Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə76/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   72   73   74   75   76   77   78   79   ...   99

 
286 
günlərini oruc tutmaq istərdi”. 
Əmirəl-möminin Imam Əli (ə) buyurmuşdur: 
1.
 
“Allah-Təala orucu insanlarda sağlam bədən və 
sağlam ruh tərbiyə olsun deyə, vacib etmişdir”. 
2.
 
“Insan  Ramazan  ayında  yemək-içməkdən  uzaq 
olduğu kimi, bütün haramlardan da uzaq olmalıdır”. 
3.
 
Səhabələri  Peyğəmbərdən  (s.ə.v.)  soruşur: 
“Şeytanın  bizdən  uzaq  olması  üçün  nə  etməliyik?”  O 
Həzrət buyurur: “Oruc tutmaq şeytanın üzünü qaraldır, 
Allah yolunda sədəqə vermək belinə qırar, Allaha xatir 
sevmək  və  davamiyyətli  halda  əməli-saleh  işlər 
görmək  quyruğunu  kəsər,  Allahdan  bağışlanmağı 
diləmək ürəyinin damarını qırar”. 
Aişədən (A.o.r.): 
1.
 
Qureyşilər  cahiliyyə  (dövründə)  Aşura  günü 
oruc  tutardılar.  Allahın  elçisi  (s.ə.v.)  də  Ramazan 
orucu fərz qılınanadək həmin gün oruc tutulmasını əmr 
etmiş  və  belə  buyurmuşdur:  “Istəyən  onu  (Aşura 
orucunu) tutsun, istəməyən tutmasın!”. 
2.
 
Bilal  gecə  (sübh  çağı)  azan  oxuduğu  zaman 
Allahın  elçisi  (s.ə.v.)  belə  buyurdu:  “Ibn  Ümmi 
Məktum əzan oxuyana qədər yeyin-için. Çünki o, Fəcr 
(vaxtı) çatanadək azan oxumur…”. 
3.
 
“Peyğəmbər  (s.ə.v.)  oruc  olarkən  öpərdi  və 
qucaqlayardı.  Onun  şəhvəti  hamımızın  şəhvətindən 
çoxdur.  Çünki  oruc  olarkən,  cinsi  əlaqədən  başqa, 
öpmək və qucaqlamaq kimi hallar orucu pozmur”. 
4.
 
“Peyğəmbər  (s.ə.v.)  Ramazanda  (əlaqədən 
sonra) sübh (çağına qədər) yatır və (o, səhər) yuyunub 
orucunu tuturdu”. 
5.
 
Həmzə  b.  Amr  əl-Əsləmi  (çox  oruc  tutan  bir 
şəxs idi) Peyğəmbərdən (s.ə.v.) soruşdu: “Səfərdə oruc 


 
287 
tutummu?” 
“Istəyirsən 
tut, 
istəyirsən 
tutma! 
(sərbəstsən)” deyə buyurdu”. 
6.
 
Allahın  elçisi  (s.ə.v.)  buyurmuşdur:  “Kim  oruc 
borcu  olduğu  halda  ölərsə,  valisi  (himayəçisi)  onun 
yerinə tuta bilər”. 
7.
 
“Allahın  elçisinin  (s.ə.v.),  Ramazan  ayını 
çıxmaq  şərtilə  bir  ay  ərzində  oruc  tutduğunu  heç 
görməmişəm.  Şaban  ayında  tutduğu  orucdan  da  artıq 
oruc 
tutduğunu 
görməmişəm 
(yəni 
Ramazan 
orucundan  sonra,  gün  hesabı  ilə,  ən  çox  oruc  tutduğu 
ay Şaban ayı idi…)”. 
8.
 
“Allahın  elçisi  (s.ə.v.)  Aşura  günü  oruc  (tut-
mağı)  əmr  etmişdir.  Ramazan  (orucu)  fərz  edilən  kimi 
(Aşura  günü  orucunu)  istəyən  tutdu,  istəməyən  tut-
madı”. 
9.
 
“Allahın  elçisi  (s.ə.v.)  Qədr  gecəsinin 
Ramazanın son on günündə olmasına əmin idi və belə 
buyurmuşdu:  “Qədr  gecəsini  Ramazanın  son  on 
günündə axtarın!”“. 
10.
 
“Peyğəmbər (s.ə.v.) (son) on gün girdiyi vaxt 
Hizarını  bağlayardı  (yəni,  zövcələrinə  yaxınlaşmazdı). 
Gecəni oyaq keçirər və ailə üzvlərini də oyadardı”. 
11.
 
“Peyğəmbər  (s.ə.v.)  məsciddə  yanında 
oturduğum  vaxt,  başını  mənə  tərəf  əyərdi,  mən  də 
heyzli olduğum halda onun başını darayardım”. 
12.
 
“Peyğəmbərin  (s.ə.v.)  bədəni  bədənimə  mən 
heyzli  olduğum  vaxt  dəyərdi.  O,  etikafda  olduğu 
zaman  başını  məsciddən  çıxarardı  və  mən  heyzli 
olduğum halda onun başını yuyardım”. 
13.
 
“Peyğəmbər  (s.ə.v.)  vəfat  edənə  qədər 
Ramazanın son on günündə etikafa girərdi. Sonra onun 
ardınca zövcələri də etikafa girərdilər”. 


 
288 
14.
 
Allahın  elçisi  (s.ə.v.)  buyurmuşdur:  “Qədr 
gecəsini  Ramazanın  son  on  günündəki  tək  (gündə) 
axtarın!”. 
Iman Sadiq (ə) buyurmuşdur: 
1.
 
“Allah-Təala  Tövratı  Ramazan  ayının  6-da, 
Incili  Ramazan  ayının  12-də,  Quranı  isə  Qədr 
gecəsində nazil etmişdir”. 
2.
 
“Oruc  tutmaq  tək  insanın  özünü  yemək-içmək-
dən saxlaması deyil”. Bir vaxtlar Həzrət Isanın (ə) anası 
Həzrəti  Məryəm  dedi:  “Allaha  xatir  oruc  tutmağı  nəzr 
etdim. Yəni Allaha pərəstiş etməkdən savayı ağzıma söz 
alıb  danışmayacağam”.  “Oruc  tutduğunuz  zaman 
dilinizi  haramdan  qoruyun  (qeybət  etməyin,  yalan 
danışmayın  və  s.),  oruc  tutduğunuz  zaman  gözünüzü 
haramdan  qoruyun,  haram  şeylərə  baxmayın.  Bir-
birinizlə çəkişməyin, bir-birinizə həsrəd aparmayın”. 
3.
 
Ravi (A.o.r.) rəvayət edir ki: “Hişan ibn Həkəm 
Iman  Sadiqdən  (ə)  orucun  nə  üçün  vacib  olduğunu 
soruşur.  Imam  Sadiq  (ə)  cavabında  buyurur:  “Oruc 
Allah  tərəfindən  varlı  ilə  kasıb  bərabər  olsun  və  varlı 
yoxsulun  il boyu  keçirdiyi  aclıq  və susuzluq hisslərini 
keçirməsi  üçün  vacib  edilmişdir.  Çünki  varlılar, 
adətən, 
istədiklərinə 
sahib 
olarlar. 
Allah-Təala 
bəndələri  arasında  bərabərlik  bərqərar  olmasını  və 
varlıların yoxsullara rəhm etmələrini istəyir”“. 
Imam  Rza  (ə)  buyurmuşdur:  “Insanlar  oruc 
tutmağa  əmr  olunmuşlar  ki,  aclıq  və  susuzluğun  nə 
olduğunu  dadıb,  onun  vasitəsilə  Axirət  dünyasının 
yoxsulluq və çarəsizliyini dərk etsinlər”. 
Talha b. Ubeydullahdan (A.o.r.): Saçları bir-birinə 
qarışmış  bir  (bədəvi)  ərəb  Allahın  elçisinin  (s.ə.v.) 
yanına  gəlib  ondan:  “Allah  mənə  aid  nəyi  fərz 


 
289 
etmişdir?”  -  deyə  soruşdu.  Peyğəmbər  (s.ə.v.):  “Beş 
dəfə namazı! Əlavə də qıla bilərsən!” - deyə buyurdu. 
“Oruca aid nəyi fərz etmişdirsə mənə bildir!”. 
“Ramazan  orucunu!  Əlavə  oruc  da  tuta  bilərsən! 
(yəni nafilə oruc da tuta bilərsən!)” - deyə buyurdu. 
Ibn  Ömərdən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.)  Aşura 
orucu  tutardı  və  (onu  tutmağı)  əmr  etmişdi.  Ramazan 
orucu  (Allah  tərəfindən)  vacib  edilən  kimi,  Aşura 
orucu tutulmadı. 
Səhldən (A.o.r.): Peyğəmbər (s.ə.v.) buyurmuşdur: 
“Cənnətdə  “Ər-Reyyan”  adlı  bir  qapı  vardır.  Qiyamət 
günü  o  qapıdan  ancaq  oruc  tutanlar  girəcək,  onlardan 
başqa isə heç kim girə bilməz!”. 
Əbu  Bəkir  (A.o.r.)  demişdir:  “Ata-anam  sənə 
qurban  olsun,  Ey  Allahın  Elçisi,  beləcə  ayrı-ayrı 
qapılardan  çağrılmaq  zəruridirmi?  Kimsə  bu  qapıların 
hamısından (eyni vaxtda) çağrıla bilərmi?”. 
“Bəli! Ümidvaram ki, sən onlardan olacaqsan…”. 
Ibn Ömərdən (A.o.r.): “Onu (ayı) gördüyünüz vaxt 
oruc  tutun,  onu  gördüyünüz  vaxtda  da  orucu  açın, 
görməsəniz,  onu  (ayı)  təxmin  edin”  (və  ya  başqa  bir 
hədisdə deyildiyi kimi, otuz gündə tamamlayın). 
Abdullahdan  (A.o.r.):  Peyğəmbərlə  (s.ə.v.)  bir 
yerdə idik. Belə buyurdu: “Evlənməyə gücü çatan şəxs, 
evlənsin.  Çünki  o  (evlilik)  gözü  haramdan  çəkindirən 
ən  gözəl  vasitədir.  Fərci  (cinsiyyət  orqanını)  də 
(haramdan)  ən  yaxşı  qoruyandır…  Buna  gücü 
çatmayan  şəxs  isə  oruc  tutmalıdır.  Çünki  orucun 
şəhvəti söndürən bir gücü vardır…”. 
Abdullah  b.  Ömərdən  (A.o.r.):  Allahın  elçisi 
(s.ə.v.) Ramazan haqqında söhbət edərək belə buyurdu: 
“Ayı  görməyincə  oruc  tutmayın  və  onu  görməyincə 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə