H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə26/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

__________________________________________________ 
 
78 
vasitələri məharətlə işlətmişdir. Natəvan həm də istedadlı rəssam 
olmuşdur. C.4-275, 283; C.6-241; C.9-262; 
317. Natiq ƏliyevNatiq Ağaəli oğlu Əliyev (1947)- 1993-cü 
ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti 
olmuşdur. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif 
olunub. C.1-268; C.2-227, 228; C.3-328; C.4-292-296, 298, 300, 
303; C.5-38, 267; C.7-54, 133-136, 139, 152, 247, 388, 390, 395, 
396; C.8-62, 177; C.9-130-134; 
318. NATO-  Şimali Atlantika Təşkilatı. Hərbi-siyasi ittifaq. 
1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, 
Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, 
Portuqaliya, Norveç, Danimarka, İslandiyanın imzaladıqları 
Şimali Atlantika müqaviləsi  əsasında yaradılmışdır. 1952-ci ildə 
Yunanıstan və Türkiyə, 1955-ci ildə Almaniya, 1982-ci ildə 
İspaniya NATO-ya qoşulmuşdur. Varşava Müqaviləsi Təşkilatı 
dağıldıqdan sonra (1990) əvvəllər sosialist ölkələri düşərgəsinə 
daxil olmuş ölkələrin bir qismi ilkin mərhələ kimi Sülh naminə 
Əməkdaşlıq Proqramına qoşulmuşdur. Ali orqanı NATO Şurası 
sessiyasıdır. Mənzil qərargahı Brüsseldədir.  C.1-546, 548-553, 
555, 556, 558, 560, 561, 585; C.3-153; C.4-58, 59, 74, 176; C.8-
140, 300, 308, 403-405, 422, 423; C.9-88; 
319. Neft Daşları – Abşeron yarımadasından 42 km  cənub-
şərqdə, açıq dənizdə, polad dirəklər üzərində salınmış neft 
“şəhəri”. Bu ərazi oradakı daşların (təqr. 20 ədəd) bəzilərində 
neft-qaz nişanələrinin olması ilə  əlaqədar “Neft Daşları” 
adlandırılmışdır. “Neft Daşları” rayonunda geoloji kəşfiyyat 
işlərinə 1946-cı ildən başlanılmışdır. Çıxarılan neft həm tankerlər
həm də boru kəmərləri vasitəsilə sahələrə  nəql edilir. C.2-231, 
257, 488; C.4-290, 302; C.5-36; C.6-209; C.8-154; 
320. Nəbi Xəzri,  Nəbi  Ələkbər oğlu Babayev (1924-2007) – 
şair və dramaturq. Azərbaycan Respublikasının Xalq şairi. 
Azərbaycan və SSRİ Dövlət mükafatları laureatıdır. C.2-96; C.5-
194; C.7-163, 337;    
321. Nəcəf bəy Vəzirov,  Vəzirov Nəcəf bəy Fətəli bəy oğlu 
(1854-1926)- Azərbaycan dramaturqu, publisist, teatr xadimi. 
Nəcəf bəy Vəzirovun humanizmi, yüksək bəşəri idealları 


__________________________________________________ 
 
79 
tərənnüm edən “Müsibəti Fəxrəddin”  əsəri Azərbaycan 
ədəbiyyatında ilk faciədir. Bu əsər Azərbaycan bədii və ictimai 
fikir tarixində xüsusi yer tutur. C.1-160; 
322. Nəriman Nərimanov,  Nəriman Nəcəf oğlu  Nərimanov 
(1870-1925) partiya və dövlət xadimi, yazıçı və publisist, həkim. 
1917-ci ildən tamamilə kommunistlərin  əqidəsini qəbul edir və 
Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil olur, 
Azərbaycan zəhmətkeşlərini Müsavat hökumətinə qarşı 
mübarizəyə çağırırdı. 1919-cu ildə  Nərimanov işləmək üçün 
Moskvaya çağırılır. 1920-ci il aprelin 27-də Azərbaycanda Sovet 
hakimiyyətinin qələbəsi  ərəfəsində  Nərimanov qiyabi olaraq 
Azərbaycan  İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR 
XKS-nin sədri seçildi. N.Nərimanov SSRİ-nin 1-ci Sovetlər 
qurultayında (1922) ZSFSR-dən SSRİ  MİK-nin sədri seçilmişdi. 
C.1-158, 159; C.2-7, 544; C.4-435, 459; C.5-334, 444; C.6-239, 
309, 346, 448, 449, 450, 452, 456, 457; C.9-110; 
323. Nəsib bəy Yusifbəyov  (Usubbəyov),  Nəsibbəy Yusif 
oğlu  Yusifbəyov (1881-1920)- Azərbaycanın görkəmli dövlət və 
siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən 
biri. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü və 5-ci hökumət 
kabinələrinə başçılıq etmişdir. Bakı Dövlət Universitetinin 
yaradılması, 100 nəfərə yaxın azərbaycanlı  gəncin Avropanın 
müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları 
haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə 
kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə 
başlanması Usubbəyov hökumətinin mühüm qərarlarındandır. 
Usubbəyov hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi 
ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin 
hazırlanması haqqında qərar idi. Bakının XI Qırmızı Ordu 
tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə 
şəhəri tərk edən N.Usubbəyli yolda faciəli surətdə  qətlə yetirilir. 
C.1-154, 156; C.2-5; C.3-456; C.5-422; C.6-309; 
324. Nəsimi-  əsl adı Seyid Əli (1369-1417) – böyük 
Azərbaycan  şairi və mütəfəkkiri.  İmadəddin Nəsimi adı ilə  də 
məşhurdur. Əsərlərini Azərbaycan, ərəb, fars dillərində yazmışdır. 
Hürufiliyi yaydığı üçün Hələbdə  həbs olunmuş, “kafir”, “dinsiz” 


__________________________________________________ 
 
80 
elan edilərək ruhanilərin fitvası ilə  vəhşicəsinə öldürülmüşdür. 
C.1-157, 158, 175; C.2-7, 96-98; C.3-434;  C.4-276, 460, 461; 
C.5-185, 186, 320, 321; C.7-174; C.8-6, 32, 237; 
325. Nəsirəddin Tusi Məhəmməd ibn Həsən (1201-1274)- 
Azərbaycanın ensiklopediyaçı alimi, dövlət xadimi. Təsis etdiyi 
Marağa Astronomiya Rəsədxanası (1259) qısa müddətdə böyük 
elmi mərkəzə çevrilmiş, burada bir çox məşhur riyaziyyatçı  və 
astronom alimlər yetişmişdir. C.1-158, 175; C.9-210, 211; 
326. Nəvaz  Şərif,  Məhəmməd Nəvaz  Şərif- 1990-1993-cü 
illərdə Pakistan İslam Respublikasının Baş naziri olmuşdur. C.9-
27; 
327. “Niçimen”- yapon şirkəti. Azərbaycanda 1993-cü ildən 
fəaliyyət göstərir və 1997-ci ildə Bakıda öz nümayəndəliyini 
açmışdır. 
Şirkət, 
əsasən qara metallurgiya, yanacaq, 
elektrotexnika, kimya və yüngül sənaye sahələri ilə  məşğuldur. 
C.9-139, 142; 
328. Niyazi, Tağızadə- Hacıbəyov Zülfüqar oğlu (1912-1984)- 
görkəmli Azərbaycan dirijoru, bəstəkar. Azərbaycan milli 
dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə 
bağlıdır. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə 
SSRİ Dövlət mükafatı laureatı idi. C.1-381;  C.2-247-252;  C.3-
160, 162, 321; C.4-8; C.7-16, 337; C.9-159, 238; 
329. Niyazov Saparmurad, Saparmurad  Ata oğlu Niyazov 
(1940)- Türkmənistanın siyasi və dövlət xadimi. 1985-ci ildə 
Türkmənistan SSR-in Nazirlər Sovetinin sədri, 1985-ci ilin 
dekabrından 1990-cı ilə  qədər Türkmənistan KP MK-nın birinci 
katibi olmuşdur. 1990-cı ildən Türkmənistan Respublikasının 
Prezidentidir.  C.2-400, 409, 412, 413, 420, 422, 425, 429, 499; 
C.3-332, 348, 385; C.4-224;  C.5-460- 473, 475; C.6-279, 283, 
284, 296, 396; C.9-442, 443; 
330. Nizami Gəncəvi,  İlyas Yusif oğlu (1141-1209) – dahi 
Azərbaycan  şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə 
məsnəvi formasında yazdığı beş epik poemadan ibarət “Xəmsə” 
müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvinin ilkin Şərq 
renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, 
ümumbəşəri ictimai-siyasi, sosial və  mənəvi-əxlaqi idealları 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə