Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə80/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   76   77   78   79   80   81   82   83   ...   99

 
301 
dininin  sərxoşluq  və  spirtli  içkilərin  zərər  –  ziyanı 
haqqında 
etdiyi 
xəbərdarlıqlar 
insan 
həyatının 
sağlamlığında  çox  əhəmiyyətlidir.  Öz  vaxtında  İbn-
Sina şərab haqqında belə demişdir. 
Şərab sərxoşun düşməni, mötədilin dostudur. 
Az miqdarda zəhərə çarə, çox miqdarda zəhərdir. 
Ata məşvərəti kimi acı, Ata öyüdü kimi faydalıdır. 
Ağıllıya icazə, səfehlərə qadağandır. 
Təkcə  islam  dini deyil, bütün  səmavi  dinlər Allah 
Təbarəkə  Təala  tərəfindən  göndərilən  peyğəmbərlər, 
alimlər  və  həkimlər  spirtli  içkiləri  pisləyib  insanı 
ondan  çəkindirmişlər.  İçki  ağlın  düşmənidir.  Hansı 
ağıllı insan öz ağlını öz əli ilə puç edər? İnsanın böyük 
məziyyəti onun ağlıdır, insan bu qüvvəni və məziyyəti 
əldən verdikdə öz insanlığını itirir və hətta heyvandan 
da  alçaq  mərtəbəyə  enir.  Sərxoş  olanlar  nəinki  öz 
sağlamlıqlarını,  əxlaq  və  ağıllarını  da  pozurlar,  hətta 
başqalarına da təhlükəli olurlar.  
Müqəddəs kitabımızda sərxoş edən içkilər, qumar 
və  digər  şeytan  fitnə  -  fəsadlarına  aid  olan  buyruqlar 
çoxdur. “Qurani Kərim” –də bu barədə 11 surədə və 20 
ayədə  Allah  kəlamları  vardır.  Bunlar  dünyada  və 
axirətdə  insanların  varlığına  və  ruhuna  təsir  edən  əks 
amillərdir.  Şərab  və  qumar  haqqında  olan  ayələr 
müxtəlif  vaxtlarda  nazil  olmuşdur.  Bu  barədə  bir  çox 
kitablarda və risalələrdə bəzi yazılara rast gəlmək olar. 
Həmin  ayələr  Muhəmməd  Peyğəmbərə  (s.ə.v.)  onun 
peyğəmbərliyi dövründə (23 il ərzində) nazil olmuşdur. 
Bu  mənada  əsasən  şərab  nəzərdə  tutulur.  Ərəbcə 
“sakar”  və  ya  “şakar”  hərfi  mənada  sərxoş  edən  içki 
kimi  tərcümə  olunur.  Bu  haqda  birinci  ayə  Məkkədə 
nazil  olmuşdur,  lakin  şərab  içməkdən  çəkindirmək 


 
302 
haqqında  ayə  Mədinədə  nazil  olunub.  Ona  görə  də 
şərabın  haram  edilməsini  daha  dəqiq  bilmək  üçün  bu 
barədə  nazil  olunan  ayələri  xronoloji  qaydada  izah 
etmək vacibdir. 
“Siz  xurma  ağaclarının  meyvəsindən  və 
üzümlərdən Ģərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, 
mövüc,  bəhməz,  quru  xurma  və  s.)  düzəldirsiniz. 
ġübhəsiz  ki,  bunda  da  ağılla  düĢünənlər  üçün  bir 
ibrət vardır.” (ən – Nəhl, 16/67). 
Qeyd  etmək  lazımdır  ki,  bu  ayə  içki  haram 
edilməzdən əvvəl Məkkədə nazil olub. 
Bu ayə Məkkədə nazil olmuşdur və ayənin mənası 
ondadır  ki,  üzümün  emalından  alınan  və  insanları 
sərxoş edən şərab onu içməyi bacaranlar üçün nəzərdə 
tutulur.  Bəs  onu  içməyin  həddini  kim  bilir?  Bunun 
həddini  hamı  bilməlidir.  Artıq  əl  –  Bəqərə  surəsində 
Muhəmməd  Peyğəmbərdən  (s.ə.v.)  şərab  haqqında 
soruşduqda Allahın belə buyurduğunu demişdir:  
(Ya Muhamməd!) Səndən içki və qumar (meysir) 
haqqında sual edənlərə söylə: “Onlarda həm böyük 
günah,  həm  də  insanlar  üçün  mənfəət  (dünya 
mənfəəti)  vardır.  Lakin  günahları  mənfəətlərindən 
daha böyükdür”! ...(əl – Bəqərə, 2/219).  
Bu surə  Mədinədə nazil olmuşdur və  qeyd olunur 
ki, şərab içməkdə xeyrdən çox, günah var. Bəs nə üçün 
şərabın  içilməsi  birdəfəlik  qadağan  edilmirdi?  İş 
burasındadır  ki,  “Qurani  Kərim”  nazil  olana  qədər 
insanlarda şərab içməyə və qumar oynamağa meyillilik 
vardı. “Qurani Kərim” -in hikməti hər işdə tədricilik və 
ardıcıllıq  (məntiqlik)  göstərilməklə  daimiliyə  nail 
olmağa  çağırışdır.  Əgər  bu  və  ya  digər  iş  qədim 
dövrdən mövcud olmaqla ictimai ənənələrə, adətlərə və 


 
303 
qaydalara  toxunursa,  onların  dəyişdirilməsinə  və  ya 
qadağan edilməsinə ehtiyatlı olmaq lazımdır. Ona görə 
də  şərab  haqqında  olan  Allah  kəlamlarını  insanlara 
incəliklə  anlatmağa  çağırılır.  Ayədə  deyildiyi  kimi 
şərabda  xeyirdən  çox  ziyan  (günah)  var.  Məhz  buna 
görə də Yaradan öz buyruğunu, onun fikrini insanların 
dərk etməsini istəmişdir.  
“Allah  istər  ki,  üzərinizdə  olanı  (ağırlığı) 
yüngülləĢdirsin, çünki insan (şəhvətini cilovlamaq və 
itaətin 
çətinliyinə 
dözmək 
baxımından) 
zəif 
yaradılmıĢdır”. (ən – Nisa, 4/28). 
Ən  –  Nisa  surəsində  deyilir  ki,  insan  çox  zərif 
yaranıb.  Buradan  aydın  olur  ki,  insanın  ruhu  ilə  onun 
fiziki  hissiyyatı  arasında  münaqişə  yaranır.  Nəticədə 
insan  şərab  içməyə  meyl  edir.  Şərab  içdikdən  sonra 
başı  dumanlanır  və  sərxoş  olur.  Nəticədə  insanın 
zəifliyi aşkar təzahür edir. Elə ona görə də insan sərxoş 
vaxtı  Yaradana  müraciət  etməsin  deyə  xüsusi  ayədə 
vurğulanmışdır.  
“Ey  iman  gətirənlər!  SərxoĢ  ikən  nə  dediyinizi 
anlamayana  qədər  və  cunub  (murdar)  olduğunuz 
zaman – yol ötən müsafirlər müstəsnadır- qüsl edə-
nədək  namaza  (namaz  qılınan  yerə)  yaxınlaĢmayın. 
Xəstələndikdə  və  ya  səfərdə  olduqda,  sizlərdən  biri 
ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuĢ 
(yaxınlıq  etmiş)  olduqda  (qüsl  və  dəstamaz  üçün)  su 
tapmadığınız  zaman  pak  bir  torpaqla  təyəmmüm 
edin,  (ovuclarınızı)  üzünüzə  və  əllərinizə  sürtün! 
ġübhəsiz ki, Allah əfv edəndir, bağıĢlayandır!” (ən – 
Nisa, 4/43). 
Görüldüyü  kimi,  “Qurani-Kərim”  necə  ehtiyatla, 
ardıcıllıqla  şərabdan  imtina  etməyə  çağırır.  Lakin 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə