298
ilə alkoqolun insan bədəninə ola biləcək zərərini təyin
etmiş və alkoqollu içkiləri haram buyurmuşdur. Inkişaf
edən texniki imkanlar, aparılan tədqiqatlar, Islamiyyətin
bu hökmünü təkzib etməmiş, əksinə təsdiq etmişdir.
Daha doğrusu, buradan onu başa düşməliyik ki,
Islamiyyət insanlar üçün nəyi əmr etmişdirsə, o insanın
faydasınadır və Islamiyyət insanlar üçün nəyi qadağan
etmişdirsə, o da insanların zərərinədir.
Bu mövzudakı digər bir fövqəladəlik Peyğəmbərin
(s.ə.v.) alkoqollu içkiləri o zamanın inadcıl və
mühafizəkar qəbilələrində aradan qaldırmasındakı
xariqüladə
müvəffəqiyyətindən
ibarətdir.
Padşah
Sultan IV Muradın yaşadığı əsrdə yayılmış olan siqaret
çəkmək adətini aradan qaldırmaq üçün çox çalışmasına
baxmayaraq, yenə də buna tam müvəffəqiyyət ola
bilmədiyi tarixi bir həqiqətdir. Bu gün də siqaret
çəkməyi tərgitməyin nə qədər çətin olduğu çox adama
məlumdur. Halbuki, Peyğəmbərimizin (s.ə.v.) gətirdiyi
iman nuru o əsrdə, o cahillik dövründə o qəbilələrin
sümük və iliklərinə qədər işləmiş olan bir çox pis
adətləri aradan qaldırmağa müvəffəq olmuşdur. Alko-
qollu içkilərin aradan qaldırılması məhz bunların bir
nümunəsidir. Maraqlıdır, yüzlərcə alim və fazil
adamlar getsələr, illərlə çalışsalar, Peyğəmbərimizin
(s.ə.v.) o vaxt bir ildə gördüyü işin yüzdə birini görə
bilərlərmi?
Bu həqiqəti müdafiə edən xarici ölkələrdən bir
nümunə göstərmək istəyirəm. Amerika Birləşmiş
Ştatlarında alkoqollu içkilərin cəmiyyətə verdiyi böyük
zərərlərin qarşısını almaq üçün 1919-cu ildə alkoqollu
içkilərin istehsalı və onlardan istifadə edilməsi dövlət
tərəfindən qadağan olunmuşdu. Bunun da, yəqin ki, bir
299
faydası olmuşdu. Məsələn, o illərdə serrozdan ölüm
faizi ABŞ-da xeyli aşağı düşmüşdü. Bununla belə, bu
qadağa heç bir zaman qəti bir çarə olmamışdır. Daha
doğrusu, içki qadağan olunduğu zaman da gizli
emalatxanalarda emal edilib satılmışdır. Bununla bağlı
gizli içki istehsalı ilə məşğul olan qaçaqçılar ortaya
çıxdı. Zaman-zaman belə emalatxanalar dağıdılıb, içki
çəlləkləri sındırıldı. Içkiyə olan tələbatın qarşısının
alınması mümkün olmadığına görə, alkoqollu içki
istehsalı və işlədilməsi 1933-cü ildə yenidən sərbəst
buraxıldı. Məhz bu məsələdə aciz qaldıqlarını etiraf
edərək, Istanbul Universitetinin Tibb fakültəsində
illərlə sanitariya-gigiyena dərsi vermiş olan amerikalı
müəllim Ord.prof.Dr.Julius Hirsh öz dərs kitabında
aşağıdakıları yazmışdır: “Həzrəti Muhəmməd Peyğəm-
bərimizin (s.ə.v.) quran vasitəsilə içkini qadağan etmiş
və əsrlərlə böyük insan kütlələrini içkinin zərərlərindən
qoruya bilmişdir. Bu nəticə 20-ci əsrdə, inkişaf etmiş
Amerikada, hər cür təbliğata və texnoloji tərəqqiyə
baxmayaraq əldə oluna bilməmişdir”. Göründüyü kimi,
amerikalı alim bu işdə aciz qaldıqlarını səmimiyyətlə
etiraf etmişdir (J.Hirsh, Hifzis-sıhha dərs kitabı,
Istanbul Universiteti, Yay.No:34, 1938, səhifə 242).
Ən böyük fəzilət odur ki, düşmənlər də onu təsdiq
etsinlər. Məhz xaricdən gəlmiş professor da bu işi
görmüşdür.
Belə bir nəticə insanların sadəcə olaraq qadağa-
larla bu və buna bənzər zərərli vərdişlərdən əl çəkmə-
sinin nə qədər çətin olduğunu göstərir. Daha doğrusu,
insanlara qüvvətli bir iman şüuru verilmədikcə, bu cür
vərdişlərdən uzaqlaşmayacaqları aydındır.
Pis vərdiş yaradan maddələr deyincə, insanın
300
ağlına əvvəlcə alkoqol gəlir. Bu isə hər cür alkoqollu
içki deməkdir. Alkoqollu içkilərdən başqa da insanda
müəyyən bir pis vərdiş yarada bilən maddələr vardır.
Bunlara morfi, həşiş, kokain və s. əlavə edilə bilər.
Hətta tibbdə dərman kimi istifadə olunan narkotik
maddələr, müxtəlif keyidici vasitələr də diqqətsiz və
uzun müddət işlədildikdə pis vərdiş əmələ gətirir.
Içki və narkotik maddələrdən istifadə etməyin pis
bir vərdişə çevrilməsi deyincə nəyi başa düşməliyik?
Məsələn, bir çoxumuz qəhvə və ya çay içməyə də
vərdiş etmişik. Siqaret də buna əlavə oluna bilər, çünki
bu da bir növ vərdişdir. Bununla bərabər, sözün həqiqi
mənasında farmokologiyada çay, qəhvə içmək vərdi-
şindən bəhs olunmaz. Pis vərdiş yaradan dərmanlar
aşağıdakı kimi səciyyələndirilə bilər: Həmin maddələr
mərkəzi sinir sistemində, yəni beyin, beyincik və
onurğa beynində əhəmiyyətli dərəcədə dəyişiklik və ya
depressiya yaradır. Bunun nəticəsində isə insanın
təfəkküründə, xasiyyətində və zehni qabiliyyətində
dəyişikliklər olur, davranışı, bədənində gedən maddə-
lər mübadiləsi pozulur. Sərxoşun səndələyərək güclə
yeriməsi kimi. Bir sözlə, zərərli vərdişlərə belə bir tərif
verilə bilər: Bir maddənin vücuda və ya mərkəzi sinir
sisteminə təsiri, o maddənin tibbi bir məqsəd olmadan
israrla istifadə olunmasından ibarətdir.
ġərab içməyin günahları haqqında
Spirtli içkilər və sərxoşluq insan həyatının böyük
və ən qədim düşmənidir.
İnsanın cismi və ruh sağlamlığını təmin edən,
insanın saədətini düşünən, insan və cəmiyyətin
təkamülü üçün ən mütərəqqi qanunlar verən islam
Dostları ilə paylaş: |