Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə81/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   77   78   79   80   81   82   83   84   ...   99

 
304 
bunlar  hələ  şərabın  qadağan  olunması  demək  deyil. 
Qeyd  olunan  ayədəki  buyruqlar  bir  daha  insanlara 
dəqiq  göstərir  ki,  Allah  Təbarəkə  Təala  şərab  içməyi 
təqdir etmir (icazə vermir), tövsiyə etmir. Bəs nə üçün 
belə olur? Əgər “Qurani Kərim” – də sərxoş halda na-
maza  durmamaq  buyurulursa,  deməli  belə  hallar 
əvvəllər mövcud olmuşdur. 
“Qurani-Kərim”  bunun  səbəbini  bizə  açıq  aydın 
göstərir.  Şeytan  axirət  gününə  qədər  Allah  Təaladan 
əbəs yerə möhlət istəməmişdi. Şeytan insanı yolundan 
çıxardır.  Bu  barədə  Əl  –  Maidə  surəsində  deyilir:  Ey 
insan, şeytanın fitvasına qarşı dayana biləcəksənmi? 
“ġübhəsiz  ki,  ġeytan  içki  və  qumarla  aranıza 
ədavət  və  kin  salmaqdan  və  namaz  qılmaqdan 
ayırmaq istər. Artıq bu iĢə son qoyacaqsınızmı?” (əl 
– Maidə, 5/91). 
Bu  ayənin  məzmunu  da  şərabın  tam  qadağan 
olunmasını  demir.  “Artıq  bu  iĢə  son  qoyacaq-
sınızmı?” deyilir. 
Əgər  şərabın  içilməsinə  qadağa  qoyulmursa,  ona 
əməl  olunmursa  və  ona  qarşı  birbaşa  izahat  və 
müraciət  yoxdursa,  onda  bəs  nə  qalır?  Bunun  Allah 
Təalanın  xoşuna  gəlməyən  əməl  olduğu  elan 
edilməlidir.  Yenə  də  insan  seçim  qarşısındadır. 
“Qurani-Kərim” – də buyrulur. 
“Ey iman gətirənlər! ġərab da (içki də), qumar 
da,  bütlər  də,  fal  oxları  da  ġeytan  əməlindən  olan 
murdar  bir  Ģeydir.  Bunlardan  çəkinin  ki,  bəlkə, 
nicat tapasınız!” (əl – Maidə, 5/90). 
“Qurani-Kərim” ciddi surətdə xəbərdarlıq edir: Bu 
işdən  uzaqlaşın!  Bu  işdən  çəkinin!  Əgər  siz 
doğurdanda  Allahı  sevirsinizsə  və  özünüzə  xoşbəxtlik 


 
305 
arzulayırsınızsa, onda onun buyruqlarına əməl edin. Bu 
anda  “Qurani-Kərim”  –  dən  bir  ayə  də  yada  düşür. 
Ayədə buyurulur: 
“Allah,  Ģübhəsiz  ki,  Allah  yolunda  vuruĢub 
öldürən  və  öldürülən  möminlərin  canlarını  və 
mallarını  Tövratda,  Ġncildə  və  Quranda  haqq 
olaraq  vəd  edilmiĢ  Cənnət  müqabilində  satın 
almıĢdır.  Allahdan  daha  çox  əhdə  vəfa  edən 
kimdir?  Etdiyiniz  sövdəyə  görə  sevinin.  Bu  böyük 
qurtuluĢdur (uğurdur)!” (ət-Tovbə, 9/111). 
Bu  o  deməkdir  ki,  sizin  xoşbəxtliyinizin  ölçüsü 
sizin  Allaha  sevginizin  dərəcəsi  ilə  təyin  olunur.  Nə 
üçün  belədir?  Ayənin  digər  hissəsində  buyurulur: 
“Allahdan  daha  çox  əhdə  vəfa  edən  kimdir?”. 
Deməli biz hərəkətlərimizin seçimini özümüz müəyyən 
etməliyik.  Ali  –  İmran  surəsində  deyildiyi  kimi:  “Bu 
sizin özünüzdədir”. Buna cavab yenə “Qurani-Kərim” 
– də verilir.  
 “Hər  kəs  öz  əməlinin  girovudur!  (Hərə  öz 
əməlinin əvəzini alacaqdır! ).” (əl – Muddassir, 74/38). 
İnsan  haqqında  söylənilən  bir  söhbət  çox  düzgün 
deyilib.  “Qurani-Kərim”  –  də  insanın  xarakteristikası 
haqqında digər buyruq var.  
“Həqiqətən  insan  (sərvətə)  çox  həris  (tamahkar 
və kəmhövsələ) yaradılmıĢdır!” (əl-Məaric, 70/19)  
Bəs  necə  olmaq  lazımdır?  Dünyada  görüldüyü 
kimi  müxtəlifliklər  çoxdur.  Qurani  Kərim  –  də 
buyurulur.  
“Biz  yer  üzündə  olanları  onun  (sakinləri,  yer 
əhli)  üçün  (və  ya  onun  özünəməxsus)  bir  zinət 
yaratdıq  ki,  onlardan  hansının  daha  gözəl  əməl 
sahibi  olduğunu  yoxlayıb  ayırd  edək”.  (əl-Kəhf, 


 
306 
18/7). 
Deməli, “Qurani-Kərim” izah edir, bizi başa salır, 
köməklik  göstərir  ki,  biz  həyatda  atdığımız  hər  bir 
addım  üçün  özümüz  cavabdeh  olaq.  Ona  görə  də 
“Qurani-Kərim”  –  dən  şərab  haqqında  deyilən  bütün 
buyruqlar  insanı  öz  seçiminə  buraxır.  Əgər  bizlərdən 
kimsə  şeytanın  fitnəsinə  davam  gətirməyib  şəraba 
qurşanırsa, nə olacaq? Bu barədə “Qurani-Kərim” – də 
belə buyrulur: 
“Hər  kəs  üçün  etdiyi  əməllərə  görə  dərəcələr 
(müxtəlif  mükafatlar  və  cəzalar)  vardır.  Rəbbin 
onların  nə  etdiklərindən  qafil  deyildir!”  (əl-Ənam, 
6/132). 
Lakin Peyğəmbərimizin (s.ə.v.) hədislərində şərəb 
içilməsi  haqqında  daha  kəskin  və  qəti  qadağalar 
qoyulmuşdur.  
 
ġərab haqqında hədislər 
 
Şərab  haqqında  Muhəmməd  Peyğəmbərin  (s.ə.v.) 
və imamların bir çox hədisləri vardır. 
İbni  Tariq  Həzrəti  Peyğəmbərdən  (s.ə.v.)  şərab 
haqqında soruşdu: 
Həzrəti Peyğəmbər (s.ə.v.) onu çəkindirdi. 
O dedi: “Dərman üçün istehsal edirəm”. 
Həzrəti  Peyğəmbər  (s.ə.v.)  buyurdu:  “Şərab 
dərman deyil dərddir.” 
Həzrəti Peyğəmbər  –  in (s.ə.v.) Ģərab haqqında 
hədisləri.  
“Allah Təala şərabı, onu istehsal edəni, hazırlaya-
nı, istehlak edəni, təklif edəni, satanı,  alanı, qiymətin-
dən  istifadə  edəni,  daşıyanı  və  yiyələnən  şəxsi 
lənətləndirmişdir.”  


 
307 
“Şərab  içənin  ürəyindən  iman  işığı  məhv  olub 
gedər.” 
“Şərabla  iman  bir  yerə  yığışmaz,  şərab  içənin 
qəlbində iman olmaz.” 
“Qəlbində  Allahın  bir  kəlamı  ya  ayəsi  olan  şəxs 
şərab içməklə onu bulandırsa, qiyamət günündə Quran 
ona qarşı duracaqdır.” 
“İnsan  nə  qədər  ki,  şərab  içməyibdir  dinin  qapısı 
onun üzünə açıq olar, şərab içəndən sonra Allah onun 
örtüyünü yırtar, şeytan onun dostu, gözü və qulağı olar, 
onu pisliklərə yönəldib yaxşılıqlardan çəkindirər.” 
“Şərabxorun  sözünü  təsdiq  etməyin,  elçi 
göndərdikdə  ona  qız  verməyin,  xəstələndikdə  onu 
yoluxmayın,  öldükdə  dəfnində  iştirak  etməyin,  ona 
əmanət tapşırmayın, ona bir əmanət tapşırılan şey itib – 
batsa,  Allah  onun  əvəzini  verməyəcəkdir,  onu  bir  işə 
qəbul etməyin. Çünki, Allah Quranda buyurmuşdur ki, 
öz  mallarınızı  səfehlərə  (kəmağıllara)  tapşırmayın, 
şərabxor isə daha səfehdir.” 
“Allah  şərabxora  salam  verən,  onunla  kef  -  əhval 
edən və görüşən şəxsin 40 illik əməlini məhv edər.” 
 “Yəhudi  və  xristiana  salam  verin,  lakin  şərab 
içənə  salam  verməyin  və  əgər  o,  sizə  salam  versə, 
salamını almayın.” 
 “Yəhudi  və  xristianla  qonşu  olmaq  şərabxorla 
qonşu olmaqdan yaxşıdır. Şərabxorla dostluq etməyin, 
onunla dostluq etmək peşmançılıq gətirər.” 
“Namazı  yüngül  sayan  şəxs  mənimlə  deyildir, 
Allaha  and  olsun  o,  Kövsər  bulağında  mənə 
qoşulmayacaqdır, həmçinin şərab içən şəxs də məndən 
deyildir.  And  olsun  Allaha  ki,  o  da  Kövsər  bulağında 
mənə qoşulmayacaqdır.” 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə