316
axtarsınlar.
Bir tək siqaret belə ürək ağrılarını sürətləndirmək
üçün kifayətdir. Siqaret çəkən şəxsin orqanizmi, heç
bir iş görmədən belə yorulur. Bununla birlikdə,
əvvəldən infarkt xəstəliyi keçirənlərin ürək ağrıları
siqaret çəkdikdən sonra yenidən başlaya bilir.
Siqaret çəkənin gücü, qüvvəti azalır
Siqaret çəkən bir şəxsin yaşa dolduqca müxtəlif
xəstəliklərə tutulması işin yalnız bir tərəfidir. Burada
məsələyə bir də başqa bir cəhətdən baxmaq lazımdır.
Məsələn, eyni yaşda olan iki şəxsi müqayisə edək.
Onlar hər ikisi istər fiziki, istərsə də digər potensial
imkanlarına görə eyni bir səviyyədə olsunlar. Bunlar-
dan siqaret çəkən şəxs siqaret çəkməyənlə müqayisədə
gücdə, qüvvətdə, müxtəlif atletik hərəkətlərdə, hər cür
iş görməkdə daima geri qalacaqdır. Ona görə ki,
siqaret orqanizmin hər cür məhsuldarlığını 20%
nisbətində aşağı salır.
Bir sözlə, insanın gücünü, qüvvətini azaldan bir
maddəyə gənclərin böyük həvəs göstərməsini heç cür
izah etmək mümkün deyildir.
Siqaret əleyhinə kompaniya
Siqaretin insan səhhətinə olan zərərli təsirləri başa
düşüldükdən sonra, başda ABŞ olmaqla, bir çox qərb
ölkələrində siqaret çəkməyin əleyhinə böyük bir
təbliğat kompaniyası başladılmışdır. Məsələn, 30 il
əvvəl Amerikada siqaret reklamları televiziya
verilişlərindən çıxarılmış və siqaret qutularının üstünə
“Siqaret çəkmək səhhətiniz üçün zərərlidir!” cümləsi
yazılmışdır. Bu cür təbliğat vasitələrinin təsiri zaman
317
keçdikcə özünü göstərmişdir. Bu gün Amerika xalqının
əksəriyyətinin siqaret çəkmədiyi müəyyənləşdiril-
mişdir. Ölkəmizdə də siqaret əleyhinə, kifayət dərə-
cədə olmasa da, bəzi tədbirlər həyata keçirilməyə baş-
lanmışdır. Məsələn, siqaret çəkməyənlər üçün qatarda
ayrıca vaqon ayrılması, təyyarədə də onlara ayrıca bir
yer verilməsi bu baxımdan təqdirəlayiqdir. Bundan
başqa, siqaret qutularının üstündə “Səhiyyə Nazirliyi
xəbərdarlıq edir. Siqaret çəkmək səhhətiniz üçün
zərərlidir!” cümləsi yazılmışdır. Arzumuz bu cür
tədbirlərin daha da genişləndirilməsindən ibarətdir.
Gündə sadəcə bir qutumu siqaret çəkirsiniz? Bir il
müddətində həmin qutuların kiçik bir təpə əmələ
gətirdiyini heç ağlınıza gətirdinizmi? Yanıb kül olan
pullarınızı,
vaxtsız
itirilən
sağlamlığınızı
heç
düşündünüzmü?
Siqaret və qadın
Dünyada işləyən qadınlar və tələbələr arasında
siqaret çəkmək vərdişinin getdikcə yayılmaqda olduğu
özünü göstərir. Halbuki, bu vərdiş qadınlar üçün baha
başa gəlir. Beləliklə, siqaret çəkməyin qadınlara gös-
tərdiyi mənfi təsirləri aşağıdakı kimi yekunlaşdırmaq
mümkündür.
1. Qadın orqanizmi siqaretin mənfi təsirlərinə
kişilərinkindən daha həssasdır. Eyni vəziyyət içki
düşgünlərində də özünü göstərir. Kişilər arasındakı içki
düşgünlərinin qaraciyər serrozuna tutulma riski hər
gün 132 q təmiz alkoqol qəbul edildikdə baş verir.
Qadınlarda isə eyni risk gündə yalnız 52 q alkoqol
qəbul etməklə də meydana gələ bilir. Eyni bir şəkildə
içki içən və siqaret çəkən qadınların kişilərlə
318
müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalı daha
böyükdür.
2. Siqaret çəkən qadın öz səhhətinə zərər verdiyi
kimi, hamilə olduğu zaman hələ anadan olmamış
uşağının da zəhərli bir təsirə məruz qalmasına səbəb
olur.
17000 uşaq üzərində aparılan tədqiqatlar siqaret
çəkən bir ananın uşağının müxtəlif mənfi təsirlərə
məruz qaldığını göstərmişdir. Ortaya çıxan nəticə
həqiqətən qorxuducudur.
Hamiləliyin dördüncü ayından etibarən hər gün 10
ədəd siqaret çəkən anaların uşaqlarında doğum zamanı
ölüm nisbətinin 30%-lik bir rəqəm miqdarında artdığı
müşahidə edilmişdir. Bundan başqa, siqaret çəkən
anaların dünyaya gətirdikləri uşaqların normaldan daha
az bir çəkidə olduğu, belə analarda düşük və ölü uşaq
doğma ehtimalının da daha böyük olduğu qəbul edilir.
Bütün bunlarla birlikdə, ananın siqaret- çəkmə vərdişi
uşağının şikəst və fiziki cəhətdən qüsurlu olaraq
doğulma ehtimalını da artırır.
3. Sadəcə siqaret çəkən deyil, siqaret çəkilən
otaqda olan bir qadın da olduğu yerdə tüstülü havanı
tənəffüs etməklə özünə zərər verir. Bir sözlə, siqaret
çəkən bir qadının doğum əsnasında da bir çox başqa
problemləri ola bilir.
4. Evdə siqaret çəkən bir qadın evində ağır bir
havanın əmələ gəlməsinə səbəb olur. Əgər körpə
uşaqlar belə bir evdə qalırlarsa, tənəffüs yolları
xəstəliklərinə daha tez tutulurlar. Şübhəsiz ki, eyni bir
vəziyyətin ortaya çıxmasında siqaret çəkən kişinin də
təqsiri vardır.
5. Siqaret çəkən bir qadın uşağına yalnız hamilə
319
olduğu
zaman
deyil,
doğumdan
sonra
onu
əmizdirdikdə də ziyan verir. Ona görə ki, siqaretdəki
zərərli bir maddə olan nikotin ana südü vasitəsilə
uşağın orqanizminə daxil olur.
Siqaret haqqında dini hökm
Din alimlərimiz siqaret çəkmək barəsində açıq və
qəti hökmlər olmadığına görə, içki kimi bu pis vərdiş
haqqında müəyyən bir söz söyləyə bilməmişdirlər.
Buna baxmayaraq, müqəddəs dinimizin siqaret
çəkməyə də yaxşı gözlə baxmadığı aydındır.
Məlumdur ki, insan bədəni Yaradan tərəfindən ona
bir nemət olaraq verilmişdir. Hər bir kəs bu gözəl
nemətdən necə istifadə edəcəyi barədə hesabat
verəcəyini yaxşı bilməlidir. Nikotin də insan orqanizmi
üçün zərərli olan maddələrdən biri olduğuna görə, hər
hansı bir siqaret çəkənin bu baxımdan məsuliyyət
daşıdığı aydındır. Bundan başqa, məsələnin bir də
maddi tərəfi vardır. Hər şeydən əvvəl, siqaret olduqca
yüksək bir qiymətə satılır. Bu hesab hər ay müəyyən
bir məbləğdə olur ki, həmin pul da zəruri ehtiyaclardan
kəsilərək siqaretə verilir. Bu da, şübhəsiz ki, Quran
ayələrindən birində deyilən “…Yeyiniz, içiniz, israf
etməyiniz. Çünki (Allah) israf edənləri sevməz!” (əl-
Əraf, 7/31) fikri ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, Peyğəmbərimiz (s.ə.v.) müxtəlif
hədisi-şəriflərində insan səhhətinin qiyməti üzərində də
dayanmışdır. Məsələn:
1. “Insanların çoxunun başa düşmədiyi və
qiymətini düzgün təqdir etmədiyi iki nemət vardır:
bədənin sağlamlığı və boş vaxt”.
2. “Iman müstəsna olmaqla, heç bir kimsəyə
Dostları ilə paylaş: |