24
mizliyi və insan orqanizminə zərərsizliyi əsas götürül-
məklə onlar iki qrupa ayrılır: halal və haram hesab edi-
lən qida məhsulları.
“Halal” və “haram” dini terminlərdir. Yeyilib
içilməsi və istifadə olunması qadağan olunmayan şeyə
halal, yeyilib içilməsi və yerinə yetirilməsi qadağan
olunan şeyə isə haram deyilir.
Haram olan, yəni qadağan olunan şeylərin sayı
məhduddur. Qadağan olunanların xaricindəkilər isə ha-
laldır. Başqa sözlə, bir şeyin qadağan olunduğu bildi-
rilmirsə, o şey halaldır.
Allah-Təala yaxşı, təmiz və insan sağlamlığına
faydalı olan şeyləri halal, pis, kirli və zərərli şeyləri isə
haram buyurmuşdur. Bu barədə “Qurani-Kərim”-in bir
çox surələrindəki ayələr diqqətimizi cəlb edir.
“Ey insanlar! Yer üzündəki Ģeylərin təmiz,
halal olanlarını yeyin. . .” (əl-Bəqərə, 2/ 168).
“Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin
(təmiz və) halalından yeyin! Əgər Allaha ibadət
edirsinizsə, (bu nemətlərə görə) Ona Ģükür edin!”
(əl-Bəqərə, 2/172).
“(Ya Muhəmməd!) Səndən hansı Ģeylərin halal
edildiyini soruĢsalar, De: Bütün pak nemətlər sizə
halal buyurulmuĢdur. . .” (əl-Maidə, 5/4).
“...(O Peyğəmbər) onlara yaxĢı iĢlər görməyi bu-
yurar, pis iĢləri qadağan edər, təmiz (pak) nemətləri
halal, murdar (napak) Ģeyləri haram edər, ...” (əl-
Əraf, 7/157).
( Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndər-
diyimiz peyğəmbərlərə belə buyurduq:) “ Ey peyğəm-
bərlər! Təmiz ( halal) nemətlərdən yeyin və yaxĢı
iĢlər görün! ( Vacib və könüllü ibadətləri həm zahirən,
25
həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən,
sizin nə etdiklərinizi bilirəm!” (əl-Muminun, 23/51).
“De: Allahın sizə ruzi olaraq (göydən) nə endir-
diyini gördünüzmü ki, onun bir qismini haram, bir
qismini isə halal etdiniz? De: (Bunu deməyə) Allah
Özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsı-
nız?”(Yunus surəsi, 10/59).
Allah-Təalanın öz qullarına sonsuz məhəbbəti var-
dır. Onların ömürlərini sağlam sürmələri və narahat
edəcək olan hər şeydən uzaq olmalarını istəyir. Bunun
üçün, onlara zərərli bir şeyi əmr etməyəcəyi kimi, fay-
dalı bir şeyi də qadağan etməz. O, nəyi əmr etmişsə
bizə xeyri olduğu üçün əmr etmiş, nəyi qadağan
etmişsə bizə zərəri olduğu üçün qadağan etmişdir.
Bunu bu şəkildə bilmək və beləcə inanmaq inamlı
olmağın xüsusiyyətlərindən biridir.
Allahın halal buyurduğu şeylərə haram demək,
haram olaraq bildiklərini də halal qəbul etmək böyük
günahdır, hətta kafirlikdir.
“Qurani-Kərim”-də belə buyurulmuşdur:
“Ey iman gətirənlər! Allahın sizə halal buyur-
duğu pak nemətləri (özünüzə) haram etməyin və
həddi aĢmayın. Doğrudan da, Allah həddi aĢanları
sevməz”. (əl-Maidə, 5/87).
“Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiĢ
etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o ha-
ramdır!” –deməyin, çünki (bununla) Allaha iftira
yaxmıĢ olursunuz. Allaha iftira yaxanlar (axirət əza-
bından) nicat tapmazlar!” (ən-Nəhl, 16/116).
Allahın haram buyurduğu şeyə halal demək nə
qədər günahdırsa, halal olan bir şeyə haram demək də
o qədər günahdır. Çünki Allah-Təala heç kimə halal və
26
haram qılma səlahiyyəti verməmişdir.
“Qurani-Kərim”-də belə buyurulmuşdur:
(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri
üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim ha-
ram buyurmuĢdur?” De: “Bunlar dünyada iman gə-
tirənlər üçündür (lakin kafirlərdə onlardan istifadə edə
bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız mö-
minlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən
bir tayfaya belə ətraflı izah edirik. (əl-Əraf, 7/32)..
De: “Allahın sizə ruzi olaraq (göydən) nə endir-
diyini gördünüzmü ki, onun bir qismini haram, bir
qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah
Özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”
(Yunus, 10/59).
Məhz bu ayələr bizə xəbərdarlıq edir. Allahın qoy-
duğu sərhəddi aşmamağımızı, halal dediyini halal, ha-
ram dediyini də haram qəbul etməyimizi nəsihət edir.
Haramdan çəkinməyən, halalla harama fərq qoy-
mayan insanın duasını Allah qəbul etməz. Haram qa-
zancla edilən yaxşılığın savabı olmaz.
Məhəmməd Peyğəmbər (s.ə.v.) belə buyurur:
“Ey insanlar, Allah təmizdir, yalnız təmizi (ha-
lal olanı) qəbul edər. Allah peyğəmbərlərə əmr etdi-
yini möminlərə də əmr etmiĢdir”.
Məhəmməd Peyğəmbər (s.ə.v.) sonra bunları
söylədi:
“Aylarla səyahət edən, saçı-baĢı dağınıq, toz-
torpaq içində (olduğu halda) əllərini göyə doğru
qaldırıb “Ya Rəbbi, Ya Rəbbi” deyə dua edən, hal-
buki yediyi haram, içdiyi haram, geyindiyi haram
olan və haram ilə bəslənmiĢ olan bu adamın duası
necə qəbul olunacaq?” (Müslim, Zekat, 19; Tefsiril-
Dostları ilə paylaş: |