H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə18/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

__________________________________________________ 
 
54 
207. İsa Qəmbər (1956)- Azərbaycanın siyasi xadimi. “Yeni 
Müsavat” Partiyasının və Demokratik konfransın sədri.  C.1-13, 
22, 50, 60, 73, 238, 588, 591; C.2-60; C.4-39, 170, 180, 189, 371, 
430, 436; C.6-46, 184, 246, 470; C.7-276, 287, 483; 
208.  İslam  İnkişaf Bankı  (İİB)- Beynəlxalq Maliyyə 
İnstitutu. İİB-nin əsası 1973-cü ilin dekabrında Ciddədə keçirilən 
müsəlman ölkələri Maliyyə nazirlərinin konfransında qəbul 
olunmuş  Bəyannaməyə  əsasən qoyulmuşdur. Bank İslam  şəriət 
qaydalarına riayət edən ölkələrə maliyyə yardımı göstərir. Bankın 
55 üzvü var. Azərbaycan Respublikası  İslam  İnkişaf Bankının 
1991-ci ildən üzvüdür. C.2-66, 255; C.5-123;  C.6-280;  C.7-357, 
362, 365; 
209.  İslam Kərimov,  İslam Abduqəni oğlu (1938)- 
Özbəkistanın siyasi və dövlət xadimi. 1989-1990-cı illərdə 
Özbəkistan KP MK-nın birinci katibi olmuşdur. 1990-cı ildən 
Özbəkistan Respublikasının Prezidentidir. C.2-400, 409, 412, 498; 
C.4-224; C.6-321, 322-326, 332-337, 339, 341, 343-351; C.7-52, 
167, 431, 435, 437-443; 
210.  İslam Konfransı  Təşkilatı  (İKT) – 1969-cu ildə 
yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu və  Fələstin Azadlıq 
Təşkilatını birləşdirir.  Nizamnaməsinə görə  İslam Konfransı 
Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin 
möhkəmlənməsinə, üzv-dövlətlər arasında 
əməkdaşlığa 
yönəldilmişdir.  İqamətgahı Ciddədədir (Səudiyyə  Ərəbistanı). 
Azərbaycan 1991-ci ildən  İKT-nin üzvüdür. C.4-41, 122, 228, 
240, 484; 
211.  İslamabad- Pakistanın paytaxtı, 1960-cı ildə yaranıb. 
Ravalpindi  şəhərindən 28 km aralı, Himalay dağlarının 
ətəklərindədir. C.3-255; C.6-94, 95, 109, 280; C.9-44, 45; 
212. İsmayıl Şıxlı, Şıxlı İsmayıl Qəhrəman oğlu (1919-1995)- 
istedadlı Azərbaycan yazıçısı, ictimai xadim. Azərbaycanın Xalq 
yazıçısı.  İsmayıl  Şıxlı  məşhur “Dəli Kür” romanında psixoloji 
baxımdan dərin xarakterlər yaratmışdır. İsmayıl Şıxlı Azərbaycan 
Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi 
olmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin deputatı 


