H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə16/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

__________________________________________________ 
 
48 
təyyarəsi ilə döyüşə girmiş, ölümcül yaralanmasına baxmayaraq 2 
təyyarəni vurmuşdur. C.6-263; 
184. Hüsni Mübarək, Seyid Məhəmməd Hüsni Mübarək 
(1928)- Misir Ərəb Respublikasının görkəmli siyasi və dövlət 
xadimi. 1975-1981-ci illərdə Misir Ərəb Respublikasının vitse-
prezidenti, 1981-ci ilin oktyabrından Prezidentidir. C.1-43;  C.2-
188, 194, 198-200; C.3-24; C.4-122; C.6-112; C.7-19, 240, 241; 
185. Hyüston- ABŞ-ın cənubunda  şəhər və port. Texas 
ştatındadır.  Əhalisi təqribən 2 milyon nəfərdir. Demək olar ki, 
dünyanın bütün ölkələri ilə biznes və ticarət  əlaqələri saxlayır. 
Hyüston ABŞ-ın neft biznesinin mərkəzidir.  C.2-202, 203, 228, 
264; C.7-253; 
 

 
186. Xaqani Şirvani, Əfzələddin İbrahim ibn Nəccar Şirvani 
(1126-1199)- Azərbaycan  şairi, mütəfəkkir. Xaqani Azərbaycan 
ədəbiyyatının  ən görkəmli simalarındandır. Xaqani Şirvaninin 
ədəbi irsi olduqca zəngindir. Onun epik poeziyasının ilk 
mükəmməl nümunələrindən “Töhfət ül-İraqeyn” adlı  məsnəvisi, 
“Mədain xərabələri” adlı  məşhur fəlsəfi qəsidəsi, “Həbsiyyə” 
adlandırılan qəsidələri və mərsiyyələri klassik Şərq ədəbiyyatında 
kamil əsərlərdir. C.1-156, 175; C.2-7; C.4-276; 
187. “Xalq qəzeti”- Azərbaycan Respublikasında gündəlik, 
siyasi, ictimai qəzet. 1919-cu ildən “Kommunist” adı ilə  nəşr 
edilmişdir. 1991-ci ildən isə “Xalq” qəzeti adlanır. Qəzetin 
təsisçisi Azərbaycan Republikası Prezidentinin İşlər  İdarəsi və 
qəzetin redaksiya heyətidir. C.2-100, 143; 
188. Xavyer Solana (1942)- siyasi xadim, 1995-1999-cu 
illərdə NATO-nun Baş katibi, 1999-cu ilin iyulundan Avropa 
İttifaqı  Şurasının Xarici Siyasət və  Təhlükəsizlik üzrə Baş 
katibidir. C.6-161; C.8-403, 405, 422, 423; 
189. Xeyrəddin Qoca, Xeyrəddin Sayəddin oğlu Qocayev 
(1950)- Azərbaycan jurnalisti. 1995-2000-ci illərdə Milli Məclisin 
deputatı, 1997-2002-ci illərdə isə Türkiyə Respublikasının 


__________________________________________________ 
 
49 
İstanbul  şəhərində Azərbaycan Respublikasının Baş konsulu 
olmuşdur. C.4-257; 
190. Xəlil Rza Ulusoy (Ulutürk), Xəlil Rza oğlu Xəlilov 
(1932-1994)- Azərbaycanın Xalq şairi. Azərbaycanda xalq 
hərəkatının görkəmli öndərlərindən biri. C.2-44, 92; C.3-363, 
365; C.4-252, 256; C.7-162; 
191. Xəzər dənizi- Dünyada ən böyük qapalı su hövzəsidir. 
Avropa ilə Asiya sərhəddindədir. Dünyanın  ən böyük gölüdür. 
Uzunluğu  Şimaldan Cənuba 1200 km, orta eni 320 km, sahil 
xəttinin uzunluğu 6,5 min km. C.1-224, 419, 441, 594, 596; C.2-
52, 150, 152, 153, 191, 203, 204, 223, 226, 229, 231, 242, 253, 
254, 257, 258, 263, 294, 302, 303, 314, 401-403, 411-414, 422, 
430, 436, 470, 474, 475, 488, 574; C.3-13, 22, 142, 144, 156, 157, 
166, 168, 201, 252, 261, 312, 327, 328, 330, 331, 385, 386, 430, 
449, 450, 452, 453, 464; C.4-66, 78, 145, 146, 203, 226, 227, 236, 
303, 371, 437, 438; C.5-36, 37, 38, 62, 115, 116, 159, 186, 280, 
281, 332, 397, 406, 420, 446, 447, 462-464, 466, 467, 474, 475; 
C.6-22, 23, 31, 32, 115, 122, 140, 142, 145, 157, 158, 163, 167, 
187, 190, 192, 196, 197, 202, 209, 281, 317, 333, 349, 360, 409, 
410, 413, 415-417, 428, 429; C.7-8, 238, 242-244, 255, 317, 318, 
321, 322, 332, 360, 392, 395, 396, 422, 423, 433, 450, 460; C.8-
20, 21, 60, 63, 64, 90, 138, 139, 140, 145, 163, 168, 169, 171, 
172, 177-179, 183, 231, 241, 251, 254, 255, 257, 259, 266, 278, 
284, 297, 298, 303, 401, 431; C.9-6, 7, 53, 66, 69, 87, 92, 128-
132, 231, 233, 323, 325, 378, 379, 385, 443, 444; 
192. Xəzəryanı ölkələr- Bura 5 ölkə: Azərbaycan,  İran, 
Türkmənistan, Rusiya, Qazaxıstan daxildir. C.2-475;  C.3-453, 
454;  C.5-36-38, 62, 280, 281, 464, 467; C.6-22, 395, 428, 429; 
C.7-450, 460; 
193. Xocalı- Azərbaycanın işğal olunmuş rayonu (1992-ci il, 
26 fevral). Sahəsi 970 km
2
C.1-298, 442, 578, 579; C.3-214, 392; 
C.4-254;  C.5-356, 358, 359, 361, 363, 367, 414, 469; C.6-37, 
212, 213, 217, 249; C.7-191; C.8-102, 324, 461; C.9-399;
 
194. Xocalı soyqırımı  – 1992-ci il fevralın 25-dən 26-na 
keçən gecə erməni silahlı qüvvələri və Xankəndində yerləşən 
Rusiyanın 366-cı alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən 


__________________________________________________ 
 
50 
hücum etmiş,  şəhəri tamamilə yandırmışlar; 1000 nəfərdən artıq 
adam öldürülmüş, yüzlərlə  şəhər sakini yaralanmış, itkin 
düşmüşdür. C.1-442; C.3-214, 215, 216, 218, 219, 392; C.5-355-
369, 414; C.6-213; C.8-324, 461, 462; C.9-271, 309; 
195. Xudiyev Nizami, Nizami Manaf oğlu  Xudiyev (1949)- 
filologiya elmləri doktoru, professor. 1996-cı ildən Azərbaycan 
Dövlət Televiziya və Radio Verilişləri  Şirkətinin sədri. 
Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) 
deputatıdır. C.9-396;   
 
İ 
 
196.  İbn Sina,  İbn Sina Əbu  Əli Hüseyn ibn Abdulla (980-
1037)- alim, filosof, həkim,  Şərq aristotelizminin nümayəndəsi. 
Orta Asiyada və İranda yaşamışdır. Antik fəlsəfi fikrin inkişafında 
böyük rol oynamışdır.  İranın Həmədan  şəhərində (1952) İbn 
Sinaya abidə qoyulmuşdur. C.4-225; C.6-345; 
197.  İkinci dünya müharibəsi  (1939-45)- Almaniya, İtaliya 
və Yaponiya tərəfindən başlanmış böyük müharibə. İkinci dünya 
müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya 
girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Britaniya və Fransa 
Almaniyaya müharibə elan etdi. 1940-cı il iyunun 10-da İtaliya 
Almaniyaya qoşuldu. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə 
qarşı müharibə élan etdi. Bununla da Böyük Vətən müharibəsi 
başlandı. 1942-43-cü illərdə Sovet ordusunun Stalinqrad və Kursk 
vuruşmalarında qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı. 1944-cü 
il iyunun 6-da Avropada 2-ci cəbhə açıldı. Bunun da nəticəsində 
Fransa daxil olmaqla Mərkəzi və  Cənub-Şərqi Avropa azad 
olundu. 1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldı. Mayın 8-
də Karlsxorstda (Berlin yaxınlığında) Almaniyanın danışıqsız 
təslim olması haqqında akt imzalandı. 1945-ci il mayın 2-də Sovet 
ordusu Berlini aldı. Yaponiyanın təslim olması haqqında sənəd isə 
sentyabrın 2-də imzalandı. Bununla İkinci dünya müharibəsi 
qurtardı.  İkinci dünya müharibəsində 72 ölkə  iştirak etmişdir. 
Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrində 110 milyon 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə