367
bunlardan qozmeyvəlilər, günəbaxan, paxlalılar zülalla
yanaşı yağla da zəngindir. Baxmayaraq ki, bu məh-
sullardakı yağ doymamış yağ turşuları ilə zəngin yağ-
lardır, onlar qidanın həzmini, xüsusən zülalların
mənimsənilməsini
ləngidir.
Ona
görə
də
bu
məhsullardan gündə 100 q-dan çox yeyilməməlidir və
əsasən tərkibi mikroelementlər və vitaminlərlə zəngin
olan göyərti, şalğam, yerkökü, kələm yarpağı, kahı ilə
birlikdə yeyilməlidir.
8. Heyvani zülalların (ət, balıq, quş, qaraciyər,
böyrək, süd, pendir, kəsmik) həzm olunması və
mənimsənilməsi orqanizmdə daha çox C vitamini
olmasını tələb edir. Odur ki, aşağıdakı qaydalara əməl
olunmalıdır.
8.1. Süd və kəsmik istisna olmaqla, heyvanat
məhsullarını həftədə 1-2 dəfə qəbul etmək lazımdır.
8.2. Əti tərkibi C vitamini ilə zəngin olan salatlarla
birlikdə yemək lazımdır.
8.3.
Tərəvəzləri həmişə zülallı qidadan 3 dəfə çox
yemək lazımdır.
Yadda saxlayın ki, C vitamininə gündəlik tələbi
ödəmək üçün 2 ədəd portağal, 1 ədəd limon və 1
stəkan alma şirəsi içmək kifayətdir.
9. Turşudulmuş süd (qatıq, kefir) və kəsmik hər
gün qəbul edilməlidir. Onları ayrıca və ya azacıq bitki
yağı əlavə etməklə yemək olar. Turşudulmuş süd məh-
sullarının pəhrizi və müalicəvi əhəmiyyəti də vardır.
Bu məhsullardakı süd turşusu mədə-bağırsaqda olan
çürüdücü mikroorqanizmləri məhv edir.
10. Mikroelementlər və vitaminlər meyvə-tərə-
vəzin tərkibində, təbii halda daha yaxşı mənimsənilir.
11. Bişirilmiş, qızardılmış və pörtülmüş tərəvəzlər
368
də ət kimi orqanizmə ziyandır. Onlar turşuluğu artırır,
mədədə turşu-qələvi tarazlığını pozur və orqanizmdə
xəstəlik törədən mikroorqanizmlərin inkişaf etməsinə
kömək edən seliyin əmələ gəlməsinə səbəb olur.
Bişmiş məhsulların tərkibində vitaminlər və mikroele-
mentlər, fermentlər olmadığından insan orqanizmini
həyat enerjisi ilə təmin edə bilməz. Bütün süni
məhsullarda, tibbi preparatlarda fermentlər yoxdur.
Fermentsiz isə həyat ola bilməz.
12. Dərmanları, süni preparatları, sintetik qida
əlavələrini yalnız məcburi hallarda qida rasionuna
əlavə etmək olar.
Beləliklə, səmərəli qidalanmada son illərin elmi
nəaliyyətlərinə əsasən yuxarıda qeyd edilən şərtlərə
əməl olunarsa, insan özünü həmişə sağlam, gümrah
hiss edər və iş qabiliyyəti artar. Çünki sağlam və
səmərəli qidalanma həyatın əsas amilidir.
Azərbaycan uzun ömürlülər diyarıdır. Alimlər
bunu ilk növbədə əlverişli iqlim şəraiti, xalqın həyat
tərzi və hər şeydən əvvəl sağlam və zəngin tərkibli
qida məhsulları və səmərəli qidalanma ilə izah edirlər.
Bütün
bunlar
insanın
həyat
fəaliyyətinə,
iş
qabiliyyətinə
müsbət
təsir
edən
və
ələlxüsus
uzunömürlülüyü müəyyən edən amillərdir.
369
SÖZ SONU
Kitabda qida məhsulları və qidalanma haqqında
islami dəyərlərdən, “Qurani-Kərim”-də qida məhsulla-
rına aid buyurulan ayələrdən, Peyğəmbərimizin (s.ə.v.)
və imamların hədislərindən, bu sahədə dəyərli əsərlər
yazan müəlliflərin məlumatlarından geniş, səmərəli və
yaradıcılıqla istifadə olunmuşdur.
Kitabın
yazılmasında
“Qurani-Kərim”-in 41
surəsinin 128 ayəsində mövzuya aid Allah kəlamlarına
istinad edilmiş və kitabın müvafiq bölmələrində yazılı
olaraq təfsir olunmuşdur.
Burada əsas qida məhsulları, qida maddələri
haqqında qısa məlumat verilməklə, müsəlmanın
qidasında istifadə olunan məhsulların halal və haram
olması Quran ayələri əsasında yazılmışdır. Müsəlman
gündəlik qidasında Allahın buyurduğu “Ey insanlar!
Yer üzündəki Ģeylərin təmiz, halal olanlarını
yeyin…” ayəsini əsas tutmalıdır. Donuz əti, Allahdan
başqasının adına kəsilən heyvanlar, leş, ölü heyvan,
qan, spirtli içkilər (sərxoşluq verən hər şey), narkotik
maddələr və digər insan orqanizminə zərərli olan
məhsullar müsəlman üçün haram sayılır.
“Susuz həyat yoxdur” başlığı ilə yazılan
məlumatlardan göründüyü kimi, insan gün ərzində
bütün qidalarla 2800-3000 ml su qəbul etməlidir və
bunun 1000-1200 ml-ni su, çay və digər spirtsiz içkilər
təşkil etməlidir. Bu bölmədə canlı suyun istifadə
olunması, su və inanclar, “Qurani-Kərim”-dəki su
haqqında buyurlan (35 surənin 65 ayəsi) ayələr, zəm-
zəm suyu haqqında geniş məlumat verilmişdir.
Insanın qidasında anadan olduğu ilk gündən vacib
370
həyat məlhəmi sayılan süd haqqında islami fikirlər hələ
14 əsr öncə “Qurani-Kərim”-in ayələrində deyilmişdir.
Kitabda südün təkamülü, ana südünün möcüzəsi və
körpə uşaqların qidasında fizioloji, bioloji və müalicəvi
əhəmiyyəti, süd və süd məhsullarının kimyəvi tərkibi
və qidalılıq dəyəri və pəhrizi əhəmiyyəti haqqında elmi
cəhətdən əsaslandırılmış məlumatlar vardır.
Ət və balıq insan qidasında ən əhəmiyyətli və
əvəzedilməz məhsuldur. Fizioloji normaya əsasən
insan gündə ən azı 190-200 q ət, 50-55 q balıq
yeməlidir. Kitabda ət və balıq yeyilməsinin islami
şərtləri geniş izah edilmişdir. Burada halal və haram ət
məhsulları, toyuq və digər quş ətləri, yumurta və
dəyərli qida mənbəyi olan balıq haqqında islami
dəyərlər ətraflı şərh edilir.
Insanların qidalanmasında bitki mənşəli məhsul-
ların, o cümlədən taxıl bitkiləri, çörək, meyvə-tərəvəz
və onların emalı məhsullarının fizioloji əhəmiyyəti
vardır. Çünki bitkiçilik məhsullarının tərkibində insan
orqanizmində asan həzm olunan şəkərlər, üzvi turşular,
mineral maddələr, vitaminlər və digər bioloji fəal
maddələr vardır. Bu baxımdan kitabda Quran mey-
vələri, o cümlədən zeytun, xurma, əncir haqqında ma-
raqlı məlumatlar verilmişdir. Ayrı-ayrı meyvə-tərə-
vəzlərin yeyilməsi haqqındakı hədislər də oxuculara
əhəmiyyətli dərəcədə maraqlı olacaqdır.
Kitabda arı balı, onun əmələ gəlməsi, tərkibi,
müalicəvi əhəmiyyəti və balın insan orqanizminə
şəfası təsnifat şəklində oxuculara çatdırılır.
Xörək duzu, şəkər və sirkə haqqındakı məlumatlar,
yemək-içməyin ədəbi və bunlar haqqında hədislər
oxucuda maraq yaradan dəlillərdir.
Dostları ilə paylaş: |