__________________________________________________ 
 
55 
seçilmişdir. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif 
olunmuşdur. C.2-56; C.3-123; C.7-162; 
213.  İsrafil Məmmədov,  İsrafil Məhərrəm oğlu  Məmmədov 
(1919-1946)- Sovet İttifaqı 
Qəhrəmanı. 1941-ci ildə 
Məmmədovun vzvodu Novqorod vilayətinin Pustınka kəndi 
yaxınlığında almanların 300 əsgər və zabitini qırmışdı.  C.5-315; 
C.6-263; C.8-390; 
214. İsrail – Yaxın Şərqdə dövlət. Sahəsi 20,8 min km
2
 əhalisi 
5,5 milyon nəfərdir. İsrail dövləti BMT-nin Baş Məclisinin 1947-
ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. İsrail inzibati 
cəhətdən 6 mahala bölünür. Dövlət başçısı Prezidentdir, onu 
birpalatalı Parlament (knesset) seçir. Hökumətə geniş  səlahiyyəti 
olan Baş nazir başçılıq edir. C.1-225; C.2-51, 268, 269; C.5-378, 
386-391; C.8-125, 149, 150; 
215. “İstintaq” filmi- 1979-cu ildə “Azərbaycanfilm” 
kinostudiyası  tərəfindən çəkilmişdir. Psixoloji dram- sovet 
cəmiyyətinin psixologiyasındakı ziddiyyətlərdən irəli gələn 
mənəvi dəyərlərə münasibətin müxtəlifliyindən bəhs edir. Filmin 
yaradıcı heyəti: ssenari müəllifi- Rüstəm İbrahimbəyov, quruluşçu 
rejissor- Rasim Ocaqov, operator- Rafiq Qəmbərov, bəstəkar- 
Emin Sabitoğlu və b. Rollarda: Həsən Məmmədov,  Şəfiqə 
Məmmədova, Aleksandr Kalyagin, Yelena Smirnova, Rasim 
Balayev, Yevgeni Lebedov və b. çəkilmişlər. C.5-188; 
216.  İtaliya,  İtaliya Respublikası – Avropanın Cənubunda 
dövlət. Ərazisinə Alp dağlarının Qərb yamacları, Padan düzənliyi, 
Apenin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 
301 min km
2
,  əhalisi 57,5 milyon nəfərdir. Paytaxtı Roma 
şəhəridir.  İnzibati cəhətdən 20 vilayətə bölünür. C.1-546;  C.3-
313, 351; C.4-493, 503; C.5-28, 71, 73, 86, 88, 105, 213, 214, 
247; C.6-23, 409, 410, 413; C.7-432, 433; C.8-304; C.9-92, 128, 
153, 160; 
217. “İtoçu”  şirkəti- Yaponiyanın “İtoçu” korporasiyası 
1958-ci ildə yaradılmışdır. Dünyanın 176 ölkəsində  şirkətləri və 
firmaları var. “İtoçu” 1996-cı ilin avqustundan Bakıda fəaliyyət 
göstərir. C.7-122, 392; C.8-170, 171, 173, 174, 183; C.9-139, 
142; 


__________________________________________________ 
 
56 
218. “İttihad” Partiyası- Azərbaycan Milli Partiyası.  İslam 
ideologiyasına  əsaslanırdı. 1918-ci ilin yanvarında Bakıda 
fəaliyyət göstərən “Rusiyada Müsəlmanlıq” Partiyası ilə 
Gəncədəki “İttihadi-İslam” cəmiyyətinin birləşməsi nəticəsində 
yaradılmışdı. C.1-154; 
219. “İzvestiya”- Rusiya Federasiyasında gündəlik, ictimai-
siyasi qəzet.  İlk nömrəsi 1917-ci ildə  çıxmışdır.  C.1-295;  C.3-
296; 
 

 
 220. 
Jak 
Şirak  (1932) – Fransanın görkəmli siyasi və 
dövlət xadimi. 1974-1976 və 1986-88-ci illərdə Fransanın Baş 
naziri, 1977-1995-ci illərdə Paris şəhərinin Meri olmuşdur. 1974-
1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə 
Demokratik  İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən 
Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 
1995-ci ildən Fransa Respublikasının Prezidentidir. C.3-437; C.4-
105, 106; C.5-112, 276; C.7-19, 106, 107, 238, 405, 406; C.8-
239, 242, 243, 244, 251, 253-255, 258, 259, 265, 269, 271, 273, 
278, 282, 283, 284, 288, 290, 292, 302, 303, 304, 322, 323, 325, 
333; C.9-81-84, 86, 87, 118, 119, 171, 241, 243, 244; 
 

 
221. Kəlbalı xan Ehsan oğlu Naxçıvanski (?-1883)- hərbi 
xadim, general-mayor. Sonuncu Naxçıvan xan Ehsan Kəngərlinin 
oğlu, İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Krım müharibəsində 
(1853-1856) igidliklə vuruşmuş, 1855-ci ildə leyb-qvardiya Qusar 
polkuna komandir təyin olunmuşdur. 1877-1878-ci illər Rusiya-
Türkiyə müharibəsində böyük şücaət göstərmiş, üçüncü dərəcəli 
“Müqəddəs Stanislav” ordeni, iki “Müqəddəs Georgi” ordeni ilə 
təltif olunmuş, brilyantla bəzədilmiş 
qılıncla 
mükafatlandırılmışdır. C.3-315; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə