121
Aşağı keyfiyyətli tunq yağı plyonka, müşəmbə (linoleum), qaloş
lakı hazırlanmasında istifadə olunur. Tunq yağı alınarkən çıxan tul-
lan
tıdan gübrə kimi istifadə edilir. Bu tullantının tərkibində 7,6%
azot, 25% fosfor olur. Jmıxı zəhərlidir. Ondan kazein və plastmas
əldə edilir. Yandıqda da nazik his (qurum) əmələ gətirir ki, ondan da
tuş (mürəkkəb) hazırlanır. Oduncağı yüngüldür, suda
deformasiya
olunmur.
Ondan mebel, musiqi alətləri və s. hazırlanır.
Çində və Hind-Çin ölkələrində tunq yağı tibdə qusma və işlətmə
dərmanı kimi istifadə edilir, irinli yaralara və yanıqlara çəkilən məl-
həmlərin (mazların) tərkibinə daxil edilir.
Tunq me
yvələrinin tərkibində zəhərli maddə vardır. Bu maddə-
nin
xüsusiy
yətləri bu günə qədər tam öyrənilməmişdir.
Tunqla zəhərlənmə əlamətləri insanlarda qusma, mədədə kəskin
ağrı, başgicəllənmə, nəbzin artması və s. şəklində təzahür edir. Tunq
yağının əsas zəhərləyici maddəsi saponindir. Saponin insan qanına
keçdikdə qanın parçalanmasına (hemolizinə) səbəb olur.
Yayılması. Tunq subtropik texniki bitki olub Çində və Yaponi-
yada 26 və 33
0
şimal enliliklərində yabanı halda yayılmışdır. Mədəni
əkinləri ABŞ-da, Argentina və Paraqvayda mövcuddur. Tunq MDB
ərazisində əsasən qərbi Gürcüstanın subtropik rayonlarında bitir. Az
miqdarda tunq əkinlərinə Azərbaycanın subtropik rayonlarında və
Krasnodar vilayətində də rast gəlinir.
1986-
cı ildə dünyada 100 min tona yaxın tunq istehsal olunmuş-
dur ki, bunun da yarıdan çoxunu (60 min tonunu) Çin istehsal
etmişdir.
Argentina və Paraqvay da əhəmiyyətli dərəcədə tunq becərirlər.
İldə 12 min tona qədər yağ ixrac edirlər. Tunq az miqdarda (2 min
ton) Braziliya və keçmiş SSRİ-də (1 min ton) istehsal olunurdu.
Mədəni tunq yabanı formaların əhilləşdirilməsi nəticəsində yaradıl-
mışdır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Tunq birevli,
yarpağını tökən ağac bitkisidir. Hündürlüyü 8-10 m-ə çatır. Yanlara
doğru geniş yayılmış (budaqlanmış) möhkəm kökləri, yoğun kövrək
budaqları vardır. Yarpaqları növbəli düzülüşlü, uzun saplaqlı, tüksüz,
3-
5 dilimlidir. Çiçək qrupu sıxdır, budaqların nəhayətində yerləşir.
122
Çiçəyi bircinslidir, ancaq ikicinsli də olur.
Meyvəsi hamar, iri, endos-
permi
yağlıdır
(r
əngli şəkil 24).
Meyvə verməsi əkildikdən 3-4 il
sonra başlayır və 30-35 ilə qədər davam edir.
Tunq musson iqlimi rayonlarda yazda və yayda bol yağış yağan
yerlərdə müvəffəqiyyətlə becərilir. Qışda temperaturun -9-15
0
C-
yədək enməsinə dözür.
To
xumla, kök və gövdə çilikləri ilə çoxaldılır. Gövdə çilikləri ilə
çoxaltmada boy maddələri tətbiq edilir. Əsas çoxaltma üsulu toxumla
çoxaltmadır. Vegetativ çoxaltma anaclıq plantasiyaların salınması
vaxtı həyata keçirilir ki, bu zaman nəsildə qiymətli təsərrüfat xüsu-
siy
yətlərinin qorunmasına nail olunur. Bir hektar plantasiya salmaq
üçün hektara 100-
150 bitkidən 360-a qədər bitki əkilir.
Sistematikası. Tunq (
Aleurites Forst.) bitkisi südləyənlər (
Eu-
phorbiaceae
) fəsiləsinə daxildir. Tunq cinsinin 5 növü vardır. Ən çox
əhəmiyyət kəsb edəni Çin tunqu -
А. fordii Hemsley,
Yapon tunqu -
A. cordata (Thunb.) R. Br.,
daha çox istilik sevən dağ tunqu -
A.
montana (Lour.) Wils.
, həmişəyaşıl, çox davamlı bitki olan Moluk
tunqu -
A. moluccana (L.) Willd., üçtoxumlu tunq -
A. trisperma
Blanco.- dur.
Yapon tunqunun vətəni Yaponiyadır və burada o geniş
becərilir. Yağına görə üstün olan Çin tunqudur. Öz keyfiyyətinə görə
bu yağ tədricən quruyur, qızdırıldıqda (isidildikdə) isə duru qalır.
Dağ tunqu mənşəyinə görə Çinin cənub-şərqi əyalətlərində əmə-
lə gəlmişdir. Yağ çıxımı 57-58% olmaqla, yüksək keyfiyyətlidir.
Moluk tunqu yabanı halda Malayziya floristik vilayətində bitir.
Tropik rayonlarda becərilir.
Üçtoxumlu tunq yabanı halda Filippin və Moluk adalarında bitir.
Orad
a və həmçinin də Yamayka və Puerto-Riko adalarında becərilir.
Keçmiş SSRİ-nin subtropik ərazilərində Çin tunqu noyabrın əv-
vəlindən dekabrın ortalarına qədər, Yapon tunqu isə sentyabrın orta-
larından, oktyabrın ortalarına qədər yetişib tökülür. Məhsul yığımı
meyvələr yetişdikcə aparılır. Meyvələr qurudulur, toxumları çıxar-
dılır. Zavodda toxumların qabığı çıxarılır, ətli hissəsi əzilir və yağı
çıxardılır.