yaradıcılarındandır. Bir sıra  şeirləri 
Azərbaycan dilinə tərcümə edilib. C.6-347; 
237. Qalina Pavlovna Vişnevskaya  (1926)- görkəmli rus 
müğənnisi, SSRİ Xalq artisti. M. Rostropoviçin həyat yoldaşı. 
1952-1974-cü illərdə Böyük Teatrın aparıcı solistlərindən biri 
olmuşdur. C.9-235-239, 265, 270; 
238. Qara dəniz- (qonaqpərvər dəniz). Avropa ilə Asiya 
arasındadır. Sahəsi 420,3 min km
2
, uzunluğu 1148 km, eni 615 
km. Orta dərinliyi 1000-2000 m, maksimum dərinliyi 2211 m. 
Yalnız qərb və  şimal-qərbdə sahili liman tiplidir. C.1-440, 441; 
C.2-301, 402, 476, 488; C.3-70;  C.4-78, 382, 389, 502; C.5-28, 
34, 56, 62, 73, 75, 124, 156, 175, 247, 285, 336, 337, 405, 407, 
413, 435, 463, 467; C.6-22, 23, 31, 115, 122, 142, 188, 350, 392, 
424, 426, 428, 430, 434, 437; C.7-44, 52, 61, 64, 433, 457-462, 
475;  C.8-52, 145, 168, 254, 307, 373, 420, 424; C.9-53, 88, 92, 
229, 230, 232, 233, 255, 260, 324, 345, 377, 378, 385, 401, 411, 
443, 444; 
239. Qara Dəniz Ölkələri  İqtisadi  Əməkdaşlıq Təşkilatı- 
1992-ci ildə  İstanbul Zirvə görüşündə yaradılmışdır. Buraya 
Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, 
Moldova, Rumıniya, Rusiya, Serbiya, Xorvatiya, Türkiyə, 
Ukrayna və Yunanıstan daxildir. Bu təşkilat ancaq iqtisadi 
əməkdaşlıq maraqları  əsasında qurulmuş  təşkilatdır.  İqamətgahı 
İstanbuldadır. C.4-65-69, 74, 75, 78, 152; C.5-156; C.7-457-462, 
475; C.9-230, 232, 233; 
 240. 
Qara 
Qarayev, Qara Əbülfəz oğlu  Qarayev (1918-
1982)- böyük Azərbaycan bəstəkarı. Musiqisi ümumdünya şöhrəti 
qazanmış, baletləri respublikamızın və bir sıra dünya teatrlarının 
səhnəsində tamaşaya qoyulmuşdur. Qarayevin musiqi dili 
sahəsinə  gətirdiyi yeniliklər Azərbaycan və dünya musiqisinin 
inkişafında mühüm rol oynamışdır. SSRİ xalq artisti, Sosialist 
Əməyi Qəhrəmanı, SSRİ Dövlət və Lenin mükafatları laureatı idi. 
C.1-381; C.2-240, 250, 251; C.3-159, 160, 162, 166; C.4-10; C.5-
191; C.7-164; C.8-27, 334, 335, 374, 375; C.9-238, 418; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə