9
xarici təmiz, sözü özünə, özü sözünə uyğun olmaq
deməkdir.
Allahın və Peyğəmbərin buyruqlarına boyun əyib
təslim olana Müsəlman deyilir.
İnsan ağlı ilə, düşüncəsiylə hər nə qədər yaradanına
inana bilirsə də, Allahın rizasının, əmr və qadağalarının
nədən ibarət olduğunu sezə bilməz.
Bunun üçün Allah Peyğəmbərlərinin vasitəsilə əmr
və qadağalarını bildirmiş, insanlara dünya və axirətdə
səadətə qovuşan yollarını bəyan etmişdir.
Bildirilən ilahi əmr və qadağaların hamısına “Din”
deyilir.
Dinimizin adı İslam dinidir. Bu adı Allah vermişdir.
Bunun üçün İslam Dini bir xalqın, bir millətin dini
olmayıb, bütün insanların dinidir; son dindir; ağıl və
bilik dinidir; əxlaq dinidir; barış və intizam dinidir;
inandıqlarını yaşama dinidir.
Mələklərə iman. Allahın müxtəlif yaratdıqları
vardır.
Ulu Tanrı mələkləri ayrı-ayrı işlərin meydana gəl-
məsinə səbəbkar kimi yaratmış, qüvvət və qüdrətini on-
larla göstərmişdir. Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil
adındakı mələklər, mələklərin Allaha ən yaxın olanları
və ən böyükləridir.
Mələklər yerlərdə, göylərdə və yerlə göy arasında,
hədsiz, hesabsız olaraq, Allahın əmrlərini yerinə yetirir-
lər. Saylarını Allahdan başqa heç kim bilməz. Mələk-
lərin böyüklərindən olan Cəbrayıl Allahın Kəlamlarını
Peyğəmbərlərə çatdırmaqda vasitəçilik edər.
Kitablara iman. Adəm (ə) ilə bizim Peyğəm-
bərimiz (s.ə.v.) arasında gəlib keçən bütün peyğəm-
bərlərə göndərilən kitabların hamısı haqdır.
10
Kitabların bir qismi səhifələrdən ibarətdir. Bunlara
“suhuf” deyilir. Bir qismi də böyük kitablardır.
Səhifələr bu Peyğəmbərlərə göndərilmiĢdir:
10 suhuf Adəm Əleyhüssəlama
50 suhuf Şit Əleyhüssəlama
30 suhuf İdris Əleyhüssəlama
10 suhuf İbrahim Əleyhüssəlama
Böyük Kitablar:
1.
Tövrat: Musa Peyğəmbərə(ə) enmişdir.
2.
Zəbur: Davud Peyğəmbərə(ə) enmişdir.
3.
İncil: İsa Peyğəmbərə(ə) enmişdir.
4.
“Quran-Kərim”: Bizim Peyğəmbərimiz Həzrəti
Muhəmmədə (s.ə.v.) enmişdir.
“Qurani-Kərim” son kitabdır. Yalnız bir zamana, bir
qəbiləyə, bir millətə məxsus deyildir, bütün insanların
kitabıdır. Onun hökmü qiyamətə qədər davam edəcəkdir.
“Qurani-Kərim” Peyğəmbərimizin (s.ə.v.) ən
böyük möcüzəsidir.
Muhəmməd Peyğəmbərə (s.ə.v.) Ramazan ayında
nazil olan Quran 114 surədən, 6204, yaxud 6236 (bəzi
mənbələrdə 6666) surədən, 77934 sözdən ibarətdir. Qu-
ranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə
nazil olmuşdur. Quran hər biri 20 səhifə olmaqla 30
cüzə ayrılır.
Peyğəmbərlərə iman.
Cənab Haqq qullarına doğru yolu göstərmək üçün
əmrlərini, yasaqlarını peyğəmbərləri vasitəsilə bildir-
mişdir.
Peyğəmbərlər Allahla qulları arasında vasitəçi və
elçidirlər.
Peyğəmbərlik Allah vergisidir. Dilədiyinə verir,
çalışıb çabalamaqla əldə edilməz. Adəmdən (ə) bizim
11
sevgili Peyğəmbərimiz Muhəmmədə (s.ə.v.) qədər gəlib
keçmiş bütün millətlərə Allah tərəfindən peyğəmbərlər
göndərilmişdir.
“Qurani Kərim”-də adları bildirilən peyğəmbərlər:
1 - Adəm (ə) 10 – Yaqub (ə) 19 – Əlyəsə (ə)
2 - İdris (ə) 11 – Yusif (ə) 20 – Yunus (ə)
3 – Nuh (ə) 12 – Əyyub (ə) 21 – Zülkifl (ə)
4 – Hud (ə) 13 – Şuayb (ə) 22 – Zəkəriyyə (ə)
5 – Salih (ə) 14 – Musa (ə) 23 – Yəhya (ə)
6 – İbrahim (ə) 15 – Harun (ə) 24 – İsa (ə)
7 – Lut (ə) 16 – Davud (ə) 25 – Həzrəti
8 – İsmayıl (ə) 17 – Süleyman (ə) Muhəmməd (s.ə.v.)
9 – İshak (ə) 18 – İlyas (ə)
Üzeyr, Loğman, Zülqərneyn adındakı üç şəxsin
peyğəmbərlikləri mübahisəlidir.
Bizə bildirilən və bildirilməyən bütün peyğəmbərlə-
rin hər birini bir-birindən ayırmadan hamısına inanırıq.
Ġslamın beĢ təməli.
Sevgili Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur.
Müsəlmanlıq beş təməl üzərində qurulmuşdur:
1.
Allahın varlığına, birliyinə, Həzrəti Muhəm-
mədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna
qəlbi ilə inanması və dili ilə də bunu:
“ƏĢhədü ən la ilahə illəllah və əĢhədü ənnə
Muhemmeden Rəsulüllah” deyə söyləməsi,
2.
Dinin dirəyi olan, gündə beş vaxt namazı
qılması,
3.
Ramazan ayında oruc tutması,
4.
Dində zəngin sayılanların ildə bir dəfə malının
zəkatını verməsi,
12
5.
Bədəni sağlam və kifayət qədər pulu da varsa,
omründə bir dəfə həcc ibadətini etməlidir.
Zəkat: Dində zəngin sayılan kişi, qadın, hər bir
Müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara
verməsi borcdur, fərzdir. Borcundan və keçinəcəyindən
başqa 80,18 qram (20 misqal) qızılı və ya 561 qram
(200 dirhəm) gümüş, və yaxud da bunların dəyərində
pulu və ticarət malı olan şəxs dində zəngin sayılır.
Bəzi adamlar zəkatla xümsü qarışdırırlar. Xüms in-
sanın bu və ya digər vaxtda ələ keçirdiyi qənimətin beĢ-
də birini kasıblara, xüsusən də Peyğəmbərlərin qohum
əqrabasına, yetimlərə, yoxsullara və müsafirlərə verilən
pul və maldır. Bu barədə “Qurani Kərim”-in əl-Ənfal
surəsinin 41-ci surəsində buyurulur:
“(Ey möminlər!) əgər siz Allaha və haqla batilin
ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarĢılaĢ-
dığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil
etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ
keçirdiyiniz hər hansı qənimətin beĢdə biri, Allahın,
Peyğəmbərin, onun qohum-əqrabasının, yetimlərin,
yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda
qalan yolçularındır). Allah hər Ģeyə qadirdir!”( əl-
Ənfal, 8/41)
“Beşdə biri” ərəbcə “Xüms” deməkdir. Bu ayəti-
kərimədən aydın olur ki, xüms yalnız əldə edilən qə-
nimətdən verılir. Zəhmətlə qazanılan və ehtiyat üçün
saxlanılan qızıla, gümüşə, pula və keçinəcəyindən artıq
olan hər hansı bir mala görə xüms verilməz. Qənimətin
miqdarı təfsirlərdə aşağıdakı kimi göstərilir.
Qənimətə 115 dəvə, 14 at, parça, silah, ərzaq və
digər qiymətli mallar aid edilir.
Qeyd: İslam dini haqqında heç bir bilgisi olmayan
Dostları ilə paylaş: |