Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə23/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   19   20   21   22   23   24   25   26   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              69
dın və anlaşıqlı olan, amma bu gün qəliz və qəribə səslənən ərəb 
və fars ifadələri tez-tez işlədilir, bu isə həmin tərcümələri müasir 
oxucu üçün bəzən anlaşılmaz edir”.
54
Bəzi tədqiqatçılar alimin “Kitabul-bəyan fi təfsiril-Quran” 
əsərini  tərcümə  adlandırırlar.  Müəllif  özü  də  əsərin  1908-ci 
ildəki ilk nəşrində özünü mütərcim kimi təqdim etmiş
55
, 2001-ci 
il Bakı nəşrində də “mütərcim” sözü olduğu kimi saxlanmışdır. 
Məsələ burasındadır ki, Tiflis nəşri həyata keçirilən dövrdə 
ilahiyyat elmində “tərcümə” və “təfsir” terminləri hələ öz yeri-
ni dəqiqləşdirməmiş, paralel şəkildə işlədilmişdir. Halbuki bi-
zim günlərimizdə bu iki anlayış bir-birindən seçilir. Yeni nəşrdə 
əsərin  adındakı  “təfsir”  sözünə  istinad  etmək  olardı.  Deməli, 
əslində  “Kitabul-bəyan  fi  təfsiril-Quran”  əsəri  tərcümə  deyil, 
təf sir, Mövlazadə Şəkəvi isə “mütərcim” deyil, müfəssirdir. 
Bəzən  Mir  Məhəmmədkərim  ağanın  “Kəşful-həqayiq”ini 
və  Şeyxülislam  Məhəmmədhəsən  Mövlazadənin  “Kitabul-bə-
yan”ını  “tərcümə-təfsir”  termini  ilə  əlaqələndirirlər.  Bəs  tər-
cümə-təfsir nə deməkdir?
Qurani-Kərimin tərcüməsi ilə bağlı əsrlər boyu mübahisəli 
fikirlər irəli sürülmüş və hətta onun başqa dillərə çevrilməsi qa-
dağan da olunmuşdu. Bu haqda professor Süleyman Atəş ya-
zır: “Ulu Allah dəfələrlə xatırladır: “Biz onu ərəbcə bir Quran 
olaraq endirdik ki, anlayasınız”
56
. Allah kəlamı ərəb soyundan 
çıxan bir Peyğəmbər (s) aracılığı ilə və ilk olaraq ərəb toplu-
mundan oluşan bir çevrəyə endiyindən onların anlamaları üçün 
ərəb dilində endirilmişdir. Fəqət, Həzrət Peyğəmbər (s) yalnız 
ərəblərə  deyil,  bütün  insanlığa  müjdələyici  və  uyarıcı  olaraq 
göndərilmişdir. Belə olduğuna görə onu yalnız ərəblərin oxuyub 
anlaması  yetməz.  Digər  insanların  da  onu  oxuyub  anlamaları 
gərəkdir. Qurani-Kərim Allahın insanlığa mesajıdır. Bu mesaj-
54 
Şeyxülislam Allahşükür Paşazadə. Qurani-Kərimin təfsiri və tərcüməsinin me to-
doloji əsasları. İslam araşdırmaları, səh. 261-262.
55 
Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi. Kitabul-bəyan fi təfsiril-Qu ran. 
səh. 3.
56 
“Yusif” surəsi, ayə. 2.


70                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
dakı əmirlərin yerinə yetirilə bilməsi üçün anlaşılması lazımdır. 
Mesajını anlamaq üçün də ərəbcə bilmək lazımdır. Hər fərdin 
ərəbcə bilməsi və öyrənməsi nə istənə bilər, nə də mümkündür. 
O halda Qurani-Kərimin anlamının başqa dillərə çevrilməsi la-
zımdır. Burada tərcümənin zərurəti ortaya çıxmaqdadır”.
57
Bunu əldə əsas tutaraq “Qurani-Kərim qədimdən bəri türk 
və fars dillərinə tərcümə edilmişdir. Quranın elm aləminə məlum 
olan ilk türkcə tərcüməsi XI yüzilliyə aiddir. 
Cığatay ləhcəsində olduğu güman edilən bu tərcümənin bir 
nüsxəsi Leninqrad Şərqşünaslıq İnstitutunun kitabxanasında, di-
gər nüsxəsi isə Mançesterdəki Rinaldz kitabxanasında saxlanılır. 
Allah kəlamının oğuz ləhcəsində olan natamam bir tərcüməsi 
Britaniya muzeyində, 1338-ci ildə Elxanilər üçün həmin ləhcədə 
Şirazda yazılmış başqa bir nüsxəsi isə Türkiyədədir. Hazırda türk 
dilində Quranın yüzə yaxın tərcüməsi və təfsiri mövcuddur.
58
Lakin belə terminlərin dəqiqləşdirilməsi də vacibdir, çünki 
“tərcümə”, “təfsir” və “tərcümə-təfsir” anlayışları bir-birindən 
fərqlənir. “Tərcümə bir sözü bir dildən başqa bir dilə nəql etmək 
deməkdir. Bir sözü bir dildən başqa bir dilə nəql edərkən əsl sö-
zün bütün özəlliklərini ifadə etməyə diqqət və etina göstərmək 
icabədir. Ədəbi bir sözü, bir şeiri bütün nüansları, bütün ayrıntı 
və özəllikləri ilə başqa bir dildə axtarmaq çox zordur. Hələ bu 
söz Allah kəlamı olursa, iş imkansız dönəcək bir duruma gəlir”.
59
Qurani-Kərimin Avropa dillərinə və rus dilinə tərcümələri 
əsas etibarilə hərfi tərcümə nümunəsidir. İ.Y.Kraçkovski Qurani-
Kərimi rus dilinə məhz hərfi tərcümə etməyə çalışmışdır. Lakin 
təcrübə  göstərmişdir  ki, Allah  kəlamının  başqa  dillərə  sadəcə 
tərcüməsi mümkün deyildir. Həmin rus aliminin tərcüməsi nə 
qədər bəyənilsə də qüsurlarla doludur və Qurani-Kərimin oriji-
nalını əks etdirməkdən uzaqdır.
60
 
57 
Atəş Süleyman. Kurani-Kerim ve yüce meali. səh. 12.
58 
Şahlar Şərifov. Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Ki ta-
bul-bəyan fi təfsiril-Quran” əsəri. nam. dis. işi, səh. 34.
59 
Həmin mənbə.
60 
Akademik Kraçkоvskinin tərcüməsində yalnız ﻻﮫﻟاﻻاﮫﻟﻟا “Нет божества кроме бо-
га”  tövhidinin  “Нет  бога  кроме  Ал лаха”  (“Allahdan  başqa Allah  yoxdur”,  yə ni 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              71
İlahi Kitabı adicə bədii əsəri tərcümə edən kimi çevirmək 
mümkün olmayan bir işdir. Buna görə də Quranın tərcümələri 
əslində çox uğursuz iş kimi qiymətləndirilə bilər. “Zira Quran 
yalnız  mənası  ilə  deyil,  kəlmələri  yapan  hərflərin,  kəlmələrin 
cümlədəki düzəlişi və bu düzəlişdən doğan ahəng ilə bütün ola-
raq bir möcüzədir… Tərcümə əslin yerini tutan sözdür. Heç bir 
tər cümə  Quranın  əslini  tutmaz,  Quranın  bütün  ecaz  yerlərini 
yansıtamaz. Çünki Quran vəhydir… Bütün İslam alimləri Qura-
nın eynən tərcüməsinin mümkün olmadığı və tərcüməyə Quran 
deyilməyəcəyi xüsusunda ittifaq halındadırlar”.
61
Həqiqətən  də  Qurani-Kərim  tərcümədə  işlədilən  resipient 
di lin sözlərinin özünü də izah etmədən çevrilə bilməz. Demək, 
Quranın tərcüməsi anlayışı özü yanlışdır – fiksiyadır. Buna gö-
rə də tarixən çevrilmələrə Quranın təfsir-tərcüməsi, yaxud tər-
cümə-təfsiri demək daha münasibdir. Zənn edirik ki, təfsir-tər-
cümə zamanı Quranın orijinal, əsl mətninin də verilməsi vacib 
de yildir.  Belə  ki,  Qurani-Kərimin  1991-ci  ildə  аkademiklər  – 
Z.М.Bünyadov və V.М.Məmmədəliyev tərəfindən Azərbaycan 
di linə  çevrilmiş  mətni  məhz  tərcümə-təfsir  adlandırılmalıdır: 
bu rada əsl mətn yoxdur, onun izahlı tərcüməsi vardır. 
Mətnin özünü verərək, hər ayənin və ya seçilmiş ifadənin qar-
şısında tərcümə-təfsirini təqdim etmək üsuluna, fərqləndirmək 
üçün, türklərdə olduğu kimi, “məal” və ya “məallı təfsir” demək 
olar. Həm də nəzərə almaq olar ki, türk dünyasında ümumiyyətlə 
məallı təfsirlər yazılmış və bu termin məşhurlaşmışdır. Məsələn, 
Elmalılı  Məhəmməd  Həmdi  Yazarın  “Haqq  dini  Quran  dili 
türkcə məallı təfsiri”, Fikri Yavuzun “Qurani-Kərim və Məali-
alisi və Təfsiri” kimi əsərlərində həmin termin işlədilmişdir.
62
 
“Mü  səlmanların Allahından başqa heç bir allah – o cümlədən rusların boqu – yox-
dur”) şəklində verilməsinə diqqət yetirmək kifayətdir. Bütün səmavi dinlərin əsas 
pos  tulatı sayılan “Allahdan başqa heç bir ilahi qüvvə yoxdur” anlayışı akademikin 
in terpretasiyasında nədənsə təhrif edilmiş və rusdilli oxucuda islamofobiya meyl lə-
rinin yaradılmasına yönəlmişdir.
61 
Şahlar Şərifov. Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kita-
bul-bəyan fi təfsiril-Quran” əsəri. nam. dis. işi, səh. 35.
62 
Həmin mənbə. 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə