ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 71
İlahi Kitabı adicə bədii əsəri tərcümə edən kimi çevirmək
mümkün olmayan bir işdir. Buna görə də Quranın tərcümələri
əslində çox uğursuz iş kimi qiymətləndirilə bilər. “Zira Quran
yalnız mənası ilə deyil, kəlmələri yapan hərflərin, kəlmələrin
cümlədəki düzəlişi və bu düzəlişdən doğan ahəng ilə bütün ola-
raq bir möcüzədir… Tərcümə əslin yerini tutan sözdür. Heç bir
tər cümə Quranın əslini tutmaz, Quranın bütün ecaz yerlərini
yansıtamaz. Çünki Quran vəhydir… Bütün İslam alimləri Qura-
nın eynən tərcüməsinin mümkün olmadığı və tərcüməyə Quran
deyilməyəcəyi xüsusunda ittifaq halındadırlar”.
61
Həqiqətən də Qurani-Kərim tərcümədə işlədilən resipient
di lin sözlərinin özünü də izah etmədən çevrilə bilməz. Demək,
Quranın tərcüməsi anlayışı özü yanlışdır – fiksiyadır. Buna gö-
rə də tarixən çevrilmələrə Quranın təfsir-tərcüməsi, yaxud tər-
cümə-təfsiri demək daha münasibdir. Zənn edirik ki, təfsir-tər-
cümə zamanı Quranın orijinal, əsl mətninin də verilməsi vacib
de yildir. Belə ki, Qurani-Kərimin 1991-ci ildə аkademiklər –
Z.М.Bünyadov və V.М.Məmmədəliyev tərəfindən Azərbaycan
di linə çevrilmiş mətni məhz tərcümə-təfsir adlandırılmalıdır:
bu rada
əsl mətn yoxdur, onun izahlı tərcüməsi vardır.
Mətnin özünü verərək, hər ayənin və ya seçilmiş ifadənin qar-
şısında tərcümə-təfsirini təqdim etmək üsuluna, fərqləndirmək
üçün, türklərdə olduğu kimi, “məal” və ya “məallı təfsir” demək
olar. Həm də nəzərə almaq olar ki, türk dünyasında ümumiyyətlə
məallı təfsirlər yazılmış və bu termin məşhurlaşmışdır. Məsələn,
Elmalılı Məhəmməd Həmdi Yazarın “Haqq dini Quran dili
türkcə məallı təfsiri”, Fikri Yavuzun “Qurani-Kərim və Məali-
alisi və Təfsiri” kimi əsərlərində həmin termin işlədilmişdir.
62
“Mü səlmanların Allahından başqa heç bir allah – o cümlədən rusların boqu – yox-
dur”) şəklində verilməsinə diqqət yetirmək kifayətdir. Bütün səmavi dinlərin əsas
pos tulatı sayılan “Allahdan başqa heç bir ilahi qüvvə yoxdur” anlayışı akademikin
in terpretasiyasında nədənsə təhrif edilmiş və rusdilli oxucuda islamofobiya meyl lə-
rinin yaradılmasına yönəlmişdir.
61
Şahlar Şərifov. Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kita-
bul-bəyan fi təfsiril-Quran” əsəri. nam. dis. işi, səh. 35.
62
Həmin mənbə.