31
dən öldürülməsi əmr edildiyi üçün yeyilməz.
Üçüncülər: qanı axan heyvanlardır. Bunlar da
əhilləşdirilmiş və vəhşi olmaq üzrə iki yerə bölünür.
Əhilləşdirilmişlərdən dəvə, inək, camış, keçi, toyuq,
qaz, ördək, göyərçin halaldır, əti yeyilə bilər.
Qatırla eşşəyin əti yeyilmir. Atın əti yeyilə bilər,
ancaq bu heyvan minik vasitəsi olduğu və ondan müha-
ribələrdə istifadə olunduğu üçün yeyilməsi məkruhdur.
It və samurun əti yeyilmir.
Vəhşi heyvanlara gəlincə, onlardan: aslan, pələng,
qurd, ayı, fil, meymun, pars və çaqqal kimi kəsici diş-
ləri olan və yırtıcı heyvanlarla birlikdə şahin, tərlan,
qartal və bayquş kimi pəncələri ilə ov edən heyvanların
əti yeyilmir.
Kəsici dişləri və yırtıcı pəncələri olan bu heyvan-
lardan başqa vəhşi maral, vəhşi inək və eşşək kimi
heyvanların əti yeyilir.
Dovşan əti halaldır. Bunun kimi yırtıcı pəncələri
olmayan göyərçin, sərçələrin bütün növlərinin, durna
və buna bənzər yabanı quşların da əti yeyilir.
3. Həm suda, həm də quruda yaĢayan heyvan-
lar. Həm suda, həm də quruda yaşayan tısbağa, xər-
çəng, ilan, timsah, suiti və buna bənzər heyvanların əti
yeyilmir.
Içkilərdən haram olanlar
1. Içki, azı və ya çoxu sərxoşluq meydana gətirən
içilən mayedir. Içki haramdır. “Qurani-Kərim”-də belə
buyurulmuşdur: “Ey iman gətirənlər! ġərab da (içki
də), qumar da, bütlər də, fal oxları da ġeytan
əməlindən olan murdar bir Ģeydir. Bunlardan çəki-
nin ki, bəlkə nicat tapasınız!” “ ġübhəsiz ki, ġeytan
32
içki və qumarla aranıza ədavət və kin salmaqdan,
sizi Allahı yada salmaqdan və namaz qılmaqdan
ayırmaq istər. Artıq bu iĢə son qoyacaqsınızmı?”
(əl-Maidə, 5/90, 91).
Ayəti-kərimədə qadağan edilən içki şərabdır.
Ancaq Peyğəmbərimiz: “SərxoĢluq verən hər Ģey
Ģərabdır və hər Ģərab haramdır” (Müslim, Eşribə, 7)
- deyə buyurmuş və sərxoşluq verən hər içkinin şərab
kimi haram olduğunu bildirmişdir.
Sərxoşluq verən içkinin çoxu kimi, az miqdarı da
haramdır. Çünki Peyğəmbərimiz: “Çoxu sərxoĢ edən
Ģeyin azı da haramdır” (Tirmizi, Eşribə, 3) - deyə
buyurmuşdur.
Içki niyə haramdır?
Çünki içkinin bir çox zərəri vardır.
-
Içki insanlar arasına düşmənçilik və kin salır.
-
Içki insanın ağlını başından alır. Insan sərxoş
olduğu zaman ağlı, müvazinəti pozulur, nə danışdığını
bilmir, hörmətdən düşür.
-
Içki insanın sağlamlığına da pis təsir edir. Mədə
və ağciyərini xarab edir. Həzm sistemini pozur. Təz-
yiqini yüksəldir. Beləliklə, orqanizmin düzgün işləməsi
pozulur.
-
Böyük miqdarda can və mal itkisinə və bir çox
insanın şikəst qalmasına səbəb olan yol qəzalarının ək-
səriyyəti minik vasitələrinin alkoqollu vəziyyətdə
istifadə olunmasından meydana gəlir.
-
Içki ailə həyatını da pozur. Insanın ailəsini və
uşaqlarını unutmasına və bu səbəblə də boşanma ilə
nəticələnən ailədaxili narazılığa səbəb olur. Belə bir
ailədə yetişən uşaqlar narahat və bədbəxt olur. Ərlə
arvadın yola getməməsi uşaqlara da təsir edir və
33
sağlam böyümələrinə mane olur.
Buna görə də Peyğəmbərimiz (s.ə.v.): “Içkidən
çəkinin, çünki o bütün pisliklərin anasıdır” (Ət-
Tərğib vət-Tərhid, c.3, s.257. Hədisi Hakim rəvayət
etmişdir) - deyə buyurmuşdur.
2. Narkotik maddələr. Pis, çirkli və insan sağ-
lamlığına zərərli olan hər şeyin haram olduğu yuxarıda
izah edilmişdi. Narkotik maddələr də bunlardandır.
Insan sağlamlığına çox zərərli olduğu üçün bunlar da
haram buyurulmuşdur.
Narkotik deyincə, insanın ağlına nəşə, tiryək, he-
roin, kokain, morfi kimi maddələr gəlir. Haram olduq-
ları kimi, alınıb satılmaları da qanuni (izinli) deyildir.
Narkotik maddələrin ən təsirli və ortaq xüsusiy-
yətlərindən biri, az miqdarda qəbul edildiyi zaman belə
qısa müddətdə vərdiş əmələ gətirməsidir.
Narkotik maddənin dadına baxmaq olmaz. Bir də-
fə belə istifadə edənlərin ondan xilas olması çox çətin-
dir. Narkotik maddənin dadına baxmaq zəhərin dadına
baxmaq kimi bir şeydir. “Zəhər doğrudan da öldü-
rərmi?” deyə onun dadına baxmaq ölümlə nəticələn-
diyi kimi, narkotik maddəni bir dəfə qəbul edən insan
ondan xilas ola bilmir və ölümə məhkum olur. Tele-
viziya ekranlarında və mətbuatda tamaşaçıları dəhşətə
gətirən ibrətamiz nümunələrə təsadüf etmək müm-
kündür.
Narkotik maddələrin pis nəticələrindən biri də
ailəni dağıtması və ictimai münasibətləri pozmasından
ibarətdir. Narkoman ailəsinin, uşaqlarının, qohum-
əqrəbasının qarşısında öz məsuliyyətini itirir. Onun
axtardığı yalnız narkotik maddə olur. Onu tapmaq
üçün hər şeyi fəda edir. Çünki artıq onun üçün həyatda
34
heç bir şeyin qiyməti yoxdur. Narkotik maddə üçün pul
tapa bilmədiyi zaman oğurluq etməkdən və cinayət
törətməkdən belə çəkinmir.
Məhz buna görə də dinimiz narkotik maddənin
bütün növlərini qadağan etmiş, alış-verişinə də icazə
verməmişdir.
Donuz ətini yemək niyə haramdır?
Insan idrakı üçün aydın olmayan bu və digər sual-
ların bircə cavabı var – həqiqəti bilmək gərəkdir. Hə-
qiqəti bilməyin isə yeganə yolu Allaha üz tutmaqdır.
Müsəlmanlar Allahın donuz ətini haram buyur-
duğunu yaxşı bilir və öz qidalarında donuz ətindən
qətiyyən istifadə etmirlər.
Donuz ətindən istifadə edən və onun çox faydalı,
dadlı olduğunu, yalnız soyuducu olmayan keçmiş za-
manlarda tez korlandığı üçün haram buyurulduğunu
söyləyənlər isə, ilk növbədə bu qadağanın mahiyyətini
başa düşərək, üzərində düşünməlidirlər. Müzakirələr
aparmaq lazımlı şeydir, lakin müzakirələr təkzibedil-
məz faktlar əsasında olmalıdır.
Donuz ətinin qida kimi yararsız olması barədəki
faktlar az deyil. Bu faktlar həm elmi, həm də elmi-küt-
ləvi ədəbiyyatda dərc olunmuşdur. Lakin insanlar nə-
dənsə, bu cür faktlara etinasız yanaşır və müxtəlif növ-
lü qidalar hazırlanmasında donuz ətindən geniş surətdə
istifadə edirlər. Həm də etiraf olunmalıdır ki, donuz əti
və ondan hazırlanmış məmulatlar hələ qədim dövrlər-
dən başlayaraq ən çox istifadə edilən qida məhsul-
larındandır.
Donuzun ev heyvanına necə çevrilməsi və insan
həyatında bu “fəxri” yeri nə cür tutmasını göstərən
Dostları ilə paylaş: |