Neft və Qaz yataqlarının dağılması



Yüklə 12,51 Kb.
tarix07.12.2017
ölçüsü12,51 Kb.

Neft və Qaz yataqlarının dağılması

Məlumdur ki, karbohidrogenlərin miqrasiya nəticəsində neft və qaz yatağı həm formalaşa, həm də dağılmaya məruz qala bilər. M.K. Kalinko neft və qaz yataqlarının aşınmasına – dağılmasına təsir edən amillərin növünə görə üç qrupa ayrılır: fiziki, kimyəvi və biokimyəvi.

M.K.Kalinko fiziki proseslərə aşağıdakıları aid edir: 1) diffuziya, 2) müxtəlif növ boşluqlar üzrə rezervuarxarici süzülmə, 3) yeraltı suların hərəkəti yaxud yer səthinə çıxması ilə əlaqədar rezervuardaxili süzülmə. Burada müəllif iki əsas halı ayırır: a) tektonik hərəkətlərin sayəsində tələlrin yoxa çıxması, b) neftli-qazlı layların Yer səthinə çıxaraq,məruz qalması ilə əlaqədar tələnin yoxa çıxması.

M.K.Kalinkonun fikrincə yataqların bütün aşınma proseslərində duffuziya və süzülmə daimi baş verir, bu səbəbdən də onlar yatağın bütün dövründə ona ən çox təsir edən proseslərdir. Ayrı-ayrı mərhələlərdə hidrodinamiki, kimyəvi və biokimyəvi proseslər diffuziya və süzülmə proseslərini söndürə bilərlər və ya yatağın formalaşmasında yaxud dağılmasında həlledici rol oynaya bilərlər.

Yüksək məsaməliyə və keciriciliyə malik olan süxurların daxilində toplanmış neft, burada hərəkət edən lay sularının axma sürətinin artması ilə yuyulub aparıla bilər. Belə suların hərəkəti layın yatım istiqaməti üzrə olduqda proses daha intensiv şəkil ala bilər.Abşeron yarımadasındakı bir çox yataqlarda Məhsuldar qatın “fasilə” lay dəstəsinin neftsizliyini bu nöqteyi-nəzərdən fərz etmək olar.

Yeraltı suların yataqdakı neftə kimyəvi təsiri nəticəsində yatağın dağılması baş verir. Layda hərəkət edən suların tərkibində sulfat duzları olduqda, bunlar karbohidrogenlərə (neftə) kimyəvi təsir edir. Nəticədə karbohidrogenlər suya və karbon qazına parçalanır və hidrogen-sulfid əmələ gəlir. Beləliklə, yataqda toplanmış neft, hərəkət edən sulfatlı suların təsiri ilə tədricən parçalanaraq, tamamilə yoxa çıxa bilər.

Neft yataqlarının dağılmasına müəyyən şəraitdə bakterioloji amil də təsir edir. Elə bakteriya növləri vardır ki, onlar karbohidrogenlərlə qidalanırlar. Nəticədə karbon qazı (CO2) əmələ gəlir və yataqdakı neftin parçalanmasına səbəb olur.

Hələ 1925-ci ildə T.L.Ginzburq – Karagiçeva neft yataqlarının sularında da sulfat bakteriyalarının olduğunu aşkar etmişdir. Həmin bakteriyalar öz həyat fəaliyyətləri üçün sulfat duzlarının oksigenindən və neftin karbonundan istifadə edir. Bu anaerob bakteriyalar əlverişli şəritdə çox sürətlə inkişaf edir.

V.A.Uspeniskinin və O.A.Radçenkonun sulfat duzlarının azalması nəticəsində neftin keyfiyyətinin dəyişməsi sayəsində apardıqları tədqiqatlar daha maraqlıdır. Onlar neftin tərkibinin dəyişməsinin (sıxlığın artması, prafinin miqdarının azalması və kükürdün çoxalması) onun bakterioloji proseslər nəticəsində oksidləşməsi ilə izah edirlər.

Ozokerit yataqlarında alqarit (bakteriyaların ozokeritə təsiri nəticəsində əmələ gələn aşınma məhsuludur) adlanan maddənin olması bakterioloji amillərin, yəni bakteriyalarının həyat fəaliyyəti olə əlaqədar olan hadisələrin təsiri altında neft yataqlarının dağılmasını təsdiq edir.

Neft və qazın miqrasiyasında əsas amillərdən biri olan tektonik proseslərin neft yataqlarının əmələ gəlməsində mühüm rol ondağı qeyd edilmişdir. Həmin proseslər sonrakı inkişaf mərhələsində əmələ gəlmiş neft və qaz yataqlarının dağılmasına da səbəb ola bilər .Baş vermiş tektonik proseslər, lay dəstələrində xeyli çatlar və qırılmalar əmələ gətirir. Sonradan bunlar neft və qazın yer üzərinə çıxmasına və aşınmaya məruz qalmasına səbəb olur. Bunlarla bərabər tektonik hərəkətlərin təsiri nəticəsində bəzən neftli süxurların metamorfizmləşmə və yenidən kristallaşma proseslərinə məruz qalmaları da onların tərkiblərində olan neftin və qazın dağılmasına səbəb olurlar. Bundan əlavə, tektonik proseslər nəticəsində neftli-qazlı lay dəstələrininyer səthinə yaxınlaşması da məlumdur. Yer səthinə yaxınlaşan lay dətələrinin denudasiyaya məruz qalmaları onların daxilindəki neft və qazın aşınmasına gətirib çıxarır. Bu da endogen və ekzogen proseslərin qarşılıqlı əlaqəsi ilə muşaiyət olunur.

Tektonik deyilənlərdən göründüyü kimi, neft və qaz yataqlarında baş verən dağılma hadisələri geosinklinal sahələrdə daha geniş yayılmışdır.



Yuxarıda deyilənlərdən göründüyü kimi, neft və qaz yataqlarının əmələ gəlməsində əsas rol oynayan amillər, eyni zamanda, onların dağılmasınada səbəb olur. Bu amillərin neft və qaz yataqlarının əmələ gəlməsinə təsiri, onların dağıtma təsirindən üstün olduğu halda sanaye əhəmiyyətli yataqlar əmələ gəlir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə