20
zədələnir, tüklər tökülür, görmə qabiliyyəti zəifləyir və
üz qızarır.
Vitamin B
6
– piridoksin və ya antidermatit-təbiət-
də çox yayılmış vitamindir. Mayada, buğdada, tərəvəz-
lərdə və ət məhsullarında vardır. Gündəlik tələbat 1,8-
2,5 mq-dır. Çatışmadıqda sinir sistemi pozulur, qıcol-
ma halları müşahidə edilir və azot mübadiləsi pozulur.
Vitamin PP – nikotin turşusu – dehidrogenaza
fermentlərinin tərkibinə daxil olmaqla 40-dan çox
oksidləşdirici-bərpaedici reaksiyalarda iştirak edir.
Quru mayada, qaraciyərdə, ət və süddə, kartof və
yerkökündə vardır. Gündəlik tələbat 15-25 mq-dır.
Çatışmadıqda pellaqra (kələ-kötür dəri) xəstəliyi əmələ
gəlir, qidanın mənimsənilməsi və yaddaş zəifləyir,
əsəb sistemində pozğunluq getdikcə güclənir.
Vitamin P – rutin – kapilyar qan damarlarının
divarlarını möhkəmlədən maddələr (flavanoidlər) kom-
pleksidir. Qara qarağatda, itburnu meyvəsində, porta-
ğal və limonda, üzüm, alma, çuğundur, kələm, yerkökü
və kartofda vardır. Gündəlik tələbat 35-40 mq-dır.
Vitamin B
12
– sianokobalamin – çatışmadıqda
qanazlığı baş verir, qidanın həzmi, o cümlədən zülalla-
rın, yağların və karbohidratların mübadiləsi pozulur.
Mal əti, qaraciyər, böyrək, ürək, süd, pendir, yumurta
sarısı və siyənəkdə vardır. Gündəlik tələbat 2-5 mkq-dır.
Vitamin A – retinol – əsasən heyvanat mənşəli
məhsullarda olur. Bitki mənşəli məhsullarda olan
sarımtıl-narıncı rəngli karotin piqmenti orqanizmdə A
vitamininə çevrilir. 1 mkq karotin bioloji fəallığına
görə 0,167 mkq A vitamininə bərabərdir. Gündəlik
tələbat A vitamininə 1,5-2,5 mq, karotinə isə 3-5 mq-
dır. Karotin yağda həll olduğuna görə tərkibində karo-
21
tin olan tərəvəzləri yağda emal edib yemək daha fayda-
lıdır. A vitamini treskanın qara ciyərində, yumurtada,
camış südündə və yağında, karotin isə yerkökü, ərik,
qabaq, pomidor, göy noxud və s. məhsullarda vardır.
Vitamin D – kalsiferol – antiraxit vitamini adla-
nır. D
2
və D
3
formalarda rast gəlinir. Erqosterinləri ul-
trabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə
çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və
qaraciyərdə var. Çatışmadıqda kalsium və fosfor mü-
badiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gə-
lir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10
mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqo-
kalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaq-
ların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə
çoxdur.
Vitamin E - tokoferol – nəsil vitamini adlanır. Dən-
li bitkilərin özək yağında daha çoxdur. Çatışmadıqda
dölsüzlük əmələ gəlir. Gündəlik tələbat 12-15 mq-dır.
Vitamin K – filloxinon – qanın normal laxtalan-
ması üçün vacibdir. Bitki mənşəli məhsullarda olur.
Gündəlik tələbat təxminən 0,2-0,3 mq-dır. K vitamini
bağırsaqlarda da sintez olunur.
Qida məhsullarının tərkibində onlara dad, tam və
rəng verən maddələrdən üzvi turĢular (sirkə, süd,
limon, alma, şərab, quzuqulağı, kəhrəba, qarışqa və s.),
ətirli maddələr, fenol birləĢmələri (aşı maddələri),
fitonsidlər, qlükozidlər, boya maddələri və digər
birləşmələr vardır.
Maddi və mənəvi qida haqqında kəlamlar
1.
Hər bir məhsulun tərkibi onun qidası ilə bağlı
olur.
22
2.
Qida vacibdir, onun düz qəbul olunması ondan
da vacibdir.
3.
Qida enerjidir – istər maddi, istərsə də mənəvi.
Maddi qida sən üçündür, mənəvi isə səndə olan sən
üçündür.
4.
Maddi qida insan mexanizminin işləməsi,
mənəvi qida isə onun yetişməsi üçündür.
5.
Qida saman deyil, mədə samanlıq. Qida
nemətin, mədə qismətin, həzmin halalın, ya da haramın.
6.
Mədə qidanın Cəhənnəmidir.
23
Ġ S L A M D A H A L A L V Ə H A R A M L A R
“Qurani-Kərim”-in 10 surəsinin 44 ayəsində halal
və haram məhsullar haqqında Allah kəlamları buyrul-
muşdur.
“Qurani-Kərim”-də halal və haram haqqında
ayələr
Sıra
sayı
Surənin
nömrəsi
Surənin
adı
Ayələrin nömrəsi
1
2
əl- Bəqərə
168,172,173,267
2
3
Ali -İmran
93
3
4
ən-Nisa
4,160
4
5
əl-Maidə
1,3,4,5,14,87,88,90,91,93,96
5
6
əl-Ənam
118,119,121,142-146,150
6
7
əl-Əraf
31,32,157
7
10
Yunus
59, 60
8
16
ən- Nəhl
5,10,11,14,66,67,114-117
9
22
əl- Həcc
28,30
10
23
əl-
Muminun
51
Müsəlman olaraq Allahın buyurduqlarını öyrənib
yerinə yetirməklə məsuliyyət daşıdığımız kimi, haram
buyurduğu, qadağan etdiyi şeyləri öyrənib onlardan
uzaq durmağı da bilməliyik. Çünki öldükdən sonra di-
riləcəyimiz Axirət günündə hər iki mövzuda da sorğu-
suala çəkiləcəyik. Buna görə müsəlman qardaşlarımı-
zın dinimizə görə haram olan şeylərlə böyük günahla-
rın əhəmiyyətli bir qismi haqqında məlumatlarının ol-
ması üçün öyrəndiklərimizdən və bildiklərimizdən aşa-
ğıdakıları sizə təqdim edirik.
Hər şeydən öncə islamda qida məhsullarının tə-
Dostları ilə paylaş: |