323
gəmilərin dənizlərdə üzməsində, quruyan yer
üzünü Allahın göydən yağmur yağdıraraq yenidən
diriltməsində, cins-cins heyvanları onun hər
tərəfinə yaymasında, küləyin bir səmtdən baĢqa
səmtə əsməsində, göylə yer arasında (Allahın hikmət
və qüdrətinə dəlalət edən) əlamətlər vardır” (əl-
Bəqərə, 2/164).
Islamın meydana gəldiyi ilk dövrdən bu günə kimi
tacirlər həcc ziyarəti zamanı ticarət etməyin, onların
ziyarətinin səmimiliyinə və dualarının təmizliyinə,
xətər gətirəcəyinə şübhə edir, qorxudurlar və qorxurlar.
Bu barədə “Qurani-Kərim”-də buyurulur:
“(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə)
ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan
qayıdarkən MəĢərülhəramda Allahı xatırlayın. Sizi
doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua
edin), çünki siz bundan əvvəl (doğru yolu)
azanlardan idiniz!” (əl-Bəqərə, 2/198).
Lakin bu zaman (yəni Həcc ziyarəti zamanı)
Allahı unutmamalı, Onun ehkamlarını, yerinə yetirmək
vacibdir. Bu barədə “Qurani-Kərim”-də buyurulur:
“O kəslər ki, nə ticarət, nə alıĢ-veriĢ onları
Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat
verməkdən yayındırmaz. Onlar qəlblərin və
gözlərin haldan-hala düĢəcəyi (dəhşətdən ürəklərin
duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən
(qiyamət günündən) qorxarlar” (ən-Nur, 24/37).
Başqa ayələrdə buyurulur:
“Ey iman gətirənlər! QarĢılıqlı razılıqla edilən
alıĢ-veriĢ müstəsna olmaqla, bir-birinizin mallarını
haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və
özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarĢı
324
mərhəmətlidir” (ən-Nisa, 4/29).
“…Artıq sizə Rəbbinizdən aĢkar bir dəlil
(möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun.
Adamların mallarının dəyərini (və ya onların
haqqını) azaltmayın…” (əl-Əraf, 7/85).
“Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün
tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə
etibarılə daha yaxĢıdır!” (əl-Isra, 17/35).
Bu ayəti - kərimələrdən məlum olur ki, Rəbbimiz
insanlara ölçüdə və tərəzidə düz olmağı buyurmaqla
yanaşı, malların dəyərini və alıcıların haqqını
azaltmamağı da göstərir.
Belə rəvayət olunur ki, ulu Peyğəmbərimiz (s.ə.v)
bir gün bazarda dolaşarkən taxıl (buğda, arpa) satan
birinə rast gəlir. Taxıl xoşuna gəlir. Əlini taxıl kisəsi-
nin içinə soxub baxdıqda alt hissənin yaş odduğunu
hiss edir. “…Bu nə hal” deyə soruşur. Adam: Üzərinə
yağış yağdığından yaş olmuşdur. Bunun üzərinə
Həzrəti Peyğəmbər (s.ə.v.): “O yaş hissəni üstə qoy ki,
hər kəs görsün. Bizi aldadan bizdən deyildir”, buyurur.
Bu mənada 14 əsr öncə çox deyilib. Satıcılar
satdıqları malın həqiqi durumunu (keyfiyyətini)
alıcılara doğru-düzgün bəyan etməlidirlər.
Ulu Peyğəmbərimiz (s.ə.v.) bu xüsusda demişdir:
“Satıcılar doğru olub və satdıqları malın durumunu
olduğu kimi bəyan edərlərsə, satdıqlarının bərəkətini
görərlər. Doğruluqdan uzaq olarlarsa və malın
qüsurunu söyləməzlərsə, bir qazanc əldə etsələr belə,
satdıqlarından xeyir və bərəkət görməzlər”.
“Qurani-Kərim”-in ər-Rəhman surəsində buyuru-
lan Allah kəlamları həm dünyanın ədalət tərəzisindən
və həm də ticarətlə məşğul olanlara bir tövsiyə, göstə-
325
riş verilməklə insafı əldən verməmək məsləhət görülür.
Ayələrdə buyurulur:
“Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O
qoydu!”.
“Ona görə ki, çəkidə həddi aĢmayasınız (insafı
əldən verməyəsiniz)”.
“Tərəzini düz tutun, çəkini əksiltməyin! (Çəkidə
insaflı olun, tərəzini korlamayın!)” (ər-Rəhman, 55/7-9).
Ayələrdən məlum olduğu kimi, Allah-Təbarəkə-
Təala insanları hər sahədə ədalət tərəzisinə uyğun
hərəkət etməyi buyurmuşdur.
Peyğəmbərimizin
(s.ə.v.)
tacirlər
barədə
hədislərində deyilir: “Vicdanlı, doğru, düz və etibar
qazanmış tacirlər qiyamət günündə Allah yolunda
canını vermiş şəhidlərlə bir yerdə olacaqlar. Onlar
peyğəmbərlərlə, müqəddəs şəxslərlə birgə olacaqlar”.
Biz Ulu Peyğəmbərimizdən onun əshabələrinin bu
barədə söylədikləri hədislərə də nəzər salmaq istərdik.
Cabirdər (A.o.r.): Biz Peyğəmbər (s.ə.v.) ilə
namaz qılarkən, bir də baxıb gördük ki, Şamdan buğda
ilə yüklənmiş karvan gəldi. O saat qaçıb ona tərəf
getdilər. Peyğəmbərlə (s.ə.v.) on iki nəfərdən başqa
heç kim qalmadı. Bununla əlaqədar: “Bir ticarət və ya
bir əyləncə görən kimi o saat hər tərəfdən tökülüşüb
oraya yığışmayın!” - mənasını verən ayə nazil oldu.
Əbu Hureyrədən (A.o.r.): Peyğəmbər (s.ə.v.) buyur-
muşdur: “Bəşəriyyətin elə bir zamanı gələcək ki, insan
aldığının halal və ya haram (olduğuna) baxmayacaq”.
Doğrudan da bu günümüzdə marketlərdə satılan
çoxçeşidli ərzaq məhsullarının mənşəyinə, harada və
necə istehsal edildiyinə, halal və haram olduğuna
varmadan insanlar öz tələbatlarını ödəmək üçün malın
Dostları ilə paylaş: |