340
isə rəqs edir, kişilər papiros çəkmək üçün dəhlizə və ya
eyvana çıxa bilərlər.
Təzə, duza və sirkəyə qoyulmuş tərəvəzlər stolda
saxlanılmaqla bütün qəlyanaltılar yığışdırılır. Əgər isti
xörəklər bir neçə çeşiddə hazırlanıbsa, onda əvvəlcə
balıq xörəyi, sonra ət xörəyi və nəhayət axırda plov
verilir. Lakin qidalı qəlyanaltıdan sonra plov və ya isti
xörək verilməsi daha yaxşıdır. Plovdan sonra dovğa
vermək məsləhətdir. Əgər xörək süfrəsindən sonra
desert süfrəsi açılması nəzərdə tutulursa, onda isti
xörəklərin sayı minimuma endirilir.
Desert yeməklər və isti içkilər verməzdən qabaq
stoldan
bütün
yemək
qalıqları
və
qab-qacaq
yığılmalıdır. Sonra stola tort, pirojna, konfet qoyulur
və yalnız bundan sonra isti içkilər (çay, qəhvə) verilir.
Əgər stol tam yığışdırılmayıbsa, desert üçün boşqablar
üst-üstə stolun bir tərəfinə qoyulur. Əsas yeməkdən
sonra stol tam yığışdırılmışsa, onda hər adama isti
içkinin sol tərəfindən bir kiçik boşqab qoyulur.
Desert kimi verilən xörəklər (kisel, kompot) stə-
kanlarda ağzı enli iri badələrdə, bəzi xörəklər (sucuq,
firni) xırda nimçələrdə verilir. Şirin xörəkləri qonaq-
lara sağ tərəfdən verirlər. Meyvələr təmiz yuyulub,
silinib iri vazalara yığılır. Alma, armud, üzüm və
gavalı qarışıq halda, portağal və naringi ayrıca vazada
süfrəyə qoyulur. Giləmeyvələri xırda boşqablarda və
kremankalarda (ayaqlı xırda dəmir vaza) verirlər.
Çiyələk, moruq və başqa giləmeyvələr toz-şəkərlə, süd
və qaymaqla verilə bilər. Bu zaman şəkər, süd və
qaymaq ayrıca qabda süfrəyə qoyulmalıdır.
Qəhvə və çay süfrəsinin hazırlanmasının da
özünəməxsus xüsusiyyətləri var. Qəhvə süfrəsinə
341
qonağı axşam saat 17-dən 19-a kimi, çay süfrəsinə isə
saat 20-yə qədər dəvət etmək olar. Stola zərif çalarlı
gülləri olan süfrə salınır. Qəhvə stolunu güllə və şam
yandırılmış şamdanla bəzəmək olar. Çay və qəhvə
süfrəsinə xırda buterbrod, piroq, biskvit, keks, tort,
peçenye, konfet, şirin badam, qoz, qovrulmuş fındıq və
yerfındığı, müxtəlif meyvə və giləmeyvələr qoyulur.
Süfrəyə həmçinin qutuda şokolad konfeti, şəkər kirşanı
ilə çiyələk, qaymaq və dondurma, çay yanında bal,
müxtəlif mürəbbələr, qəhvə yanında süd və qaymaq,
hər iki halda isə limon vermək olar.
Qəhvə içməzdən əvvəl qonaqlara isti qəlyanaltı və
ya salat təklif edilə bilər. Qəhvə süfrəsinə müxtəlif şirə-
lər, mineral su qoyulması məsləhətdir. Çay yanında isə
müxtəlif içlikli blinçiklər, qədaib (omlet) vermək olar.
Çay və qəhvə süfrəsinin servizləşdirilməsi menyu-
dan asılıdır. Hər adam üçün desert boşqab qoyulur.
Desert üçün bıçaq və çəngəl boşqabın yanına, meyvə
üçün priborlar isə boşqabın arxasına qoyulur. Zövqlə
qatlanmış kətan dəsmal boşqabın içinə və ya yanına
qoyulur. Çay stolunda samovar varsa, onu ev
sahibəsinin sol tərəfində yerləşdirirlər. Dəm çayniki və
nəlbəkili fincanlar samovarın yanına düzülür. Çay və
qəhvə süfrəsi arxasında ən çoxu 3 saat oturmaq olar.
Uşaq şənlikləri üçün ziyafət süfrəsi hazırlamaq
xüsusi diqqət tələb edir. Uşaqlar bayram süfrəsini,
xüsusən ad günü keçirməyi xoşlayırlar. Valideynlər ad
gününə uşağın xahişi ilə yoldaşlarından hansının
çağırılmasını soruşmalı və onların valideynlərinə xəbər
verməklə ad gününə dəvət etməlidirlər. Uşaqların ad
gününü günorta vaxtı keçirmək daha əlverişlidir.
Uşaqlar üçün ziyafət süfrəsinə güllü süfrə salınır.
342
Hər uşaq üçün süfrə arxasında ayrıca yer nəzərdə
tutulur. Boşqaba və ya onun arxasına uşağın (qonağın)
adı yazılmış kiçik vərəq qoyulur. Ad günü qeyd olunan
uşağın stolu lentlə bəzənir, çəngəl və ya çay qaşığına
qırmızı lent bağlamaq olar. Stola kiçik vazada gül
qoyulur. Otağı şarla və rəngli kağızlardan hazırlanmış
lentlərlə bəzəmək olar.
Uşaqlar üçün süfrəyə buterbrodlar, salat, yumurta,
xiyar və pomidordan hazırlanmış formalı qəlyanaltılar
verilir. Süfrəyə elə xörəklər verilməlidir ki, onları
bıçaq işlətmədən çəngəllə yemək mümkün olsun.
Uşaqların süfrəsində lazımi qədər şirə və sərinləşdirici
içkilər olmalıdır. Əsas yeməkdən sonra südlü kokteyl,
dondurma, meyvə-giləmeyvə və yaxud çayla şirniyyat
vermək olar. Tortun üstünə uşağın yaşı qədər şam
düzülüb süfrəyə verildikdə yandırılır. Əgər uşaqların
ad gününə yaşlılar da dəvət olunubsa, onlar üçün
ayrıca stol olmalıdır.
Uşaqlar kiçik yaşlarından qida qəbulu mədəniyyə-
tini və süfrə arxasında özünü aparmağı öyrənmə-
lidirlər. Əsas məsələ ondadır ki, uşaqlar yeməyi yaxşı
çeynəməli, səliqə ilə yeməyi, çörəyi kənara tökməmək
şərtilə aşxana priborlarından düzgün istifadə etməyi
bacarmalıdırlar. Uşaqlarda çörəyə qənaətcil münasibət
aşılanmalıdır. Çörəyi xırdalamağa, ovmağa, dişlənmiş
tikəni stolda yeməmiş saxlamağa icazə verilməməlidir.
Qonaq qəbul etməyi və onlar üçün menyu tərtib
etməyi də bacarmaq lazımdır. Bu işdə hər kəsin öz
təcrübəsi olur. Bayram və ziyafət süfrələri xüsusi
ciddiliklə hazırlanmalıdır. Müxtəlif xörəklərlə stolu
doldurmaq məsləhət görülmür. Xörəklərin sayı çox
olduqda onların hazırlanma miqdarı azaldılmalıdır. Bir
Dostları ilə paylaş: |