64 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
təd birlərdən birində söhbətə qoşulub deyir: “Bilirsiniz ki, Ha-
cı Allahşükür Paşazadəyə qədər Qafqazın on bir şeyxülislamı
olub”. O, bütün şeyxülislamların adlarını bir-bir çəkir və Şə kə vi-
dən başqa hamısının adının əvvəlində “Axund” titulunu iş lə dir.
44
R.Hüseynli isə ХХ əsrin əvvəllərinin məşhur şəriət müəl-
lim lərinin adlarını sadalayarkən bu böyük insanın, mütəfəkkir
və alimin adını Axund Hacı Məhəmmədhəsən Şəkuyi kimi təq-
dim edir.
45
Sovet hakimiyyəti qurulandan sonra ərəb, fars və türk dil lə-
rini, Şərq ədəbiyyatı və tarixini, İslamı dərindən bilən Şeyx Möv-
la zadə Şəkəvi tərcümələrinə görə də dini işlərdən uzaqlaşdırılır.
Bolşevik hökuməti onun zəngin kitabxanası və əlyazmalarını
yandırır, lakin əhali arasında çox güclü nüfuza malik olduğuna
görə ona toxunmağa cürət etmir.
Alim 1932-ci ildə 79 yaşında öz əcəli ilə Tiflisdə vəfat etmiş
və müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
46
Şeyxülislam Axund Məhəmmədhəsən Mövlazadə
Şəkəvinin elmi yaradıcılığı
Şeyxülislam Axund Hacı Məhəmmədhəsən Mövlazadə Şə-
kə vi öz yaradıcılığı ilə Azərbaycan elmində özünəməxsus bir iz
qoymuşdur. Mənbələrdə onun yaradıcılığı haqqında da dolaşıq
mə sələlər özünə yer tapmaqdadır.
Müəlliflər göstərirlər ki, 1891-ci ildə Mövlazadənin fars di-
lin də tərtib etdiyi Hicri və Miladi təqvimi nəşr edilmişdir. О,
elm və maarifin himayəçisi olmuş, bütün soydaşlarını savadlan-
mağa çağırmışdır. Onun müsəlmanların təhsil və inkişafı mə-
sə lələrindən söhbət açan “Elmin imanları”, “İndi isə diqqət və
bacarıq” məqalələrində azadlıq və istiqlaliyyət tələbləri də incə
ştrixlərlə ön sıraya çəkilmişdir. Məqalələr geniş əks-səda doğur-
muş, hətta fransız şərqşünası və dilçisi Lusyon Buvanın “Jurnal
Az yatik”də bu məqalələr barədə geniş təhlili nəşr olunmuşdur.
44
Təlafi Əliəkbər. Quranın fəzilətləri. səh. 450.
45
Xəlilov Aydın. Görkəmli İslam tarixçisi. “İslam dünyası” qəzeti, 185.
46
Manaflı Həbibulla. Öyünc və güvənc qaynağı. səh. 217.