Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə24/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   20   21   22   23   24   25   26   27   ...   83

72                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Bu  termini  qəbul  etsək  onda  Şeyxülislam  Məhəmmədhəsən 
Mövlazadənin “Kitabul-bəyan” əsərinin əslində “məallı təfsir” 
olduğu  haqqında  danışmaq  olar.  Çünki  Mövlazadə  Şəkəvi  də 
özünün əsərində həm Qurani-Kərimin mətnini ayəbəayə təqdim 
edir, həm də onların tərcümə-təfsirini verir. Beləliklə, Qurani-
Kərim indiyədək başqa dillərdə - 1. təfsir olunmuş, 2. uğursuz 
tər cümə edilmiş, 3. tərcümə-təfsir edilmiş, 4. məallı təfsir edil-
mişdir.
“Kitabul-bəyan”  həqiqətən  “tərcümə-təfsirdir”,  buna  görə 
də uğurlu əsər kimi qiymətləndirilir, lakin Quranın mətni bü-
töv lükdə təqdim edildiyi üçün ona “məallı təfsir” demək daha 
düz gündür.
Türkiyəli alim Əli Turqut “müfəssirlərin durum və tutumla-
rına görə” (daha dəqiq desək, mətnin məzmununa və təfsirin me-
toduna görə) indiyədək yazılmış təfsirlərin iki qismə bölündü-
yünü göstərir: rəvayət təfsirləri və dirayət təfsirləri.
Rəvayət təfsirləri ayətlərin yenə Qurandakı ayələrlə, Həzrət 
Pey ğəmbərin (s) və səhabənin sözləri ilə açıqlanmasıdır. Bu cür 
təf sir başlanğıcda rəvayətlə başlamış, Həzrət Peyğəmbərdən (s) 
səhabəyə, onlardan da tabiuna intiqal etmişdir. Daha sonra rə va-
yətlər toplanmış, təfsirlər tədvin edilmişdir. 
Təbərinin “Cameul-bəyan”, Əbulleys Səmərqəndinin “Təf-
sir”, əl-Vahidinin “əl-Vəciz fi təfsiril-Quranil-əziz”, əl-Bə ğavinin 
“Cəalimut-tənzil”,  İbn  Atiyyənin  “əl-Muhərrərul-Və ciz”,  İbn 
Kəsirin “Təfsirul-Quranil-azim”, Siyutinin “əd-Durrul-mən sur”, 
Cəmaləddin Qasiminin “Məhasinut-təvil” təfsirləri və s. rəvayət 
təfsirlərinə  aid  edilir.  Lakin  bu  təfsirlərdə  uydurma  xə bərlərin 
çoxluğu, israiliyyatın müdaxiləsi və istinadların ol ma ması
63
 on-
ların  zəif  cəhət  kimi  qiymətləndirilməsinə  səbəb  olur  və  elmi 
mahiyyətinə xələl gətirir.
Dirayət təfsirləri isə (ərəbcə ﺍﺭﺪﺔﻳ “bilik, elm, məlumatlılıq” 
deməkdir) “sadəcə rəvayətlə kifayətlənməyib, dil, ədəbiyyat, din 
və çeşidli bilgilərə dayanılaraq edilən təfsirlərdir. Genişlənən İs-
lam dünyasında ərəb olmayanlara ərəbcənin, dolayısı ilə Qura-
63 
Həmin mənbə, səh. 36; Turqut Ali. Tefsir üsulu ve kaynakları. səh. 236-250.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              73
nın öyrədilməsi ehtiyacı dirayət təfsirlərinin yazılmasına səbəb 
olmuşdur”.
64
 
Fəxrəddin  Razinin  “Məfatihul-ğeyb”  (“Təfsiri-Kəbir”), 
Qa zı  Beyzavinin  “Ənvarut-tənzil  və  əsrarut-təvil”,  Nəsəfinin 
“Mə darikut-tənzil  və  həqayiqut-təvil”,  əl-Xazinin  “Lubabut-
təvil fi məanit-tənzil”, Əbu Həyyanın “əl-Bəşrul-mühit”, Xətib 
Şir bininin  “əs-Siracul-munir”,  Əbussəud  əfəndinin  “İrşadul-
aqlis-səlim ila məzayeil-Quranil-Kərim”, əl-Musənnanın “Mə-
cazul-Quran”,  Zəməxşərinin  “əl-Kəşşaf  ən  həqiqətit-tənzil”, 
Əbu  Cəfər  ət-Tusinin  “Təfsiri-Tibyan”,  Əbuləli  ət-Təbərsinin 
“Məxməul-bəyan li ulumil-Quran” kimi bir sıra əsərləri dirayət 
təfsirlərinə nümunə sayılır.
65
Göründüyü kimi, Şeyxülislam Məhəmmədhəsən Mövlazadə 
Şəkəvinin “Kitabul-bəyan” təfsirinin qaynaqları da dirayət təf-
sir ləri cərgəsindədir. Deməli, Azərbaycan alimi dirayət təfsir lə-
rinə üstünlük vermiş və onların təsiri altında öz əsərini də bu 
sə p kidə yazmışdır. 
Digər  tərəfdən,  əlimizdə  olan  bir  neçə  rəvayət  və  dirayət 
təf  sirlərinin quruluş və üslubunu müqayisə etdikdə məlum olur 
ki, rəvayət təfsirlərinin əvvəlində (misal üçün, İbn Kəsirin təf-
sirində) hədis verilir, ayrı-ayrı ayələr barədə, onların açılışı haq-
qında səhabələrə və bəzən Peyğəmbərin (s) özünə gedib çıxan 
fikirlər ağızdan-ağıza keçmə yolu ilə, bu barədə kimin kimdən 
nə eşitdiyi istinad mənbəəsi təqdim olunmadan sadalanır, sonra 
müəllifin qənaəti verilir və  ﻪﻟﻟﺍﺍملع “Allah (hamıdan daha çox) 
bilir”  ifadəsi  təqdim  edilir.  Dirayət  təfsirlərində,  о  cümlədən 
“Kitabul-bəyan”da  bu,  yoxdur.  Şeyxülislam  Mövlazadə  bir-
başa  ayənin  orijinalını  verir,  yaxud  ayədən  bir  parçanı  (seçil-
miş ifadəni) ərəbcə təqdim edir, sonra onun tərcüməsini verib 
təfsirinə keçir. Bu, dirayət təfsirlərinə xas olan elmi metoddur. 
Buradan da belə qəti qənaətə gəlirik ki, Şeyxülislam Mövlazadə 
Şəkəvinin  “Kitabul-bəyan”  əsəri  əsl  elmi  təfsirdir  və  özünün 
metodoloji əsasları, elmi qaynaqlara bağlılığı ilə tarixən yazıl-
64 
Həmin mənbə.
65 
Həmin mənbə, səh. 37; səh. 251-299.


74                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
mış  yüzlərlə  təfsirlər  içərisində  layiqli  yer  tutur,  aktuallığını 
itirməmiş bir məxəz kimi bu gün də Azərbaycan elminin inki-
şafında  özünəməxsus  rol  oynaya  biləcək  ilahiyyat  əsəri  kimi 
qiymətlidir.
Qeyd etmək yerinə düşər ki, hazırda müstəqil Azərbaycanın 
ali tədris ocaqlarında, şərqşünaslıq və ilahiyyat elmlərinin təd-
ris  edildiyi  fakültələrdə,  dini  mədrəsələrdə  Şeyxülislam  Mə-
həmmədhəsən  Mövlazadə  Şəkəvinin  “Kitabul-bəyan  fi  təf-
siril-Quran” əsərindən elmi mənbə kimi səmərəli istifadə edilir. 
Bunun üçün kitabın yalnız dilini müasirləşdirməklə transfone-
literasiya çapını həyata keçirmək lazım idi ki, bu işi də 2001-ci 
il nəşrində Əli Novruz oğlu Nurməmmədov və İntiqam Vahid 
oğlu Rüstəmov həyata keçirmiş, lakin təəssüf ki, onun struktu-
ru nu dəyişdirərək Qurani-Kərimin orijinal mətnini kitabdan çı-
xar mışlar.  Bununla  yeni  nəşr  artıq  məal  deyil,  tərcümə-təfsir 
for masını almışdır.
“Kitabul-bəyan” təfsiri bizim günlərimizdə də keçən əsrin 
əvvəllərində Azərbaycanda oynadığı rolu oynayır. Xalqın dini 
maarifinin yüksəldilməsi və milli ilahiyyat elminin sonrakı in-
kişafı üçün onun əhəmiyyəti olduqca böyükdür.
66
66 
Ətraflı məlumat üçün bax: Şahlar Şərifov. Şeyxülislam Məhəm məd həsən Möv la-
zadə Şəkəvi və onun “Kitabul-bəyan fi təfsiril-Quran” əsəri. nam. dis işi, səh. 24-38.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə