95
lıdır, yetişdikdə çatlamır. Toxumları çox xırda, tumurcuq formalıdır.
Üzəri iri dəlik - deşik formalı, boz, ağ və ya qəhvəyi rənglidir. 1000
toxumun k
ütləsi 0,3 - 0,5 qr.-dır
(r
əngli şəkil 22-23).
Lalənin vegetasiya müddəti 85-135 gündür. Uzun gün bitkisidir.
Səpildikdən 12-15 gün sonra cücərti verir. Çiçəklənməsi isə 50-65
gün
dən sonra başlanır. Meyvə əmələgəlməsindən qutucuqlarının ye-
tişməsinə qədər 30-45 gün keçir.
Yağlı lalə soyuğa davamlı bitkidir. Toxumları 2-3
0
C tempera-
tur
da cücərməyə başlayır. Cücərtiləri -3-4
0
C şaxtaya dözə bilir.
Vege
tativ kütləsinin böyüməsi üçün ən yaxşı temperatur 15
0
C,
çiçəkləmə yetişmə dövründə 20-25
0
C hesab
edilir. Vegetasiya ərzin-
də orta sutkalıq temperaturun cəmi 1700-2100
0
C olmalıdır.
Lalə nəmliyə yüksək tələbat göstərir. Toxumların şişməsi və cü-
cərməsi üçün öz kütləsinin 90%-i qədər su sərf edir. Suya ən çox
tələbatı çiçəkləmə dövründə göstərir. Çiçəkləmədən sonra məhsulun
formalaşması üçün isti və quraq havanın olmasına tələbat göstərir.
Bu dövrə nəmliyin çox olmasından əziyyət çəkir və məhsuldarlıq
aşağı düşür.
Lalə torpağa tələbkardır. Onun üçün ən yaxşı torpaqlar yüngül
qumlucalı, gillicəli şabalıdı və qara torpaqlar hesab edilir. Duzlu və
toz şəkillinə düşmüş, qrunt suları üzdə olan torpaqlar lalə üçün əlve-
rişsiz hesab edilir.
Sortları. Ən geniş yayılmış sortlarına misal olaraq Çişminskiy-
171, Novinka - 178, Qoluboy yubleyniy, Start, Mayak, Prjevalskiy
(B-772), Lubenskiy- 6, Lubensiy-
7 və s. göstərmək olar.
Becərilmə texnologiyası və yığım. Növbəli əkində yağlı lalə pa-
yızlıq taxıl bitkilərindən cərgə araları becərilən bitkilərdən sonra
yerləşdirilir. Gübrələrə tələbkardır. Hektara 20-30
ton peyin və ya
P
60
K
40
normasında mineral gübrələr verilir. Üzvi mineral gübrələr-
dən P
20-30
kq səpinlə birlikdə verilir. Fosfor çatışmadıqda qönçələnmə
dövründə superfosfatla (hektara 20-30 kq P
2
O
5
) yemləmə aparılır,
gübrə 8-10 sm dərinliyə basdırılır.
Torp
ağın əsas becərilməsi kövşənliyin 6-8 sm dərinlikdə üzlən-
məsindən 1-2 dəfə kultivasiya və 22 sm dərinlikdə dondurma şumu-
nun ( alaqlarla zibilli sahədə 25-30 sm) aparılmasından ibarətdir.