H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   8   9   10   11   12   13   14   15   ...   88

__________________________________________________ 
 
36 
129. “Ədəbiyyat qəzeti”- həftəlik qəzet. 1934-cü ildən çıxır. 
Azərbaycan Yazıçılar Birliyinin orqanı. 1953-cü ildən “Ədəbiyyat 
və incəsənət” adı ilə çıxmışdır. Qəzetdə Azərbaycan və xarici ölkə 
yazıçılarının  əsərləri,  ədəbiyyat və incəsənət problemlərinə dair 
məqalələr, publisistik yazılar dərc olunur. C.3-367, 368; 
130.  Əhməd bəy Ağayev (Ağaoğlu)-  Əhməd bəy Mirzə 
Həsən oğlu  Ağayev (1869-1939)- Azərbaycanda türkçülük 
hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, 
publisist, hüquqşünas,  şərqşünas-islamşünas alim. O, “Nicat”, 
“Nəşri-maarif”, “Səfa” xeyriyyə  cəmiyyətlərinin təşkilində  və 
fəaliyyətində yaxından iştirak etmişdir. XX əsrin 20-ci illərində 
Türkiyənin dövlət mətbuat bürosunun müdiri təyin edilən Əhməd 
bəy 2 dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, 
Ankara Universitetinin professoru olmuşdur. Sovet dönəmində 
ona qatı “panislamist”, “pantürkist” damğası vurularaq adı  və 
əsərləri qadağan edilmişdir. Həyatının və əsərlərinin geniş surətdə 
öyrənilməsinə son illərdə başlanılmışdır. İstanbul şəhərində vəfat 
etmişdir. C.1-158; C.4-459; 
131.  Əhməd Cavad, Cavad Məmmədəli oğlu Axundzadə 
(1892-1937)- Azərbaycan  şairi. Yaradıcılığında mücərrəd 
romantizmlə yanaşı, milli istiqlaliyyətə yenidən qovuşmaq 
arzusundan doğan meyllər mühüm yer tutur. Azərbaycanın  ən 
dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet totalitar 
rejiminin repressiya qurbanlarındandır. C.1-380; C.2-7; C.6-309; 
132. “Əhrar” Partiyası- siyasi partiya. 1918-ci ilin payızında 
Bakıda yaradılmışdır. Sədri Aslan bəy Qardaşov idi. C.1-154; 
133.  Əl-Biruni,  Əl-Biruni  Əbu Reyhan Məhəmməd ibn 
Əhməd  əl Xarəzmi (973-1048)- orta əsr ensiklopediyaçı alim, 
əsərlərini  ərəb dilində yazmışdır. Tarix, etnoqrafiya, coğrafiya, 
astronomiya, fizika və s. elm sahələrinə aid 150-dən çox əsərin 
müəllifidir. C.6-345; 
134.
 
Ələsgər  Ələkbərov,  Ələkbərov  Ələsgər Hacağa oğlu 
(1910-1963) – görkəmli Azərbaycan aktyoru. Azərbaycan və 
SSRİ Xalq artisti. 1993-cü ildən ömrünün sonunadək Azərbaycan 
Milli Dram Teatrında işləmişdir.  Ələkbərovun yaradıcılığı 


