326
zahiri görünüşünə və keyfiyyətinə görə istənilən
məhsulları alıb istehlak edirlər. Insan hansı malı
(ərzağı) aldığını, nə vaxt, necə və nə yediyini bilməli
və daim buna özü nəzarət etməlidir.
Ticarət və alver haqqında kəlamlar
1.
Ticarət ilahi sözdür, onu sevməmək və ya ona
pis münasibət Allaha qarşı üsyan deməkdir. Düz ticarət
etməyənlər dünya malında boğulan, axirətdə isə
Cəhənnəm odunda yananlardır. Cəhənnəm isə ağır və
əzablı bir yer.
2.
Ən gözəl alış-veriş Allah yolunda olanıdır.
3.
Alverin ziyanını hesabla, gəliri onsuz da
sənindir.
4.
Hər bir satıcı bilməlidir ki, Allah onun ruzisini
alıcı ilə göndərir.
5.
Məcburi alver xalqı mənəviyyatdan, dövləti isə
xalqdan ayırar.
6.
Məcburi alver xalqın məhvinə və dövlətin
dağılmasına səbəb olar.
7.
Məcburi alverin səbəbi dövlətin xalqa xidmət
edə bilməməsidir.
8.
Məcburi alver insanı həm zəhmətdən, həm də
insanlıqdan məhrum edər.
9.
Məcburi alver cəmiyyəti əvvəl çobansız bir
sürüyə və sonra isə idarə olunmaz ilxıya çevirər.
10.
Xalqı məcburi alverə vadar etmək onu kölə
şəklinə salmaq və ya məhv etməkdir.
11.
Ruzimiz bizdən qabaq yaradılıb.
12.
Ruzini verən Allahdır, itirən bəndə.
13.
Ruzisini tərəzi gözündə axtaranlar imansızlardır.
327
ƏRZAQ MƏHSULLARININ QIDALILIQ
DƏYƏRI VƏ BALANSLAġDIRILMIġ
QIDA NORMALARI
Ərzaq mallarının qidalılıq dəyəri onların kimyəvi
tərkibi, enerjivermə qabiliyyəti və enerji verən maddə-
lərin həzmi ilə xarakterizə olunur. Məhsulda maddələr
mübadiləsi üçün bioloji cəhətdən vacib sayılan mad-
dələr (zülallar, yağlar, karbohidratlar, vitaminlər, mi-
neral maddələr və s.) nə qədər çox olursa, onun
qidalılıq dəyəri də bir o qədər yüksək hesab olunur.
Ayrı-ayrı ərzaq mallarının qidalılıq dəyəri eyni
deyildir. Bir çox məhsulların tərkibində bioloji cəhət-
dən vacib hesab olunan kompleks maddələr vardır.
Belə məhsullara yumurta, balıq kürüsü, ət, balıq, süd
və başqaları misal ola bilər. Şəkər, nişasta və patka
kimi məhsullar tərkibcə əsasən karbohidratlardan təşkil
olunduğundan, orqanizm üçün ancaq enerji dəyərinə
malikdirlər.
Toxumaların əmələ gəlməsində, sintezində və
maddələr mübadiləsində iştirak edən maddələr qidanın
bioloji dəyərini xarakterizə edir. Bir çox məhsullar
(ədviyyələr, tamlı qatmalar) isə enerji vermirlər. Ancaq
qida məhsuluna əlavə edilməklə onun dadını yaxşı-
laşdırır və asan mənimsənilməsinə səbəb olur.
Ərzaq məhsulları orqanizm üçün zərərsiz olmalıdır.
Onlarda ağır metal duzlarının, alkoloidlərin, bəzi
qlükozidlərin (insan səhhətinə zərərli dozada), zülalların
parçalanmasından əmələ gələn zəhərli maddələrin,
həmçinin ziyanlı mikroorqanizmlərin və ya onların
həyat fəaliyyəti məhsullarının olmasına icazə verilmir.
328
Insan öz yaşayışı prosesində enerji sərf edir və
bunun miqdarı insanın yaşından, orqanizmin fizioloji
vəziyyətindən, əməyinin xarakterindən, yaşadığı yerin
iqlim şəraitindən və s. asılı olur. Enerji isə karbohid-
ratların, yağların, zülalların və müəyyən miqdarda
turşuların oksidləşməsi nəticəsində əmələ gəlir. Ona
görə də insan orqanizminin sutkada sərf etdiyi enerji
məlum olmalıdır ki, vaxtında onun ehtiyatını bərpa
etmək mümkün olsun.
Enerji almaq məqsədilə insan orqanizminə lazım
olan maddələr qida vasitəsilə qəbul olunur. Eyni
zamanda qida maddələri orqanizmdə toxumaların və
orqanların tərkib maddələrinin yeniləşməsi, boy inki-
şafı və bədənin kütləsinin artması üçün də lazımdır. Bu
baxımdan qida insanın yaşayışı və onun iş qabiliyyəti
üçün lazım olan optimal şəraiti təmin etməlidir.
Müasir şəraitdə kifayət miqdarda yüksək keyfiy-
yətli ərzaq mallarının olması, balanslaşdırılmış qida-
lanmanı təşkil etməyə imkan verir. Balanslaşdırılmış
qidalanma dedikdə, orqanizmdə toxumaların yeniləş-
məsi, enerji sərfinin təmin olunması üçün tərkibində
bütün maddələri, o cümlədən çoxlu miqdarda mübadilə
prosesində nizamlayıcı kimi iştirak edən maddələri
olan məhsullarla vaxtlı-vaxtında təmin olunması başa
düşülür. Bu zaman qida maddələri biri digəri ilə
normal nisbətdə olmalıdır. Ümumiyyətlə, balanslaşdı-
rılmış qidalanma zamanı 56 addan artıq əvəzolunmaz
komponentlərin olması vacibdir.
Balanslaşdırılmış qidalanma eyni zamanda müəy-
yən rejim (gün ərzində qida qəbulunun bölgüsü, qida
məhsulunun lazım olan temperaturda olması və s.)
tələb edir.
329
Balanslaşdırılmış qidalanma zamanı orqanizmə
lazım olan zülal, yağ və karbohidratların miqdarı 1:1:4
nisbətində olmalıdır. Ağır əməklə məşğul olanlar üçün
bu 1:1:5 nisbətində ola bilər. Balanslaşdırılmış qida-
lanma zamanı müxtəlif peşə adamları üçün lazım olan
zülalın, yağın və karbohidratların miqdarı müxtəlifdir.
Qidalanma zamanı zülalın, yağın və karbohidrat-
ların təbiəti vacib əhəmiyyətə malikdir. Orqanizmə
lazım olan gündəlik enerjinin 15%-i zülalların, 30%-i
yağların və 50%-dən çoxu isə karbohidratların payına
düşməlidir. Eyni zamanda zülallar üzrə enerjinin 50%-i
heyvanat zülallarının, yağların verəcəyi enerjinin isə
60%-i bitki yağlarının hesabına yaranmalıdır. Karbo-
hidratlar üzrə lazım olan enerjinin 75%-i nişastanın,
20%-i şəkərlərin, 3%-i pektinli maddələrin və 2%-i isə
sellülozanın payına düşməlidir.
Əmək fəaliyyəti prosesində enerji sərfi, bilavasitə
insanın məşğul olduğu işin xarakterindən asılıdır.
Rusiya TEA-nın Qidalanma Institutunun məluma-
tına görə müxtəlif əməklə məşğul olan adamların gün-
dəlik enerji sərfi təxminən 1 saylı cədvəldəki kimidir.
Cədvəl 1. Əməyin xarakterindən asılı olaraq
gündəlik enerji sərfi
(kkal/kCoul)
1.
Fiziki əməklə əlaqəsi olmayan peşə
sahibləri üçün
3000-3200/12570-
13468
2.
Mexanikləşdirilmiş əməklə məşğul
olan peşə sahibləri üçün
3500/14668
3.
Mexanikləşdirilməmiş və ya qismən
mexanikləşdirilmiş əməklə məşğul
olan peşə sahibləri üçün
4000/16760
4.
Mexanikləşdirilməmiş ağır əməklə
məşğul olan peşə sahibləri üçün
4500-5000/18855-
20950
Dostları ilə paylaş: |