337
bın sağ tərəfinə tiyəsi qaba olmaqla bıçaq, ağzı yuxarı
xörək qaşığı qoyulur. Xörək qaşığının əl tutan yeri
(sapı) sağa olmaqla boşqabın arxasına da qoymaq olar.
Sol tərəfə dişləri yuxarı olmaqla çəngəl, ondan sonra
xörək üçün xırda boşqab yerləşdirilir. Şirin xörək üçün
qab nahar boşqabı ilə çarpaz sol tərəfə qoyulur. Desert
və çay qaşığını nahar boşqabından sağ tərəfə yerləş-
dirmək lazımdır. Duru xörək üçün dərin boşqabları üst-
üstə yığıb ev sahibəsi oturan yerə qoymaq daha
yaxşıdır. Çünki onun üçün şorba kasasından qonaqlara
yemək çəkmək asandır. Bunların yanına kiçik
abgərdən qoyulmalıdır. Stola duz, istiot, hər adam
üçün kətan parça və ya kağız dəsmal qoyulmalıdır.
Kətan parçadan dəsmal yelpik, konusvari və üçkünc
formada bükülüb çəngəllərin sol tərəfinə qoyulmalıdır.
Əgər kağız dəsmaldan istifadə olunacaqsa, onları
xüsusi qablar və ya stəkanlara səliqə ilə yerləşdirib
stolun bir tərəfinə və ya ortaya qoymaq olar.
Süfrəyə qab-qacaq düzüldükdən sonra su və şər-
bətlər üçün badələr düzülür. Süfrəyə mineral su bu-
tulkada, şərbətlər isə qrafinlərdə qoyulur. Çörək fal-fal
doğranıb çörək qabına yığılır, üstünə ağ dəsmal salınır.
Şam süfrəsi üçün stol səhər yeməyində olduğu
kimi hazırlanır. Əgər şam yeməyində çay və qəhvə
əvəzinə süd, qatıq, kefir, meyvə şirəsi veriləcəksə,
onda süfrəyə fincan əvəzinə stəkan qoyulur. Bütün süf-
rələr üçün qab-qacaq və aşxana priborları elə yer-
ləşdirilməlidir ki, sağ əllə istifadə olunanlar əsas boş-
qabın sağ tərəfində, sol əllə istifadə olunanlar isə sol
tərəfində olsun. Boşqabları stolun kənarlarından 2 sm
aralı yerləşdirmək lazımdır.
Ziyafət stolunu onun təyinatından asılı olaraq
338
müxtəlif cür hazırlamaq olar. Məsələn, ad günü üçün
nahar stolu, toy məclisi üçün, kiçik ziyafət üçün çay və
qəhvə stolu, gənclər üçün kokteyl süfrəsi və s.
Soyuq qəlyanaltı verməklə nahar süfrəsi ailədəki
müəyyən bir şənlik, ad günü və başqa səbəblərdən
təşkil olunur. Azərbaycanlılar, bir qayda olaraq, ad
günündə və ailə ziyafətlərində duru xörək vermirlər.
Plov yanında dovğa kasalarda, nazik çay stəkanlarında
və ya iri şorba kasalarında verilir. Ona görə də hər
adam üçün ayrıca dərin boşqab qoyulmur. Dovğanı
kiçik piyalələrə töküb plovdan sonra yeyirlər. Belə
güman edilir ki, turş qatıqdan göyərti əlavə edilməklə
hazırlanmış dovğa plovun həzminə və mənimsənil-
məsinə kömək edir.
Ziyafət stoluna təmiz, səliqə ilə ütülənmiş ağ süfrə
salınır. Süfrənin üstünə şəffaf polietilen pərdə salmaq
məsləhət deyil. Lakin müasir dövrdə süfrəyə ləkə düşüb
çirklənməməsi üçün bundan geniş istifadə edirlər.
Stola çox da iri olmayan vazada gül qoyulmalıdır.
Bu, stola təntənəli bayram əhval-ruhiyyəsi və yaraşıq
verir.
Stolu zövqlə servizləşdirmək lazımdır. Qonaqlar
üçün qab-qacaq və nahar priborları bir sıradan düzülür.
Hər adam üçün iri dayaz boşqab, onun üstündən də
qəlyanaltı üçün kiçik dayaz boşqab qoyulur. Əgər
ziyafət stoluna duru xörək verilməsi də nəzərdə
tutulursa, süfrəyə əvvəlcədən iri dayaz boşqabın içinə
dərin boşqab da qoyulmalıdır. Əgər 3 cür quru xörək
veriləcəksə, boşqabın sağ tərəfinə bıçaq və xörək
qaşığı, sol tərəfinə isə çəngəl qoyulur. Bir qaşıq və
çəngəl isə boşqabın arxasında yerləşdirilir. Dəsmal
üçkünc və ya konusvari bükülüb boşqaba qoyulur.
339
Dörd cür xörək veriləcəksə, əlavə olaraq bir bıçaq və
çəngəl (balıq xörəyi üçün) çarpaz şəkildə nimçənin
üstünə qoyulur. Əgər əsas xörəklərdən sonra süfrəyə
desert veriləcəksə, desert priborlarını süfrəni yığışdır-
dıqdan sonra (əsas yeməkdən sonra) düzmək lazımdır.
Nimçənin arxasında su və şərbət üçün stəkan və ya
badə qoyulur. Soyuq qəlyanaltılar, göyərti, duz və
istiot, sonradan verilən isti xörəklər süfrəyə elə düzül-
məlidir ki, süfrə arxasında oturan hər bir adam xoşuna
gələn yeməyi asanlıqla götürə bilsin. Hündür ayaqlı
vazalardakı yeməklər stolun mərkəzinə, yastıları isə
servizlərin yanına yerləşdirilir. Hər xörəyi paylamaq
üçün əlavə qaşıq qoyulmalıdır. Souslar onların müşa-
yiət etdikləri xörəklərlə birlikdə stola verilməlidir.
Süfrəyə bir neçə yerdə sümük və qalıqlar üçün boş
nimçələr və yastı külqabı qoyulur. Çörəyi fal-fal doğ-
rayıb qonaqlar stol arxasında oturandan sonra, daha
doğrusu yeməyə başlayanda gətirmək lazımdır. Gül və
meyvə vazalarını stolun uzunu boyu düzmək daha
yaxşıdır. Lakin süfrəni çox da basırıq etmək məsləhət
görülmür.
Hətta
soyuq
qəlyanaltıları
xörəklər
yeyildikcə süfrəyə vermək və boşalan qabları dərhal
yığışdırmaq lazımdır.
Xörəklərin verilməsinin və yeyilməsinin müəyyən
ardıcıllığı olmalıdır. Əvvəlcə balıqdan hazırlanmış
duzlu və az duzlu qəlyanaltılar verilir. Balıq qəlyanal-
tıları yeyildikdən sonra qəlyanaltı boşqabı dəyişdiril-
məlidir. Sonra ətdən və tərəvəzdən hazırlanmış
qəlyanaltılar və isti xörəklər verilir.
Ikinci isti xörək verilməzdən qabaq bir qədər
tənəffüs etmək yaxşıdır. Bu müddətdə ev sahibəsi stola
əl gəzdirir, artıq və boşalan qabları yığışdırır, qonaqlar
Dostları ilə paylaş: |