169
ləri istixanaya və ya parnikə 7-8 sm dərinlikdə 10 x 5 sm qida sahəsi
verməklə basdırılır.
Mərsin plantasiyası salmaq üçün gün düşən, soyuq şimal külək-
lərindən qorunan suvarılan sahələr ayrılır.
Torpağın hazırlanması 60-70 sm dərinlikdə plantaj şumunun
apa
rılmasından başlayır. Plantaj şumu altına 40-50 ton peyin, 500-
600 kq superfosfat, 200-
300 kq kalium gübrələri verilir. Yayda tor-
paq alaqlardan təmiz və yumşaq saxlanılmalıdır. Buna nail olmaq
üçün hektara 400 kq ammonium sulfat ver
ilir. Mərsin daimi yerinə
payızda (oktyabr-noyabr) və ya yazda (aprel) 2,5 x 1,0 metr qida sa-
həsi verilməklə əkilir.
Əkinlərdə sistematik olaraq 3-4 dəfə cərgəarası kultivasiya, 2-3
dəfə cərgələrdə alaqların vurulması və suvarma işləri aparılır. Payız-
da
dərin kultivasiya altına 400-500 kq/ha superfosfat, 200-300 kq/ha
kalium duzu verilir.
Məhsulun yığılması və saxlanması. Yarpaqlar 3-4 yaşı olanda
yığılır. Yığım oktyabr-noyabr aylarında aparılır. Kəsilmiş budaqlar
çardaq altında qurudulur, qurumuş yarpaqlar budaqlardan ayrılır və
kisələrə yığılaraq anbarlarda saxlanılır. Hektardan quru yarpaq məh-
sul
darlığı 2,5-3,0 tondur. Mərsinin yarpaqlarında, meyvələrində və
cavan budaqlarında efir yağları vardır. Krımın cənub sahillərində be-
cərilmiş mərsin yarpaqlarında efir yağlarının miqdarı quru kütləsinin
1,8-2,2%-
nə qədər çatır.
2. 10.
BAĞ MƏRZƏSİ
İstifadəsi. Mərzənin xammalı otudur. Tam çiçəkləmə dövründə
birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır.
Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir
yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri
ilə zəngindir.
Mərzənin otu quru və təzə halda ətirli ədviyyat kimi kolbasa ha-
zırlanmasında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda,
şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməkələrdə) istifa-
də edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənaye-
170
sin
də istifadə olunur. Mərzənin otu tibbi praktikada mərkəzi sinir
sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini sitimullaşdı-
ran vasitə kimi, iflic, asma, əsəb, xəstəliklərində, öyümə-qusma za-
ma
nı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə
tətbiq edilir. Mərzə həm də yaxşı balverən bitkidir.
Yay aylarında mərzənin təzə göyü (göyərtisi) müxtəlif yeməklər-
də, şorbalarda, salatlarda ət yeməklərində istifadə edilir. Mərzə bütün
yeməklərə xüsusi cazibə və orijinal dad verir. Göy soğan, mərzə, şü-
yüd və əvəlikdən, çox vitaminli bir salat alınır və orqanizmdə yaxşı
mənimsənilir.
Mərzənin bütün yerüstü hissəsi efir yağları ilə zəngin olduğun-
dan tibbin müxtəlif sahələrində, birinci növbədə isə aromaterapiyada
istifadə edilir.
Mərzinin efir yağı sarımtıl rəngli, şirintəhər dadlı, büzüşdürücü
ətirli mayedir. Onun iyi optimizmin və öz gücünə inamın simvolu he-
sab edilir.
Əgər otaq mütəmadi olaraq mərzə ətri ilə havalandırılsa əla ef-
fekt alınır və əsəb sisteminə xeyir edir. Aqresiya azalır, əsəblər sakit-
ləşir əhval-ruhiyyə yaxşılaşır, gümrahlıq və nəfəsalma yüksəlir. Daha
yaxşı effekt almaq üçün yaxşı olar ki, ətirli lampalar (aromalampalar)
istifadə olunsun.
Mərzədən alınmış efir masaj vaxtı və ya müalicə kimi də istifadə
etmək olar. Məsələn onu ostraxandroz, gərilmə və ayaqlardakı ağır-
laşmaları aradan qaldırmaq üçün tətbiq etmək olar. Bundan başqa o
ev şəraitində kosmetologiya üçün də yararlıdır. Bu efir yağları ilə
ziyilləri, keratozları və qabarları aradan qaldırmaq olar. Bu yağdan 3-
4 damcı hər hansı bir bitki yağına əlavə etmək və müntəzəm olaraq
problemli yerə sürtmək kifayətdir.
Mərzədən alınmış efiryağlarını saça, üzə və bədənə qulluq va-
sitələrinə də əlavə etmək olar. Mərzə yağı əl və ayağa sürtüldükdə də
yaxşı təsir edir. Onun müvafiq kremlərə və gellərə əlavə edilməsi əl
və ayaq dərisini yumşaq, elastiki və gözəl edir.
Mərzədən alınmış efir yağlarını apteklərdən, xüsusi salonlardan
və internet mağazalardan almaq olar. Göründüyü kimi mərzənin təsir
dairəsi olduqca genişdir. Özünün pozitiv (müsbət) təsirlərinə görə
171
mərzə başqa xeyirli bitkiləri bir neçə dəfə ötüb keçir. Mərzə yağı
hami
ləlik zamanı və bu yağlara qarşı allergiya olduğu hallarda isti-
fadə olunmamalıdır.
Tarixi.
Bağ mərzəsi ( Majorana hortensis Moench) 4 mərzə nö-
vün
dən biri olub çox qədim zamanlardan Misirdə, Elladada (Yuna-
nıstan) və Romada mədəni şəkildə məlum idi. Burada o ədviyyə,
dərman və dekorativ bitki kimi qiymətləndirilirdi. Mərzə cinsinin
latın adı tərcümədə daimi, unudulmaz, əbədi, uzunömürlü mənasını
verir. Bu ad ona çiçəyinin güclü və davamlı ətirli iyinə görə verilmiş-
dir. Aralıq dənizi ölkələrində mərzə qədim zamanlardan bağça-bağ-
larda becərilmişdir. Bağ mərzəsi adı da buradan götürülmüşdür. Hal-
ha
zırda Avropa, Asiya və Amerika kontinentində (qitələrində) geniş
becərilir.
Bağ mərzəsi Rusiyanın Avropa hissəsində birillik bitki kimi Orta
Asiyada isə çoxillik bitki kimi becərilir.
Botaniki təsviri. Bağ mərzəsi dodaqçiçəklilər ( Labiatae) fəsilə-
sinə (dalamazkimilər - Lamiaceae) daxil olan, birillik, ikiillik və ya
çoxillik bitkidir.
Kök sistemi milşəkillidir, güclü budaqlanır. Gövdəsi güclü bu-
daq
lanan, aşağı hissədən oduncaqlaşmış, 50 sm-ə qədər hündürlükdə
40 sm diametrdə olur
(r
əngli şəkil 36).
Yarpaqları xırda, uzunsov oval, qarşı-qarşıya və ya köbə şək-
lində düzülmüş, bozumtul keçə rəngindədir. Çiçəkləri xırda, ağ və ya
çəhrayı rəngli olmaqla gövdənin nəhayətində sünbül şəklində toplan-
mışdır. Meyvəsi kiçik, dörd toxumlu qəhvəyi rəngli, güclü ətirli
qozacıqdır. 1000 ədəd toxumunun kütləsi 0,3 qrama yaxındır. Bitki
iyun-
iyul aylarında çiçəkləyir, sentyabrda meyvə verir.
Bioloji xüsusiyyətləri. Mərzə istiliksevən bitki olduğuna görə
onu Rusiyanın əksər rayonlarında (Krımın cənubu və Orta Asiya
istisna olmaqla) birillik bitki kimi becərirlər. Toxumları qeyri-bəra-
bər cücərti verməsi ilə seçilir. Vegetasiya müddəti 150-180 günə
qədər davam edə bilir. Qeyd edilir ki, kütləvi çiçəkləmədən 35 gün
sonra toplanmış toxumları 40-60%, 50-60 gün sonra toplanmış to-
xum
ları isə 80% cücərmə qabiliyyətinə malik olur. Toxumları cücər-
mə qabiliyyətini 2-3 il saxlayır. Toxumlarının cücərməsi üçün op-
Dostları ilə paylaş: |