Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə77/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   73   74   75   76   77   78   79   80   ...   99

 
290 
orucluqdan çıxmayın! Əgər görə bilməsəniz, (o zaman) 
onu (yaxşı-yaxşı) hesablayın (təxmin edin)!”. 
Abdullah  b.  Ömərdən  (A.o.r.):  Allahın  elçisi 
(s.ə.v.)  buyurmuşdur:  “Ay  iyirmi  doqquzuncu  gecə 
(çıxır).  Onu  görməyincə  oruc  tutmayın.  Əgər  görə 
bilməsəniz, sayı otuza çatdırıb (oruc tutun)!”. 
Ibn  Ömərdən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.)  buyur-
muşdur: “Şübhəsiz ki, biz yazıb-oxumağı bilməyən bir 
millətik,  yazmırıq,  hesablamırıq…”.  Ay  barədə: 
Belədir-elədir… Onun gah iyirmi doqquz, gah da otuz 
(gün) olduğunu nəzərdə tutun… 
Səhl  b.  Saddan  (A.o.r.):  Ailə  üzvləri  ilə  birlikdə 
sahura qalxırdım və sonra isə Allahın elçisi (s.ə.v.) ilə 
səcdələrə (namaza) çatmaq üçün tələsirdim.  
Zeyd  b.  Sabitdən  (A.o.r.):  Peyğəmbərlə  (s.ə.v.)  sa-
hura qalxdıq (yeyib-içəndən) sonra namaza durduq. So-
ruşdum  ki:  “Əzanla  obaşdan  arasında  nə  qədər  var?”. 
Buyurdu ki: “50 ayə (oxunacaq) qədər (bir vaxt)”. 
Abdullahdan  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.)  iftar 
etmədən  orucu  tutmuşdur;  insanlar  da  belə  etdilər. 
Sonra  bu  onlar  üçün  çətin  olduqda  Allahın  Elçisi 
(s.ə.v.) (bunu) onlara qadağan etdi. Dedilər: “(Axı) sən 
belə edirsən!”.  
“Mən  sizin  kimi  deyiləm,  şübhəsiz  ki,  mən  həm 
yedirilirəm, həm də içirdilirəm” - deyə buyurdu. 
Ənəs  b.  Malikdən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 
buyurmuşdur:  “Sahur  edin.  Şübhəsiz  ki,  sahurda 
bərəkət vardır”. 
Ibn  Abbasdan  (A.o.r.):  deyib  ki,  “Peyğəmbər 
(s.ə.v.) oruc olduğu halda qan aldırmışdır”. 
Ibn  Abbasdan  (A.o.r.):  Allahın  elçisi  (s.ə.v.) 
Ramazanda  Məkkəyə  səfərə  çıxdı.  Məkkəyə  çatdığı 


 
291 
zaman  (camaatla  birgə)  orucunu  dayandırdı  (yəni 
səfərdə olduqları üçün oruc tutmadılar). 
Əbu Dərdadan (A.o.r.):  Peyğəmbər (s.ə.v.) ilə isti 
bir  gündə  səfərə  çıxdıq.  Elə  isti  idi  ki,  adam  günəşin 
yandırıcı  şüasından  qorunmaq  üçün  əli  ilə  başını 
tuturdu. Aramızda Peyğəmbərlə (s.ə.v.) Ibn Rəvahadan 
başqa oruc tutan bir adam yox idi.  
Cabir  b.  Abdullahdan  (A.o.r.):  Allahın  elçisi 
(s.ə.v.)  bir  səfərdə  idi.  Böyük  bir  izdiham  gördü.  Bir 
nəfərin  üstünə  kölgə  salmaq  (üçün  örtük)  çəkilmişdi. 
Peyğəmbər (s.ə.v.): “Bu nədir belə?” - deyə soruşdu. 
“Oruc tutmuş bir nəfərdir!” - dedilər.  
“Səfərdə  oruc  tutmaq  təqvaya  aid  deyil!”  -  deyə 
buyurdu. 
Ənəs  b.  Malikdən  (A.o.r.):  “Biz  Peyğəmbərlə 
(s.ə.v.) səfərə  çıxardıq; nə oruc tutan tutmayanı, nə də 
oruc tutmayan tutanı məzəmmət etməzdi…”. 
Əbu Said əl-Xudridən (A.o.r.): Peyğəmbər (s.ə.v.) 
buyurmuşdur:  “Qadın  aybaşı  olduğu  zaman  namaz 
qılmır,  oruc  tutmur,  elə  deyilmi?  Bax  bu,  onun  dində 
nöqsan olmasıdır”. 
Ibn  Abbasdan  (A.o.r.):  Bir  nəfər  Peyğəmbərin 
(s.ə.v.) yanına gəlib dedi: “Ey Allahın elçisi, anam, bir 
aylıq  orucu  qaldığı  halda  vəfat  etdi.  Olar  ki,  onun 
əvəzinə, orucun qəzasını mən tutum?”. 
“Bəli,  Allahın  borcunu  ödəməyə  ən  layiq  olan 
(budur)!” - deyə Peyğəmbər (s.ə.v.) buyurdu. 
Səhl  b.  Saddan  (A.o.r.):  Allahın  elçisi  (s.ə.v.) 
buyurmuşdur: “Iftarda tələsdikcə, insanlar xeyirlədir”. 
Ibn  Abbasdan  (A.o.r.):  Allahın  elçisi  (s.ə.v.) 
buyurmuşdur:  “Ramazandan  başqa,  heç  bir  ayda  tam 
oruc tutmayıblar”. 


 
292 
Abdullah b. Əmr bin Aslan (A.o.r.): Allahın elçisi 
(s.ə.s.)  bizə  gəldi  və  belə  buyurdu:  “Şübhəsiz  ki, 
qonağının  sənin üstündə  haqqı  var.  Zövcənin də  sənin 
üstündə haqqı var”. 
“Davud  (ə)  orucu  necədir?”  -  (deyə  ondan) 
soruşdum.  
“Dəhril (zamanın) yarısı qədər, (yəni bir gün oruc 
tutardı, bir gün tutmazdı) deyə buyurdu”. 
Abdullah  b.  Ömərdən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 
buyurmuşdur: “Hər ayda üç gün oruc tut!”. 
Əbu  Səyyiddən  (A.o.r.):  Peyğəmbər  (s.ə.v.) 
Ramazan  bayramı  ilə  Qurban  bayramında  oruc 
tutulmasını qadağan etmişdir.  
Ibn  Ömərdən  (A.o.r.):  Qurban  bayramının  birinci 
üç  günündə  oruc  tutmağa  icazə  verilmədi.  Ancaq 
qurban tapmayan adama izn verilmişdir.  
Səlim  atasından  (A.o.r.):  rəvayət  edir:  Peyğəmbər 
(s.ə.v.) buyurmuşdur: “Aşura günü istəyən (adam) oruc 
tuta bilər…”. 
Sələmətə  b.  Əl-Əkvədən  (A.o.r.):  Allahın  elçisi 
(s.ə.v.)  Əsləm  qəbiləsindən  olan  bir  nəfərə  hamıya 
bunu  elan  etməyi  əmr  etdi:  “Hər  kim  yeyibsə,  günün 
qalanını oruc tutsun, yeməyibsə, orucunu tutsun. Çünki 
bu gün Aşura günüdür”. 
Ibn  Ömərdən  (A.o.r.):  Qədr  gecəsi  Peyğəmbərin 
(s.ə.v.)  səhabələrinin  bir  hissəsinə  (ayın)  son  yeddi 
günündə  göstərildi.  Bunu  izah  edərək  Allahın  elçisi 
(s.ə.v.)  buyurmuşdur:  “Görürəm  yuxunuz  son  yeddi 
günə  uyğun  oldu.  Belə  olduğu  halda,  kim  onu 
axtarırsa, son yeddi gündə axtarsın”. 
 
 


 
293 
Orucluq haqqında kəlamlar 
 
1.
 
Hər bir dövlətin konstitusiya günü olduğu kimi, 
Qədr  gecəsi  böyük  dövlətimizin  (dünyanın  –  Ə.C.Ə.) 
qanun günüdür. 
2.
 
Orucluq  insan  mexanizminin  saflaşması  üçün 
ən mühüm proseslərdən biridir, yəni vacib əməldir. 
3.
 
Orucluq  sənin  sənlə  bağlılıq  açarın,  böyük 
cihadın, qələbə bayramıdır. 
4.
 
Orucun fəziləti on bir aydır. 
5.
 
Özünü tanımaq istəyirsənsə, oruc tut. 
6.
 
Orucluq  böyük  iradə,  gözəl  əxlaq,  saf 
vicdandır. 
7.
 
Ramazan  –  orucluq  ayı  böyük  məktəb  içrə  bir 
məktəb,  alimi  Allah,  müəllimi  Peyğəmbər,  tələbələri 
isə möminlərdəir. 
8.
 
Ey insanlar! Ramazan gözəl əxlaq, böyük iradə, 
saf  vicdan  payı,  Qədr  gecəsi  isə  ali  qanun  və  illik 
hesabat günüdür. 
9.
 
Ramazan  səbr  ayı,  bu  ayda  Allah  qəlblərə 
Hakim, həm də Həkim kəsilər. 
10.
 
Ramazan  sənin  sənə  olan  hörmətin  və 
qiymətindir. 
11.
 
Ramazan 
sağlam 
düşüncə, 
rəhm 
və 
bağışlanmaqdır. 
12.
 
Ramazan  şeytanı  tam  inkar  etmə  və  Allaha 
tabe olmaqdır. 
13.
 
Ramazan  fiziki  bədənə  dinclik  və  əmin-
amanlıqdır. 
14.
 
Oruc  Allahın  sizə  əmanəti  və  sizin  ona 
sadiqliyinizdir. 
15.
 
Ramazan  təkmilləşmə  ayı,  oruc  isə  böyük 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə