H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə27/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

__________________________________________________ 
 
81 
parlaq bədii  əksini tapmışdır. Nizami Gəncəvi həm də dövrünün 
görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət 
azadlığı, insanın mənəvi azadlığı  tərənnüm olunur. C.1-155-157, 
175, 380; C.2-7, 94-96, 100, 102, 563; C.3-319, 434; C.4-9, 10, 
132, 225, 276, 452, 453, 459-461; C.5-185, 191, 320, 321, 392, 
431, 442; C.6-95, 143, 339, 346, 450; C.7-164, 167; C.8-6, 27, 
32; C.9-211, 221, 311, 393, 418, 428, 429, 431-433, 435, 437; 
331. Novorossiysk limanı- Rusiya Federasiyasının Krasnodar 
diyarında liman. Bakıdan Novorossiyskə neft kəməri çəkilmiş və 
1997-ci ildə istifadəyə verilmişdir. C.4-389, 502; C.5-34, 56, 124, 
175, 336, 337; C.6-122, 142, 188; C.7-44, 391; C.8-52, 168, 254, 
307, 310, 420; C.9-53, 88, 260, 324, 377, 385; 
332. Novruz bayramı-  qədim xalq bayramı.  Şimal 
yarımkürəsində astronomik yazın başlandığı gecə-gündüz 
bərabərliyi günündə (martın 21-22-də) keçirilir. Qədim 
zamanlardan başlayaraq İran, Azərbaycan, Əfqanıstan, Tacikistan
Özbəkistan və  bəzi  Şərq ölkələri baharın- yeni ilin gəlişini 
şənliklərlə qarşılayırlar. Respublikamız müstəqillik qazanandan 
sonra Novruz bayramı rəsmi ümumxalq bayramı və istirahət günü 
elan edilmişdir. C.1-482, 483, 485; C.3-245, 253, 263, 278, 279; 
C.6-5, 6, 10, 11, 13, 14, 19; C.9-32-41; 
333. Nursultan Nazarbayev, Nursultan Abiş  oğlu 
Nazarbayev (1940)- Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-
cu ildə Qazaxıstan MK-nın katibi, 1984-cü ildə Qazaxıstan Ali 
Sovetinin sədri, Nazirlər Sovetinin sədri, 1989-1991-ci illərdə 
Qazaxıstan KP MK-nın birinci katibi, 1990-cı ildə  həm də Ali 
Sovetin Sədri, 1991-ci ildə Qazaxıstan SSR-in Prezidenti və 1991-
ci ilin dekabrından Qazaxıstan Respublikasının Prezidentidir. C.1-
477, 478; C.2-206, 400, 409-414; C.3-152, 181, 184, 450; C.4-2, 
161, 164, 221, 224, 438; C.7-306-315, 316-320, 322-326, 328, 
331, 333-335, 431, 436, 451, 452; C.8-125; C.9-444; 
334. Nyu-York- ABŞ-ın  şimal-şərqində  şəhər. Ölkənin  ən 
mühüm iqtisadi, maliyyə, elm, siyasi və  mədəniyyət mərkəzi. 
Atlantik okeanı sahilində Hudzon çayının mənsəbindədir. Sahəsi 
816 km
2
, əhalisi 17 mln-dan çoxdur. Beş inzibati rayona bölünür 
(Manhattan, Bruklin, Kuins, Bronks, Riçmond). Əsasını 1626-cı 


__________________________________________________ 
 
82 
ildə Yeni Amsterdam adı ilə hollandiyalılar qoymuşdur. 1785-
1990-cı illərdə ABŞ-ın paytaxtı olmuşdur.  C.2-278, 288, 317, 
318, 325, 326, 328, 330, 332, 333, 335, 346, 376, 396, 441, 442, 
450, 472; C.3-48, 151, 260, 304; C.4-329, 384, 399, 404, 405, 
409, 452, 481, 496; C.5-80, 84, 98, 100; C.6-440, 441; C.7-187; 
C.9-401; 
335. “Nyu-York Tayms” (“Nyu-York vaxtı”)- ABŞ-da 
gündəlik qəzet. 1851-ci ildən Nyu-Yorkda “Nyu-York Tayms” 
şirkəti tərəfindən nəşr edilir. Latın Amerikası  və Avropa nəşrləri 
müvafiq olaraq Limada (Peru) və Parisdə (Fransa) çıxır. Tirajı 1 
milyondan çoxdur. C.1-38; 
336. Nyut Qinqriç (17.06.1943, Pensilvaniya ştatının 
Harrisberq  ş.)- 1961-ci ildə  İmori Universitetini (incəsənət 
bakalavrı), 1968-ci ildə Tyuyleyn Universitetini (incəsənət 
magistri) bitirmişdir. 1971-ci ildə  fəlsəfə doktoru dərəcəsi 
almışdır.  İxtisası müəllimdir. 1974-cü ildə  və 1976-cı ildə 
Respublikaçılar Partiyasından Nümayəndələr Palatasına namizəd 
irəli sürülmüşdür. 1978-ci ildən ABŞ Konqresi Nümayəndələr 
Palatasının üzvüdür. C.6-440, 443; 
 
 
 
 
 
 
 

 
337. “Oqonyok” jurnalı- həftəlik ictimai-siyasi, ədəbi-bədii, 
illüstrasiyalı jurnal. 1923-cü ilin aprelindən Moskvada nəşr edilir. 
İlk redaktoru M.F.Koltsov (1938), 1953-cü ildən isə 
A.B.Sofronov olmuşdur. C.6-301, 369-371, 374-377;
 
338. Osmanlı imperiyası- Sultan Türkiyəsinin rəsmi adı 
(Osmanlılar sülaləsinin  əsasını qoymuş I Osmanın adındandır). 
XV  əsrin II yarısından Osmanlı dövləti imperiyaya çevrilməyə 
başlamış, XV-XVI əsrlərdə Asiya, Avropa və Afrikada türk 
işğalları  nəticəsində dünyanın  ən böyük dövlətlərindən biri 
olmuşdur. 1918-ci ildə I Dünya müharibəsində  məğlubiyyətdən 
sonra tamamilə dağıldı. 1922-ci ildə Türkiyə sultanlığına da son 
qoyuldu. C.8-42; C.9-334, 352, 413; 
 


__________________________________________________ 
 
83 
Ö 
 
339. Ömər Eldarov, Ömər Həsən oğlu Eldarov (1927)- 
görkəmli Azərbaycan heykəltəraşı, Azərbaycan Milli Elmlər 
Akademiyasının həqiqi üzvü. Rəssamlıq Akademiyasının müxbir 
üzvü. Heykəltəraşlığın müxtəlif janrlarında (monumental abidə, 
portret, büst, qorelyef və s.) əsərlər yaradır. 1995-ci ildən Milli 
Məclisin deputatıdır. Azərbaycan Respublikasının “İstiqlal” 
ordeni ilə təltif olunmuşdur. C.1-159; C.3-132, 133; C.4-8, 9, 13, 
256, 509; C.7-475; C.9-152-157, 159-161;
 
340.  Özbəkistan Respublikası- Orta Asiyanın mərkəzi və 
şimal hissələrində yerləşir. 1924-cü il oktyabrın 27-də  təşkil 
edilmişdir. Sahəsi 447,4 min km
2
,  əhalisi 25,1 mln. Paytaxtı 
Daşkənd  şəhəridir. Dövlət başçısı-Prezident, Qanunverici orqanı 
birpalatalı Ali Sovetdir. C.1-18, 121, 249; C.2-400, 401, 409, 412, 
415, 470, 498; C.3-352, 409, 410; C.4-93, 94, 146, 236; C.5-63, 
64; C.6-321-327, 330-351, 392, 429, 483; C.7-52, 61, 62, 87, 141, 
167, 310, 323, 326, 430, 433, 436-441, 443, 451, 455, 458, 464; 
C.8-8, 10, 23, 423; C.9-92, 221, 255, 257, 298, 299, 443; 
 

 
341. Pakistan, Pakistan İslam Respublikası – Cənubi Asiyada 
dövlət. Sahəsi 796 min km
2
,  əhalisi 133,5 milyon nəfərdir. 
Paytaxtı  İslamabad  şəhəridir.  İnzibati cəhətdən 4 əyalətə  və 
federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı Prezident, 
Qanunverici orqanı ikipalatalı Parlamentdir. C.1-18;  C.2-195, 
313, 421, 425, 426, 429; C.3-15, 22, 25, 255, 268, 291; C.4-335-
343, 345-349; C.5-466;  C.6-15-17, 93-106, 108-110; C.8-472; 
C.9-27, 44-46; 
342. Pasxa bayramı-  yəhudi və xristian bayramı. Pasxa 
əvvəllər yahudilərin Misirdən “çıxıb getmələri” münasibətilə, 
sonra isə  yəhudi xalqının xilaskarının zühurunu gözləməklə, 
xristianlıqda isə  İsa Peyğəmbərin iztirabları, din yolunda özünü 
fəda etməsi, onun ölümü və yenidən dirilməsi ilə  əlaqələndirilir. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə