343
nəfər üçün nahar süfrəsinə orta hesabla 300 q həlim
(bulyon) və ya duru xörək, ət və ya balıq – 150 q,
tərəvəz və ya yarmadan qarnir (löküt) – 200 q, şirin
xörək – 200 q, meyvə-giləmeyvə – 150-200 q veril-
məlidir.
Çalışmaq lazımdır ki, stol arxasında oturmaq rahat
olsun. Aşxana priborları biri digərindən təxminən 60
sm aralı qoyulmalıdır. Bütün qab-qacaq təmiz, quru
olmalıdır. Boşqabı və buludları alt tərəfdən və baş
barmağı qırağından tutmaqla götürmək lazımdır.
Çalışmaq lazımdır ki, barmaq xörəyə dəyməsin. Içkilər
olan qabı altdan və ya tutacağından tutub götürürlər.
Ev sahibəsi kiçik məclislərdə qonaqlara özü qulluq
edir. O, özündən solda oturanlara birinci xörək çəkir,
onlar isə çəkilmiş xörəyi başqalarına ötürürlər. Böyük
məclislərdə xüsusi xörəkpaylayanlar olur, lakin ev
sahibəsi ayrıca süfrəyə nəzarət etməklə nə lazım
olduğunu və ya nəyin çatışmadığını öyrənir. Süfrə
başında adam çox olduqda kişilər qadınların boşqabına
xörək qoyurlar.
Məclisdəkilərin hamısına xörək paylanandan sonra
ev sahibəsi və ya masabəyi onları yeməyə dəvət edir.
Yeməyə
“Bismillahir-rəhmanirrəhim”
deməklə
başlamaq lazımdır.
Əgər məclisdə qonaq çoxdursa, hamıya xidmət
edilməsini gözləmədən yeməyə başlamaq olar. Üstünü-
zə xörək qırıntıları düşməsin deyə, qarşınızdakı salfeti
dizinizin üstünə sərin. Stol arxasından qalxmazdan
əvvəl salfeti boşqabın sağ tərəfinə, boşqab götürül-
müşsə ortaya qoymaq lazımdır. Bu zaman salfeti səliqə
ilə bükmək tələb olunmur.
Duru xörəklər dərin boşqabda, həlimlər və
344
püreyəbənzər şorbalar isə iri fincanlarda süfrəyə verilə
bilər. Duru xörəyi soyutmaq üçün onu üfürmək
məsləhət görülmür. Isti xörəyi qaşıqla qarışdırmaqla
soyutmaq və az-az yemək məsləhətdir. Duru xörəyi
birbaşa içmək də olar. Duru xörəyin içində ağıza bütöv
qoyula bilməyən tikələr olmamalıdır. Lakin bəzi
xörəklərdə iri kartof, tərəvəz və ya xəmir tikəsi
olduqda, onları ehmalca qaşıqla doğrayıb az-az yemək
lazımdır. Axıra yaxın boşqabı özünüzdən əks tərəfə
əyməklə xörəyinizi tam yeməyə çalışın. Duru xörək
yeyildikdən sonra dərin boşqab və xörək qaşıqları
süfrədən yığışdırılır.
Quru ət, quş və balıq xörəklərini çəngəl və bıçaqla
yeyirlər. Əgər boşqabın yanında bir neçə çəngəl-bıçaq
qoyulmuşsa, əvvəlcə boşqaba daha yaxın olanı istifadə
edilməlidir. Çəngəl-bıçaq boşqaba maili şəkildə
tutulmalıdır. Yemək zamanı çəngəli sol, bıçağı isə sağ
əldə tutmaq lazımdır. Boşqabdakı ət tikəsini birbaşa
doğramaq və sonra çəngəllə yemək düzgün deyil.
Bıçaq və çəngəllə yeyərkən ancaq çəngəldən istifadə
edilən vaxt belə onların hər ikisini həmişə əldə tutmaq
lazımdır. Bunun üçün lazımi tikəni bıçaqla azacıq
çəngələ tərəf yönəltmək kifayətdir.
Çəngəllə doğramaq mümkün olan xörəyi (kotlet,
lüləkabab, küftə və s.) bıçaqla kəsmək düzgün deyil.
Çörək və badə götürmək istədikdə çəngəlin qabarıq
tərəfi yuxarı, bıçağın isə tiyəsi sola olmaqla boşqaba
çarpaz şəkildə qoyurlar. Çalışmaq lazımdır ki, çəngəl
və bıçaq yerə düşməsin.
Quş ətini də bıçağın və çəngəlin köməyi ilə yemək
olar. Lakin quş ətini, xüsusən tabakanı əllə yemək daha
yaxşıdır (rahatdır) və bu qəbahət sayılmır.
345
Balığı xüsusi balıq bıçaqları ilə də yeyirlər. Balıq
bıçağından sümüyü və tıxları ayırmaq üçün istifadə
edilir. Əgər ağzınızdan balığın tıxını çıxarmaq istəyir-
sinizsə, onu ehtiyatla çəngəllə, oradan da boşqaba
qoymaq lazımdır.
Ətin və quşun yanında verilən salatları və
qarnirləri böyük boşqabdan qaşığın və çəngəlin
köməyi ilə götürüb balaca boşqaba qoyurlar.
Çörəyi ümumi qabdan əllə götürüb kiçik tikələrə
qopararaq yeyirlər. Çörək dilimini süfrə arxasında
dişləyib yemək yaxşı deyil.
Yağı çörəyə çəkmək üçün sol əllə çörək dilimini
tutur və sağ əldəki bıçaqla yağ götürüb yaxırlar. Stolda
xüsusi yağ bıçağı olmazsa, başqa bıçaqdan istifadə
edin. Yağı, mürəbbəni və ya cemi əvvəlcə qarşınızdakı
desert boşqaba qoyub sonra çörəyə çəksəniz yaxşıdır.
Pendiri, halal kolbasanı boşqabınıza çəngəllə qoyub
çəngəl-bıçaqla yeyin.
Pendiri
süfrəyə
verməzdən
qabaq
bükücü
materiallardan təmizləmək və doğramaq lazımdır.
Pendiri xüsusi çəngəllə götürüb boşqaba qoyurlar.
Oradan da pendiri çörək diliminə bıçaqla çəkirlər.
Kolbasanı süfrəyə verməzdən qabaq qabığını
təmizləyir, dilimlərə
doğrayırlar. Əgər kolbasa
təmizlənmədən stola verilmişsə, qarşınızdakı boşqabda
çəngəllə kolbasanı tutaraq bıçaqla qabığını kəsib kənar
etmək lazımdır. Təbii bağırsaqlarda hazırlanmış nazik
qabıqlı sosiska və ovçu kolbasasının qabığı soyulmur.
Qaraciyər paştetini çəngəl və ya çay qaşığı ilə
yeyirlər.
Bütün konservlərdən fərqli olaraq qara kürünü
süfrəyə bankada da vermək olar. Çörək diliminə
346
əvvəlcə nazik kərə yağı, sonra limon şirəsi ilə
isladılmış bıçaqla kürü çəkmək lazımdır.
Kompotu süfrəyə xüsusi kompot qablarında, badə-
lərdə və ya stəkanlarda verirlər. Əgər kompot üçün
stola əvvəlcədən qaşıq qoyulmayıbsa, kompotla birlik-
də nəlbəkiyə qoyub verirlər. Kompotdan meyvələrin
tumunu ağızdan ehmalca qaşığa, oradan da nəlbəkiyə
qoyurlar. Kompotla dolu stəkan və ya piyalə sol əllə
tutulmalıdır. Kompotun şirəsini birbaşa içmək olar.
Tort və piroq süfrəyə doğranmış halda verilir. Tort
tikələrini öz boşqabınıza qoyub desert qaşıqla,
pirojnaları xüsusi çəngəllə yeyin. Tez ovulan quru
pirojnaları əllə götürüb yemək olar.
Peçenyeni tikə-tikə sındıraraq yeməli. Çox yağlı
və kiçik peçenyelər pirojna çəngəli ilə yeyilir.
Çayı tələsmədən, kiçik udumlarla içmək lazımdır.
Çayı çox soyutmaq məsləhət görülmür, çünki soyuq
çay dadsız olur. Çay stoluna müxtəlif mürəbbə, konfet,
peçenye, tort, qoz və fındıq qoymaq olar. Çay və qəhvə
süfrəsini ət və balıq xörəkləri və qəlyanaltılarla
doldurmaq olmaz. Təzə meyvələri süfrəyə verməzdən
əvvəl yaxşı yuyub səliqə ilə vazalara yığırlar. Alma və
armudu boşqabda 4 və ya 8 dilimə bölüb, özəyini
çıxarır və yaxud qabığını soyur və dilimləyib yeyirlər.
Gavalını əllə yarı bölüb çəyirdəyini çıxarırlar.
Xırda gavalını barmaqla sıxıb partladır, bıçaqla
çəyirdəyini kənar edirlər. Albalının, gilasın və üzümün
tumunu, həmçinin qalınqabıq üzümün qabığını nəzərə
çarpmadan çıxarıb boşqabın bir qırağına qoyurlar.
Gilas və albalını süfrəyə saplaqlı, hətta bir neçə
yarpaqla birlikdə verdikdə gözəl görünür.
Portağalı sol əllə tutub qabığını 6-8 dilimə bölür
Dostları ilə paylaş: |