359
Qidalanma rejiminin də öz növbəsində 4 prinsipi
vardır:
1. Günün eyni vaxtında qida qəbulu. Üç dəfə –
səhər saat 9-da, günorta saat 14-də və axşam saat 19-da
qida qəbul edilir.
2. Gün ərzində qidanın düzgün bölünməsi. Bu,
insanın həyat tərzindən, iş üslubundan və gündə neçə
dəfə qida qəbul etməsindən asılı olaraq miqdarca
bölünür.
3. Hər dəfə qida qəbulunda səmərəli qidalanmanın
təşkili. Başqa sözlə, çalışmaq lazımdır ki, səhər, nahar
və şam yeməyinin tərkibində zülal, karbohidrat, yağ,
mineral maddə və vitaminlər mütləq olsun. Bu baxım-
dan azərbaycanlılar səhər pendir, qaymaq, süd, yumur-
ta və s. məhsullarla qidalanırlar. Nahar və şam yeməyi
üçün ət, toyuq, balıq və süd məhsullarından, kartof,
tərəvəz əlavə etməklə qidalı xörəklər hazırlayırlar.
4. Qida payının gün ərzində fizioloji cəhətdən
bölünməsi. Qida qəbulu arasında müəyyən fasilənin
olması.
Səhər yeməyi – sutkalıq qidanın kalori cəhətdən
20-dən 30%-ə qədərini təşkil edir. Səhər çox dadlı
yeməklər – xörəklərdən nümrü qayqanaq, ballı qayqa-
naq, südlü düyü sıyığı, həlimaşı və s. bu kimi xörəklər
yemək, isti çay, kakao və qəhvə içmək yaxşıdır.
Ikinci qəlyanaltı və ya ikinci səhər yeməyi
sutkalıq qida payının 10-dan 25%-ə qədərini təşkil
edir. Bu zaman salat, buterbrot, çayla peçenye və s.
yemək olar.
Nahar – bir qayda olaraq sutkalıq qida payının
40-50%-ni təşkil edir. Iş günü qurtardıqdan sonra
nahar etmək məqsədəuyğundur. Naharda xörəkləri
360
aşağıdakı ardıcıllıqla yemək məsləhətdir: soyuq
qəlyanaltı, duru (sulu) isti xörək, quru (ikinci) isti
xörək və şirin təam.
Duru xörək ət, düyü, yarma və ya makarondan
hazırlandıqda, quru xörək ev və ov quşlarından, balıq-
dan hazırlanmalı, yanında tərəvəz və kartofdan qarnir
verilməlidir. Əksinə, duru xörək kartof və ya
tərəvəzdən hazırlandıqda quru xörək üçün yarma və
makarondan qarnir (löküt) verilməlidir.
Insan naharda quru xörək yedikdən sonra doyur,
lakin xörəklərdən sonra şirin təam yedikdə fizioloji
cəhətdən daha çox ləzzət almış olur. I.N.Pavlov bu
barədə yazır: “Qidaya tələb nəticəsində məmnuniyyətlə
başlanmış yemək, məmnuniyyətlə də qurtarmalıdır,
tələbin ödənilməsinə baxmayaraq bu tələbin son
obyekti özünə qətiyyən həzm işi tələb etməyən şəkər
olmalıdır”. Bu baxımdan hələ qədimdən Azərbaycanda
nahar və şam yeməyi şərbət və ya şirniyyatla başa
çatdırılır.
ġam yeməyi – yüngül olmalı və sutkalıq kalorinin
ən çoxu 15-20%-ni təşkil etməlidir. Şam yeməyi asan
həzm olunan və sinir sistemini oyatmayan karbohid-
ratlı-südlü yeməkdən ibarət olub yatmazdan ən azı 1,5-
2 saat əvvəl qəbul olunmalıdır.
A l t ı n c ı Ģ ə r t . Yeyinti məhsullarını qəbul
etdikdə, daşıdıqda, saxladıqda və bişirdikdə sanitariya
qaydalarına əməl etmək, qidanı zərərsizləşdirmək,
bununla da qida ilə zəhərlənmənin və infeksiyanın
qarşısının alınmasını təmin etmək. Bu prinsipə əməl
olunması əvvəla Azərbaycan kulinariyasında istifadə
olunan qab-qacaqdan başlanır.
361
Azərbaycanın milli xörəkləri qədimdən mis
qazanlarda hazırlanır. Indi yenə də Azərbaycanın bir
çox rayonlarında və kənd yerlərində xörəyi mis
qazanlarda bişirirlər. Bu zaman xörək daha dadlı olur.
Bəzi milli xörəkləri mis qazan olmadan hazırlamaq
mümkün deyildir. Keçmişdə olduğu kimi indi də mis
qazanları və qabları vaxtaşırı qalaylayırlar ki, xörəyə
və eləcə də orqanizmə həddindən artıq mis düşməsin.
Çünki qida məhsullarında misin miqdarı 5-8 mq/kq-
dan çox olmamalıdır, qalayın isə 120-150 mq/kq-a
qədər olmasına standart üzrə yol verilir.
Milli xörəklərin bir qismi, məsələn, piti aşxana və
restoranlarda xüsusi gil qablarda (piti qablarında)
bişirilir və onun içərisində də süfrəyə verilir.
Müasir dövrdə qidanın zərərsizləşdirilməsi böyük
əhəmiyyət kəsb edir. Ekoloji vəziyyətin pisləşməsi,
meyvə-tərəvəzin yetişdirilməsində gübrələrdən və
müxtəlif pestisidlərdən istifadə olunması onların
tərkibində nitratların və nitritlərin, ksenobiotiklərin
normadan çox olmasına səbəb olur. Bütün bunlar
müasir qidalanmada nəzərə alınmalıdır.
Y e d d i n c i Ģ ə r t . Qəbul olunmuş qida
insanda doyma hissi yaratmalıdır. Bu qidanın zəngin
tərkibə malik olmasından asılıdır. Lakin bəzən insan
lazımi qədər qida qəbul etməsinə baxmayaraq doymaq
bilmir. Bu, əsasən zülal və yağla kasıb olan xörəklə
qidalandıqda, eləcə də tələsik yedikdə müşahidə
olunur. Ona görə qəbul edilən qida aramla yeyilməli,
yaxşı çeynənməlidir.
Qida qəbulu səhər yeməyində 30-35 dəq, nahar
yeməyində 45-50 dəq, şam yeməyində 35-40 dəq
müddətində başa çatmalıdır. Qəlyanaltı və quru (ikinci)
362
xörəklər yeyildikdə arabir mineral su, spirtsiz içki,
meyvə şirəsi və kəmşirin şərbət içilməlidir. Uzun
müddət süfrə arxasında oturmaq, 3-4 saat müddətində
aramsız qida qəbulu orqanizm üçün ziyandır.
Yapon
alimlərinin
apardıqları
tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, uzunömürlülüyün
və sağlamlığın əsas sirri aşağıdakılardan ibarətdir:
1. Gündəlik qidada daha çox təzə tərəvəzin olması
və onların çiy şəkildə qəbulu. Daha çox yerkökü, kahı
və göyərti tərəvəzləri yemək məsləhət görülür.
2. Yağlar orqanizm üçün lazımdır, lakin daha çox
günəbaxan,
qarğıdalı
və
zeytun
yağı
yemək
məsləhətdir. Çünki həmin yağlarda polidoymamış yağ
turşuları daha çoxdur. Inək yağını (kərə yağını) isə
məhdud şəkildə, çox az yemək lazımdır. Ət və pendir
də çox az, minimum miqdarda yeyilməlidir.
3. Hər gün səhər gimnastikası ilə məşğul olmaq və
hər gün bir neçə saat şəhər kənarında, eləcə də ağac,
kol və ot çox olan parklarda gəzmək lazımdır.
4. Emosiyalara uymamaq, hər xırda şey üçün
hirslənməmək, həmişə gülərüz olmaqla, fərəh hissi ilə
yaşamaq lazımdır. Müəyyən edilmişdir ki, insan kədər-
ləndikdə, orqanizmin immun sistemi infeksion xəstəlik-
lərə qarşı müqavimət yaradan hüceyrələri əmələ gətirmir.
5. Insan normal şəraitdə və müddətdə yatmalıdır.
Yuxu ürəyin ritmini nizamlayır, arterial təzyiqi azaldır,
hormonal ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırır.
Yaralar da yuxuda yaxşı sağalır.
6. Yaşadığınız evin havasını tez-tez dəyişin, hətta
bir az soyuqdan üşümək orqanizm üçün xeyirlidir.
7. Az yeyin. 100 ildən çox yaşayan insanlar
həmişə az yemişlər, doymamış süfrədən qalxırlar.
Dostları ilə paylaş: |