__________________________________________________ 
 
37 
Azərbaycan teatrının inkişafında mühüm rol oynamışdır. C.1-160; 
C.4-84; C.5-187; C.9-19; 
135.  Əli  İnsanov,  Əli Binnət oğlu  İnsanov (1946)- tibb 
elmləri doktoru, professor. Azərbaycan Respublikasının səhiyyə 
naziri olmuşdur. C.4-256; C.5-23; 
136. Əli Nağıyev (1954)- Azərbaycan Respublikasının Əmək 
və Əhalinin Sosial Müdafiəsi naziridir (1996). Birinci çağırış Milli 
Məclisinin deputatı olmuşdur. C.2-517, 519, 520, 524, 531, 533; 
C.4-256; 
137.  Əlibəy Hüseynzadə,  Əlibəy Hüseyn oğlu  Hüseynzadə 
(1864-1940)- Azərbaycan yazıçısı, jurnalist, filosof, tərcüməçi, 
ictimai xadim. Rusiyada 1905-1907-ci illər inqilabının təsiri ilə 
çarizmi, feodal-patriarxal geriliyi, Şərq istibdadını, ətaləti və dini 
mövhumatı  tənqid edən  Ə.Hüseynzadə Azərbaycanda burjua 
ideologiyasının başçılarından biri, “Füyuzatçılar”  ədəbi-fəlsəfi 
cərəyanının 
əsas nəzəriyyəçisi olmuşdur. Fəaliyyətində 
“türkləşmək, islamlaşmaq, müasirləşmək”  şüarına  əsaslanırdı. 
C.4-459; 
138.  Əlikram Hümbətov,  Əlikram  Ələkbər oğlu  Hümbətov- 
1993-cü ildə Azərbaycan Respublikasını parçalamaq məqsədilə 
qanunsuz hərbi qruplaşmaya rəhbərlik etmiş, qondarma “Talış-
Muğan Respublikası” nı yaratmağa cəhd göstərmişdir. C.1-65-73, 
76-78, 80, 91, 93- 99, 102-110, 252, 284; C.2-273, 280, 282-284, 
472, 533, 550, 552, 557-559, 568; C.3-98, 199, 209; C.4-33, 34, 
155-157, 182, 185, 190-192, 490; C.6-84, 469; C.7-276, 277; C.8-
216, 217; C.9-318; 
139.  Əlimərdan bəy Topçubaşov (1865-1934)-Azərbaycan 
Xalq Cümhuriyyətinin qurucularından biri. Görkəmli hüquqşünas
ictimai-siyasi və dövlət xadimi, diplomat. 1917-1920-ci illərdə 
Bakı Müsəlman  Şurası Müvəqqəti  İcraiyyə Komitəsinin sədri, 
Azərbaycan Parlamentinin sədri. Paris (Versal) Sülh konfransında 
Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1934-cü ildə 
Parisdə  vəfat etmişdir.  C.1-156, 175; C.2-5;  C.3-456;  C.5-422, 
444; C.6-308; 
140. Əliş Ləmbəranski, Əliş Cəmil oğlu Ləmbəranski (1914-
1999)- mühəndis, dövlət xadimi. Ləmbəranski müxtəlif illərdə 


__________________________________________________ 
 
38 
Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini, Bakı  şəhər 
ZDS  İcraiyyə Komitəsinin sədri, SSRİ Nazirlər Soveti yanında 
Mikrobiologiya Sənayesi Baş  İdarəsi rəisinin birinci müavini, 
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifələrində 
işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 
SSRİ Dövlət mükafatı laureatı idi. C.5-216; 
141. Əlişir Nəvai, Nizaməddin Mir Əlişir (1441-1501)- özbək 
şairi, mütəfəkkir, dövlət xadimi. Nəvainin lirik şeirləri özbək 
ədəbiyyatına yeni bir istiqamət vermiş, onu həyat həqiqətlərini, 
yüksək insani hissləri, insanın daxili aləmini, arzu və istəklərini, 
etirazlarını  sənət dili ilə ifadə vasitəsinə çevirmişdir.  Şairin 
humanist məzmunlu lirik şeirləri özbək bədii dilinin inkişafında, 
Yaxın  Şərqdə yayılmasında mühüm mərhələ olmuşdur.  C.4-225; 
C.5-191; C.6-338, 339, 345, 346; C.8-6;   
142.  İrşad  Əliyev,  İrşad Nadir oğlu  Əliyev (1944)- 1992-ci 
ildə Prezident Aparatında məsləhətçi, 1992-1994-cü illərdə 
Respublika Qaçqınlar və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin 
sədri işləmişdir. 1994-cü ilin oktyabr ayından 2004-cü ilə  qədər 
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri olmuşdur. 
C.1-535; C.2-387; C.3-65, 338, 342, 346, 347, 408; C.4-206-211, 
213, 215, 217, 219, 220; C.6-53, 54, 61, 62; C.7-345, 349, 350, 
352; C.9-165, 174, 178, 179; 
143.  Ənvər  Əlixanov,  Ənvər Nəzər oğlu  Əlixanov (1917-
1993)- geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor. 
1961-1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri və 
Ali Sovetin deputatı olmuşdur. C.6-455; 
144.  Ərzurum, (Erzurum)- Türkiyənin  şimal-şərqində  şəhər. 
Ən qədim  şəhərdir. 1473-cü ildən Türkiyənin tərkibindədir. 
Əvvəllər Karin Feodosiopol adlanmış, VII əsrdə xilafətə qatılmış, 
XI əsrdə Ərzurum səlcuqlar tərəfindən tutulmuş və Ərzən-ər Rum 
adlanmışdır.  Ərzurum adı da elə buradandır.  C.6-464;  C.7-485; 
C.9-361; 
145.  Əsgər Akayev (1944)- Qırğızıstanın siyasi və dövlət 
xadimi, fizik, akademik. 1989-1990-cı illərdə Qırğızıstan EA-nın 
prezidenti, 1990-2005-ci illərdə  Qırğızıstan Respublikasının 
Prezidenti olmuşdur. C.2-400, 409; C.4-109, 224, 231, 233, 234, 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə